Məhkəmə qərarları › İş №2(102)-380/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-380/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-380/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4361/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 19 saylı MİS tərəfindən verilmiş mənzil kirayəçisi haqqında 19009 saylı məlumata əsasən İddiaçı Salyan yolu, dalan 3, 3 saylı özbaşına tikili olan evin 15.09.2011-ci ildən kommunal xidmətlərini ödəmək məqsədilə ərizəsi əsasında 28 saylı forma üzrə arayış tərtib edilmişdir. Mənzil-Kommunal xidməti üçün DĞM seriyalı 346304 nömrəli 16.09.2011-ci tarixli mədaxil qəbzinin kserosurətindən görünür ki, Bakı şəhəri, Salyan yolu, dalan 3, ö/t 3A ünvan üzrə kommunal ödənişləri İddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yaşayan X1 13.02.2020-ci il tarixli ərizəsinin baxılmasına dair Səbail RPİ-nin 8-ci polis sahə inspektoru tərəfindən tərtib edilmiş arayışından görünür ki, ərizədə T.Məmmədova Salyan yolu, 3 ünvanında foto atelye kimi istif adə olunan yerinə ona məxsus olmasını bacısı rəhmətə getdikdən sonra oranın kimin istifadə etdiyini bilməməsini qeyd etmişdir. Araşdırma aparılmış və həmin yerdə gözəllik salonunda işləyən Cavabdeh izahatı alınmışdır. İzahatında o, 7-8 ildir ki, orada işlədiyini və Gülnarə Əliyeva adlı qadınla müqaviləsinin olduğunu, hazırda həmin qadının rəhmətə getməsi səbəbindən heç kimlə müqavilə bağlamadan işlədiyini bildirmişdir. Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış Cavabdeh izahatının surətindən görünür ki, o, 7-8 ildir ki, Salyan yolu, 3-də yerləşən qadın gözəllik salonunda tək işləyir. O, Gülnarə Əliyeva adlı qadınla müqavilə bağlamışdır. 2019-cu ildə Gülnarə Əliyeva rəhmətə getmişdir və bu səbəbdən o, heç kimlə müqavilə bağlamadan işləyir. Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmı ş İddiaçı izahatların surətlərindən görünür ki, onun Səbail rayonu, Salyan yolu, 3a ünvanında evləri var, orada ona məxsus şəxsi yeri qadın atelyesi vardır. Həmin yeri anası və xalası Gülnarə işlədirdilər, oranı icarəyə Südabə adlı qadın götürüb işlədir. Xalası Gülnarə rəhmətə getmişdir. Hal-hazırda həmin yeri sənədləşdirib işlətmək istəyir. Xalası qızı Günay ona məxsus olan yerini işlətməyə imkan vermir, heç bir müqavilə olmadan ona məxsus olan yerini icarəyə verərək hər ay oradan 200 manat icarə pulu alır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 25.08.2008-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, dalan 3-də istifadədə olan 0,01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54,8 kv.m yaşayış, 27,9 kv.m kömə kçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Maraqlı şəxs1 1/3 hissə, Maraqlı şəxs3 1/3 hissə, Maraqlı şəxs2 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Maraqlı şəxs1 və qeyriləri cavabdeh X2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsi, dalan 3, ev 3 ünvanında iddiaçıların qanuni şəxsi mülkiyyətləri hesab olunan birmərtəbəli həyət evlərinin arxa divarına bitişik qanunsuz inşa edilmiş və cavabdeh X2 aid olan özbaşına tikilmiş evin və dərzi dükanının sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə məhkəmənin g əldiyi nəticəyə görə iddiaçı Maraqlı şəxs1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsində yerləşən Maraqlı şəxs1 istifadəsində olan 3 saylı yaşayış evinin tikililərinin konstruktiv elementləri üzərində hər hansı nəmlənmə və kiflənmə izlərinin olmadığından, cavabdeh T.Məmmədovanın istifadəsində olan tikilinin həmin 3 saylı evin pəncərələrinin qarşısında yerləşmədiyindən, tədqiq olunan evlərin hər birinə giriş-çıxışın ayrı-ayrı tərəflərdən olduğundan, yəni Maraqlı şəxs1 evin giriş-çıxışı həyətyanı sahəyə açılan qapı vasitəsi ilə olduğundan T.Məmmədovaya məxsus tikilinin mövcudluğu Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və digər sakinlərinin 36 saylı evdən istifadələrinə, evin işıqlanmasına, havalanmasına və ümumiyyətlə onların hər hansı mənafelərinə heç bir məhdu diyyəti və maneəsi yoxdur. Bu səbəbdən məhkəmə iddianın təmin olunması üçün hüquqi əsaslar müəyyən etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, boşaldılması və geri tələb edilməsinə dair tələbin yönəldiyi tikili sahəsinin aid olduğu Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən mənzil ona məxsusdur. Həmin bir otağının küçəyə açılan qapısı vardır və əvvəllər foto atelye kimi işlədilmiş, son illərdə isə qadın bərbəri salonu kimi istifadə olunur. Əvvəllər həmin sahənin icarə və işlədilməsinə xalası X5 baxırdı. Kirayə haqqı olaraq hər ay ona 300 manat verirdi. X4 vəfatından sonra, onunla işləyən qadın bərbəri Cavabdeh, salonu işlətməkdə davam etmiş, lakin hər dəfə bir bəhanə ilə kirayə haqqını ödəmir. Salondan çıxıb, boşaldılmasından da imtina edir. Sonuncunun iradəsinə zidd əmlakından istifadə etməsi kimi qanunsuz özbaşınalığı ilə bağlı şikayətinə Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsində baxılmışdır. Cavabdeh salonla bağlı qeyd etdiklərini izahatında təsdiqlənmiş, eyni zamanda salonda tək çalışdığını və çıxmayacağını bildirmişdir. Məsələnin mülki xarakterli olduğu qənaəti ilə polis araşdırmanı dayandırmış, bu barədə arayış vermiş və mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət edilməsi izah olunmuşdur. Bundan sonra da cavabdehlə məsələni mübahisəyə çevrilmədən, həll etməyə çalışsa da, nəticəsi olmamışdır. Bu səb əbdən də məsələni məhkəmə qaydasında həll etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona məxsus Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ş.Abdullayev, iş № 2(009)-2313/2020) iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanında yerləşən yaşayış evinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahə boşaldılıb İddiaçı təhvil verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev eyni zamanda fiziki obyek t kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin əmlakla bağlı hər hansı tələb irəli sürməni məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, iddiaçıya hazırki tələblə çıxış etməyə mane deyil. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçi olmayan şəxsin əmlak (əşya) hüquqları istənilən şəxsin, o cümlədən mülkiyyətçinin qanunsuz hərəkətlərindən müdafiə edilir. Cavabdeh iddiaçının istifadəsində olan sahənin şifahi qaydada razılaşdırılma əsasında icarəyə götürmüş, həmin razılaşma iddiaçının xalası olan mərhum Gülarə Əliyeva ilə həyata keçirilmişdir. İddiaçının xalası G.Əliyevanın vəfatından sonra cavabdeh əmlakdan istifadə etsə də, əvvəllər icarəçi kimi işlətdiyi əmlaka dair icarə haqqını ödəmir. Tərəfl ər arasında icarə münasibətinin yaranması hüquqi əsası kimi onlar arasında bağlanılmalı və notariat qaydada təsdiq edilməli olan əqdin mövcudluğunu müəyyən edir. Lakin belə bir müqavilənin bağlanılması müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin iddia etdiyi icarə müqaviləsi özlüyündə etibarlı hesab edilə bilməz. Bu səbəbdən məhkəmə mübahisəli yaşayış sahəsinin qanuni sahibi kimi iddiaçının tələbini əsaslı hesab edir və hesab edir ki, cavabdeh qadın salonu kimi işlətdiyi sahədən çıxarılmalı, həmin sahə boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən maraqlarına toxunan üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 birgə apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahi ş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Belə ki, sözügedən əmlak heç vaxt ona məxsus olmamış, onun məhkəməyə təqdim etdiyi sənədlər isə saxtadır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)-4361/2021) maraqlarına toxunan üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2313/2020 saylı, 19 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı ona məxsus Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilinin bir h issəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanında yerləşən yaşayış evinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahəyə dair onun faktiki sahibliyində olması barədə iş materiallarında hər hansı sübut olmamış, birinci instansiya məhkəməsi yalnız Səbail RPİ-nin 8-ci PB-nin rəisi adına yazılmış ərizələrə istinad etmişdir ki, həmin ərizələrlə də qeyd olunan ünvana dair iddiaçının faktiki sahibliyi müəyyən edilmir. Bunun əksi olaraq apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 3-də istifadədə olan 0.01318 ha tor paq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.38 kv.m yaşayış, 27.9 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Maraqlı şəxs1 1/3 hissə, Maraqlı şəxs3 1/3 hissə və Maraqlı şəxs2 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 9202 nömrəli vərəqində qeydə alınmışdır. Həmçinin apellyasiya baxışı zamanı mübahisəli əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin sahə gözəllik salonu kimi istifadədədir, qeyd edilən sahə i.v 68-də olan eskiz layihəyə uyğundur. Belə ki, maraqlarına toxunan şəxslərə paylı mülkiyyət hüququ ilə məxsus hissəyə aiddir. İddiaçı Cavabdeh ona məxsus Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilinin bir hissəsi olan və qadın salonu kimi işlədilən sahədən çıxarılması, həmin sahənin boşaldılıb, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 3-də istifadədə olan 0.01318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.38 kv.m yaşayış, 27.9 kv.m köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə Maraqlı şəxs1 1/3 hissə, Maraqlı şəxs3 1/3 hissə və Maraqlı şəxs2 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 9202 nömrəli vərəqində qeydə alınmışdır və mübahisəli tikilinin işin faktiki halları ilə iddiaçıya aid olması müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4361/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “sahədən çıxarılma və əmlakı qanunsuz istifadədən geri tələb edilməsi barədə” iddiası ilə bağlı işin təkrarən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, qətnamədə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı müddəalar qeyd edilmiş, apellyasiya kollegiyası özgəsinin qanunsuz zəbtdən əmlakı geri tələb etməsi möv qeyindən çıxış etmiş, lakin əks qənaətə gəlmişdir. Əmlakı tələb edən iddiaçıdır. Üçüncü şəxs isə mübahisəli əmlakı özündə saxlayan şəxsdir. Göründüyü kimi qanunsuz istifadədən geri tələb etmə hüququndan çıxış edilirsə, hazırki iş üzrə bu tələb üçüncü şəxslərə deyil, iddiaçıya aiddir. Mübahisəli sahə dövlət reyestrində qeydə alınmadığından, sahiblik hüququ ilə bağlı müddəalar tətbiq edilməli idi. Apellyasiya kollegiyası apellyasiya şikayətinin təmin edilməsi və iddianın rədd edilməsinin səbəbi olaraq iddiaçı tərəfindən «boşaldılması tələb olunan «qadın salonu» kimi işlədilən mübahisəli tikili sahəsinin, iddiaçıya aid deyil, apellyasiya şikayəti vermiş üçüncü şəxslərə aid olduğu qənaəti ilə çıxış etməsidir. Gəldiyi qənaətin əsası kimi də üçüncü şəxslərə məxsus yaşayış evinin eskiz layihə (te xniki pasportuna) istinad etmişdir. Bu halı kollegiya şikayət olunan qətnaməsində belə qeyd etmişdir: «… müəyyən edilmişdir ki, həmin sahə gözəllik salonu kimi istifadədədir, qeyd edilən sahə i.v 68-də olan eskiz layihəyə uyğundur. Belə ki, maraqlarına toxunan şəxslərə paylı mülkiyyət hüququ ilə məxsus hissəyə aiddir.» Lakin qətnamədə qeyd edilən işin 68-i vərəqində mövcud sənəddə və ümumiyyətlə iş materiallarında mübahisəli sahənin üçüncü şəxslərə aid olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Tam əksinə işdə olan və hər iki tərəfə aid tikililərin texniki cizgilərinin göstəriciləri həmin sahənin iddiaçıya məxsus olduğu göstərilir. Kollegiyanın istinad etdiyi i.v. 68-də olan eskiz layihənin özü də daxil. İddiaçıya və üçüncü şəxslərə məxsus əmlaklar Bakı şəhəri, ünvan 6 ünvan da olmaqla, hər tərəfdən divarları bitişikdir. Üçüncü şəxslərə aid və bir mərtəbəli yaşayış ev olmaqla, mülkiyyət hüququ qeydiyyata alınmış və Texniki pasport verilmişdir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş və surəti iş materiallarına əlavə edilmiş yaşayış evinin Texniki Pasportunun sxem cizgisindən aydın olur ki, həmin ev 1 mərtəbəli, 3 yaşayış otağı və köməkçi hissələrdən ibarət olmaqla, ümumi sahəsi 82,7 kv.m təşkil edir. Yaşayış evinin sahələrinə çəkilmiş cizgilər, mübahisəli sahə daxil deyil. Tam əksinə həmin texniki pasportun «Texniki Planı» hissəsindəki cizgilərdə, iddiaçıya məxsus tikili (o cümlədən mübahisələndirilən sahə) qonşu tikili kimi qeyd edilmişdir. Tərtib edilmiş eskiz layihəyə əsasən iddiaçıya məxsus tikililər «L» şəkildə yerləşməklə, «mübahisəli sahə də d axil olmaqla 4 otaqdan ibarətdir. İddiaçının adına tərtib edilmiş sahə eskiz layihə cizgisində, üçüncü şəxslərə məxsus yaşayış evi qonşu tikili kimi qeyd edilmişdir. Göründüyü kimi şikayət olunan qətnamə iş üzrə mövcud və məhkəmədə qarşılıqlı təhqiq edilmiş sübutlarla deyil, ümumiyyətlə işdə mövcud olmayan dəlillərlə əsaslandırılmışdır. Bu da işin mahiyyətinə təsir edən kobud prosessual pozuntu olmaqla, qətnamənin əsassızlığını göstərir və kassasiya qaydasında ləğv üçün əsasdır. Çünki şəxslərin şikayətində qeyd etdiklərini rədd edən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş və kollegiyanın iclasında geniş təhqiq edilmiş dəlillərə görə iş üzrə adı keçən «qadın salonu» kimi işlədilən sahənin Maraqlı şəxs1 deyil, iddiaçıya aid olduğuna dair halın müəyyən edilməsi barədə həmin sahəni n daxil olduğu tikilinin sökülməsi ilə bağlı Maraqlı şəxs1 ilə iddiaçı arasında məhkəmələrdə baxılmış mübahisə üzrə artıq qanuni qüvvəsində olan məhkəmə qətnamələri vardır. Maraqlı şəxs1 və qeyrilərinin «qanunsuz tikililərin sökülməsi» iddiası üzrə Səbail rayon Məhkəməsinin 12.09.2014-cü il tarixli qətnaməsi ilə «… Salyan şossesi dalan 3 ünvanında yerləşən paylı mülkiyyətlə Maraqlı şəxs1 məxsus fərdi yaşayış evinin giriş-çıxışı həyətyanı sahəsindən, qanunsuz tikili kimi sökülməsini tələb etdiyi ona bitişik olan T.Məmmədovanın istifadəsində olan tikilinin girişçıxışı isə küçə tərəfdəndir. Sökülməsi tələb edilən tikilinin mövcudluğu Maraqlı şəxs1 və digər sakinlərin 3 saylı evdən istifadələrinə hər hansı məhdudiyyət və maneə yarandığı müəyyən edilmir. «… mübahisəli tikili məhz iddiaçıların i ddiası ilə qanunsuz hesab edilərək sökülə bilməz. Həmin qətnamənin aid olduğu iş üzrə Maraqlı şəxs1 və qeyrilərinin Səbail rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsinin xahiş etdi hissəsində qeyd edilir: «… Bakı şəhəri, Səbail rayonu, ünvan 10 ünvana bizim qanuni şəxsi mülkiyyətimiz hesab olunan bir mərtəbəli həyət evinin arxa divarına bitişik qanunsuz inşa edilmiş və cavabdeh X2 (iddiaçının anası) aid 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanının (hazırda qadın salonu) sökülməsinə dair qətnamə qəbul edilsin». Göründüyü kimi 7 il bundan əvvəl iddia qaldıran Maraqlı şəxs1 və qeyriləri (qızı və oğlu), hazırki iş üzrə boşaldılmasına tələb yönəldilmiş sahə də daxil olmaqla tikililərin iddiaçıya aid olduğuna və həmin tikililərin onların hüquqlarını məhdudlaşdırdığından sökülməsini tələb etd ikləri təqdirdə, indi həmin tikili sahəsinin onlara aid olduğu mövqedən çıxış edirlər. Bu da onların yanlış olduqları və maddi maraqları üçün məqsədli hərəkətlərinə sübutdur. Lakin apellyasiya kollegiyası işdə mövcud və iddianın əsaslılığına dəlalət edən qeyd olunan dəlilləri nəzərə almayıb, mövcud olmayan dəlillərə istinad etmişdir. İşin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda qeyd olunan hallara istinad etmiş, tərəflərin mübahisə ilə bağlı münasibətlərini nəzərə alaraq, yol verilmiş prosessual pozuntulara görə yanlış nəticəyə gəlmişdir. Bundan başqa iş üzrə mübahisənin ədalətli həlli üçün tərəflərə aid tikililərə tərtib edilmiş cizgilərin, yerində uyğunluğunun müəyyən edilməli olması aşkar haldır. Bunun müəyyən edilməsi üçün isə tikinti sahəsi üzrə mütəxəssislərin dəvəti ilə müm kündür. Tikililərin onlara aid cizgilərlə yerində müəyyən edilmiş uyğunluğu barədə apellyasiya məhkəməsində, tərəflərə aid mübahisəli sahənin də daxil olduğu eyni predmetlə bağlı artıq qanuni qüvvəsində olan məhkəmə qətnaməsi və həmin iş üzrə alınmış ekspert rəyi təqdim edilmişdir. Sxem üzrə tikililərin vəziyyətinin müəyyən edilməsi hüquqi məsələdən kənar olduğundan, hakim bunu özü müəyyən edə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı in stansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə kassasiya şikayəti iddiaçı tərəfindən verilmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması xahiş edilmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayətində göstərilən dəlillər əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hü quqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şə xs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüq uqunun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normaları na uyğun çıxarılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. Kassasiya şikayətinin dəlilləri ilə bağlı ilkin olaraq qeyd edilməlidir ki, iddiaçı Cavabdeh əmlakın qanunsuz istifadəsinə son qoyulmasını və sahədən çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi onun iddiasını təmin etmiş, qətnamədən cavabdeh deyil, üçüncü şəxslər şikayət vermiş, şikayətlərində isə mübahisəli tikililərin onların mülkiyyətində olan sahənin daxilində yerləşməsini göstərmişlər. Apellyasiya instansiyası məhkəməsi mübahisəli sahənin üçüncü şəxslərin mülkiyyətində olan sahəyə aid olması, texniki sənədlərdə əks etdirilməsini göstərmişdir. Bu nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi mübahisəli ev və tikilini yerində müayinə etmiş, mübahisəli sahənin texniki pasportunda göstərilən sahənin daxilində yerləşməsini müəyyən etmiş və iş materiallarının 68 vərəqində olan texniki pasportda əks etdirilmiş göstəricilərə istinad etmişdir. Lakin bu zaman apellyasiya instansiyası məhkəməsinin müayinə yerinə mütəxəssis dəvət etməsi və xüsusi biliyin zəruri olmasına baxmayaraq ekspertiza təyin olunması ilə bağlı məsələnin tərəflərlə birlikdə müzakirə etməsi müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hal (tikililərin texniki pasportda göstərilən tikililərlə eynilik təşkil etməsi və onların üçüncü şəxslərin mülkiyyətində olan sahənin daxilinə yerləşməsi) məhkəmə tərəfindən müəyyən edilə bilən hallar kimi qəbul oluna bilməz. Bu halda məhkəmə xüsusi biliyin mövcudluğuna əsaslanaraq iş üzrə ekspertiza təyin olunmasını tərəflərlə birlikdə müzakirə etməli və məhz həmin rəylə müəyyən olunmuş halları işdə olan digər sübutlarla birlikdə qiymətləndirərək müvafiq nəticə yə gələ bilərdi. Apellyasiya instansiyası məhkəməsi yerində müayinə ilə müəyyən olunmuş halların iş materiallarında olan hansı sübutlarla təsdiq olmasını və ümumiyyətlə belə prosessual hərəkətlər nəticəsində müəyyən ediləcək halların xüsusi biliklə əlaqədar olmasına əhəmiyyət verməmişdir. Bununla yanaşı iddiaçı tərəf qanuni qüvvədə olan Səbail Rayon Məhkəməsinin 12.09.2014-cü il tarixli qətnaməsinə istinad edir və göstərir ki, həmin iş hazırki iş üzrə 3-cü şəxslərin iddiası ilə bağlanmış və onların tələbləri aşağıdakılardan ibarət olmuşdur: “Bakı şəhəri, Səbail rayonu, ünvan 10 ünvana bizim qanuni şəxsi mülkiyyətimiz hesab olunan bir mərtəbəli həyət evinin arxa divarına bitişik qanunsuz inşa edilmiş və cavabdeh X2 (iddiaçının anası) aid 2 otaqlı özbaşına tikilmiş ev və dərzi dükanının (haz ırda qadın salonu) sökülməsinə dair qətnamə qəbul edilsin.” İddiaçı göstərir ki, hər iki iş üzrə mübahisə predmetləri, yəni həmin iş üzrə sökülməsi tələb olunan tikililərlə, hazırda cavabdehin çıxarılması tələb olunan tikililər eynilik təşkil edir. Məhkəmə kollegiyası bu dəlillərlə bağlı da qeyd edir ki, iddiaçının göstərilən dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığı və işdə olan sübutlarla qarşılıqlı olaraq qiymətləndirilmədiyi aşkardır. Həmin dəlillərin araşdırılması nəticəsində müəyyən edilə bilərdi ki, Maraqlı şəxs1 və qeyriləri (qızı və oğlu), hazırkı iş üzrə boşaldılmasına tələb yönəldilmiş sahə də daxil olmaqla tikililərin onların hüquqlarını məhdudlaşdırdığından sökülməsini tələb etdikləri halda, indi həmin tikili sahəsinin onlara aid olduğunu iddia edirlər. Bu halda da məhz hər iki mülki iş üzrə iddia tələbinə daxil olan tikililərin eyni tikili olması və kimin istifadəsində olması, 3-cü şəxslərin hüquqmüəyyənedici sənədlərində göstərilən tikililərlə eynilik təşkil etməsinin müvafiq ekspertiza təyin olunaraq alınmış rəy əsasında müəyyən edilə biləcəyi nəzərə alınmamışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktları nda işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsipl ərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli və Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4361/2021 nömrəli iş üzrə 28 iyul 2 021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar