Məhkəmə qərarları › İş №2(102)-3807/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3807/2019

20.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3807/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ciiltarixli 2(103)5866/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş birgə kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin (hakim Z.Axundova) 24.01.2018-ci il tarixli 2(003)-353/2018 nömrəli qətnaməsi ilə İddi açı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ünvan 1 evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) 31.05.2018-ciiltarixli 2(103)-5866/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Xəzər rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli 2(003)-353/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanda 300 kv.m torpaq sahəsində yerləşən əvvəllər yaşadığı və cavabdehlərin sahibliyində olan özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Cavabdehlər Cav abdeh2 və Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ciil tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə 07.11.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, onun cavabdehlərdən Cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan 1 evə istifadə hüquqlarının tanınması və onun həmin evə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya şikayətinin dəlilinə görə işə birinci instansi ya məhkəməsində baxılarkən 24.01.2018-ci il tarixə, saat 12:00-a məhkəmə iclası təyin edilməsə də, həmin vaxt hakim cəzaçəkmə müəssisəsində olduğuna görə əslində işə baxılmadığı halda, həmin tarixə cavabdehlərin iştirakını təmin etmədən, həmçinin mübahisəli evə adi baxış keçirmədən qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin bu dəlili üzrə apelyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamış, heç bir hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayətinin həmin dəlil yoxlanılıb qiymət verilsə idi, ilk öncə Azərbaycan Respublikasının MPM-nin 387.2 və 287.2.2-ci maddələri tətbiq edilməklə, məhkəmədə müdafiə hüquqlarının pozulmasına istinad edilməklə qətnamə ləğv edilərdi. İş materiallarına əlavə edilmiş sənədlərə əsasən, apelyasiya şikayətinin dəlillərinə və məhkəmədə tərəflərin verdiyi iz ahatlara görə Binə qəsəbəsi, ******************** ünvanda ikimərtəbəli fərdi yaşayış evində cavabdehin qardaşı H1 və onun ailə üzvləri yaşayır, həmin ünvanda 300 kv.m torpaq sahəsində onun tərəfindən 1985-ci ildə inşa edilmiş 4 otaqlı fərdi yaşayış evində Cavabdeh2 ailə üzvləri ilə yaşayır. İşin həmin halları yerində baxış keçirilməsi ilə müəyyən edilə bilərdi. Lakin apelyasiya məhkəməsi bunu etməyərək qəbul etdiyi qətnamədə Binə qəsəbəsi, ******************* ünvanda ikimərtəbəli fərdi yaşayış evi Cavabdeh2 və onun ailə üzvlərinə məxsusdur, digər 4 və 5 otaqdan ibarət 300 kv.m torpaq sahəsində inşa edilmiş ünvansız evdə isə o, ailə üzvləri ilə yaşayır. Lakin apelyasiya məhkəməsiiş materiallarına əlavə edilmiş sənədlərə, tərəflərin izahatlarına istinad etmiş olsa idi, apelyasiya şikayətinin dəlillərini araşdırsa idivə ya yerində baxış keçirməklə əldə olunan digər mötəbər sübutlara əsaslanmış olsa idi, 300 kv.m torpaq sahəsində Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 4 otaqdan ibarət olduğunu, 21 saylı ünvanda ikimərtəbəli fərdi yaşayış evinin ona yox, qardaşı H1 və onun ailə üzvlərinə məxsus olduğunu müəyyən etmiş olardı. İddiaçı cavabdehin oğlu C1 ilə 2007-ci ildə ailə həyatı qurmuş, həmin ildən 2016-cı ilin fevral ayına qədər cavabdehə məxsus ünvansız evdə yaşamışdır. Tərəflər arasında hüquq münasibətləri 2007-ci ildən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəyə oxşar, yəni mülkiyyətçi ilə yaranan münasibətləri tənzimləyən qanunvericilik normaları-Azərbaycan Respublikasının MM-nin 228-ci maddəsi tət biq edilməli olduğu halda bu edilməmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. İddiaçı iddia tələbində atası evində valideynləri ilə birlikdə qardaşının və onun ailəsinin yaşadığını, bu evdə yaşamasının mümkün olmadığını, özünün kirayədə yaşadığını bildirsə də, bu hallar yalandır və məhkəmə tərəfindən yoxlanılmamışdır. İddiaçı kirayədə yaşaması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi iddiaçının köçmək istədiyi evin özbaşına tikili olduğunu göstərməklə bərabər həmin tikilinin cavabdehlərin sahibliyində olmasını, yəni cavabdehlərin özbaşına tikili üzərində sahiblik hüquqlarını dolayı olaraq qəbul etmiş, lakin iddiaçının onların sahibliyində olan tikiliyə köçürülməsi nəticəsinə gəlmişdir. İdiaçının cavabedehin mülkiyyətində olan evə köçürülməsi onun və ailə üzvlərinin yaşadığı evdən qanunsuz məhrum edilmələri ilə nəticələnəcəkdir. Cavabdeh2 mübahisə predmetini təşkil edən yaşayış evinin mülkiyyətçisi olmasa da, onun həmin evə sahiblik və istifadə hüququ vardır. Cavabdeh2 ailə üzvləri ilə birlikdə mübahisəli evə dair “qanuni gözləntiyə” malik hüququ vardır. Buna görə də onun ailə üzvü olmayan – oğlu ilə ailə münasibətlərinə xitam verilmiş iddiaçının mübahisə predmetini təşkil edən evə köçürülməsi qanunsuz və ədalətsiz olardı. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə köçürülmə ilə bağlı iddialar yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır. İddiaçının köçürülməsini tələb etdiyi tikiliyə istifadə hüququnun tanınması üçün qanuni əsaslar olmadığından işə baxan apelyasiya məhkəməsi də həmin hissədə iddia tələbini rədd etmişdir. Bu baxımdan iddiaçının onun evinə istifadə hüququ olmadığından həmin evə köçürülmə ilə bağlı tələbi də əsassızdır və həmin şəxsin məhkəmə qaydasında mənzilə köçürülməsi yolverilməzdir. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməli idi. Hazırki halda İddiaçı onun hamnsı hüquqlarının pozulmasını sübuta yetirə bilməmişdir və iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evinə hər hansı hüququnun olması iş materialları ilə təsdiq olunmadığından cavabdehlərə qarşı qaldırılan iddia tələbi evə köçürülmə hisəsində də təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi iddiaçının müvafiq subyektiv hüququnun olub-olmamasını araşdırmamış, bu səbəbdən də subyektiv hüququ olmayan şəxsin iddiasını təmin etməklə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə ədalətli olmayan qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ciiltarixli. 2(103)-5866/2018 saylı qətnaməsinin qismən ləğv edilərək qanuni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, onların vəkil ləri X1 və X2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 31.05.2018ciiltarixliqətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edərək, Xəzər rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli 2(003)-353/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni q ətnamə qəbul edilməsi, iddianın qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanda 300 kv.m torpaq sahəsində yerləşən əvvəllər yaşadığı və cavabdehlərin sahibliyində olan özbaşına tikiliyə köçürülməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, ünvan 2 ünvanda iki qeydiyyatsız fərdi yaşayış eiv yerləşir. Həmin evlərdən biri (21 saylı) ikimərtəbəli fərdi yaşayış olmaqla Cavabdeh2 və onun ailə üzvlərinə məxsusdur. Digər 4 və 5 otaqdan ibarət Əzizbəyov rayon XDS İK-nin 15.03.1985-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış ei tikintisi üçün istifadəyə verilmiş 300 kv.m torpaq sahəsində inşa edilmiş qe ydiyyatsız və ünvansız ev isə Cavabdeh2 tərəfindən inşa inşa edilmişdir və həmin evdə Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh2 tərəfindən inşa edilmiş tikiliyə ********** saylı ünvan verilərək texniki pasportunun tərtib edilməsi üçün Binə qəsəbə İcra Hakimiyyətinin nümayəndəsi 25.01.2000-ci ildə Bakı şəhər Texniki İnventarlaşdırma Bürosuna müraciət etmiş, lakin tərtib edilməmişdir. Müəyyən olunmuşdur ki, iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi ünvan 1 ünvanda 300 kv.m torpaq sahəsində inşa edilmiş hazırda ünvanı olmayan özbaşına tikilidir. Belə ki, işin mübahisəsiz halı o olmuşdur ki, iddiaçı Cavabdeh1la rəsmi nikaha daxil olduqdan sonra 2007-ci ildən nikahları ləğv edilənədək (2016-cı ilin fevral ayına kimi) cavabdehlərin sahibliyində və istifadəsində olan hə min özbaşına tikilidə yaşamış və cehiz əmlakları həmin evdə olmuşdur. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi tikili özbaşına tikili olduğundan və mənzil fonduna aid olmadığından mübahisəyə 01.10.2009cu ilədək üvvəyə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə bütün fiziki şəxslərə qadağan edilir. Mənzil dedikdə yalnız mənzil hüququnun obyekti olan yaşayış sahələri deyil, obyektiv mənada insanın məskunlaşa biləcəyi və faktiki yaşadığı bütün obyektvlər başa düşülür. Hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanundayanmalıdır. Hətta özbaşına tikilinin sökülməsi və orada yaşayan şəxslərin çıxarılması Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən yalnız məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Odur ki, mənzilə və digər yaşayış sahələrinə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş həyat yoldaşı ilə nikah münasibətləri pozulduqdan sonra yaşadığı evdən məhrum edilib. Məhrumedilmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mən zil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Hazırki halda cavabdehlərin Xəzər rayonu, Binə qəsəbəsi, ******************* ünvanda 300 kv.m torpaq sahəsində inşa edilmiş özbaşına tikili üzərində hüquqverici sənədləri olmadığından iddiaçının məruz qaldığı məhrumetmə qanunsuz hesab edilməlidir. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa qüvvəyə malikdir və iddiaçının konstitusion hüquq pozuntusunun aradan qaldırılması üçün onun əvvəllər yaşadığı evə köçürülməlidir. Göstərilənlərə əsasən, apelyasiya instansiyası məhkəməsi İddiaçı ünvan 1 ünvanda 300 kv.m torpaq sahəsində yerləşən əvvəllər yaşadığı və cavabdehlərin sahibliyində olan özbaşına tikiliyə köçürülməsi qənaətinə gəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “O.ROUK Birləşmiş Krallığa qarşı” işində ərizənin qəbul edilənliyi barədə qərarında və “Gillounun Birləşmiş krallığa qarşı” işi üzrə 24.11.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsasında apelyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respubl ikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli 2(103)-5866/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar