Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3801/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı Şura qızının iştirakı ilə, İddiaçı Şura qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı Şura qızının verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Məhəmməd X2 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Şura qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdam rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Niftəliyev, iş 2(013)1673/2019) İddiaçı Şura qızının Cavabdeh qarşı üç min manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), L.Süleymanov və A.Bayramov, iş № 2(104)4483/2019) İddiaçı Şura qızının apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Ağdam Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(013)-1673/2019 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2300 (iki min üç yüz) manatın alınıb İddiaçı Şura qızına verilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun tutularaq dövlət hesabına verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı Şura qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icla sında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı Şura qızının izahatı dinlənilməmişdir.Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya inst ansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh izahatında X1 2500 manat borc aldığını, onun 200 manatını Aynurun kreditinə görə banka ödədiyini, hazırda isə iddiaçıya 2300 manat borcu qaldığını etiraf etmişdir. Bundan başqa iddiaçı cavabdehə əlavə olaraq 500 manat borc pul verməsini göstərsədə həmin pulun cavabdehdə olması barədə nə birinci instansiya məhkəməsinə nədəki məhkəmə kollegiyasına heç bir subut təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü, Mülki Məcəllənin 427.3, 442, 739.1, 739.2ci maddələrini tətbiq etmişdir. İddiaçı Şura qızı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin M İÜMK-nın xx xxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instan siyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Şura qızının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Ko llegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3801/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3801/2020
24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver