Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3804/2021 14.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız sayılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı1 vəkili X7, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə icl asında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə daşınmaz əmlakın dövlət reyestrindən cavabdehə verilmiş çıxarışa iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsinin daxil edilməsi barədə iddia ilə bağlıdır.
2. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin X saylı, 24.12.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 01.06.2009-cu il tarixli A№ 116862 saylı torpaq sahəsinin plan və ölçüsünə dair sənəd qismən, yəni Gədəbəy rayonunun Novosaratovka kəndində yerləşən İddiaçı1 istifadəsində olan və hasara alınmış torpaq sahəsi ilə üst-üstə düşən hissəsində etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdir ilmədən saxlanılaraq həmin qətnamə qanuni qüvvəsini almışdır.
3. İddiaçı bildirir ki, həmin qətnamə ilə cavabdehin torpaq sahəsinin plan və ölçü sənədi onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız sayılsa da, cavabdehə çıxarış verilərkən bu hal nəzərə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 məxsus torpaq sahəsinin plan və ölçü sənədinin qismən, yəni texniki pasportla faktiki istifadəsində olan torpaq sahəsinə düşən hissədə etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı1 tələbini dəqiqləşdirərək, Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən R X seriyalı ******* saylı Çıxarışın ləğv edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, 1994-cü ildə notarial qaydada alqı-satqı yolu ilə Gədəbəy rayonunun Novosaratovka kəndində 0.25 ha həyətyani torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evini almışdır. Həmin müddətdən hal-hazıra qədər sözügedən mülk onun sahibliyində və istifadəsindədir. Həmçinin, ona məxsus mülkə dair aidiyyəti aidiyyəti orqanlarda, X10, Gədəbəy rayon X3 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsində, Gədəbəy rayon İHB-nin Novosaratovka kənd İƏD üzrə nümayəndəliyində sənədləşmələr aparılmışdır. Buna baxmayaraq, 1999-cu il tarixdə Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında Gədəbəy rayon Novosaratovka kəndində kütləvi surətdə aparılmış həyətyanı torpaq sahələrin plan ölçü sənədlər inin hazırlanması zamanı yanlışlığa yol verilərək Cavabdeh1 məxsus torpaq sahəsinin plan və ölçü sənədinin bir qismi onun faktiki istifadəsində olan torpaq sahəsinə salınmışdır. Bu isə torpaq sahəsindən istifadəsində cavabdehlə eyni zamanda qonşusu ilə aralarındakı münasibətlərdə ziddiyətlər, mübahisələr yaradır. Odur ki, həmin sənədin düzəldilməsi məqsədilə aidiyyət orqanlara müraciət etsə də, bunun məhkəmə qaydasında həlli ona izah olunmuşdur. İşə əlavə etdiyi X11 vətəndaşların təsərrüfat qeydi kitabından çıxarılmış və müvafiq qaydada təsdiqlənmiş 920 saylı, 31.10.2014-cü il tarixli çıxarışına əsasən, İddiaçı1 adına Gədəbəy rayon Novosaratovka kəndində 0.25 ha həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi qeydi aparılmışdır. İşə əlavə edilmiş Gədəbəy rayon X3 və mülkiyyət hüquql arının qeydiyyat idarəsi tərəfindən İddiaçı1 məxsus Gədəbəy rayon Novosaratovka kəndində 0.25 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə plan ölçü sənədləri əlavə edilməklə texniki pasport verilmişdir. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında Cavabdeh1 adına Gədəbəy rayon Novosaratovka kəndində yerləşən həyətyanı torpaq sahəsinin plan ölçü sənədinin bir qismi Gədəbəy rayon X3 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən onun adına verilmiş texniki pasportla faktiki istifadəsində olan 0.25 ha həyətyanı torpaq sahəsinin plan və ölçü sənədi ilə üst-üstə düşmüşdür. Həmçinin bildirir ki, iddiaçı Cavabdeh1 ona qarşı qaldırdığı “ona məxsus torpaq sahəsinə cavabdehin həyətindən axan yağış və sel sularının başqa səmtə axıdılmasını və həmin torpaq sahəsinə hasarı n çəkilməsi” tələbinə dair Gədəbəy Rayon Məhkəməsinin 2(041)-784-2014 saylı, 18.09.2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamış, həmin işdə mütəxəssis rəyindən məlum olmuşdur ki, torpaq sahəsinin 1.2 m ölçüdə hissəsi İddiaçı1 həyətayanı sahəsinə düşdüyü qeyd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin X saylı 28 yanvar 2015-ci il tarixli qətnaməsi ilə Gədəbəy rayon Məhkəməsinin X saylı, 18.09.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı1 Cavabdeh1 qarşı “plan və ölçü sənədinin qismən etibarsızlığı” tələbinə dair iddia ərizəsi ilə Gədəbəy rayon Məhkəməsinə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin X saylı, 24.12.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 adına tərtib edilmiş və Azərbaycan Resp ublikası Dövlət Torpaq və xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 01.06.2009-cu il tarixli A № 116862 saylı torpaq sahəsinin plan və ölçü sənədi qismən ləğv edilmişdir. Həmin işdən verilmiş apellyasiya şikayətinə baxılmış, Gəncə Apellyasiya Məhkəməsinin X5 saylı, 08.09.2015-ci il tarixli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin X saylı, 24.12.2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin 11.03.2016-cı il tarixli, X cı il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Xsaylı, 08.09.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Cavabdeh1 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Gədəbəy rayonunun Novosaratovka kəndində iddiaçı ilə qon şuluqda yaşayır. Gədəbəy rayonun Novosaratovka kəndində onun 1818,21 kv.m torpaq sahəsi və fərdi yaşayış evi vardır. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 05 iyun 1999-cu il tarixli, 09 nömrəli qərarı ilə ona 1818,21 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Torpaq sahəsinə hasar çəkilməsi zamanı iddiaçı ilə aralarında mübahisə yaranmışdır. O, torpaq sahəsini və fərdi yaşayış evini sənədləşdirmək istəyir. İddiaçı isə buna mane olur. İddiaçının fərdi yaşayış evi və torpaq sahəsi əvvəlcə X8 adlı bir qadına məxsus olmuş, həmin qadın ona 1993-cü ildə əmlakına dair etibarnamə vermişdir. İddiaçıdan əvvəl iddiaçıya məxsus ev və torpaq sahəsi onun adına olmuşdur. 1999-cu ildə iddiaçının həyat yoldaşı Ədaləti görmüşdür. O, öz torpaq s ahəsinə plan və ölçü sənədi almışdır. Onun adına olmuş əvvəlki plan ölçü sənədi məhkəmə qətnaməsi əsasında etibarsız hesab edilmişdir. O, məhkəmə məhkəmə qətnaməsinə hörmətlə yanaşmış, həmin qətnamədə göstərilən torpaq sahəsi çıxılmaqla yenidən torpaq sahəsinin sənədləşdirilməsi üçün DƏDRX-nə müraciət etmiş, ona yenidən texniki pasport və reyestrdən çıxarış verilmişdir. Hazırkı torpaq sahəsi iddiaçının plan ölçü sənədi ilə üst-üstə düşmür. İddiaçının hazırda mübahisələndirdiyi torpaq sahəsi onun mülkiyyətindədir.
8. Gədəbəy Rayon Məhkəməsinin (hakim M.Kazımov) 04 iyul 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidməti tərəfindən verilmiş 29.04.2017-ci il tarixli, RX seriyalı, ******* saylı reyestrindən çıxarış və tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportunun koordinatları İddiaçı1 adına tərtib edilmiş texniki pasportun koordinatları ilə üst-üstə düşmədiyindən, iddiaçının qeyd olunan mübahisəli torpaq sahəsinə dair hər hansı hüququ olmadığından iddiaçı, pozulmuş hüquqlarının bərpası, cavabdehin adına olan çıxarış və texniki pasportun etibarsızlığını tələb etməkdə haqlı deyildir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin 13.06.2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrind ən RX seriyalı, ******* saylı Çıxarış əsasında X4 və ailə üzvlərinin adına mülk kimi qeydə alınmış Gədəbəy rayon Novosaratovka kəndində yerləşən həyətyanı torpaq sahəsi ilə Gədəbəy rayon X5 və mülkiyyət hüquqların qeydiyyatı idarəsi tərəfindən İddiaçı1 adına verilmiş texniki pasportla faktiki istifadəsində olan 0.25 ha həyətyanı torpaq sahəsi 23.3 kv.m hissədə üst-üstə düşür.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14.08.2019-cu il tarixli, 18595 saylı rəyinə əsasən, qərardadın birinci sual üzrə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X9 LTİ-nin mütəxəssis rəyinə əsasən, Gədəbəy rayon Novosaratovka kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında da şınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarış əsasında X4 və ailə üzvlərinin adına mülk kimi qeydə alınmış həyətyanı torpaq sahəsi və Gədəbəy rayon X5 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən İddiaçı1 adına verilmiş texniki pasportla faktiki istifadəsində olan 0.25 ha həyətyanı torpaq sahəsi ayrı-ayrılıqda naturada mövcuddur. Qərardadın ikinci sual üzrə qeyd edilmişdir ki, Gədəbəy rayon Novosaratovka kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarış əsasında X4 və ailə üzvlərinin adına mülk kimi qeydə alınmış həyətyanı torpaq sahəsi ilə Gədəbəy rayon X5 və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən İddiaçı1 adına verilmiş texniki pasportla faktiki istifadəsində ola n 0.25 ha həyətyanı torpaq sahəsi 23.3 kv.m hissədə üst-üstə düşdüyü müəyyən olunur. X1 31.01.2020-ci il tarixli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Məhkəmə Ekspertizası Mərkəzinin 18595 saylı rəyində qeyd edilən üst-üstə düşən 23.3 kv.m torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə əsasən İddiaçı1 məxsus olması müəyyən edilmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ə.Məmmədov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və Ə.Abdullayev) 20 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin X saylı mülki iş üzrə 04 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməsi, C avabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı Çıxarış ləğv edilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində ekspertiza xərcinin Cavabdeh1 alınaraq İddiaçı1 verilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, X2 31.01.2020-ci il tarixli 131 nömrəli rəyindən qeyd edilən üst-üstə düşən 23.3 kv.m torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə əsasən İddiaçı1 məxsus olması müəyyən edilmişdir. İddiaçı torpağın mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir. Aparılmış araşdırma zamanı və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, üst-üstə düşən 23.3 kv.m mübahisəli torpaq sahəsi ilkin torpaqayırma sənədlərinə əsasən İddiaçı1 məxsusdur. 29.04.2017-ci il tarixli, RX seriyalı çıxarışa əsasən Gədəbəy rayonu Novosaratovka kəndində yerləşən 0,1773 ha yaşayış məntəqələrinin torpaq sahəsi Cavabdeh1, X, X, X vəX ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır və artıq olan torpaq sahəsinin məhz kimin mülkiyyətində olan torpaq sahəsində yerləşməsini ayırd etmək mümkün deyildir. Bu səbəbdən də mübahisələndirilən çıxarış tamamilə ləğv edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya aid hissədə arxiv arayışı nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən arxivdən tələb edilməmişdir. İşə əlavə edilmiş keçmiş mülkiyyətçi və qonşuların tərtib etdiyi və imzaladığı aktdan görünür ki, Cavabdeh1 sərhədləri göstərilməklə həyətyanı torpaq sahəsini və evi 1000 rubla keçmiş mülkiyyətçidən almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamış və qətnaməni ləğv etmişdir. Hazırda gəldiyi nəticə isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə üst-üstə düşür. Yəni bir tərəfdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mülkiyyətində olan 23,3 kv.m torpaq sahəsi iddiaçının ilkin torpaqayırma sənədlərinə əsasən iddiaçıya məxsusdur, digər tərəfdən isə belə nəticəyə gəlir ki, artıq olan, yəni 23,3 kv.m torpaq sahəsinin məhz kimin mülkiyyətində olan torpaq sahəsində yerləşməsini ayrı etmək mümkün deyildir. Bu səbəbdən də mübahisələndirilən çıxarış tamamilə ləğv edilməlidir. Məhkəmə kollegiyası ziddiyyətli nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 141.1. Əgər daşınmaz ə mlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
20. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
21. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçiri lir.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
26. Maddə 262.3. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələl ərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
29. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək iş ə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə hazırkı iddiaya mülki mühakimə icraatında baxılmalı olub-olmaması araşdırılmalıdır.
32. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli qərarının 17-ci bəndinə görə, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
33. Hazırkı işdə iddiaçının tələbi inzibati orqan olan Daşınmaz Əml akın Dövlət Reyestri Xidmətinin verdiyi RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi barədədir.
34. Belə olan halda, həmin çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın inzibati orqanın aktı, yoxsa mülki hüquqi əqd əsasında aparılması işin məhkəmə aidiyyəti baxımından mühüm əhəmiyyət kəsb edir.
35. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 24.12.2014-cü il tarixli qətnaməsində qeyd olunmuşdur ki, Cavabdeh1 adına plan və ölçü sənədi Gədəbəy rayon X6 05.06.1999-cu il tarixli, 09 nömrəli qərarı ilə tərtib edilmişdir.
36. Belə olan halda, cavabdehə çıxarışın verilməsinə əsas olmuş qeydiyyatın da həmin qərar, yoxsa mülki hüquqi əqd əsasında aparılması araşdırılmalıdır.
37. Araşdırma nəticəsində qeydiyyatın inzibati akt əsasında aparıldığı aşkar edilərsə bu hal mülki iş üzrə icraata xitam verilm əsi üçün əsasdır.
38. Məlum olduğu kimi iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir (§ 25-26).
39. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa (məhkəmədən kənar) orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və s.) qaydasında baxılmalı olmasını ehtiva edir.
40. Sözügedən qeydiyyatın mülki hüquqi əqd əsasında aparıldığı aşkar edildikdə isə işə mahiyyəti üzrə baxılmalı, bu zaman etibarsız sayılması tələb edilən RX seriyalı ******* saylı çıxarışa görə cavabdehdən başqa digər ümumi mülkiyyətçilər işə cəlb edilməklə mübahisəyə onların da işt irakı ilə baxılmalıdır.
41. Bundan başqa, ekspertiza rəylərinə əsasən üst-üstə düşən torpaq sahəsi 23.3 kv.m. təşkil etdiyi halda cavabdehə məxsus olan çıxarışın bütövlükdə ləğv edilməsi barədə apellyasiya məhkəməsinin qənaəti anlaşılan deyil. Belə ki, həmin çıxarışla torpaq sahəsi üzərində bir mülkiyyət hüququ qeydə alınmışdır. Həmin hüquq isə bir neçə şəxsə məxsusdur ki, onlar da ümumi mülkiyyətçilər sayılırlar. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi birgə mülkiyyətdə olan əşya üzərində mülkiyyətçilərin payları müəyyən edilərək ayrılmadığı müddətcə (paylar üzrə ayrılan sahə ayrı əşya halına gəlmədikcə) iddiaçıya məxsus olduğu (üstüstə düşdüyü) iddia edilən sahənin ümumi mülkiyyətç ilərdən kiməsə aid olmasını ayırd etməyə gərək olmadığı kimi bu, hüquqi baxımdan mümkün də deyil.
42. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, Apellyasiya instansiyası məhkəməsi qeyd edilən halları nəzərə almadığı, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmadığı üçün məhkəmə aktı ləğv edilməli, yuxarıda göstərilənlər diqqətə alınmaqla mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. (§ 24, 2728).
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 20 n oyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.