Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3802/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2(104)18/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 36a nömrəli yaşayış evinin yaşayış sahəsi 24.8 kv.m. olan 1 yaşayış otağı 22 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Göygöl Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, X2, Göygöl rayon İcra Hakimiyyətinə, Göygöl rayon İcra Hakimiyyəti başçısının Göygöl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə və Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı iddiası qismən təmin edilərək, X14 tərəfindən İddiaçı ev dəyişmə üçün verilmiş 04 iyul 1989-cu il tarixli etibarnam ə və həmin etibarnamənin müddəti keçdikdən sonra Göygöl şəhəri, X12 küçəsi, 36A ünvanında yerləşən mənzilə Xanlar rayon XDS-nin İcraiyyə Komitəsi tərəfindən İddiaçı adına verilmiş 06 iyul 1991-ci il tarixli mənzil dəyişmə orderinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2019cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş v ə işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 fevral 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, X3, X4, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə qarşı iddiası qismən təmin edilmiş, Xanlar Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 42 nömrəli sərəncamı, həmin sərəncam əsasında ünvan 2 ünvanda yerləşən İddiaçı adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin, həmin qeydiyyat vəsiqəsi əsasında verilmiş xx.xx.2005-ci il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilərək ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdehlər İddiaçı, X6, X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə qarşı iddia tələbinin Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən mülkə dair İddiaçı adına verilmiş xx.xx.1994-cü il tarixli 6/1192 nömrəli qeydiyyat vəsiqəsin in, digər hüquqverici sənədlərin, Xanlar rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 139 saylı tikintiyə icazə verilməsinə dair sərəncamının ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsi iddiaçı Cavabdehlər İddiaçı, X6, X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 3 ünvanda yerləşən 53.3 kv.m əl damının satılmasına dair İddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/3/499 saylı alqı-satqı müqaviləsinin, cavabdeh X1 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X5 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi hissəsində ləğv edilmiş və ləğv edilmiş həmin hissədə yeni qətnamə çıxarılaraq, iddiaçı Cavabdehlər İddiaçı, X6, X7, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon Notariat ofisinə qarşı iddia tələbi Göygöl şəhəri M.Rəsulzadə küçəsi 36 saylı ünvanda yerləşən 53.3 kv.m əl dam ının satılmasına dair İddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2005-ci il tarixli 4Ə/3/499 saylı alqı-satqı müqaviləsinin, cavabdeh X1 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və xx.xx.2009-cu il tarixli 4Ə/3/545 saylı alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh X5 adına verilmiş xx.xx.2009cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi hissəsində təmin edilməmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2024cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instans iya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Göygöl şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 36 a nömrəli mənzildən çıxarılması və cavabdehdən dağıdılmış divarların bərpası üçün 200 manatın alınıb iddiaçıya verilməsi, eləcə də cavabdehin ona və ailə üzvlərinə zəng edərək təhqiramiz sözlər işlətməsinə və hədələrinə son qoyulmasına dair xəbərdarlıq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının bacısıdır. ünvan 4 ünvanda yerləşən 24.8 kv.m-dən ibarət olan 1 otaqlı mənzil iddiaçının qanuni mülkiyyətindədir. Cavabdeh onun qonşuluğunda yaşayır və mənzilləri bir-birindən divar ayırır. Cavabdehin yaşadığı mənzilin mülkiyyətçisi mərhum bibiləri X8 olmuş, bibilərinin sağl ığında cavabdeh həmin mənzilə qeydiyyata götürülmüş və bibisi ilə birlikdə yaşamışdır. İddiaçı ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə özünə məxsus olan, Göygöl şəhərinin R.Nəsibov küçəsindəki 11 saylı binanın 13 saylı mənzilində yaşayır və arada Göygöl şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 36 saylı mənzilə də baş çəkir. Cavabdeh onun həmin mənzildə yaşamamasından istifadə edərək, mənzilləri bir-birindən ayıran divarı söküb iddiaçının otağına qapı açdırmış, onun mənzilini zəbt etmişdir. İddiaçı cavabdehə müraciət edib, törətdiyi qanunsuz hərəkətinin səbəbini soruşduqda sonuncu onun barəsində şər xarakterli ərizələrlə inzibati orqanlara müraciət etmişdir. İddiaçı divarın bərpa olunması üçün ustaya müraciət etmiş, usta isə qapını çıxarıb yerinə yenidən divar hörmək üçün 200 manat v əsait lazım olduğunu bildirmişdir. Həmçinin cavabdeh iddiaçının arvadı X2 telefonla zəng edib onu təhqir etmiş, onun ünvanına təhqiramiz sözlər işlətmişdir.
12. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 24 noyabr 2017-ci il tarixli rəyində qeyd olunmuşdur ki, İddiaçı məxsus ünvan 5 ünvanda yerləsən bir otaqlı, sahəsi 24,8 kv.m olan mənzilə qonşuluqda yaşayan Cavabdeh istifadəsində olan yaşayış evindən qapı boşluğunun açıldığı müəyyən olunmuşdur.
13. Göygöl Rayon Məhkəməsinin 13 fevral 2018-cu il tarixli, 2(066)-537/2018 nömrəli qətnaməsi ilə (hakim R.R.Məmmədov) iddia tələbi qismən təmin edilərək, ünvan 6 ünvanda yerləşən İddiaçı mülkiyyətində olan mənzildən Cavabdeh çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı mülkiyyətçi olduğundan cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmalıdır.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya konkret olaraq vurulmuş zərərin əsaslandırılması və mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə sübut təqdim etmədiyindən iddianın cavabdehdən 200 manat pulun tutulması, həmçinin Cavabdeh arvadına, eləcə də ona və ailə üzvlərinə zəng edib təhqiramiz sözlər işlətməsinə və hədələrinə son qoyulmasına dair xəbərdarlıq edilməsi hissəsi təmin oluna bilməz.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.2, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü ma ddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh 1989-cu ildən mübahisəli mənzildə yaşayır və bu mənzili atası erməni vətəndaş ilə Vardenis rayonu, Zod kəndində yerləşən evlə dəyişdirmişdir. Evdə onun da haqqı vardır. Lakin, iddiaçı mənzili adına keçirmişdir. Məhkəmə iddiaçının mülkiyyətçi olmasına istinad etsə də, iddiaçının mülkiyyət hüququnu hansı yolla əldə etməsini araşdırmamış, cavabdehin 28 il həmin evdə daimi yaşadığını nəzərə almamışdır.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2(104)-18/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.Q.Rzaquliyevin sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovdan və İ.T.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçıya məxsus mənzilə aid ilkin sənədləri mübahisələndirsə də, məhkəmə aktları ilə həmin sənədlər ləğv edilmədiyindən, hazırkı halda cavabdehin mənzilə aid hər hansı hüququ olmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir.
21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 6.1.4, 21.1, 21.2, 152.1, 152.5, 157.2, 157.4, 157.8-ci maddələrinə və “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin tələbləri pozulmuşdur.
24. Belə ki, cavabdehin mübahisəli mənzilə birmənalı şəkildə subyektiv hüququ vardır. Bir halda ki, cavabdehin iddia ərizəsinə əsasən evdəyişmə orderi ləğv edilmişdir, cavabdehin həmin evdə vərəsəlik hüquqi əsasında və eyni zamanda sahiblik və istifadə hüquqi əsasında subyektiv hüququ yaranmış, həmçinin Göygöl Rayon Məhkəməsində həmin evə dair verilmiş çıxarışın və sərəncamın ləğv edilməsi barədə məhkəmə qətnaməsi mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi çəkişmə və ədalətli araşdırma prinsiplərinin tələblərinə əməl etməmiş və maddi hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respubl ikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Apellyas iya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmada n mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəlləni n 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini n ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən vərəsəlik və istifadə hüququnun olmasını şikayətlərində bildirsə də, bunu təsdiqləyən sübutları işin faktiki hallarını araşdıran məhkəmlərə təqdim etməmişdir.
35. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşi n faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 36. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarına əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbi t olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
37. Əksinə, iş materiallarından müəyyən olunur ki, hazırkı iddia apellyasiya məhkəməsinin icraatında olduğu zaman cavabdeh tərəfindən iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnu təsdiq edən sənədləri mülki mühakimə icraatı qaydasında mübahisələndirmiş, son nəticədə iş üzrə icraata bu hissədə xitam verilmişdir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də yişiklik edilmədən saxlanılmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2(104)-18/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.