Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-380/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-380/2023 ( Açar sözlər: fərdi yaşayış evinə köçürülmə ) Bakı şəhəri 08 fevral 2023-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(103)5523/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 08 fevral 2023-ci il tarixdə Ali Məhkəmənin bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında 11 oktyabr 2014-cü il tarixdə nikah bağlanmış, onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir, hazırda nikah münasibətindədirlər. 2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə X7 ilə Cavabdeh arasında bağlanan 01 oktyabr 2021-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə Cavabdeh tərəfindən 40000 manata alınmışdır.
3. İddiaçının köçürülmək istədiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq özbaşına tikilidir. Həmin evdə Cavabdeh, tərəflərin birgə nikahlarından doğulan 2 azyaşlı uşaqları qeydiyyatdadırlar. 4. 26 yanvar 2012-ci il tarixli, №15297 saylı alqı-satqı müqaviləsi nə əsasən satıcı "xxxx" ASC-dən Xırdalan qəsəbəsi, Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın, 27 blok, 3 saylı bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.m olan mənzili alıcı X1 19787,16 manata almış, 03 iyun 2020-ci il tarixdə X1 həmin mənzilin X9 təhviltəslimini həyata keçirmiş, "xxxx" ASC tərəfindən verilən 1231 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X8 Xırdalan qəsəbəsi, Sumqayıt şossesinin 7-ci km-də inşa etdiyi 1 saylı binanın, 27 blok, 3 saylı bir otaqdan ibarət, ümumi sahəsi 49,72 kv.m olan mənzilə görə heç bir borcu yoxdur.
5. İş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Süleyman Qəşəmli tərəfindən tərtib edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı və Cavabd eh Rəfail qızının ərizəsi əsasında toplanılmış əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, İddiaçı və X2 ailəsi münaqişəli ailə kimi qeydiyyata alınması barədə qərar qəbul edilmişdir.
6. İş materiallarına əlavə edilmiş Binəqədi RPİ-nin 43-cü PB-nin s/i polis mayoru Zaur Orucov tərəfindən tərtib edilən 19 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İddiaçı tərəfindən həyat yoldaşı Cavabdeh Rəfail qızına zərər yetirməsi səbəbindən AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin protokol əsasında 19 fevral 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş və İddiaçı AR İnzibati Xətalar Məcəlləsinin 15 7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 300 manat məbləğində cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh Rəfail qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun və həyat yoldaşı Cavabdeh Rəfail qızının birgə nikahı dövründə xx.xx.2020-ci il tarixdə 40.000 manata X3 alınmışdır. Cavabdeh uşaqlarla birlikdə hazırda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. 19 yanvar 2022-ci il tarixdə həyat yoldaşı Cavabdeh Rəfail qızı ilə aralarında yaşayış səhəsində onun işi ilə əla qədar evə pasport qeydiyyatına düşmək barəsində ailə daxili mübahisələri yaranmış, mübahisəyə cavabdehin atası Rəfail Əkbərli evə gələrək müdaxilə etmiş, mübahisə zəminində Rəfail Əkbərli ona xəsarət yetirmişdir. Aralarındakı mübahisə ilə əlaqədar tərəfindən DİN 102 xidmətinə müraciət olunmuş və Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində mübahisə ilə bağlı ilkin araşdırma aparılmışdır. O, həmin tarixdən iki gün sonra yaşadığı evə gələrkən evin giriş qapısının açarlarının dəyişdirildiyini görmüşdür. Cavabdeh tərəfindən yaşayış evinə daxil olması məhdudlaşdırılmış, yaşayış sahəsindən qanunamüvafiq qaydada istifadə hüququ pozulmuşdur. Bununla da cavabdeh onun fərdi yaşayış evindən faktiki sahiblik və istifadə hüququnu pozmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, məh kəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. İş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, mübahisəli evi xx.xx.2020-ci ildə 40000 manat verməklə almışdır. Lakin həmin vaxt o, Rusiyada olduğundan ilkin alqı-satqı müqaviləsi cavabdehin adına bağlanmışdır. Anasının adına olan evi sataraq bu fərdi yaşayış evini almışlar. Evə görə ayrı-ayrı vaxtlarda 42000 manat və 12500 manat pul vermişdir. O, daha sonra evin təmiri üçün Rusiyadan əlavə pullar göndərmişdir. xx.xx.2022-ci il tarixdə aralarında yaranmış mübahisə nəticəsində evdən çıxarmışdır. Hazırda yaşamağa yeri yoxdur.
10. İş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, ev üçün birgə nikah dövründə 40000 manat ödənilmişdir. İlkin alqı-satqı müqaviləsi gələcəkdə evə dair çıxarış almaq üçün bağlanmışdır. Ev özbaşına tikili olduğundan tərəflərin evə dair subyektiv hüquqları yoxdur. Evin pulu notarius vasitəsilə birgə nikah dövründə ödənilmişdir, lakin iddiaçının anasının pulu ilə alınıbalınmamasının mübahisəyə aidiyyəti yoxdur. Ev iddiaçı tərəfindən alınmamış, evin alınmasını, təmirini cavabdehin atası həyata keçirmişdir. Səs yazılarından da göründüyü kimi iddiaçının oraya köçürülməsi cavabdehin həyatı üçün təhlükəlidir. İddiaçı barəsində inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir.
11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(001)2054/2022 nömrəli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia tələbi təmin edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının müvafiq tələblə ha zırkı cavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ mövcuddur və iddiaçının tələbinin əsasını sahibliyin qadağan olunmuş özbaşınalıqdan qorunması təşkil edir.
13. Belə ki, cavabdeh iddiaçının müvafiq subyektiv hüququ olmamasını və iddiaya cavab verməli olmayan şəxs olmasını onunla əsaslandırmağa çalışmışdır ki, ev özbaşına tikilidir və nə iddiaçının, nə də özünün mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur, həmçinin evin əldə edilməsi üçün vəsait onun atası tərəfindən verilmişdir.
14. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, evin fiziki cəhətdən mövcud olması və cavabdehin mübahisəli evlə bağlılığı cavabdehin və tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının həmin evdə qeydiyyatda olmaları ilə öz təsdiqini tapır. İddiaçının subyektiv hüququnun olması isə tərəflərin birgə nikahları dö vründə evin əldə edilməsi üçün 40000 manat məbləğində vəsait verilməsi ilə təsdiq olunur. Belə ki, cavabdehin həmin evin onun atasının vəsaiti hesabına əldə edilməsi barədə etirazı, birgə nikah dövründə əldə edilən əmlakın ümumiliyi prezumpsiyasına əsasən əksini iddia edən şəxs tərəfindən sübut edilməlidir. Lakin cavabdeh tərəfdən bununla bağlı hər hansı sübut təqdim ediməmişdir. Odur ki, birgə nikah dövründə əldə edilmiş əşyaya dair iddiaçının da cavabdehlə eyni həcmdə hüquqi gözləntisi, əşyadan istifadə etmək və sahiblik hüququ vardır.
15. Bundan başqa cavabdehin etirazının dəlillərindən biri də tərəflərin münaqişəli ailə olması ilə bağlıdır. Bununla bağlı hər iki tərəf şiddət məzmunlu səs yazılarını məhkəməyə təqdim etmiş və eyni zamanda iddiaçının barəsində İXM-nin 157-ci maddəsinin tə tbiq olunması üçün Polisin qərarı vardır. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflərin münaqişəli ailə olması öz təsdiqini tapsa da, həmin fakt özlüyündə iddianı istisna edən hal olmamaqla mübahisənin hüquqi əsası ilə bağlı deyildir. Belə ki, mübahisənin hüquqi əsasını sahibliyin qadağan olunmuş özbaşınalıqdan qorunması təşkil edir. Odur ki, cavabdehin hərəkətləri qadağan edilmiş özbaşınalıq kimi qiymətləndirilməli və iddiaçının mübahisəli evdən istifadə və sahiblik etməsinə törədilmiş maneənin aradan qaldırılması məqsədilə o, mübahisəli evə köçürülməlidir. Eyni zamanda qeyd edilməlidir ki, tərəflərin münaqişəli ailə olması ilə əlaqədar şiddət ehtimalı isə mühafizə orderləri vasitəsilə həll olunmalı məsələdir.
16. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8, 164.1, 164.2, 165.1, 180.1, 225.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 33.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli əmlaka mülkiyyət hüququ mövcud deyil. Çünki ortada alqı-satqı yox, ilkin müqavilə vardır. İddiaçı ən yaxşı halda birgə nikaha istinad edərək, ilkin müqavilə üzrə ödənilmiş vəsaiti birgə mülkiyyət hesab edərək yarısını tələb edə bilərdi. Ortada birgə nikah dövründə əldə edilmiş əmlak yoxdur, ona görə ödənilmiş 40000 manat vardır. İkincisi isə, cavabdeh iddiaçının həmin mənzilə buraxılmasına görə iddiasına cavab verməli subyekt deyildir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 sentyabr 2022-ci il tarixli, 2(103)-5523/2022 nömrəli qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılm ışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi, 43-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 157.8, 164.1, 164.2, 165.1, 180.1, 225.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, iddia iddiaya cavab verməli o lmayan şəxsə qarşı verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz edə biləcəyi halda, iddiaçının köçmək istədiyi daşınmaz əmlak cavabdehin mülkiyyətində olmamasına baxmayaraq, məhkəmə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair hər hansı prossesual addım atmamışdır. Həmçinin, məhkəmənin əsaslandırması həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Belə ki, ortada birgə nikah dövründə əldə edilmiş əmlak yoxdur, əmlak üçün ödənilmiş 40000 manat vardır. İkincisi isə, cavabdeh iddiaçının həmin mənzilə buraxılmasına görə iddiasına cavab verməli subyekt deyildir. Bundan əlavə aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə bağlı qeyd edir ki, mübahisə olunan ev alınmamışdı r, evin gələcəkdə alınması üçün ilkin müqavilə bağlanaraq, ilkin müqavilə üzrə 40000 manat ödənilmişdir. Bunlar ayrı-ayrı hüquqi faktlardır.
24. Kassasiya şikayəti maddi hüquq normalarının pozuntusu kimi Azərbaycan Respublikası “Məişət zorakılığının qarşısının alınması haqqında” 8-ci və 13-cü maddələrinə, Mülki Məcəllənin 157.8, 164.1, 164.2 və 165.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 32.2 və 33.1-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 54, 217.3-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 43, 1-ci hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məc əlləsi
27. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
28. Maddə
27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.
29. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
30. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət re yestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
31. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
32. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş ha llara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə kassasiya instan siyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəl i hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.
46. İşi n faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikilidir və tərəflər nikahda olduqları vaxt birgə vəsait hesabına həminevi əldə edərək həmin yaşayış evində övladları ilə birgə yaşamışlar.
47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşadığı sahədən məhrum edilməsi qanunsuzdur. Məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın.
48. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzildə ya şamaq hüququnu bərpa etməklə, düzgün nəticəyə gəlmişdir.
49. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquq i əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
51. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5523/2022 nömrəli iş üzrə 14 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.