Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3804/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X8” X10rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdeh “X8” X10rşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2986/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 09 oktyabr 2023-cü il tarixdə Ali Məh kəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən “X8” X19 tərəfindən X4 X11 Hazırlığı Mərkəzinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi 3 ay müddətinə bağlanmışdır.
2. Əmək müqaviləsində göstərilən müddət xx.xx.2021-ci il tarixdə bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
3. İddiaçı “X8” X13 xx.xx.2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X6 (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən azad edilməsinə dair cavabdeh “X8” X13 (bundan sonra “cavabdeh” və ya “Agentlik”) xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdehin X11 X9 Hüquqi Şəxsinin sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşqulluq Xidmətinin X14 Peşə Təhsili Mərkəzinə müəllim vəzifəsinə təyin edilmişdir. Bundan sonra işəgötürənin adı dəyişdirilərək “X4 X11 Hazırlığı Mərkəzi” X15muşdur.
6. İşəgötürənin adı dəyişdiyinə görə iddiaçı öz ərizəsinə əsasən xx.xx.2021-ci il tarixli əmrlə müəllim vəzifəsindən azad edilərək X4 X11 X9 Hüquqi Şəxsinin xx.xx.2021-ci il tarixli əmrinə əsasən sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsində mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bundan sonra, heç bir qanuni əsas olmadan iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə qanunsuz olaraq işdən azad edilmişdir.
7. İddiaçı həmin əmri qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı 2020-ci il tarixdən 2022-ci il tarixə kimi Agentliyin X11 X9 Hüquqi Şəxsində “müəllimə” və “mütəxəssis” vəzifələrində qüsursuz işləmiş, indiyə qədər heç bir intizam tənbehi almamış, işdən azad edildiyi tarixə kimi fasiləsiz işləmiş, işlədiyi müddətdə hər hansı bir nöqsana yol verməmiş, intizam tənbehinə məruz qalmamış, işlədiyi müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən kiçik də olsa, heç bir qanun pozuntusuna yol verməmiş, əksinə, kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışdır. Həmçinin, iddiaçının himayəsində azyaşlı uşağı vardır, uşaqları xəstədir və işlədiyi iş onun yeganə qazanc mənbəyidir.
8. Cavabdehin fəaliyyəti mahiyyət etibarı ilə ölkədə əmək hüquqlarının pozulmasının qarşısını almaq olsa da, tabeliyində olan qurum iddiaçını qanunsuz işdən azad edərək onun əmək hüququnu pozmuşdur.
9. İşəgötürən iddiaçını öz ərizəsinə əsasən müddətsiz əmək müqaviləsi ilə işlədiyi işdən azad edib, sonra onunla müddətli əmək müqaviləsi bağlamışdır. Göründüyü kimi, qüsursuz olaraq eyni müəssisədə i şləmiş işçinin öz ərizəsi ilə işdən azad edilərək onunla 6 aylıq müqavilənin bağlanması əmək qanunvericiliyinin tələblərinə uyğun hesab edilə bilməz və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz.
10. İddiaçının işdən azad edilməsinə dair cavabdehin xx.xx.2022-ci il tarixli əmri qanunsuzdur. Cavabdeh tərəflər arasında müddətli əmək müqaviləsinin bağlandığına istinad edərək özünün xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçını işdən azad etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 2, 45-47, 51, 68, 70 və 300-cü maddələrinə istinad etmişdir.
12. Cavabdehin nümayəndəsi iddiya etiraz və iddia müddətinin tədbiq edilməsinə dair ərizə vermişdir. Etiraz və ərizənin dəlilləri: - iddia tələbi qanunvericilikdə nəzərdə tutulan iddia müddətinə riayət edilməməsi səbəbindən təmin edilməməlidir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericilik həm tərəflər arasında, həm də işin məhkəmə qaydasında mübahisələndirildiyi hallarda yarana biləcək fikir ayrılıqlarının qarşısını almaq məqsədilə işçinin hüquqlarının pozulduğu anı da müəyyən etmişdir. Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən t ərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; - iddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinin xx.xx.2022-ci il tarixində xitam edilməsi hazırkı məhkəmə işi üzrə işin mübahisəsiz halıdır. İddiaçı bu faktı öz iddia ərizəsində də mübahisələndirməmiş, əksinə, təsdiq etmişdir. Bu səbəbdəndir ki, qanunvericilikdə fərdi əmək mübahisələri üzrə nəzərdə tutulmuş iddia müddətinin məhz bu tarixdən etibarən hesablanması aparılmalıdır; - mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. İş üzrə mediasiya prosesinin tətbiqi barədə təklif isə xx.xx.2022-ci il tarixlidir; - daha sonra isə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdiril ə bilməməsi barədə” xx.xx.2021-ci il tarixli, 2021-008913 nömrəli arayış tərtib edilmişdir. Göründüyü kimi, təqdim edilən arayış tarix olaraq ilkin mediasiya prosesinin tətbiqi barədə təklifdən daha əvvəlki tarixdə əldə olunmuşdur. Müvafiq arayışa verilən unikal nömrə də daxil olmaqla qeyd edilən arayış texniki olaraq səhv tərtib olunmuşdur. Belə olduğu halda xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında olan müddət iddia axımının dayandırıldığı müddət olaraq qiymətləndirilə bilər; - ancaq qeyd edilməlidir ki, yuxarıda bildirilən fikir ehtimali xarakter daşıyır və məhkəmə prosesinin gedişatı zamanı qeyd edilən arayışın məhz ilkin mediasiya sessiyasından sonra tərtib olunması, habelə texniki yanlışlıq səbəbindən 2021-ci il tarixli tərtib olunması iddiaçı tərəfindən sübut edilməlidir. Əks t əqdirdə, məhkəmə tərəfindən tərəflərarası müvafiq mediasiya sessiya keçirilmədən məhkəməyə müraciət edilməsi ilə bağlı qənaət formalaşmalıdır; - “Mediasiya haqqında” Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. İddia müddətinə münasibətdə ehtimali olaraq texniki yanlışlığın olduğu fərz edilərsə, iddia müddətinin axımı xx.xx.2022-ci ildən sonra davam etməkdədir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində mübahisə ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(007)-1372/2022 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilm iş sənədlər geri qaytarılmışdır. Göründüyü kimi, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında olan 20 gün, mediasiyanın tətbiq olunduğu dövrü çıxmaqla xx.xx.2022-xx.xx.2022-ci il illərdə 12 gün olmaqla iddiaçı tərəfindən müvafiq iddiaya münasibətdə iddia müddəti ötürülmüşdür; - əlavə olaraq qeyd edilməlidir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2022ci il tarixli, 2(007)-1372/2022 nömrəli Qərardadı ilə aidiyyətlə bağlı məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi xx.xx.2022-ci il tarixində verilmişdir. Belə olduğu təqdirdə, iddia ərizəsinə münasibətdə iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsi haqqında qətnamənin qəbul edilməsi zərurəti yaranmışdır; - iddia müddəti ilə əlaqədar qanunvericilikdə müxtəlif mübahisəl ər üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də qısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçini n işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyrimüəyyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və sair. Hər bir halda, qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələ rinə və müdafiəsinə məcbur edir; - “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2021-ci il tarixli, 2021-008913 nömrəli arayışın mötəbərliyi suallar doğurmaqdadır. Burada nəzərə alınmalı məqam arayışın tarixi, habelə tarixlə əlaqəli ona verilmiş müvafiq nömrənin məhz 2021-ci ilə aid olmasıdır. Ehtimal edilsə ki, yuxarıda qeyd edilən məsələ texniki səhvdən dolayı ortaya çıxmışdır, bu zaman nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə bərabər təqdim edilən arayışa əsasən qeyd edilən mediasiya sessiyası cavabdeh X8 ilə yox, X4 X11 Hazırlığı X19 ilə keçirilmişdir. İddiaçı hazırki əmək mübahisəsi üzrə məhkəməyə müraciət edən zaman cavabdeh qismində X5 qoymuşdursa, o zaman bu, onu deməyə əsas verir ki, cavabdeh dolayısı ilə işəgötürə nin X1 bilir. Burada nəzərə alınmalı məqam ondan ibarətdir ki, X8 və onun tabeliyində Göyçay PHM təşkilatihüquqi struktur baxımından hər ikisi publik hüquqi şəxsdir. Sadəcə təşkilati baxımdan Göyçay PHM X4 tabeliyində fəaliyyət göstərməkdədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin Kollegiyasının xx.xx.2021-ci il tarixli, **********4 nömrəli Qərarı ilə təsdiq olunmuş Göyçay PHM-in Nizamnaməsinin 4.4.2-ci yarımbəndinə uyğun olaraq Mərkəzin idarəetmə orqanlarının rəhbər şəxslərinin, habelə digər işçilərinin Nazirliklə razılaşdıraraq vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti yenə həmin Nizamnamənin 4.4-cü bəndinə əsasən Agentliyə verilmişdir. Belə olduğu təqdirdə iddiaçıya münasibətdə işəgötürən X8 hesab edilməklə, ilkin mediasiya sessiyası da məhz iddiaçının sadəcə əmək fun ksiyalarını icra etdiyi yer olan Göyçay PHM ilə deyil, X8 ilə keçirilməsi qanunvericiliyin birbaşa tələbidir. Halbuki, iddia ərizəsinə qoşulan ilkin mediasiya haqqında arayışdan da göründüyü kimi, iddiaçı X8 ilə deyil, onun tabeliyində olan Göyçay PHM X19 ilə ilkin mediasiya sessiyasının keçirilməsinə dair münasibətlərdə olmuşdur. Bu isə hazırda tərəflərarası yaranmış mübahisənin məhkəmədənkənar həlli vasitəsi olaraq qiymətləndirilə bilməz. Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanunla müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələ b olunur.
13. İddiaçı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəyə etiraz vermişdir. Etirazda göstərilib ki, işdən azad edilməsi barədə əmrin surəti və əmək kitabçası iddiaçiya işdən çıxarılarkən verilməyib. Bu barədə iddiaçıya 04 fevral 2022-ci ildə məktubla məlumat verilib. Nizami rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçını işə bərpa barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. Göyçay rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli qərardadı ilə də iddiaçının hazırki işə bərpa barədə iddiası geri qaytarılmaqla, iddiaçıya Agentliyin hüquqi ünvanı üzrə aidiyyəti məhkəməyə müraciət etməsi izah edilib. Şəki Apellyasiya məhkəməsinin 19 iyul 2022-ci il tarixli qərardadı ilə Göyçay rayon Məhkəməsinin 02 may 2022-ci il tarixli qərardadı dəyiş dirilmədən saxlanmışdır. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı qanununla müəyyən edilmiş müddətdə iddia vermişdir.
14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)1233/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Təhminə Xəlilova)
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında onların qarşılıqlı razılığı ilə 05 iyul 2021-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 3 ay, işə başlama tarixi 05 iyul 2021-ci il tarixi müəyyən edilmişdir. 05 oktyabr 2021-ci il tarixdə əmək müqaviləsində göstərilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən əmək müqaviləsi əvv əl müəyyən olunmuş müddətə, yəni 05 yanvar 2022-ci il tarixədək uzadılmışdır. 05 yanvar 2022-ci il tarixdə müqavilənin müddəti bitdikdən sonra bir həftə ərzində Agentliyin 11 yanvar 2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmiş, iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Bununla da, cavabdeh tərəfindən əmək müqaviləsinə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməklə xitam verilmiş, iddiaçının hüquqları pozulmamışdır.
16. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, hətta iddiaçının hüquqları pozulmuş olsa idi belə, iddiaçı tərəfindən bir aylıq iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməzdi. Belə ki, xx.xx.2022- ci il tarixdə iddiaçı işdən azad edildikdən 20 gün sonra (xx.xx.2022-ci il tarixdə) “Mediasiya prosesinin tətbiq edilməsi barədə” cavabdehə təklif göndərmiş, xx.xx.2022-ci il tarixdə isə (il texniki səhv olaraq 2021 göstərilmişdir) iddiaçıya “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” mediator tərəfindən arayış verilmişdir. Bundan 12 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə cavabdehlər X8 və Agentliyin tabeliyində X2rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməməsi səbəbindən geri qaytarılmışdır. Bunda n 40 gün sonra iddiaçı xx.xx.2022-ci il tarixdə eyni iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadı ilə işəgötürənin X1, əmək müqaviləsinə Agentlik tərəfindən xitam verildiyini, Agentliyin hüquqi ünvanının Yasamal rayonunda yerləşməsini izah edərək iddiaçıya Yasamal Rayon Məhkəməsinə müraciət etməli olduğunu izah etmişdir. İddiaçının Göyçay Rayon Məhkəməsinin həmin qərardadından verilmiş şikayəti Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, qərardad qüvvədə saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edilməsini bilmiş, həmin tarixdən iddia müdd ətinin axımı başlanmış, mediasiya təklifini göndərdiyi tarixdən iddia müddətinin axımı dayandırılmış, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən iddia müddətinin axımı bərpa olunmuşdur. Mediasiya təklifi göndərdiyi günədək 20 gün, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən məhkəməyə müraciət etdiyi tarixədək 12 gün keçmişdir ki, bununla da iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş bir aylıq iddia müddəti ötürülmüşdür.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45, 47, 68, 73, 294, 296, 300-cü, Mülki Məcəlləsinin 375.1, 375.2, 379.1.6, 379.4-1-ci, “Mediasiya haqqında” Qanunun 32.4.1, 32.4.2, 35.1 və 35.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiy ası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mediasiya təklifi göndərdiyi günədək 20 gün, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən məhkəməyə müraciət etdiyi tarixədək 12 gün keçdiyinə görə iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş bir aylıq iddia müddəti ötürülməsi barədə məhkəmənin gəldiyi nəticə tam əsassızdır. Belə ki, iddiaçı işdən azad olunduğu gündən vaxtında mediasiyaya müraciət etmiş, işdən azad olunmağını qanunsuz və əsassız hesab edərək lazımi prosedur hərəkətlər etmiş, ardıcıl mübarizə aparmışdır. Birinci instansiya məhkəməsi prosessua l hüquq normasının tələblərini kobud surətdə pozaraq, işə onun iştirakı olmadan baxmaqla qətnamə qəbul etmişdir. Məhkəmə mövcud əmək hüquqlarının pozulması və haqlı tələbi ilə bağlı məsələni həll edərkən formal mülahizələrdən çıxış edərək tələblə bağlı işin əhəmiyyətli hallarını araşdırmamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2986/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 1233/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Vahid Sadıqov)
21. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi nə əsasən üç ay müddətinə əmək müqaviləsi bağlanmış, işə başlama tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmiş, xx.xx.2021-ci il tarixdə müqavilə xx.xx.2022-ci il tarixədək uzadılmış, müqavilənin müddəti bitdikdən sonra bir həftə ərzində cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və ona xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş iddia müddətinin buraxılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgün olmuşdur.
23. Belə ki, iş materiallarına əsasən əmək müqaviləsinə xitam verilən gün – xx.xx.2022-ci tarixdə cavabdeh tərəfindən əmək kitabçası iddiaçıya təqdim olunmuş, həmin tarixdən iddia müddətinin axımı başlanmış, mediasiya təklifini göndərdiyi tarixdən iddia müddətinin axımı dayandırılmış, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən iddia müddətinin axımı bərpa olunmuşdur. İlk dəfə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən mediasiya təklifi göndərdiyi günədək 20 gün, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən məhkəməyə müraciət etdiyi tarixədək 12 gün keçmiş, iddia ərizəsi geri qaytarıldığı gündən 30 gündən artıq müddətdən sonra iddiaçı ikinci dəfə başqa məhkəməyə müraciət etmiş, h əmin məhkəmə tərəfindən iddia ərizəsi geri qaytarıldıqdan sonra üçüncü dəfə məhkəməyə müraciət etmiş, bununla da iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş bir aylıq iddia müddəti ötürülmüşdür.
24. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılması barədə iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iddiaçının nümayəndələri və vəkili iştirak etmişlər.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1, 45.4, 47 (f bəndi), 68.1, 68.2 (“b” bəndi), 73.1, 294.1, 294.2, 296.1, 296.2 və 296.3-cü, Mülki Məcəllənin 372.1, 372.2, 375.2, 379.1.6, 379.4-1 və 381.1-ci, “Mediasiya haqqında” Qanunun 32.4, 32.4.1, 32.4.2, 35.1 v ə 35.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, iddiaçı 11 yanvar 2022-ci il tarixdə işdən azad edilməsini bilmiş, həmin tarixdən iddia müddətinin axımı başlanmış, mediasiya təklifini göndərdiyi tarixdən iddia müddətinin axımı dayandırılmış, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən iddia müddətinin axımı bərpa olunmamışdır. Mediasiya təklifi göndər diyi günədək 20 gün, mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı gündən məhkəməyə müraciət etdiyi tarixədək 12 gün keçsə də, faktiki olaraq müddət qəsdən ötürülməmişdir. İddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş bir aylıq iddia müddəti ötürülməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.“f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xita m verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 294.2. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin b irinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə h üququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 29.6. Tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Maddə 32.2. Mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildikdə mediasiya prosesinə xitam verilir. Maddə 32.4. Mediasiya prosesinə barışıq sazişinin imzalandığı gündən (maddə 32.4.1), bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən (maddə 32.4.2) xitam verilir. Maddə 3 5.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında b axılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət vermiş, iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla qanuni nəticəyə gəlmişdir.
34. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə x itam verilməsi barədə əmrin qanunsuz olmasını bildirmişdir.
35. İşdən görünür ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmamasını müəyyən etməklə yanaşı, iddianı həm də iddia müddətinin keçməsi əsası ilə təmin etməmişlər.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın hər iki əsasla, o cümlədən iddia müddətinin ötməsi müəyyən edildiyindən, iddiaçının iddia müddətini ötürməsi əsası ilə rədd edilməsi düzgün olmuşdur. Nəzərə alınsa ki, cavabdeh də müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.
37. Məhkəmə kollegiyası iddia müddətinin ötürülməməsi barədə iddiaçının dəli lləri ilə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
38. Göründüyü kimi, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən e tmiş, eyni zamanda həmin müddətin üzrlü səbəblərdən ötürülməsi halında onun bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. 39. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il Qərarında hüquqi mövqe belə olmuşdur ki, “məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir”.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il Qərarında əks edilən hüquqi mövqe baxımından ötürülmüş müddətin bərpasına dair ərizəni iddiaçı (işçi) verməlidir. İddiaçının belə bir ərizə verməsi isə işdən görünmür.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2986/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mini