Məhkəmə qərarları › İş №2(102)-3806/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3806/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3806/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X qızının cavabdehlər Cavabdeh1, X qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə, istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və X Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X9 oğlunun katibliyi iddiaçının vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(107)384/2021 qətnaməsindən iddiaçı X qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixd ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X qızı ilə Cavabdeh1 ilə evlənib cavabdehlərə məxsus olan, Yevlax rayonu, Yuxarı Qarxun kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Nikahlarını 12 iyun 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Ailə münasibətləri baş tutmadığından onlar ayrılmışlar və aralarında olan nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. İddiaçının köçmək istədiyi evin üzərində X3, X4, X5, Cavabdeh1 X1 və X2 ümumi birgə mülkiyyət hüququ 12.10.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı X qızı cavabdehlər Cavabdeh1, X qızına, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun gəlin köçdüyü, cehiz və digər əşyalarının hal-hazıradək yerləşdiyi, eyni zamanda özünün və iki yetkinlik yaşına çatmamış övladlarının qeydiyyatda olduqları Yevlax rayonun Yuxarı Qarxun kəndində yerləşən, o cümlədən torpağın mülkiyyətə verilməsinə dair JN 133A saylı 90114018 kodlu şəhadətnaməyə əsasən cavabdehlərin ümumi birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən onun və yetkinlik yaşına çatmamış övladları 2010-cu il təvəllüdlü XXa və 2013-cü il təvəllüdlü X Xla birlikdə istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun həyat yoldaşı, digər cavabdehlər isə onun ailə üzvləridir. Cavabdeh1 ilə 09 iyun 200 9-cu il tarixdə toy etmiş və hazırda cavabdehlərin yaşadıqları Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən fərdi yaşayış evinə gəlin köşmüşdür. Cehizləri hal-hal hazıradək həmin evdədir. Birgə nikahdan iki övladları - 02 aprel 2010-cu il təvəllüdlü Xvə 10 fevral 2013-cü il təvəllüdlü X adlı uşaqları olmuşdur. 2020-ci ilin may ayının sonlarında Cavabdeh1la faktiki olaraq ayrılmışdır. Cavabdehlər mübahisəli evdən onu və uşaqlarını məcburən çıxardıblar. Onların isə başqa daimi yaşayış yeri yoxdur. Müxtəlif ünvanlarda yaşamaq məcburiyyətindədilər.

4. Yevlax Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(039)-1802/2020 nömrəli qətnaməsi ilə (hakim R. Əlizadə) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının köçmək istədiyi evə dair hər hansı istifadə hüququ olmadığı üçün onun iddiasının təmin edilməsi qanunamüvafiq deyildir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.3, 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçı X qızı həmin qətnamədən apelyasiya şikayəti verərək, Yevlax Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(039)-1802/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(107)384/2021 qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli 2(039)-1802/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, apellyasiya şikayətində qeyd olunan məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam araşdırıldığından və qiymətləndirildiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Odur ki, iddianın rədd edilməsi əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı X qızı kassasiya şikayəti verərək apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin həqiqi halların qiymət verməmişdir. Belə ki, cavabdehlərlə onun arasında hüquq münasibətləri 09.06.2009- cu il tarixdə baş vermişdir. Həmin tarixdə mübahisə predmeti olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Həmin ünvan övladları ilə birgə onun əsas və daimi yaşayış yer olmuşdur. Həmin ünvanda övladlarıya birgə qeydiyyatdadır və hal hazıradək bütün əmlaklarları oradadır. Mübahisəli əmlak həmin tarixdə qeyd alınmadığı üçün mübahisəyə 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidi. Lakin məhkəmə bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlil ləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası Maddə

33. Mənzil toxunulmazlığı hüququ 33.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 33.2. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Maddə

43. Mənzil hüququ 43.1. Heç kəs yaşadığı mənzildən qanun suz məhrum edilə bilməz.

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə

2. Mənzil hüququnun əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə

9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkə mə qaydasında həyata keçirilir. Maddə

30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri hə min yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsa sında saxlanıla bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə mə hkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

18. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11.07. 2014-cü il tarixli Qərarı Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. 19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli Qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublika sı Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-nə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

21. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməs i aktının ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İşin məhkəmələ tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı 09.06.2009-cu il tarixdə qeyri-rəsmi evlənmiş və nikahlarını 12.06.2010-cu ildə rəsmiləşdirmişlər. İddiaçı toydan sonra cavabdehlərə məxsus Yevlax rayonu, Yux arı Qarxun kəndində yerləşən fərdi yaşayış evinə köçmüşdür. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Aralarında olan nikah münasibətlərinə məhkəmə qaydasında xitam verilmişdir.

26. İşin hallarından görünür ki, mübahisəli evin texniki pasportunda evin inşa edildiyi tarix 1988-ci il göstərilmişdir. Evin yerləşdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının 10.09.1997-ci il tarixli qərarı ilə cavabdehlərin mülkiyyətinə verilmişdir. Evin üzərində cavabdehlərin ümumi birgə mülkiyyət hüquqları 12 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 27. “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikas ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11.07. 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovun adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir.

28. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiqi üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərin in yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir.

29. Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.

30. Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında bu məsələyə aydınlıq gətirərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

31. Konstitusiya Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq iddiaçının cavabdehlərin ailə üzvü olub-olmaması araşdırıldıqda görünür ki, iddiaçı Cavabdeh1 arvadıdır. Lakin iddiaçı yaşayış evinin digər mülkiyyətçilərindən Ailə Məcəlləsinin 15-ci fəslinin müddəaları baxımından özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs sayılmır.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı X qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şə ki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(107)384/2021 qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar