Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3806/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X9 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusuna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı X9 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-981/2*22 nömrəli, 28 fevral 2*22-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2*22-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi, 11 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq X6 və X1* adına qeydiyyatdan keçmiş, X1* ölümündən sonra vərəsəlik qaydasında 2/8 hissə X2 və X8, 1/8 hissə YYY və 1/8 hissə X3 adına qeydiyyatdan keçmişdir.
2. X7 *4.12.1997-ci il tarixdə X16 ilə nikaha daxil olmuş və iddiaçı mübahisəli evə gəlin köçməklə həmin tarixdən hal-hazıradək mübahisəli evdə yaşayır. X7 23 dekabr 2*14-cü il tarixdə ölmüş, ölənədək mübahisəli evdə yaşamış və *4.*8.2 *17-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun mübahisəli evdəki 1/8 hissə payı 11.*8.2*17-ci il tarixdə arvadının, yəni iddiaçının adına qeydiyyatdan keçmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(**9)1888/2*19 nömrəli, 19 avqust 2*19-cu il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi təmin edilərək, mübahisəli evin X4 miras qalmış 4/8 hissəsinin və X12 miras qalmış 1/8 hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmiş və mübahisəli ev 19.*1.2*22-ci il tarixdə 6/8 hissə payla iddiaçının adına qeydiyyatdan keçmişdir.
4. Mübahisəli evin payçılarından (1/8 hissədə) biri olan X5 (bundan sonra – miras qoyan) isə, iddiaçının mərhum ərinin əmisi oğlu olmaqla 26.*6.2**6-ci il tarixdə ölmüşdür.
5. Miras qoyanın oğlu X17 mübahisəli evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(**9)-17*/2*15 nömrəli, 19.*1.2*15-ci il tarixli qətnaməsi ilə iddiası həmin evə hüququnun müəyyən edilməməsi əsası ilə rədd olunmuş və qətnamə qanuni qüvvəsini almışdır.
6. Miras qoyanın digər oğlu Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) isə, 12.12.2*18-ci il tarixdə atasından qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizə ilə Bakı şəhəri 46 saylı notariat ofisinə (bundan sonra – ikinci cavabdeh) müraciət etmiş, ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsəlik işinin açılmasına əsas kimi birinci cavabdehin miras açılan gündən mübahisəli ünvanda pasport qeydiyyatında olması göstərilmişdir.
7. Bundan sonra, iddiaçı birinci cavabdehə qarşı miras qoyandan qalmış 1/8 hissə payın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə iddia qaldırmış, həmin iş üzrə birinci instansiya və apellyasiya icraatlarında qəbul edilmiş məhkəmə aktları ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(1*2)2421/2*2* nömrəli, *9.*6.2*2*-ci il tarixli qərarı ilə isə cavabdehin kassasiya şikayəti təmin edilərək, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir.
8. Həmin qərarda qeyd olunmuşdur ki, cavabdehin mübahisəli miras əmlakı qəbul edib-etməməsi məsələsi hazırkı iddia daxilində həll oluna bilməz. Ona görə ki, işdə olan materiallarla mübahisəsiz olaraq müəyyən olunur ki, cavabdeh miras əmlakın qəbul edilməsi ilə b ağlı müvafiq notariat kontoruna ərizə ilə müraciət etmiş, (halbuki apellyasiya məhkəməsinin müəyyən etdiyinə görə belə müraciət mövcud deyil) onun ərizəsi əsasında vərəsəlik işi açılmış, lakin hazırkı işin icraatı daxilində iddianın təmini tədbirinə dair verilmiş ərizə əsasında vərəsəlik işinin icraatı faktiki olaraq dayandırılmış və nəticələnməsinin qarşısı alınmışdır. Hər bir halda həmin vərəsəlik işi üzrə müvafiq olaraq nəticə əldə olunduqdan (yəni mirasın qəbulu haqqında şəhadətnamə verilməsi, müddətin keçməsi və ya hər hansı əsasla imtina olunmasından) sonra hazırkı iş üzrə iddiaçının iddia etdiyi əsaslar mövcuddursa və miras əmlak üzərində digər hər hansı vərəsənin hüquqların müəyyən olunması üçün əsaslar mövcud olmadığı təqdirdə notariat kontoruna müraciət edərək mirasın qəbulu haqı nda şəhadətnamə ala və ya bunun mümkün olmadığı təqdirdə isə müvafiq subyektiv hüququna malik olduğu təqdirdə məhkəmədə iddia tələbi irəli sürmək hüququna malik ola bilər. Digər tərəfdən, iş materialları ilə müəyyən olunmur ki, iddiaçı qəbul etmiş olduğu və irsi transmisiya qaydasında hüquq əldə etdiyi əmlakla bağlı mirasın qəbul edilməsinə dair müvafiq notariat kontoruna müraciət etmiş, ona imtina olunmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının iddia ərizəsində cavabdeh qismində cəlb etdiyi şəxslərin onun hansı hüquqlarını pozması və ümumiyyətlə məhkəmə mübahisənin mövcud olması müəyyən edilməmiş vəziyyətdə qalmışdır.
9. Qeyd olunan iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı ilə (Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*3)-66*1/2*2* nömrəli, 16.* 9.2*2*-ci il tarixli qərardadı) iddia ərizəsi baxılmamış saxlanılmışdır.
10. Bundan sonra, iddiaçı miras qoyana məxsus 1/8 hissə paya irsi transmissiya üzrə vərəsəlik şəhadənaməsinin verilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etmiş, lakin notarius tərəfindən 19.*9.2*2*-ci il tarixli, x/85* saylı məktubla miras əmlaka dair mübahisə olması səbəbindən şəhadətnamənin verilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı X16 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras qoyan X1 miras qalmış Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi ünvanda yerləşən ev üzərində 1/8 hissə payın onun tərəfindən faktiki olaraq qəbul e dilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, gəlin köçdüyü gündən bu günədək mübahisəli evdə qayınatasından, qayınanasından, ərindən, özündən və uşaqlarından başqa heç kim yaşamamış və hazırda da yaşamır. Miras qoyan 26.*6.2**6-cı il tarixdə ölmüş və onun vərəsələrindən heç kim miras qalmış əmlakı qəbul etməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariat ofisinə ərizə ilə müraciət etməmiş və ondan miras qalmış əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamamışdır. Yalnız onun ölümündən on iki il keçdikdən sonra aralarında yaranmış məhkəmə mübahisəsində xeyrinə qərar çıxmayacağını görən cavabdeh notariat ofisinə atasından qalmış mirasın qəbulu ilə bağlı ərizə ilə müraciə t etmiş, notarius isə qeyd olunanlar nəzərə almadan qanunsuz olaraq oun müraciəti əsasında vərəsəlik işinin açmışdır. Miras qoyanın əmisi oğlu olan əri isə, mübahisəli evdə fasiləsiz olaraq yaşamaqla, həmin əmlaka sahiblik, istifadə və onu idarə etməklə mirası faktiki olaraq qəbul etmiş, lakin miras əmlaka dair hüquqlarını rəsmiləşdirməyə imkan tapmadan ölmüşdür. İddiaçı ərinin qanun üzrə vərəsəsi kimi onun faktiki qəbul etdiyi, əmisi oğlundan qalmış miras əmlakı da qəbul etmişdir.
13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(**9)-2125/2*2* nömrəli, *4 dekabr 2*2*-ci il tarixli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia təmin olunmuşdur.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 1977-ci ildə mübahisəli evə gəlin köçməklə, həmin vaxtdan hazırkı vaxtadək orada yaşayır və həmin evdə onun qayınatasından, qayınanasından, ərindən, özündən və uşaqlarından başqa heç kim yaşamamış və hazırda da yaşamır. İddiaçının əri mübahisəli evin 1/8 hissəsinin mülkiyyətçisi olmuş, 23.12.2*14-cü il tarixdə ölmüş və ölümündən sonra iddiaçı birinci növbəli vərəsəsi ərindən miras qalmış əmlakı qəbul edərək, həmin hissənin mülkiyyətçisi olmuşdur. Mübahisəli evin 1/8 hissəsinin digər mülkiyyətçisi olan X5 iddiaçının mərhum ərinin əmisi oğludur və o, 26.*6.2**6-ci il tarixdə ölmüş, lakin onun vəfatından sonra birinci növbəli vərəsələrdən heç kim miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına müraciət etməmişdir. 12.12.2*18-ci il tarixdə iddiaçı ondan miras qalmış evin 1/8 hissəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün notariat ofisinə müraciət etmiş, lakin onun adına şəhadətnamə verilməsindən imtina edilmiş və imtinanın əsası kimi miras qoyanın birinci növbəli vərəsələrindən Cavabdeh1 miras açılan gündən göstərilən ünvanda pasport qeydiyyatında olması olmuşdur. Digər tərəfdən, miras qoyanın birinci növbəli vərəsəsi X17 mübahisəli evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, Səbail Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19.*1.2*15-ci il tarixli, 2(**9)-17*/2*15 saylı qətnaməsi ilə onun iddiası həmin mənzilə hüququnun müəyyən edilməməsi əsası ilə təmin edilməmişdir. Göründüyü kimi, miras qoyan qalmış miras əmlak birinci növbəli vərəsələr tərəfindən nə formal, nə də qeyriformal üsulla qəbul edilməmişdir. Belə ki, şəxsin pasport qeydiyyatında olması və ya mübahisəli evə köçürmə barədə məhkəm ədə iddia irəli sürməsi, mirasın qeyri-formal (faktiki) üsulla qəbul edilməsi kimi hesab oluna bilməz.
15. Belə olan halda, miras qoyanın birinci növbəli vərəsələri tərəfindən miras əmlakın nə formal, nə də qeyri-formal üsulla qəbul edilməsi müəyyən edilmədiyindən, əksinə həmin əmlakda miras açılan vaxtdan iddiaçının və onun ailəsinin yaşaması və həmin əmlakı idarə etməsi müəyyən edildiyindən, iddiaçı həmin əmlaka vərəsəlik hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Ona görə ki, iddiaçı miras qoyana münasibətdə vərəsə hesab edilməsə də, onun mərhum əri miras qoyanın əmisi oğlu olmuş, miras açıldıqdan sonra (26.*6.2**6-cı il) da öldüyü tarixədək (23.12.2*14-cü il) mübahisəli evdə yaşamış, bununla da əmisi oğludan miras qalmış əmlakı faktiki qəbul etmiş, lakin əmlakı öz adına rəsmiləşd irmək üçün heç bir hərəkət etməmiş, yəni faktiki olaraq miras əmlakı qəbul etməmiş vəfat etmişdir. Belə olan halda, iddiaçı ərinə münasibətdə onun birinci növbəli vərəsə olduğundan mübahisəli miras əmlakı almaq hüququ ona keçmişdir. Qeyd olunmalıdır ki, iddiaçıdan başqa miras qoyanın ölümündən sonra mübahisəli əmlak heç bir növbə vərəsə tərəfindən nə formal, nə qeyri-formal üsulla qəbul edilməmişdir və həmin əmlak miras qoyanın ölümündən sonra yalnız iddiaçının ailəsinin idarəçiliyində olmuşdur.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 1159.1.1, 1159.5, 1243.1, 1243.2, 1252, 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Birinci cavabdeh apellyasiya şikayəti verərək, qət namənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ona heç bir bildiriş göndərilməmiş və işə iştirakı təmin olunmadan baxılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *9.*6.2*2*-ci il qərarı ilə (bu qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir) birmənalı şəkildə cavabdehin miras qoyanın oğlu olmaqla birinci sıradan və iddiaçının ərinin isə 5-ci sıradan vərəsə olması faktı təsdiq edilmişdir. Qeyd olunan qərarla, həmçinin müəyyən edilmişdir ki, cavabdehin mirası qəbul etməsinə maneə məhz iddiaçıdır və iddiaçının hərəkətləri ilə faktiki olaraq vərəsələrin hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi isə birinci sıradan beşinci sıraya qədər bütün vərəsələri müəyyən etməli olduğu halda, bunu etməmiş, miras qoyanın digər oğlu Muradla bağlı qətnamələrə istinad etmiş, halbuki, qeyd edilən qətnamələrin cavabdehə heç bir aidiyyatı olmamışdır. Eyni zamanda, məhkəmə irsi transmissiyanı əsas gətirsə də, nəzərə almamışdır ki, iddiaçı 5-ci sıradan olan vərəsənin arvadıdır və iddia tələbi başqa miras qoyana aiddir. Bu halda, iddiaçı ilk növbədə mübahisəli əmlakın (miras kütləsinə daxil olan payın) onun əri tərəfindən qəbul edilməsini sübut etməli, yalnız bundan sonra iddiaçı hazırkı iddia tələbi ilə müraciət edə bilərdi. Hazırda isə iddiaçı ona və ərinə heç bir aidiyyəti olmayan əmlaka dair vərəsəlik hüququ ilə bağlı məhkəməyə müraciət etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-2665/2*21 nömrəli, *9 mart 2*21-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının miras əmlakı transmissiya qaydasında qəbul etdiyi iş üzrə təqdim edilmiş sübutlarla öz təsdiqini tapdığı üçün birinci instansiya məhkəməsi onun həmin əmlakı qəbul etməsi faktını müəyyən etməkdə və həmin əmlaka vərəsəlik hüquqlarının tanınmalı olduğu nəticəsinə gəlməkdə haqlı olmuşdur. Cavabdeh isə apellyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
21. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(1*2)52*7/2*21 nömrəli, *1 noyabr 2*21-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin *9 mart 2*21-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
23. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmələr iddianı təmin edərkən yalnız iddiaçının ərinin miras açıldıqdan sonra miras əmlak olan evdə yaşaması faktına istinad etmişlər. Halbuki, işin müəyyən edilmiş mübahisəsiz hallarından biri də odur ki, mübahisəli miras əmlak paylı mülkiyyətin bir hissəsidir, həmin əmlakın 1/8 hissəsi iddiaçının ərinin mülkiyyətində olmuşdur. Belə olan halda, pa ylı mülkiyyətin mülkiyyətçisi olaraq iddiaçının ərinin öz payından istifadə etməsinin özü-özlüyündə həmin paylı mülkiyyətin digər payçısı olan X1 miras qalmış əmlakı qəbul etmiş sayılıbsayılmamasına qiymət verilməli olsa da, lakin nə birinci, nə də apellyasiya məhkəməsi buna qiymət verməmişdir.
24. Bundan əlavə, məhkəmələr Mülki Məcəllənin 116*-cı maddəsinin tələblərini nəzərə almamış, iddia tələbini təmin edərkən bu normaya istinad etməmiş, əvvəlki növbə vərəsələrdən hər hansı birinin mövcudluğu ilə bağlı halları araşdırmamışlar. Çünki qeyd edilən normaya görə, əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. İddiaçı yalnız miras qoyanının oğlunu cavabdeh kimi göstərmiş, məhkəmələr də cavabdehdən savayı nə birinci, nə də sonrakı növ bə vərəsələrdən hər hansı şəxsin mövcudluğu, mövcud olduğu halda həmin vərəsələrin mirası qəbul edib-etməmələrini araşdırmamışlar. Halbuki, bu halların müəyyən edilməsi iddia tələbinin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 116*-cı maddəsinin tətbiqi üçün zəruri olmuşdur. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
25. İşin yeni apellyasiya baxışında məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 1*.*1.2*22-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 12.1*.1977-ci ildə Səadət Sarayında (Bakı nikah evində) 29.*7.1952-ci il təvəllüdlü Həsən-zadə Mənsur Fətulla oğlu ilə nikaha daxil olmuş, həmin nikahdan 19.*3.1979-cu ildə Rüfət Həsən-zadə, 29.*7.198*-ci ildə isə Könül Həsən-zadə doğulmuş dur. Atası Ə.Əhmədov və anası T.Əhmədova olan 27.*5.195*-ci il təvəllüdlü Püstə Əhmədovanın, 23.*1,1956-cı il təvəllüdlü Məlahət Əhmədovanın doğumlarının Yasamal rayon Qeydiyyat şöbəsində, 19.*1.1965-ci il təvəllüdlü Esmira Əhmədovanın və *1.11.1966-cı il təvəllüdlü Elmira Əhmədovanın doğumlarının isə Səbail rayon Qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. X8 X15 ilə birgə nikahından doğulmuş 3*.*3.1952-ci il təvəllüdlü Sevda Həsənovanın doğumu Səbail rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 28.1*.1962-ci ildə Səbail rayon Qeydiyyat şöbəsində 11.1*.1942-ci il təvəllüdlü Həsənova (Rəsulova) Zərifə Ağahüseyn qızı ilə bağlanmış nikahından xx.xx.1964-cü ildə Cavabdeh1, 18.1*.1965-ci ildə Sübhiyə Həsənova və 14.*9.1976-cı ildə Məmməd Həsənov doğulmuşdur. M üraciətdə Ş.Quliyevanın ata adı, X.Həsənovanın isə doğum tarixi yazılmadığından “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılması mümkün olmamışdır. Həmçinin, informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən B.Həsənovun (15.*6.192*-ci İl təvəllüdlü), Cavabdeh1 (18.*5.1938-ci il təvəllüdlü) özünün və bacı-qardaşının doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır.
26. Apellyasiya instansiyası məhkəməsinin 2(1*3)-981/2*22 nömrəli, 28 fevral 2*22-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiy a məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.
28. Belə ki, miras qoyanın birinci dərəcə vərəsəsi olduğu halda və birinci dərəcə vərəsənin tələbinin olmadığı (hazırki icraatda baxılmadığı) halda onun vərəsəlik hüquqlarına qiymət verilməsi mülki prosessual cəhətdən mümkünsüzdür. Əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Bundan əlavə, beşinci növbə vərəsələr sırasında - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı əmi uşağının arvadı sayılsa belə, onun miras qoyana münasib ətdə bilavasitə vərəsəlik hüquqları yaranmır. Bu hüquqlar onun ərinə münasibətdə yarana bilərdi ki, o da miras qoyanın öldüyü 2**6-cı ildən özünün öldüyü 2*14-cu ilədək payın rəsmilədirilməsini həyata keçirməmiş və hazırkı tələbdə onun miras qoyana münasibətdə (onun payına aid hissədə) mirasın faktiki qəbulu tələbi olmadığından bu məsələnin prosessual cəhətdən müzakirə edilməsi yolverilməzdir.
29. Bundan əlavə, iddiaçı 2*14-cü ildə ərindən qalmış mirasın notariatda rəsmiləşdirilməsi zamanı qeyd edilən paya ehtimal etdiyi hüquqlarını bəyan etməmiş, yalnız ərindən miras qalmış paya tam irs almışdır. Qeyd edilənlər iddiaçının vərəsə növbəliyi üzrə bilavasitə mirası qəbul etmə hüqunun olmadığını müəyyən etdiyindən, digər xüsatların araşdırılmasına zərurət qalmır. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
31. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci cavabdeh mirasın açılmasından 13 il keçdikdən sonra notariat kontoruna müraciət etmiş və mirası faktiki olaraq qəbul etməmişdir ki, bu fakt və əksi, yəni mərhum ərinin miras əmlakı faktiki olaraq qəbul etməsi və həmin əmlakdan tam şəkildə istifadə etməsi iş materiallarında olan sübutlarla və preyudisial əhəmiyyətə malik olan məhkəmə aktları ilə tam şəkildə sübuta yetir. Məhkəmə isə, bu sübutların heç birinə əhəmiyyət vermədən Mülki Məcəllənin 1145, 1146 və 1243.2ci maddələrinin tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə çıxarmışdır.
32. Digər tərəfdən, məhkəmənin məntiqindən belə çıxır ki, yalnız əvvəlki növbədən olan vərəsələrin hamısı mirası qəbul etmədikdə və öldükdə növbəti vərəsələrin vərəsə olma hüququ yaranır. Halbuki Mülki Məcəllənin 116*-cı maddəsi 1246 və 1243.2-ci maddələrin tələbləri nəzərə alınmaqla tətbiq və şərh edilməlidir. Belə ki, 1159-cu maddə ilə miras qoyanın vərəsələri kimi müəyyən edilmiş 2-5-ci növbənin vərəsələrinin hüquqları bilavasitə 1246-cı maddə ilə müəyyən edilmiş müddətlərin bitməsi və ya 1243.2-ci maddə ilə müəyyən edilmiş qaydaya əməl edilməsindən asılı olaraq yaranır. Yəni, qanunverici 25-ci növbənin vərəsələrin mirası qəbul etmək üçün hüquqlarının yaranmasını yalnız birinci növbədən olan vərəsələrin mövcud olması ilə deyil, onların qanunla müəyyən edilmi ş müddət ərzində müraciət edilməsi və ya müəyyən edilmiş tələblərə əməl edib-etməməsi şətri ilə məhdudlaşdırmışdır. Əvvəlki növbənin vərəsəsinin mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi, avtomatik olaraq növbəti vərəsələrinin mirası qəbul etmək hüququnun yaranmasına səbəb olur. Yeganə istisna hal mirasın qəbulunun üzrlü səbəbdən buraxılması və ya mirasın faktiki olaraq qəbul edilməsidir ki, hazırkı iş üzrə belə bir hal müəyyən edilməmiş, eyni zamanda cavabdeh buraxılmış müddətin üzürlü hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir.
33. Həmçinin, məhkəmə qətnamədə miras qoyana münasibətdə vərəsə olmaq hüququna yalnız iddiaçının mərhum ərinin malik olduğuna, onun mirası qəbul etmədiyinə, iddiaçının isə miras qoyana münasibətdə bilavasitə vərəsə olmadığına, bu səbəbdən də, belə bir iddia qaldırmaq hüququna malik olmadığına istinad etsə də, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mərhum ərinin bütün miras qoyan şəxslərdən qalmış payları faktiki qəbul etməsi müəyyən edilmiş, iddiaçı isə mərhum ərinin qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı rəsmi şəkildə qəbul etdiyi üçün onun qanun üzrə vərəsəsidir. b)
34. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətb Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
36. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündə n sonra doğulmuş uşaqları ola bilərlər.
37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
40. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.
41. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıld ığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
42. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.
43. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
44. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir.
45. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
46. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
47. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2*13-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitus iyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2*14-cü il tarixli Qərarı
48. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahibli k odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. 49....miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ond an ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafey indən üstün olmasını nəzərdə tutur. Ailətəminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2*11-ci il 2* oktyabr tarixli Qərar).
59. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaql arı ola bilərlər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Bu şəxslərə ölənin uşaqları, əri (arvadı), qardaş-bacıları, nənə - babaları və digər kateqoriya şəxslər aiddir. Göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir.
60. Qeyd olunduğu kimi, qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxı n qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır.
61. Beləliklə, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir.
62. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu müddəalar əsasında təhlil etmiş və düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 4 16, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-981/2*22 nömrəli, 28 fevral 2*22-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir