Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3800/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, mənzilin tikinti şirkətinə qaytarılması, ödənilmiş vəsaitin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə baxılacaqdır. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2(103)-1635/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında 26 aprel 2007-ci il tarixdə 005 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badam” şəhərciyində yerləşən 105 nömrəli villanı alıcıya satmışdır. Müqavilənin 2.3 villanın ümumi qiyməti 445.500 ABŞ dolları müəyyən edilmiş və həmin məbləğin alıcı tərəfindən 26 aprel 2008-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı bəndində əsasən qeyd edilmişdir ki, alıcı müqaviləni birtərəfli qaydada ləğv etmək istədikdə ödədiyi pul yalnız villa başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarılır. 2. 26 aprel 2007-ci il tarixli, 005 saylı müqaviləyə əlavə olan 29 aprel 2022-ci il tarixli ödəniş cədvə linə əsasən İddiaçı 26 aprel 2007-ci il tarixdə 100.000 ABŞ dolları ödəmişdir və borc 345.500 ABŞ dolları idi, 14 sentyabr 2007-ci il tarixdə 19.993 ABŞ dolları ödəmişdir və borc 325.507 ABŞ dolları idi, 20 oktyabr 2007-ci il tarixdə 20.000 ABŞ dolları ödəmişdir və borc 305.507 ABŞ dolları idi, 27 noyabr 2007-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 280.507 ABŞ dolları idi, 28 dekabr 2007-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 255.507 ABŞ dolları idi, 31 yanvar 2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 230.507 ABŞ dolları idi, 29 mart 2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 205.507 ABŞ dolları idi, 29 aprel 2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 180.507 ABŞ dolları idi, 14 iyun 2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmiş dir və borc 155.507 ABŞ dolları idi. Cəmi ödəniş 289.993 ABŞ dolları, borc 155.507 ABŞ dollarıdır. Villanın qiyməti 445.500 ABŞ dolları, ödəniş müddəti 18 ay, aylıq ödəniş 100.000 ABŞ dollarıdır.
3. Kassa mədaxil qəbzlərinin təsdiq edilmiş surətlərinə əsasən, İddiaçı 005 nömrəli müqavilə üzrə Cavabdeh MMC-yə xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2007-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2007-ci ildə 25.000 ABŞ dollarına ekvivalent olaraq 21.260 manat, xx.xx.2007-ci ildə 100.000 ABŞ dollarına ekvivalent olaraq 86.510 manat, xx.xx.2007-ci ildə 20.000 ABŞ dollarına ekvivalent olaraq 16.970 manat pul vəsaitləri ödəmişdir. 4. 15 sentyabr 2022-ci il tarixli İddiaçı ilə Cavabde h MMC arasında əldə edilmiş razılaşmaya əsasən İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badam” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər. X2 da razılaşmanı imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya 259.992 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 441.988 manat məbləğinin və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla 168.995 ABŞ dollarının, həmin pulun bu günə olan məzənnəsi ilə 287,292 manat məbləğinin əldən çıxmış fayda kimi ödənilməsi barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, alıcı İddiaçı satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərov ilə xx.xx.2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 nömrəli villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 nömrəli satış müqaviləsi bağlamışdır. İddiaçıya satılan həmin villa Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyində yerləşir. Satıcı ümumi layihəyə uyğun olaraq “Villa Badam” şəhərciyinin salınması, onun müasir standartlara və bu müqavilədə göstərilən şərtlərə uyğun tikilməsini təşkil edir və alıcı ilə əvvəlcədən razılaşdırılmış villanı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verir. Onunla satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərov arasında ba ğlanan xx.xx.2007-ci il tarixli 005 nömrəli satış müqaviləsinin 2.3-cü bəndinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 nömrəli villanın ümumi qiyməti 445.500 ABŞ dollarıdır. Həmin müqaviləyə görə, ödəniş, depozit ödəniləndən sonra, 18 ay müddətində hər ayın 15-nə qədər ödənilməsi şərti ilə alıcı “FİP" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 nömrəli villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 nömrəli satış müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi bugünə qədər yerinə yetirməmiş, B26 tipli 105 nömrəli villanı tikib ona təhvil verməmişdir. Buna baxmayaraq iddiaçı həmin villanın tikilib ona təhvil verilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 289.993 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 492.988 manat pul ödəmişdir. Bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlərinin qeyd edildiyi kassa mədaxil orderinin qəbzləri də təsdiq edir. Həmin puldan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 2021-ci il tarixdə 51.000 manat pul geri qaytarmışdır. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 259.992 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 441.988 manat pul borcludur. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, gecikdirilmiş vaxt üçün illik (gecikdirilmiş müddət 13 il hesab edilməklə) 5 faiz olmaqla 168.995 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 287.292 manat əldən çıxmış fayda formasında pul ödəməlidir. Bu işlə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırılmış, lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılıq əldə edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 200.000 manat pulu İddiaçı geri qaytaracaqdır. Buna görə də iş Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmamış saxlanılmışdır. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti verdiyi vədə əməl etməyərək bu günə qədər də həmin 200.000 manat pulu İddiaçı geri qaytarmamışdır.
7. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olaraq göstərilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2007ci il tarixli 005 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Ş.Novruzvun iddia ərizəsində özünün də qeyd etdiyi kimi onun tərəfindən Saray qəsəbəsi, “Villa Badam ” şəhərciyində 297 kv.m olan villaya görə 18 ay müddətində, yəni xx.xx.2008ci il tarixə qədər (müqavilədə səhvən xx.xx.2008-ci il qeyd edilmişdir) 445.500 ABŞ dolları məbləğində pul ödənilməli idi. Lakin İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bu günə qədər icra etməməkdə davam edir. Cavabdeh MMC tərəfindən isə müqavilə üzrə öhdəliklər uzun müddətdir ki, icra edilmişdir və villa təhvil verilməsi üçün tam hazır vəziyyətdədir. Lakin dəfələrlə həm şifahi qaydada, həm telefon vasitəsi ilə İddiaçı müqavilə üzrə öhdəliklərin icra edilməsi xahiş olunsa da, o öhdəliklərini icra etməmişdir. İddiaçı tərəfindən hazırki vaxtadək hissə-hissə Cavabdeh MMC-yə villaya görə cəmi 289.993 ABŞ dolları pul ödənilmişdir. Yerdə qalan məbləğ, yəni 155.507 ABŞ dolları məbləğində pul hazırki vaxtadə k ödənilməmişdir. Bu hal onu göstərir ki, alqı-satqı müqaviləsi üzrə öhdəliyi yerinə yetirməyən şəxs İddiaçı özüdür. Bu səbəbdən hesab edir ki, müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən deyil, əksinə İddiaçı tərəfindən yerinə yetirilmədiyi üçün, Cavabdeh MMC tərəfindən isə villa tam tikilib təhvil verilməsi üçün hazır olduğu üçün, İddiaçı irəli sürdüyü tələb tam əsassızdır. Digər tərəfdən İddiaçıla Cavabdeh MMC arasında xx.xx.2022-ci ildə razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh MMC tərəfindən İddiaçı mübahisəli villiaya görə xx.xx.2007-ci ildə bağlanmış müqaviləyə əsasən İddiaçı ödədiyi 289.993 ABŞ dolları məbləğində pulun əvəzində 200.000 manat pul ödəyir. Yəni faktiki olaraq tərəflər belə razılığa gəlmişdilər ki, İddiaçı müqavilə üzrə öhdəliklərinə tam və vaxt ında icra edə bilmədiyi üçün “F.İ.P" MMC onun ödədiyi pulu əvəzinə 200.000 manat ödəyir, Ş.Noruzov isə həmin şərtlə razılaşır. Göründüyü kimi İddiaçı özü müqavilə tərəf kimi götürülmüş öhdəliyi icra etmək qabiliyyətində olmadığından Cavabdeh MMC ilə razılaşmış və faktiki olaraq vililadan imtina etmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2007-ci il tarixli satış müqaviləsinin 5.4-cü bəndinə əsasən əgər Alıcı bu müqavilə ilə öhdəsinə götürdüyü müddət ərzində vaxtı- vaxtında villanın dəyərini ödəmədikdə və bu ödəniş 30 gündən artıq gecikdikdə “Satıcı” müqavilənin birtərəfli qaydada ləğv edilməsi hüququna malikdir. Həmçinin Alıcı gecikdirdiyi ödənişin hər gün üçün 0,1% məbləğdə penya ödəməlidir. Nəzərə alsaq ki, İddiaçı tərəfindən hazırki vaxtadək müqavilə üzrə 289.993 ABŞ dolları ödəniş edilmiş, öd ənilməmiş qalmış öhdəliyi isə 155.507 ABŞ dolları təşkil edir, bu halda penya borcu ödənilməmiş borca mütənasib olaraq hesablanmalıdır. Cavabdeh axırıncı dəfə xx.xx.2008-ci ildə ödəniş etmişdir. Həmin vaxtdan hazırki vaxtadək isə onun tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Həmin vaxtdan hazırki vaxtadək olan dövr 156 ay təşkil edir. Nəzərə alsaq ki, gecikdirilən hər gün üçün cavabdehin ödəməli olduğu penya borcu 155 ABŞ dolları təşkil edir (ödənilməyən 155.507 ABŞ dolları borcun 0,1 faizi), bu halda cavabdehin ödəməli olduğu penya borcu - 155 ABŞ dolları vurulmalıdır 156 ayın gününə. Yəni (156 ay *365 gün) üçün ümumi penya məbləği əslində 8.825.700 ABŞ dolları təşkil etməlidir. Bununla belə Cavabdeh MMC humanistlik göstərərək ondan öhdəliklərini vaxtında yerinə yetirilməməsinə görə qeyd edilən pul məbləğini tələb etmir.
8. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı FİP MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Xətai rayon məhkəməsinə müraciət etmiş və məhkəmədən onun xeyrinə 441988 manat və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 287292 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya FİP MMC xx.xx.2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli villanın satıcı tərəfindən ona satılması ilə bağlı satış müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi bu günə qədər yerinə yetirməmiş, həmin villanı tikib İddiaçı təhvil verməmi şdir. Bu səbəbdən iddiaçı ödənilmiş pulun və əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəyə verilən etiraza da göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1.-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, gecikdirilmiş vaxt üçün illik (gecikdirilmiş müddət 13 il hesab edilməklə) 5 faiz olmaqla 168.995 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 287.292 AZN əldən çıxmış fa yda formasında pul ödəməlidir. Bundan başqa, 26 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 №li villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 №li Satış müqaviləsində müqavilənin etibarlılığını nəzərdə tutan 8-ci maddədə qeyd edilmişdir ki, Alıcıya satılmış villa Daşınmaz əmlakın Dövlət reyestri xidmətində qeydiyyata alındıqdan sonra bu müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş hesab olunur və müqavilə öz qüvvəsini itirir. 26 aprel 2007-ci il tarixli 005 №li Satış müqaviləsində müqavilənin etibarlılığını nəzərdə tutan 8 müqavilə hələ də qüvvədədir və müddətin tətbiqi məsələsindən söhbət gedə bilməz.
10. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı etibarnamə üzrə nümayəndəsi olmuşdur, o na daşınmaz əmlak alqı-satqısında köməklik etmişdir. Hüquqşunas kimi fəaliyyət göstərir. O, həmçinin, Cavabdeh MMC bağlanılmış müqavilə üzrə ödənilmiş pulun iddiaçıya geri qaytarılmasında sonuncuya yardım göstərirdi. İddiaçının Cavabdeh MMC-yə ödədiyi pullardan 51.000 manat hissəsi iddiaçıya qiymətli daşlar şəklində geri qaytarılmışdır. Hər iki tərəf həmin qiymətli daşların 51.000 manat məbləğinə olması barədə razılaşmışlar. Tərəflərin razılaşmasına görə qalan məbləğ aralarında bağlanılmış yazılı razılaşmaya əsasən 200.000 manat məbləğində olmaqla iddiaçıya ödənilməli idi. Həmin məbləğ oktyabr-noyabr aylarında ödənilməlidi idi və razılaşmaya əsasən bununla da 200.000 manat məbləğinin ödənilməsi ilə mübahisə bitməli idi. O, özü şəxsən qeyd edilmiş razılaşmanın imzalanmasında iştirak edib.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Abdullayeva Aynur) 2(011)3424/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, 200.000 manat pul məbləğinin və 250,50 dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 2007-ci ildə bağlanmış müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, iddia tələbləri həmin müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bağlanılmış 15 sentyabr 2022-ci il tarixli razılaşmanın müddəaları tətbiq edilməklə yoxlanılmalıdır. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək, sözügedən razılaşmanın şərtlərinə görə cavabdehdən iddiaçının xeyrinə cəmi 200.000 manat pul vəsaiti tutu lmalıdır. Məhkəmə, həmçinin cavabdehin iddia müddətinin ötürülməsi barədə ərizəsinə hüquqi qiymət verərək, qeyd etmişdir ki, tərəflər arasında 2007-ci ildə bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə 2022ci ildə tərəflər arasında razılaşma əldə edildiyindən, iddia müddəti ötürülməmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380-ci, 385.1-ci, 442-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun əsaslandırılm ışdır.
16. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək iddia tələblərinin tam şəkildə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə verilən etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi irəli sürülmüş tələb üzrə düzgün dəyərləndirmə aparmamış və belə qənaətə gəlmişdir ki, Cavabdeh MMC xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən öhdəliyi yerinə yetirməmişdir. Halbuki iddiaçı tərəfindən irəli sürülmüş tələb xx.xx.2007-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar pul tələbi olmuşdur. Yəni birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi irəli sürülmüş tələbin qanuni əsasını müəyyən etmədən və işin faktiki hallarını araşdırmadan tərəflər arasında mübahisə predmeti olmayan xx.xx.2022-ci il tarixli razılaşmaya istinad edərək və həmin müqavilədə müəyyən edilən müddəaları tətbiq edərək mübahisəni həll etmişdir. Halbuki iddiaçının irəli sürüdüyü tələbin hüquqi əsası tamamilə başqa olmuşdur. Yəni iddiaçının tələbi xx.xx.2022-ci il tarixli razılaşma üzrə deyil, xx.xx.2007-ci il tarixli müqavilə üzrə pul tələb olmuşdur. Bu səbəbdən məhkəmə xx.xx.2022-ci il tarixli öhdəliklərin iddiaçının özü tərəfindən pozulmasını müəyyən etdiyi halda irəli sürülmüş iddianı rədd etməli idi. 26 aprel 2007-ci il tarixli müqavilə üzrə cavabdehin üzərinə düşən öhdəliklərin onun tərəfindən pozulmasını təsdiq edən hər hans ı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Nə qədər ki, iddiaçı müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən pozulmasını iddia edir, həmin halı sübut etmə yükü onun üzərinə düşür. Digər tərəfdən cavabdehin müqavilə üzrə öz öhdəliklərini icra etməsi məqamı pulun iddiaçı tərəfindən tam ödənilməsi başa çatdıqdan sonra başlayır. Bununla belə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, villianın inşasını başa çatdıraraq istifadə üçün tam hazır etmişdir. Bundan əlavə iddiaçı 26 aprel 2007-ci il tarixli müqavilə üzrə pulun tutulması ilə bağlı tələb irəli sürmək üçün iddia müddətini də ötürülmüşdür. Bununla bağlı etiraz ərizəsində bildirilmişdi və məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Lakin məhkəmə iddia müddətinin tətbiqi barədə məsələyə düzgü n hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm işin faktiki hallarına və irəli sürülmüş tələblərə uyğun olmamışdır. Belə ki, iddiaçı 26 aprel 2007-ci il tarixli 005 saylı müqavilə üzrə öhdəliklərin Satıcı Cavabdeh MMC tərəfindən yerinə yetirilməməsinə istinad edərək pul tələb edir. İşə baxan məhkəmə isə əksinə mübahisə predmeti olmayan müqavilə üzrə hüquqi dəyərləndirmə apararaq mübahisəni həll etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Bəhrəmzadə Sabit - sədrlik edən və məruzəçi, Mərdanova Xumar və Həsənov Elnur) 30 aprel 2024-cü il tarixli 2(103)-1635/2024 nömrəli qətnaməsi ilə İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh MMC (bundan sonra MMC) arasında xx.xx.2007-ci il tarixdə satış müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, satıcı 18 ay müddətinə Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanı tikərək təhvil verir və alıcı villanın dəyəri olan 445.500 ABŞ dolları pul vəsaitini xx.xx.2008-ci ilə qədər ödəməlidir. İddiaçı həmin məbləğdən xx.xx.2008-ci il tarixədək 289.993 ABŞ dolları pul vəsaiti ödəmişdir. 289.993 ABŞ dolları məbləğinin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı iddia ərizəsində göstərir ki, ödədiyi məbləğdən 51.000 man at pulu cavabdeh MMC 2021-ci ildə ona qaytarmışdır.
20. İş materiallarından isə göründüyü kimi, tərəflər arasında bağlanmış satış müqaviləsi üzrə öhdəliklər sonadək icra edilməmişdir. Belə ki, təhvil verilməsi nəzərdə tutulan villa faktiki olaraq iddiaçıya təhvil verilməmiş, alıcı isə nəzərdə tutulan müddətdə ödəməli olduğu pulu tam şəkildə cavabdehə ödəməmişdir. Nəticədə tərəflər arasında mübahisə yaranmışdır və bununla bağlı tərəflər arasında danışıqlar aparılaraq xx.xx.2022ci il tarixdə yazılı razılaşma bağlanılmışdır. Razılaşmaya görə iddiaçının ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat cavabdeh tərəfindən ona geri ödənilməsi ilə razı olduğunu bildirmişdir. Ödənişin icra müddəti razılaşmada qeyd edilməmişdir. İddiaçının izahatı və şahidin ifadəsinə görə həmin müddət 2 ay kimi razıl aşdırılmışdır. İddiaçının ödədiyi məbləğlərin qarşılığında iddiaçıya 200.000 manat məbləğinin qaytarılması ilə bağlı razılaşmanın əldə edilməsi məhkəmə iclasında verilmiş şahid ifadəsində də öz təsdiqini tapır.
21. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı etibarnamə üzrə nümayəndəsi olmuşdur, ona daşınmaz əmlak alqı-satqısında köməklik etmişdir.Hüquqşunas kimi fəaliyyət göstərir. O, həmçinin, Cavabdeh MMC bağlanılmış müqavilə üzrə ödənilmiş pulun iddiaçıya geri qaytarılmasında sonuncuya yardım göstərirdi. İddiaçının Cavabdeh MMC-yə ödədiyi pullardan 51.000 manat hissəsi iddiaçıya qiymətli daşlar şəklində geri qaytarılmışdır. Hər iki tərəf həmin qiymətli daşların 51.000 manat məbləğinə olması barədə razılaşmışlar. Tərəflərin razılaşmasın a görə qalan məbləğ aralarında bağlanılmış yazılı razılaşmaya əsasən 200.000 manat məbləğində olmaqla iddiaçıya ödənilməli idi. Həmin məbləğ oktyabr-noyabr aylarında ödənilməlidi idi və razılaşmaya əsasən bununla da 200.000 manat məbləğinin ödənilməsi ilə mübahisə bitməli idi. O, özü şəxsən qeyd edilmiş razılaşmanın imzalanmasında iştirak edib.
22. Digər tərəfdən, tərəflər arasında 2007-ci ildə bağlanmış müqavilə üzrə öhdəliklər icra edilmədiyindən, iddia tələbləri həmin müqavilədən irəli gələn öhdəliklərin icrası üçün bağlanılmış xx.xx.2022-ci il tarixli razılaşmanın müddəaları tətbiq edilməklə yoxlanılmalıdır. 23. xx.xx.2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş razılaşmaya əsasən, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşə n 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər.
24. İddiaçıya pulun alınıb verilməsi ilə bağlı iddiaçı tərəfindən vəkil edilmiş X1 (eyni zamanda razşılaşmada iştirak etməklə tərəflər arasında bağlanan razışalmanın təsdiqi ilə bağlı imza etmişdir) ifadəsindən müəyyən edilir ki, həmin razılaşmaya əsasən tərəflərin iradə ifadəsi məhz 200000 manatın iddiaçıya ödənilməsi ilə aralarında olan mübahisə bitməli idi. Tərəflərin bir biri qarşısında hər hansı bir öhdəliyi qalmamalı idi. Bu baxımdan kollegiya hesab edir ki, razılaşmanın mətnindəki İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsinə razı olması barədə cümlə tərəflərin iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olmaqla bu konteksdə qiymətləndirilməlidir. Yəni bu konsteksdə yanaşıldıqda və şahid ifadəsi ilə də təsdiqini tapdığı kimi bu formada razılaşma yəni 200000 manatın ödənilməsi tərəflərin bir-biri qarşısında öhdəliklərinə xitam verilməsi qəbul edilməklə qiymətləndirilməlidir. (Əlavə olaraq qeyd edilməlidir ki, bunun əksi olacağa halda tərəflər aralarında qalıq məbləği də razılaşmada göstərməklə hansı məbləğdə pul qaytarılmalı olduğunu, yəni öhdəliyin hansı həcmdə qaldığını müəyyən edərdilər.) 25. xx.xx.2022-ci il tarixli razılaşmada tə rəflərin iradə ifadələri yalnız 200.000 manat pulun Cavabdeh MMC tərəfindən iddiaçıya geri ödənilməsi ilə aralarında olan öhdəliklərə xitam verilməli olmasına yönəlmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 385.1, 386.1, 386.2, 404.1, 404.2, 405.1, 406.1, 442-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şik ayətinin dəlilləri
28. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli və 2(103)-1635/2024 saylı Qətnaməsini ləğv edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 259.992 ABŞ dolları, həmin pulun bugünə olan məzənnnəsi ilə 441.988 AZN (dörd yüz qırx bir min doqquzyüz səksən səkkiz) və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla 168.995 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 287.292 AZN (iki yüz səksən yeddi min ikiyüz doxsan iki) əldən çıxmış fayda formasında pulun ödənilməsindən ibarət iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 26 aprel 20 07-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 №li villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 №li Satış müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi bu günə qədər yerinə yetirməmiş, B26 tipli 105 №li villanı tikib ona təhvil verməmişdir. Buna baxmayaraq o, həmin villanın tikilib təhvil verilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 289.993 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 492.988 AZN pul ödəmişəm. Bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlərinin qeyd edildiyi kassa mədaxil orderinin qəbzləri də təsdiq edir. Həmin puldan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 2021-ci il tarixdə 51.000 AZN pulu X2 vasitəsilə geri qaytarmışdır. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 259.992 ABŞ doll arı, həmin pulun bu günə olan məzənnəsi ilə 441.988 AZN pul borcludur. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, gecikdirilmiş vaxt üçün illik (gecikdirilmiş müddət 13 il hesab edilməklə) 5 faiz olmaqla 168.995 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 287.292 AZN əldən çıxmış fayda formasında pul ödəməlidir. Bundan başqa, 26 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 №li villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 №li Satış müqaviləsində müqavilənin etibarlılığını nəzərdə tutan 8-ci maddədə qeyd edilir ki, Alıcıya satılmış villa Daşınmaz əmlakın Dövlət reyestri xidmətində qeydiyyata alındıqdan sonra bu müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş hesab olunur və müqavilə öz qüvvəsini itirir. 26 aprel 2007-ci il tarixli 005 №li Satış müqaviləsində müqavilənin etibarlılığını nəzərdə tutan 8-ci maddəsindən də göründüyü kimi müqavilə hələ də qüvvədədir və müddətin tətbiqi məsələsindən söhbət gedə bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli və 2(011)-3424/2023 saylı Qətnaməsinin əsaslandırma hissəsində məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış yazılı razılaşmaya görə cavabdeh iddiaçının ödədiyi 289.993 ABŞ dollarının qarşılığı olaraq 200.000 manatı iddiaçıya ödəməli idi. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək, sözügedən razılaşmanın şərtlərinə görə cavabdehdən iddiaçının xeyrinə cəmi 200.000 manat pul vəsaiti tutulmalıdır.
30. Qeyd etmək istəyir ki, xx.xx.2022-ci il t arixdə bağlanmış yazılı razılaşmanın 1-ci bəndində nəzərdə tutulur ki, tərəf olaraq alıcı qismində o, İddiaçı satıcı "xxxx" Məhdud MəsuliyyətliCəmiyyətinin təsisçisi F.Əkbərovla bağladığı 26 aprel 2007-ci il tarixli, 005 №li Satış müqaviləsi üzrə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 №li villanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 AZN pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona geri ödənilməsinə razıdır. Razılaşmanın məzmunundan göründüyü kimi razılaşmada 289.993 ABŞ dollarının əvəzində 200.000 AZN pulun geri ödənilməsindən yox, 289.993 ABŞ dollarından 200.000 AZN pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona geri ödənilməsindən söhbət gedir və bu barədə razılaşma əldə edilmişdir. Həmin 200.000 AZN pulda r azılaşmanın bağlanmasından 2 ay müddətində ödənilmədiyinə görə hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 259.992 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 441.988 AZN pul borcludur. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, gecikdirilmiş vaxt üçün illik (gecikdirilmiş müddət 13 il hesab edilməklə) 5 faiz olmaqla 168.995 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 287.292 AZN əldən çıxmış fayda formasında pul ödəməlidir. Bütün yuxarıda qeyd olunanlar məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır və məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq edilir.
31. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə sinin 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad edilərək əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 36. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əm ələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 37. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
38. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
39. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
40. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsi ndə tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
41. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
42. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktik i halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
50. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiq i üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsinə aid hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
55. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş razılaşmaya əsasən, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli vi llanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər.İddiaçıya pulun alınıb verilməsi ilə bağlı iddiaçı tərəfindən vəkil edilmiş X1 (eyni zamanda razşılaşmada iştirak etməklə tərəflər arasında bağlanan razışalmanın təsdiqi ilə bağlı imza etmişdir) ifadəsindən müəyyən edilir ki, həmin razılaşmaya əsasən tərəflərin iradə ifadəsi məhz 200000 manatın iddiaçıya ödənilməsi ilə aralarında olan mübahisə bitməli idi. Tərəflərin bir-biri qarşısında hər hansı bir öhdəliyi qalmamalı idi. Bu baxımdan kollegiya hesab edir ki, razılaşmanın mətnindəki İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsinə razı olması barədə cümlə tərəflərin iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olmaqla bu konteksdə qiymətləndirilməlidir. Yəni bu konsteksdə yanaşıldıqda və şahid ifadəsi ilə də təsdiqini tapdığı kimi bu formada razılaşma yəni 200000 manatın ödənilməsi tərəflərin bir-biri qarşısında öhdəliklərinə xitam verilməsi qəbul edilməklə qiymətləndirilməlidir. (Əlavə olaraq qeyd edilməlidir ki, bunun əksi olacağa halda tərəflər aralarında qalıq məbləği də razılaşmada göstərməklə hansı məbləğdə pul qaytarılmalı olduğunu, yəni öhdəliyin hansı həcmdə qaldığını müəyyən edərdilər.)xx.xx.2022-ci il tarixli razılaşmada tərəflərin iradə ifadələri y alnız 200.000 manat pulun Cavabdeh MMC tərəfindən iddiaçıya geri ödənilməsi ilə aralarında olan öhdəliklərə xitam verilməli olmasına yönəlmişdir.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin razılaşmaya əsasən tərəflərin iradə ifadəsinin məhz 200000 manatın iddiaçıya ödənilməsi ilə aralarında olan mübahisənin bitməli olması barədə qənaətini kifayət qədər əsaslandıra biməmişdir. 200000 manatdan kifayət qədər çox olan 289.993 ABŞ dolları pul məbləği qarşılığında 200.000 manat ödənilməsi ilə tərəflər arasındakı öhdəliklərə xitam verilməsi ağlabatan görünməməklə bərabər, xx.xx.2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş razılaşmadan görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badam” şəhərciyində yerləşən 105 nömrə li villanın ona satılmasına görə ödədiyi 289.993 ABŞ dollarından 200.000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər.Həmin razılaşmadan 289.993 ABŞ dollarının əvəzində 200.000 manat pulun ödənilməsi ilə tərəflər arasındaki öhdəliklərə xitam verilməsi barədə razılıq əldə edildiyi məlum olmur.
57. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi iddianın gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla pul məbləğinin ödənilməsi tələbi üzrə də hüquqi dəyərləndirmə aparmamışdır. Hətta apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmadan sonra iş üzrə cavabdehin öhdəliyinin icrasını gecikdirib-gecikdirmədiyinə də hüquqi qiymət verməmişdir.
58. Azərbaycan Respublik asının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyasında göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
59. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.
60. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya müb ahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.Həmin qərarın 17-ci bəndində qeyd edilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
61. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
62. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
63. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsinə aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli 2(103)1635/2024 nömrəli qətnaməsi iddianın təmin edilməmiş hissəsinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.