Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3800/2019 14.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi barədə ilk iddiasına, Cavabdeh İddiaçı qarşı özbaşına tikilinin sökülməsi, sərhədlərin müəyyən edilməsi, hasarın çəkilməsi və zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məh kəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Qasımov) İddiaçı Cavabdeh oğluna qarşı özbaşına tikilinin sökülməsi və zərərin əvəzinin ödənilməsi barədə ilk və Cavabdeh İddiaçı qarşı özbaşına tikilinin sökülməsi, sərhədlərin müəyyən edilməsi, hasarın çəkilməsi və zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər Ş.Məmmədova və V.Həsənov) Sabunçu rayon Məhkəməsinin 03 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏR İ İddiaçı qızı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı üçüncü şəxslər X və X olmaqla özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia verərək Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov kü çəsindəki 7/8 saylı evin qarşısında cavabdeh tərəfindən aparılmış qanunsuz tikilinin cavabdehin öz şəxsi vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması, həmçinin cavabdehdən onun xeyrinə 20000 manat maddi və 50000 manat mənəvi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək zəbt olunmuş torpaq sahəsində özbaşına və qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi, sərhədlərin müəyyən olunması, sərhəd boyu daş hasarın müştərək qaydada tərəflərin hesabına çəkilməsi, 21 000 manat maddi ziyanın, 70 000 manat mənəvi zərərin, eləcə də 30 manat dövlət rüsumu olmaqla, cəmi 91.030 manat pul vəsaitinin İddiaçı onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə ape llyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi düzgün olaraq işin aşağıda qeyd edilən halları ilə əsaslandırılmışdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Bakıxanov qəsəbəsində, 0.03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 05 dekabr 2008-ci il tarixli sərəncamına əsasən İddiaçı Bakıxanov qəsəbəsi K.Şamilov küçəsində təsdiq edilmiş lahiyə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Sabunçu rayon İcra Hak imiyyəti Başçısının 26 fevral 2010-cu il tarixli sərəncamına sasən Bakıxanov qəsəbəsi K.Şamilov küçəsində yerləşən torpaq sahəsində İddiaçı tərəfindən tikilimiş iki mərtəbəli, altı yaşayış otağından ibarət sahəsi-253,5 kv.m, köməkçi sahəsi -400 kv.m eyvan sahəsi -9,5 kv.m, mansard sahəsi-323,9 kv.m, torpaq sahəsi 300 kv.m olan fərdi yaşayış evinin Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsində yerləşən torpaq sahəsində hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 11 may 2010-cu il tarixli sərəncamına əsasən İddiaçı Bakıxanov qəsəbəsi K.Şamilov küçəsində yerləşən fərdi yaşayış evindən “Ticarət obyekti” kimi istifadə olunmasına icazə verilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, həmin ərazidə Cavabdeh aid olan heç bir əmlak yoxdur: nə torp aq, nə də tikili. İddiaçının torpaq sahəsi ilə qonşu olan torpaq sahəsinin ölçüsü 400 kv.m təşkil edir. Həmin torpaq sahəsinə dair Cavabdeh adına heç bir hüquq müəyyənedici sənəd yoxdur, torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X (cavabdehin həyat yoldaşına) ayrılmışdır, bu barədə sərəncamı var.Tikiləcək evin eskiz layihəsi tərtib olunub, həmin layihə də X adına tərtib olunub. X tikintiyə başlamış, lakin vəfat etmişdir, bu səbəbdən tikintinin davam etdirilməsi üçün torpaq sahəsi onun qızı X ayrılmışdır, bu barədə sərəncam var. Cavabdeh X atasıdır. Beləliklə işin hallarından göründüyü kimi, ilk iddia İddiaçı tərəfindən qaldırılıb. O, tələb edib ki, mülkiyyətində olan torpaq sahəsində yerləşən evin qarşısında aparılmış qanunsuz tikinti Cavabdeh öz şəxsi vəsaiti hesabına sökülsün və ərazi əvvəlki vəziyyətinə qaytarılsın, maddi zərərin əvəzi kimi 20.000 manat, mənəvi zərərin əvəzi kimi 50.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. İddiaçı iddianı belə əsaslandırıb ki, 2016cı ilin oktyabr ayında Cavabdeh onun mülkiyyətində olan daşınmaz əmlakın (evin) qarşısında tikinti norma və qaydalarına riayət etmədən qanunsuz tikinti işləri aparmağa başlamışdır, nəticədə onun mülkiyyətində olan əmlaka (evə) bitişik tikili inşa olunub, evin pəncərələrinin qarşısı tutulub, evin qarşısı yarasız vəziyyətə gətirilib, pəncərənin şüşələri sındırılıb, kondisioner yarasız vəziyyətə gətirilib. Qarşılıqlı iddia Cavabdeh tərəfindən qaldırılıb. O, tələb edib ki, zəbt olunmuş torpaq sahəsindəki qanunsuz tikili İddiaçı hesabına sökülsün, torpaq sahələri arasında sərhədlər müəyyən olunsun, sərhədboyu daş hasar müştərək qaydada tərəflərin hesabına çəkilsin, maddi zərərin əvəzi kimi 21.000 manat, mənəvi zərərin əvəzi kimi 70.000 manat cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh verilsin. Cavabdeh iddianı belə əsaslandırıb ki, İddiaçı tikililər arasında məsafə saxlamadan obyekt inşa edib, bununla da tikinti normalarını pozub, bundan başqa İddiaçı qanunsuz hərəkətləri nəticəsində özünə aid olan tikilinin dam örtüyünü bağlaya bilməyib, nəticədə tikinti materialları yağışın altında qalaraq yarasız vəziyyətə düşüb, nəticədə ona maddi zərər dəyib, sarsınti, gərginlik və iztirablar keçirməsi nəticəsində mənəvi zərər çəkib. İlk iddianın mahiyyəti bundan ibarətdir ki, Cavabdeh ara məsafəsi gözləmədən tikinti işləri həyata keçirir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəll əsinin 69-cu maddəsində ara məsafəsinə dair müddəalar müəyyən edilib. Həmin tikinti obyektinə münasibətdə məlumatlandırma icraatı tətbiq olunur. Barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə ara məsəfəsi Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.2-1-ci maddəsində “divar hündürlüyünün 0,3 hissəsi” kimi müəyyən olunub. Bu məsafəyə əməl edilib-edilmədiyinin müəyyən edilməsi üçün iddia ona cavab verməli olan şəxsə qarşı qaldırılmalıdır. Halbuki iş materiallarından göründüyü kimi hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs Cavabdeh deyil, onun qızıdır. Cavabdeh adına nə tikinti obyektinə, nə də tikinti obyektinin yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənəd yoxdur. Torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün X (Cavabdeh həyat yoldaşına) ayrılmışdır, bu barədə sərəncam var. Tikiləcək evin eskiz layihəsi tərtib olunub, həmin layihə də X adına tərtib olunub. X tikintiyə başlamış, lakin vəfat etmişdir, bu səbəbdən tikintinin davam etdirilməsi üçün torpaq sahəsi onun qızı X ayrılmışdır, bu barədə sərəncam var. Tikinti aparmağa hüququ olmayan şəxsə qarşı ara məsafəsi ilə bağlı tələb irəli sürülə bilməz, əgər Cavabdeh əsl cavabdeh olsa, belə halda tikili ümumiyyətlə sökülməlidir, çünki onun nə tikinti aparmağa, nə də torpaq sahəsinə sahiblik etməyə hüququ yoxdur. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyas iya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3800/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3800/2019
14.06.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver