Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3806/2019 03.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli 2(103)2976/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 31.08.2017-ci il tarixli 2(004)-471/2017 nömrəli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbayc an)” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim S.Mehrəliyev) 27.03.2018-ci il tarixli 2(004)-471/2017 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31.08.2017-ci il tarixli 2(004)-471/2017 nömrəli qətnaməsi düzəliş edilərək nəticə hissəsində 3-cü abzasın aşağıdakı kimi oxunması “tutma ipoteka qoyulmuş, Cavabdeh1 məxsus olan Bakı şəhəri, *****************küçəsində mülkiyyətində olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 83.5 kv.m yaşayış, 58.6 kv.m köməkçi sahədən ibarət 4a nömrəli fərdi yaşayış evinə yönəldilsin və ilkin satış qiyməti 305000 manat müəyyən edilməklə açıq hərracda satış yo lu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin” qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 16.01.2019-cu il tarixli 2(004)-471/2017 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli 2(004)-471/2017 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, E.Nəbiyev, A.Hüseyn) 06.02.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli 2(004)-471/2017 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iş üzrə Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli qərardadından kassasiya şikayətləri vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi mülki işin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edərkən səhvə yol vermişdir. Belə ki, 28.11.2018-ci il tarixədək Cavabdeh1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli 2(004)-471/2017 nömrəli qərardadından xəbərsiz olmuşdur. Cavabdehin nümayəndəsi kimi A.Yusifov 31.08.2018-ci il tarixdə iş materialları ilə tanış olarkən nədənsə həmin qərardad iş materiallarında olmamışdır. Əgər qərardad həqiqətən d ə 27.03.2018-ci il tarixdə qəbul edilmiş olsaydı, mütləq tərəflərə rəsmi qaydada təqdim edilmiş olardı. Bundan əlavə, Cavabdeh1 və ya onun nümayəndəsi belə bir qərardadın mövcudluğundan məlumatlı olsa idi, həmin qərardaddan şikayət vermək əvəzinə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsində “X1” MMC və “Bank VTB (Azərbaycan)” ASC-nə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia qaldırmazdı. Apellyasiya məhkəməsi həmin qərardadın həmin tarixdə Cavabdeh1 göndərildiyini qeyd etsə də, nəzərə almamışdır ki, qərardadın məhkəmə tərəfindən tərəfin ünvanına göndərilməsi hələ onun rəsmi qaydada təqdim edilməsi demək deyildir. Məhkəmə qərardadı mülki prosessual qanunvericilikdə nəzərdə tutulan qaydada Cavabdeh1 təqdim edilməmişdir. Bunu apelyasiya instansiyası məhkəməsi də öz qərardadında t əsdiq etmişdir. Göstərilənlərə əsasən, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli qərardadının ləğv edilməsini, Yasamal rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli qərardadından verilən şikayətin mümkünlüyünün yenidən yoxlanması üçün işin apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1, onun nümayəndəsi və vəkili Yusifov Araz Arzu oğlu, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə i clasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 06.02.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli 2(004)471/2017 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27.03.2018-ci il tarixli 2(004)-47 1/2017 nömrəli qərardadı həmin tarixdə Cavabdeh1 ünvanına göndərilmişdir. Lakin həmin vaxt onun surətinin cavabdehə Cavabdeh1 rəsmi qaydada verildiyini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Buna baxmayaraq, kollegiya hesab etmişdir ki, Cavabdeh1 həmin qərardaddan məlumatı olmuşdur. Çünki iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, 31.08.2018-ci il tarixdə iş materialları ilə tanış olmuş və zəruri sənədlərin surətlərini əldə etmişdir. Göründüyü kimi Cavabdeh1 həmin qərardaddan ən geci 31.08.2018-ci il tarixdə məlumatı olmuşdur. Onun şikayəti isə 29.11.2018-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Bu baxımdan şikayət Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsində göstərilən 10 günlük müddət də verilməmişdir. Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, həmin dəlillərin əsaslı olmasını təsdiq edən hər hansı sübuta iş materiallarında rast gəlinməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəm əsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.02.2019-cu il tarixli 2(103)-2976/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3806/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3806/2019
03.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver