Məhkəmə qərarları › İş №2(102)-3803/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3803/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3803/2024 20.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respu blikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı müqavilə öhdəliyinin icra olunması və kirayə haqqı tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-139/2024 saylı 24 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ( bundan sonra iddiaçı) ilə Cavabdeh MMC ( bundan sonra cavabdeh MMC) arasında bağlanmış xx.xx.2016 cı il tarixli müqaviləyə (sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri) əsasən MMC N izami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli 47 saylı sərəncamına uyğun ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən iddiaçının müvəqqəti yerləşdirilməsi üçün iddiaçıya mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada iddiaçının hal-hazırda yaşadığı 2 otaqlı mənzilin yeni 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin edilməlidir. İddiaçının mənzildən köçürüldüyü gün tərəflər arasında müvafiq aktın imzalandığı tarix hesab edilərək, tikinti işləri xx.xx.2016-cı il tarixdən başlayaraq 24 ay ərzində yekunlaşdırılmışdır.

2. Daşınmaz əmlakın dövlət reyestrinin arayışında qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerlə şən çoxmərtəbəli yaşayış binası üzərində cavabdeh MMC-nin xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 444 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin YG 18/20E-047 №-li xx.xx.2020-ci il tarixli istismara buraxılış aktının surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev və Şərifli küçələrinin kəsişməsində Cavabdeh MMC tərəfindən inşa edilən “Komfort” yaşayış kompleksinin enerji təchizatı üçün quraşdırılmış elektrik qurğuları istismara buraxılmışdır. 4. 25.09.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh MMC-nə verilmiş TX-17/0286 xx.xx.2017-ci il tarixli texniki şərti "xxxx" MMC tərəfindən tam icra olunub və sifarişçiyə təhvil verilmişdir. 5. “X2” MMC-nin Cavabdeh MMC-nə ünvanladığı 003 №-li xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “X2” MMC Bakı şəhəri Nizami rayonu Ş.Mirzəyev küçəsi 89/95də yerləşən 16 nömrəli 2 girişli yaşayış binasında və ümumi sahəsi 1500,00 kv.m olan 1 mərtəbəli yeraltı avtodayanacağında yanğından erkən xəbərdarlıq siqnalizasiya sistemi, tüstü xaric etmə sistemi, mexaniki və avtomatik yanğın söndürmə sistemi quraşdırılmışdır. Hal-hazırda sistem tam işlək vəziyyətdədir.

6. Bakı Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli su təchizatı və kanalizasiya sisteminə qoşulma aktının surətindən görünür ki, Nizami rayonu 2458-ci məhəllə M.Şərifli, Ə.Hacıyev ünvanında yerləşən tikinti obyekti su təchizatı və kanalizasiya müəssisəsinin şəbəkəsinə qoşulmuşdur. 7. 01.02.2021-ci il tarixli Qaz təsərrüfatında həyata keçirilən texniki baxışın nəticələrinə dair aktın surətindən görünür ki, Nizami rayonu Ə.Hacıyev, M.Şərifli və Ş.Mirzəyev küçələrində Cavabdeh MMC-yə məxsus tikinti obyektindəki sayğaclara texniki baxış keçirilmiş, qaz sızmaları aradan qaldırılmışdır.

8. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş (əsli ilə eyni olması təsdiq edilməklə) layihəyə əsasən İddiaçı sahəsi 50,8 kv.m-dən ibarət olan 2 otaqlı mənzilin verilməsi müəyyən edilir.

9. Eyni zamanda işdə olan cavabdeh tərəfindən təqdim edilmiş sxem layihəyə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı verilməsi nəzərdə tutulmuş mənzil sahəsi 50,8 kv.m-dən ibarət olmaqla 2 otaqlı mənzildən ibarətdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birin ci instansiya məhkəməsində icraat:

10. İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi və Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 (iki) otaqlı 83 kv.m-dən ibarət olan mənzilin və 2020- ci ilin oktyabr ayından 2021-ci ilin may ayına kimi aylıq 300 (üç yüz) manat, cəmi 2400 (iki min dörd yüz) manat kirayə haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və ona maddi ziyan vurması barədə xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına xəbər verilməsini məhkəmədən xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsi 89 saylı evin 4 və 5 saylı mənzili və 26 kv.m əlavə tikili ona məxsus olmuşdur. Cavabdeh MMC-nin direktoru Fərid Qəhrəmanov, MMC-nin təsisçisi Ruslan Məmmədov və iş icraçısı Ceyhun adlı şəxs ona məxsus 4 və 5 nömrəli mənzillərə və əlavə 26 kv.m yaşayış sahəsinə baxış keçirmiş, ölçülər götürüldükdən sonra müqavilə bağlanması təklif olunmuşdur. Razılaşmaya əsasən ona 2 (iki) otaqlı 83 kv.m-dən ibarət olan mənzil verilməli idi. Bu minvalla cavabdeh MMC ilə onun arasında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda müqavilə bağlanmışdır. Müqavilədə cavabdeh təşkilat tərəfindən ona 2 (iki) otaqlı, tam təmirli mənzilin verilməsi qeyd edilmişdir. Bundan əlavə, müqavilədə binanın 2 (iki) il müddətinə təhvil veriləcəyi qeyd edilsə də, tikinti 4 (dörd) ildən gec başa çatmışdır. Lakin ona 1 (bir) otaq studiya verilmiş və divardan divara ölçüləri sahəsi 50.8 kv.m-dən ibarət mənzil verilmişdir. Haqsızlıq bununla da bitməmiş, bina təhvil verilmədiyi halda 2020-ci il oktyabr ayından kirayə ödənişləri dayandırılmışdır. O və ailəsi yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyi üçün 2021-ci il may ayında 50.8 kv.m-dən ibarət olan mənzilə köçməli olmuşlar. Cavabdeh təşkilatın mövqeyi onun maraqlarına zidd olduğundan mövcud iddia tələbini irəli sürmüşdür. Hesab etmişdir ki, cavabdeh tə şkilatla onun arasında bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 (iki) otaqlı 83 kv.m-dən ibarət olan mənzilin və 2020ci ilin oktyabr ayından 2021-ci ilin may ayına kimi aylıq 300 (üç yüz) manat, cəmi 2400 (iki min dörd yüz) manat kirayə haqqının ona verilməsi barədə qətnamə qəbul edilməlidir. O, cavabdeh təşkilatla müqavilə bağlayan zaman binanın layihəsində nə 50.8 kv.m-dən ibarət 2 (iki) otaq, nədə ki, 1 (bir) otaq studiya mövcud olmamışdır. Bundan başqa, xüsusi ilə qeyd edilmişdir ki, ona məxsus mənzillərdə iki ailə yaşamışdır. Hal-hazırkı mənzildə iki ailənin yaşaması mümkün deyildi. Qeyd olunanların bir adı var, şirkətin vəzifəli şəxsləri xidməti vəzifələrindən sui-istifadə edərək MMC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə onun və ailəsinin hüquqlarına və qan uni mənafelərinə mühüm zərər vurmaqla mənzildən məhrum etməklə mənzili 2 (iki) olaq əvəzinə 1 (bir) otaq verərək mənzilin kvadratından təxminən 32 kv.m az verilmişdir. Bununla da həmin kvadratın pulu və mənzil ona təhvil verilənə kimi onlara ödənilməsi nəzərdə tululan kirayə haqqı mənimsənilmişdir. Mövcud iddia tələbi cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui istifadə etməsi (müqavilə öhdəliyini lazımınca icra etməməsi) səbəbindən yarandığından ödənilmiş dövlət rüsumu cavabdeh təşkilatdan alınaraq ona ödənilməlidir.

12. Cavabdeh MMC iddia tələbinə qarşı etiraz verərək etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh MMC iddiaçı ilə bağladığı 08 iyun 2016-cı il tarixli müqavilə üzrə öz öhdəliyini yerinə yetirərək ona daha geniş və komfortlu mənzili təhvil vermişdir. İddiaçı da bir ildən artıq müddətdir ki, həmin mənzildə yaşayır. Tərəflər arasında bağlanan müqavilənin heç bir bəndində ona 83 kvadrat metrlik sahəyə malik mənzil verilməsi nəzərdə tutulmamış, Cavabdeh MMC üzərinə elə bir öhdəlik götürməmişdir. İddiaçı özü də qeyd etmişdir ki, onun 26 kv.m sahəyə malik mənzili olmuşdur. Ona isə 56 kv.m sahəyə malik 2 otaqlı mənzil verilmişdir. Pilot layihə üzrə icra hakimiyyəti ilə aralarında olan müqaviləyə əsasən sakinlərin sökülən mənzillərinin əvəzində onlara üzərinə 20% əlavə sahə hesablanmaqla yeni mənzil verilmişdir. Bütün sakinlərlə eyni cür müqavilələr bağlanmışdır. İddiaçıya isə əksinə 20%-dən də çox hesablanmaqla daha geniş və komfortlu mənzil verilmişdir. İddiaçının iddia tələbində qeyd edilən 8 aylıq 2400 manat kirayə haqqı ilə bağlı bildi rmişdir ki, iddiaçı özü qəsdən 2020-ci ilin oktyabr ayında ona mənzili təhvil götürməsi təklif olunanda onu təhvil götürməkdən imtina etmiş, gecikdirməklə süni şəkildə əlavə kirayə pulu almaq istəmişdir. Mənzilə gec köçməsi özünün təqsirindən olmuşdur. Tərəflərindən heç bir öhdəlik pozulmamışdır. İddiaçıya dəfələrlə bu barədə məlumat verilmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(005)3247/2022 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin (sakinlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri) 1-ci bəndinə əsasən Cavabdeh MMC Nizami Rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli 47 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən iddiaçının müvəqqəti yerləşdirilməsi üçün iddiaçıya mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada iddiaçının hal-hazırda yaşadığı 2 otaqlı mənzilin yeni 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 404-cü maddəsinə nəzər yetirsək, hazırkı mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olmaz. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmışdır. İddiaçının istinad etdiyi hal - ona 2 (iki) otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təh vil verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC- nin iddiaçıya sahəsi 83 kv.m olan 2 (otaqlı) mənzil verməsi öhdəliyi nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının “bina təhvil verilmədiyi halda, 2020-ci ilin oktyabr ayından kirayə ödənişlərinin dayandırılması” barədə dəlilləri də əsassızdır. Belə ki, hazırkı mübahisədən göründüyü kimi, tərəflər öz aralarında müqavilə bağlayaraq öhdəliklər götürmüşlər. Lakin iddiaçı, müqavilədə nəzərdə tutulmadığı halda, ona sahəsi 83 kv.m deyil, 50.8 kv.m olan mənzilin təhvil alınması təklif edildiyindən, mənzili təhvil almaqdan imtina etmişdir. İddiaçı istifadəyə tam yararlı mənzili təhvil almaqdan imtina etdiyindən və müqavilə şərtlərinə əsasən kirayə haqqı yeni mənzilin təhvil verilməsinədək ödənilm əli olduğundan cavabdeh tərəfindən haqlı olaraq mənzilin təhvil alınmasından imtina edildiyi vaxtdan kirayə haqqının ödənilməsi dayandırılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı hazırda cavabdehlə aralarında bağlanmış müqavilədə nəzərdə tutulmayan öhdəliklərin yerinə yetirilməsini tələb edir. Məhkəmə yekun olaraq qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra edərək, müqavilənin şərtlərini pozmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin icra olunması və kirayə haq qı tələbini irəli sürməkdə haqlı olmamışdır, bu səbəbdən də iddia tələbi rədd edilməlidir. Məhkəmə, cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən suiistifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması faktı ilə bağlı xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hüquqi nəticə etibarı ilə cavabdeh təşkilatın vəzifəli şəxslərinin barəsində xüsusi qərardadın çıxarılmasını tələb edir. Lakin bu məsələ tələb kimi irəli sürülsə də, hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlər ində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Bu səbəbdən hazırkı məsələyə qətnamənin nəticə hissəsində münasibət bildirilə bilməz. Hər bir halda məhkəmə, araşdırma zamanı qeyd edilən mülki iş üzrə xüsusi qərardad qəbul edilməsi üçün əsas gətirilən halları əsassız hesab etmiş və qeyd olunan halların mülki xarakterli mübahisələr olduğunu, bu səbəbdən də təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab etmişdir ki, iddia tələbi əsassızdır.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 427.1, 427.2, 427.3, 430.1, 442, 445.2.1, 445.2.2, 448.1-ci, maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 78.1, 80, 81, 106.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, tərəflər arasında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kontorunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 (iki) otaqlı mənzili və 2020-ci ilin oktyabr ayından 2021-ci il may ayına kimi aylıq 300 (uç yüz) manat cəmi 2400 (iki min dörd yüz) manat kirayə haqqı iddiaçıya verilməlidir. Məhkəmə işə qərəzli bir tərəfli yanaşdığından qeyd edir ki, iddiaçının istinad etdiyi hal – ona 2 (iki) otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təhvil verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC-nin iddiaçıya sahəs 83 kv.m olan 2 (otaq lı) mənzil verməsi öhdəliyi nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının “bina təhvil verilmədiyi halda, 2020-ci ilin oktyabr ayından kirayə ödənişlərinin dayandırılması” barədə dəlilləri də əsassızdır. Məhkəmə nəzərə almamışdır ki, nə müqavilədə 2 (iki) otaqlı, 50.8 kv.m. verilməsi nəzərdə tutulmamış, nə cavabdeh təşkilatın tiktidiyi binada qanunvericilikdə nəzərdə tutulan formada və müqavilə bağlanan zaman müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş binanın layihəsində 2 (otaqlı), 50.8 kv.m. ibarət mənzil, nədə ki, 1 (bir) otaq studiya mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, iddiaçıya məxsus mənzillərdə iki ailə yaşamışdır. Hal-hazır ki, mənzildə iki ailənin yaşaması mümkün deyil. Qeyd olunanların bir adı var şirkətin vəzifəli şəxsləri xidməti vəzifələrindən sui-istif adə edərək MMC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə iddiaçının və ailəsinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla mənzildən məhrum etməklə mənzili 2 (iki) otaq əvəzinə 1 (bir) otaq verərək mənzilin kvadratından təxminən 32 kv.m az verilmişdir. Bununla da həmin kvadratın pulu və mənzil iddiaçıya təhvil verilənə kimi bizə ödənilməsi nəzərdə tutulan kirayə haqqı mənimsənilmişdir. Cavabdeh təşkilatın vəzifə şəxsləri və birinci instansiya məhkəməsinin hakimi unudur ki, onların əsas məqsədi konstitusiyadan və möhtərəm prezidentimizin qeyd etdiyi kimi vətandaşların rifahını yüksəltməyə xidmət etməlidir. Göründüyü kimi cavabdeh təşkilatın vəzifəli səlahiyyətli şəxsləri iddiaçının həm konstitusiya və beynəlxalq qanunvericiliklə qorunan hüquqlarımızı pozmaqla yanaşı, möhtərə m prezidentinin apardığı siyasətə qarşı çıxırlar. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Cavabdeh təşkilat isə etirazı əslarına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, ən sadə formada müqavilə bağlanan mövcud olan və müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş layihə belə məhkəməyə təqdim olunmamışdır. Çünki təqdim olunmuş olsaydı onda iddia tələbini etiraf etmiş olardılar.

18. Məhkəmə tikinti-texniki ekpertizanın 03 oktyabr 2023-cü il tarixli 10/5221 №-li rəyinə əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş 3 №-li Qərarında mətbəxyemək otağında (studiya) mənzil 2 otaqlı mənzil hesab edilib-edilməməsiylə bağlı hər hansı bir məlumat olmadığından, b u sual üzrə tədqiqat aparılması mümkün olmamış, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş 3 №-li Qərarının 5.7-ci bəndində göstərilənlərə əsasən mətbəx-yemək otağında (studiya) mənzildə mətbəx zonası 6 kv.metrdən az olmamalı, iş materiallarına əlavə edilmiş və müvafiq qurumlar tərəfindən təsdiq edilmiş Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 2-ci blokunun 4-6-cı mərtəbələrinin bəzək planının əks etdirən layihəyə əsasən, həmin çoxmərtəbəli binanın 2-ci blokunda sahəsi 40,19 kv.m, 41,40 kv.m., 41,26 kv.m., 59,44 kv.m. və 59,32 kv.m. olan 5 ədəd 2 otaqlı mənzil nəzərdə tutulduğu müəyyən edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsi 24 aprel 2024-cü il tarixli, 2(103)-139/2024 nömrəli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), E.M.Həsənov, X.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən hazırkı mübahisənin öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməsini əsaslı hesab etmək olmaz. Belə ki, tərəflər arasında müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmışdır. İddiaçının istinad etdiyi hal - ona 2 (iki) otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təhvil verilməsi öz təsdiqini tapmamışdır. Başqa sözlə, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC-nin iddiaçıya sahəsi 83 kv.m olan 2 (otaqlı) mənzil verməsi öhdəliyi nəzərdə tutulmam ışdır.

21. Hər bir halda iddiaçı da cavabdeh kimi öz mövqeyini sübut etməli və izahatında göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin iddiaçı ona cavabdeh tərəfindən 2 (iki) otaqlı, sahəsi 83 kv.m-dən ibarət olan mənzilin təhvil verilmədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

22. Halbuki apellyasiya icraatı zamanı keçirilmiş yerli baxış zamanı da Cavabdeh MMC tərəfindən müqavilə üzrə nəzərdə tutulan mənzilin İddiaçı verildiyi, yəni həmin mənzilin sahəsinin 50,8 kv.m-dən ibarət olmaqla iki otaqdan ibarət studio mənzil olduğu müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş (əsli ilə eyni olması təsdiq edilməklə) layihəyə əsasən İddiaçı sahəsi 50,8 kv.mdən ibarət ol an 2 otaqlı mənzilin verilməsi müəyyən edilir. Belə ki, həmin layihədə sözügedən iddiaçı və ailəsinin yaşadığı mənzil 2 otaqlı mənzil kimi nəzərdə tutulmuşdur. O cümlədən, cavabdeh tərəfindən təqdim edilmiş layihədən görünür ki, faiktiki olaraq iddiaçıya təqdim edilmiş və hazırda yaşadığı mənzilin 50,8 kv.m olmaqla 2 otaqlı mənzil kimi nəzərdə tutulması müəyyən edilmişdir. Bununla da yalnız iddiaçının izahatı ilə podratçı tərəfindən müqavilə şərtlərinin pozulması qənaətinə gəlmək üçün əsas ola bilməz.

23. Nəzərə alınmalıdır ki, bu sahəni tənzimləyən qanunvericilik podratçı tərəfindən podradın nəticələrinin qüsursuz icra edilməsi vəzifəsini təsbit etmiş, eyni zamanda, qüsurlara bərabər tutulan və qusurlardan azad hesab edilən podratın nəticələrini ayırd etməklə, həmin nəticəyə uyğun olaraq tərəflərin mümkün davranışlarını, habelə hüquq və vəzifələrini müəyyən etmişdir. Bu münasibətlər çərçivəsində cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş məmulatın, yəni hazırki halda mənzilin qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edilməsinin mümkünlüyü də təsbit edilmiş və bu davranışın yaratdığı nəticələr açıqlanmışdır (MM 773-cü maddəsi). 24. xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək tikiləcək yeni binada iddiaçının 2 otaqlı mənzilin yeni 2 otaqlı təmirli və tam kommunal şəraitli mənzil ilə əvəzləşdirilməsi təmin edilmiş, mənzil iddiaçı tərəfindən təhvil alınmış və hal-hazırda da həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Mənzili təhvil alarkən qüsurlu olması qənaətinə gəldiyi halda, həmin məmulatda olan qusurlara münasibətdə pretenziya irəli sürmədən həmin məmulatı qəbul etməklə bu qüsurlarla bağlı tələb hüququnu da itirmişdir. Bu səbəbdən cavabdeh tərəfindən müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması qənaətinə gəlməkdə iddiaçının mövqeyi əsaslı olmamışdır.

25. Bundan əlavə hazırkı mübahisədən göründüyü kimi tərəflər öz aralarında müqavilə bağlayaraq öhdəliklər götürmüşlər. Lakin iddiaçı, müqavilədə nəzərdə tutulmadığı halda, ona sahəsi 83 kv.mdeyil, 50.8 kv.m olan mənzilin təhvil alınması təklif edildiyindən, mənzili təhvil almaqdan imtina etmişdir. İddiaçı istifadəyə tam yararlı mənzili təhvil almaqdan imtina etdiyindən və müqavilə şərtlərinə əsasən kirayə haqqı yeni mənzilin təhvil verilməsinədək ödənilməli olduğundan cavabdeh tərəfindən haqlı olaraq mənzilin təhvil alınmasından i mtina edildiyi vaxtdan kirayə haqqının ödənilməsi dayandırılmışdır.

26. Beləliklə, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Çünki cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə götürdüyü öhdəliyi lazımi qaydada icra etmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkətləri vaxtında və tam icra edərək, müqavilənin şərtlərini pozmamışdır.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(005)-3247/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

28. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1, 421.2, 421.3, 423.2, 424.2, 424.4, 442, 445.2, 445.8, 752.1, 753, 759.2, 762.1, 762.3, 773-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

29. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)139/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını olduğu kimi köçürərək qətnamə qəbul etmişdir. Halbuki tərəflər arasında 08 iyun 2016-cı il tarixdə Bakı şəhəri 36 saylı notariat kont orunda bağlanmış müqavilə üzrə binanın layihəsində nəzərdə tutulan 2 (iki) otaqlı mənzili və 2020-ci ilin oktyabr ayından 2021-ci il may ayına kimi aylıq 300 (uç yüz) manat cəmi 2400 (iki min dörd yüz) manat kirayə haqqı iddiaçıya verilməlidir. Məhkəmə işə qərəzli bir tərəfli yanaşdığından qeyd edir ki, iddiaçının istinad etdiyi hal - ona 2 (iki) otaqlı, sahəsi 83 kv.mdən ibarət olan mənzilin təhvil verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə Cavabdeh MMC-nin iddiaçıya sahəsi 83 kv.m olan 2 (otaqlı) mənzil verməsi öhdəliyi nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının “bina təhvil verilmədiyi halda, 2020-ci ilin oktyabr ayından kirayə ödənişlərinin dayandırılması” barədə dəlilləri də əsassızdır. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, nə müqaviləd ə 2 (iki) otaqlı, 50.8 kv.m. verilməsi nəzərdə tutulmamış, nə cavabdeh təşkilatın tiktidiyi binada qanunvericilikdə nəzərdə tutulan formada və müqavilə bağlanan zaman müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş binanın layihəsində 2 (otaqlı), 50.8 kv.m. ibarət mənzil, nədə ki, 1 (bir) otaq studiya mövcud olmamışdır. Müqavilə bağlanan dövrdə mövcud olmuş binanın aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış layihəsi birinci və apellyasiya məhkəməsində tələb olunsa da təqdim olunmamışdır. Ancaq cavabdehin təşkilat onlar tərəfindən təsdiq olunmuş layihə məhkəməyə təqdim olunmuşdur. Təqdim olunmuş layihədə isə iddiaçıya verilmiş mənzilin sahəsi mövcud deyil. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekpertizanm 03 oktyabr 2023-cü il tarixli 10/5221 nömrəli rəyinə əs asən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası tərəfindən 30 noyabr 2021-ci il tarixdə təsdiq edilmiş 3 №-li Qərarında mətbəx-yemək otağında (studiya) 2 otaqlı mənzil hesab edilib-edilməməsiylə bağlı hər hansı bir məlumat olmadığından, bu sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bu onu ehtiva edir ki, mətbəx-yemək otağında (studiya) 2 otaqlı mənzil ümumiyyətlə nəzərdə tutulmur. İddiaçıya məxsus mənzillərdə iki ailə yaşamışdır. Halhazırki mənzildə iki ailənin yaşaması mümkün deyil. Qeyd olunanların bir adı var, şirkətin vəzifəli şəxsləri xidməti vəzifələrindən sui-istifadə edərək MMC üçün qanunsuz üstünlük əldə etmək məqsədilə iddiaçının və ailəsinin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla mənzildən məhrum etməklə mənzili 2 (i ki) otaq əvəzinə 1 (bir) otaq verərək mənzilin kvadratından təxminən 32 kv.m az verilmişdir. Bununla da həmin kvadratın pulu və mənzil iddiaçıya təhvil verilənə kimi bizə ödənilməsi nəzərdə tutulan kirayə haqqı mənimsənilmişdir. Cavabdeh təşkilatın vəzifə şəxsləri və birinci instansiya məhkəməsinin hakimi unudur ki, onların əsas məqsədi konstitusiyadan və möhtərəm prezidentimizin qeyd etdiyi kimi vətandaşların rifahını yüksəltməyə xidmət etməlidir. Göründüyü kimi cavabdeh təşkilatın vəzifəli səlahiyyətli şəxsləri iddiaçının həm konstitusiya və beynəlxalq qanunvericiliklə qorunan hüquqlarını pozmaqla yanaşı, möhtərəm prezidentimizin apardığı siyasətə qarşı çıxırlar. Mövcud iddia tələbi cavabdeh təşkilatın vəzifə şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi (müqavilə öhdəliyini lazımınca icra etməməsi) səbəbindən yarandığından və dövlət başçısının apardığı siyasətə qarşı olduğundan cavabdeh təşkilatın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əsassız varlanması və iddiaçıya maddi ziyan vurması barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməlidir

23. Məhkəmə iclasında iştirak etmək məqsədilə məhkəmə iclasını təxirə alınması xahiş olunsa da məhkəmə kollegiyası bunu nəzərə almamışdır. Nəticədə ədalətli məhkəmə araşdırma hüququnun pozulmasına səbəb olmuşdur. İşə baxan məhkəmə kollegiyası yuxarıda göstərilənləri yanlış qiymətləndirmiş bu zaman Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd mövqe tutmuşdur. Məhkəmə təqdim olunmuş subutlara deyil, özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir. Belə ki, nə mətbəxyemək ot ağında (studiya) 2 otaqlı mənzil ümumiyyətlə nəzərdə tutulmadığı, nə müqavilədə 2 (iki) otaqlı, 50.8 kv.m. verilməsi nəzərdə tutulmamış, nə cavabdeh təşkilatın tiktidiyi binada qanunvericilikdə nəzərdə tutulan formada və müqavilə bağlanan zaman müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş binanın layihəsində 2 (otaqlı), 50.8 kv.m. ibarət mənzil, nə də ki, 1 (bir) otaq studiya mövcud olmamağı nəzərə alınmadan qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən iddia tələbi ilə bağlı sübut təqdim olunsa da məhkəmə düzgün qiymət verməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Cavabdeh təşkilat isə etirazın əslarına dair heç bir sübut təqdim etməmişdir. Belə ki, ən sadə formada müqavilə bağlanan zaman mövcud olan və müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş layihə belə məhkəməyə təqdim olunmamışdır, çünki təqdim olunmuş olsaydı onda iddia tələbini etiraf etmiş olardılar. Məhkəmə işin hallarını və qanun normalarını sadalamaqla qətnamə qəbul etmişdir. Halbuki qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (AR MPM-nin 217-ci maddəsi)

24. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385, 404, 425, 427, 430, 442, 443, 445, 448-ci maddələrinə, Azərbaycan Respublikasının MPM-in 9.1, 14.2, 77, 88 və 217-ci ma ddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə dair qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

27. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 2

8. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

29. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

30. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir;

31. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəl ik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər;

32. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

34. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikd irməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

35. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

36. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun;

37. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

38. Maddə

773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə pelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

30. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin pelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmə iclasında iştirak etmək məqsədilə məhkəmə iclasını tə xirə alınması xahiş olunsa da məhkəmə kollegiyasının bunu nəzərə almadığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində keçirilmiş 15 fevral 2023, 23 fevral 2023, 15 mart 2023 və 15 noyabr 2023cü il tarixli məhkəmə iclaslarının protokolları ilə təsdiq edilir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin tarixli məhkəmə iclaslarında iştirak edərək izahat vermişdir. İş materialları ilə təsdiq edilir ki, iddiaçı və onun nümayəndəsi və vəkili 17 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir.17 yanvar 2024-cü il tarixli məhkəmə iclasının protokolu ilə təsdiq edilir ki, 17 yanvar 2024-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının təxirə salınması barədə iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatəti müzakirə edilərək təmin edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Göstərilən maddənin məzmunundan məlum olur ki, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi (üzrlü və ya üzrsüz səbəbdən) halında işə baxılmasını təxirə salmaq apellyasiya instansiyası məhkəməsinin vəzifəsi deyil, hüququ kimi müəyyənləşdirilmişdir.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi 17 yanvar 2024-cü il tarixin ə təyin edilmiş məhkəmə iclasını təxirə salmamaqla prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

35. Məhkəmə kollegiyası kassasiya şikayətinin müqavilə bağlanan zaman mövcud olan və müvafiq dövlət orqanları tərəfindən təsdiq olunmuş layihənin belə məhkəməyə təqdim olunmadığı, çünki təqdim olunmuş olsaydı onda iddia tələbini etiraf etmiş olacaqları barədə dəlilini əsaslı hesab etmir.Belə ki apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə göndərilmiş (əsli ilə eyni olması təsdiq edilməklə) layihəyə əsasən İddiaçı sahəsi 50,8 kv.mdən ibarət olan 2 otaqlı mənzilin verilməsi müəyyən edilir. Belə ki, həmin layihədə sözügedən iddiaçı və ailəsinin yaşadığı mənzil 2 otaqlı mənzil kimi nəzərdə tutulmuşdur. O cümlədən, c avabdeh tərəfindən təqdim edilmiş layihədən görünür ki, faktiki olaraq iddiaçıya təqdim edilmiş və hazırda yaşadığı mənzilin 50,8 kv.m olmaqla 2 otaqlı mənzil kimi nəzərdə tutulması müəyyən edilmişdir. Bununla da yalnız iddiaçının izahatı ilə podratçı tərəfindən müqavilə şərtlərinin pozulması qənaətinə gəlmək üçün əsas ola bilməz.

36. İş materialları ilə təsdiq edilir ki, müvafiq layihə məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmişdir.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiy i nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

39. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İ ddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli 2(103)139/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar