Məhkəmə qərarları › İş №2(102)-3807/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3807/2020

24.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3807/2020 24.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və http://supremecourt.gov.az/static/view/284X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil3, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən, sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilin ona təhvil verilməsinə dair ilk, “xxxx” MTK-nın qarşı Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən, sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış 22 saylı xx.xx.2014-cü il tarixli müqavilənin əhəmiyyətsiz olması səbəbindən bağlandığı gündən etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.R.Səlimova) ilkin iddia ərizəsinin təmin edilməsi, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilin İddiaçı1 təhvil verilməsinin Cavabdeh1-ya həvalə edilməsi, xxxx MTK-nın İddiaçı1 qarşı ərazi PD-057 saylı evin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli, 22 saylı müqaviləsinin əhəmiyyətsiz olması səbəbindən bağlandığı gündən etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi V.T.Həsənov, V.Ə.Baxışova, N.Ş.Cəfərov) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin l əğv olunması, yeni qətnamənin qəbul edilməsi, iddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair ilkin iddiasının rədd edilməsi, “xxxx” MTK-nın İddiaçı1 Zəkəryayevnaya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilərək xxxx MTK-nın İddiaçı1 qarşı ərazi PD-057 saylı evin 1-ci blokunun 12ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli, 22 saylı müqavilənin əhəmiyyətsiz olması səbəbindən bağlandığı gündən etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.R.Xələfov, Q.Ə.Allahverdiyev, Ə.Ə.Şadiyev) iddiaçı tərəfindən verilmiş kasasiya şik ayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi M.A.Məmmədov, X.Ə.Sarıyev, E.Y.Şamayev) ilkin iddia üzrə cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinin apelyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair ilkin iddiasının rədd edilməsi, “xxxx” MTK-nın İddiaçı1 Zəkəryayevnaya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilərək xxxx MTK-nın İddiaçı1 qarşı ərazi PD-057 saylı evin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli, 22 saylı müqaviləsinin əhəmiyyətsiz olması səbəbindən bağlandığı gündən etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.Dəmirov, A.İsgəndərov, Ə.Əhmədov) ilkin iddia üzrə iddiaçı X2 kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2019-cu il tarixli qətnaməsinin müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsi, işin həmin h issədə yeni apelyasiya baxışına qaytarılması, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən X.Cəmilova, hakimlər Ə.Bayramov və İ.Kərimli) “xxxx” MTK tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin xxxx MTK-nın İddiaçı1 qarşı ərazi PD-057 saylı evin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli, 22 saylı müqaviləsinin əhəmiyyətsiz olması səbəbindən bağlandığı gündən etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi, “xxxx” MTK ilə İddiaçı1 arasında ərazi PD-057 saylı evin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli, 22 saylı müqavilənin əhəmiyyətsiz olduğuna görə bağlandığı gündən etibarsız hesab edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, 50 saylı mənzilin dəyəri onun tərəfindən MTK-ya tam şəkildə ödənilmişdir və bu MTK tərəfindən verilmiş kassa mədaxil orderi ilə təsdiqlənir. Bundan başqa apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, həqiqətən iddiaçı tərəfindən həmin binada yerləşən 55 saylı mənzildən başqa digər mənzil, yəni həm in binada yerləşən 50 saylı mənzil alınsa idi, tərəflər arasında eyni nömrə altında deyil, başqa nömrə altında qeyd edilmiş müqavilə bağlanardı. Bununla bağlı qeyd edilməlidir ki, mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzlərinin MTK tərəfindən tərtib olunması onu göstərir ki, həmin müqavilənin və ödəniş qəbzinin nömrəsi də MTK tərəfindən özünün gələcəkdə qanunsuz olaraq varlanmaq niyyətinin həyata keçirilməsi üçün mübahisə predimeti olmayan 55 saylı mənzilin alınması zamanı tərtib olunmuş müqavilənin və ödəniş qəbzinin nömrəsi ilə eyniləşdirilmişdir ki, İddiaçı1 gələcəkdə 50 saylı mənzilin onun tərəfindən alınmasını sübut edə bilməsin. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə mübahisələndirilən müqavilənin ilkin iddiaçı tərəfindən im zalanmaması, ilk iddiaçı ilə cavabdeh MTK arasında mübahisəli mənzilə dair hər hansı danışığın, müzakirənin, razılaşmanın olmaması, müqavilənin nümayəndə vasitəsi ilə bağlandığı irəli sürüldüyü halda, onda buna dair məlumatların göstərilməməsi, ümumiyyətlə həmin etibarnamənin MTK-ya təqdim edildiyinin təsdiqini tapmamasmı nəzərə alaraq hesab edir ki, tərəflər arasında yalnız bir mənzillə bağlı müqavilə bağlanmışdır ki, həmin müqavilədə icra edilmiş, həmin mənzilə dair kart verilmiş, 50 saylı mənzilə dair iddiaçının istinad etdiyi müqavilənin isə mövcud olmayan müqavilə olduğu və digər tərəf üçün öhdəlik yaratmadığı qənaətinə gəlmək daha məntiqlidir. Məhkəmənin gəldiyi bu nəticədə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan sənədlərlə bir daha təsdiq olunur ki, mübahisələndiril ən müqavilənin İddiaçı1 tərəfindən imzalanması, İddiaçı1 ilə MTK arasında mübahisəli mənzilə dair danışıq, müzakirə və razılaşma mövcud olmuşdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, müqavilədə onun nümayəndə vasitəsi ilə bağlanmasına dair məlumatların göstərilməsi və etibarnamənin MTK-ya təqdim edilməsinin rəsmiləşdirilməsi cavabdehin tərəfindən icra edilən hal idi, yəni həmin məlumat cavabdeh tərəfindən müqaviləyə yazmalı idi. Lakin MTK bunu bilərəkdən rəsmiləşdirməmişdir. Ona görə də kassator Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və “xxxx” MTK ilə İddiaçı1 Zəkəryayevna arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 22 saylı müqavilə ilə ərazi PD057 saylı evin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzil üçün ödənilmiş 323000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı cavabdeh “xxxx” MTK-ya qarşı iddia ərizəsi, sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən verilmiş iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla cavabdeh MTK arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 22 saylı müqavilənin predmeti olan və Bakı şəhəri, Xətai rayonu, Xəqani Rüstəmov küçəsində inşa etdiyi 20 mərtəbəli binada yerləşən bina PD-057, 1-ci blok, 12-ci mərtəbə, 50 saylı, 4 otaqlı, sahəsi 190 kv.m. olan mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “x xxx” MTK qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək mübahisəli 50 saylı mənzilə dair bağlanmış xx.xx.2014-cü il tarixli, 22 saylı müqavilənin əhəmiyyətsiz olması səbəbindən bağlandığı andan etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, MTK(satıcı ) ilə iddiaçı (Alıcı) arasında xx.xx.2014-cü ildə 22 saylı müqavilə bağlanmış, həmin müqaviləyə görə MTK-nın Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilinin ümumi dəyəri kimi 323.000 manat (hər bir kvadrat metri üçün 1700 manat olmaqla) məbləğində pul vəsaitinin tam ödənilməsindən sonra alıcıya təhvil verilməsi razılaşdırılmışdır. Həmçinin tərəflər arasında eyni tarixli, eyni nömrəli və eyni şərtlərlə başqa bir müqavilə də bağlanmış, müqavilənin predmeti sözügedən yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 55 saylı mənzili, mənzilin ümumi dəyəri isə yenə 323.000 manat olaraq müəyyənləşdirilmişdir. MTK tərəfindən verilmiş AM seriyalı 60 saylı xx.xx.2015-ci il tarixli “xxxx” görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə 22 saylı müqavilə üzrə MTK-ya 323.000 manat pul ödəmişdir. MTK tərəfindən PD-057 plotunda yerləşən inşa olunacaq binanın hissəsindən 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m. olan 4 otaqlı 50 saylı mənzilin 22 saylı xx.xx.2014-cü il tarixli müqavilə əsasında İddiaçı1 Zəkəriyevnaya satılması barədə arayış verilmişdir. Eyni zamanda işin hallarından görünür ki, “xxxx” MTK tərəfindən Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən PD-057 saylı yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən, 55 saylı mənzilin İddiaçı1 Zəkəriyevna tərəfindən alınması ilə əlaqədar plastik kart verilmişdir. Bununla yanaşı MTK ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il ta rixli müqavilədən görünür ki, MTK Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD057 saylı yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən, sahəsi 185 kv.m. olan 4 otaqlı 50 saylı mənzili sonuncuya təhvil verməyi, alıcı isə həmin mənzilə görə 355385 manat (hər bir kvadrat metri üçün 1921.00 manat olmaqla) məbləğini ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda müqavilənin 32.2-ci bəndində alıcı tərəfindən müqavilə bağlanan anda məbləğin 182500 manatının ödənildiyi, qalan 172885.00 manatın isə 24 ay müddətinə, hər ay 7203.55 manat olmaqla tam ödənilməsi göstərilmişdir. Mədaxil orderlərindən görünür ki, tərəfindən 23 saylı xx.xx.2014-cü il tarixli müqavilə üzrə müntəzəm olaraq ödənişlər aparılmışdır. MTK tərəfindən PD-057 plotunda yerləşən inşa olunacaq binanın hissəsindən 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 185 kv.m. olan 4 otaqlı 50 saylı mənzilinin 23 saylı xx.xx.2014-cü il tarixli müqavilə əsasında X1 barədə arayış verilmişdir. Bundan başqa xx.xx.2009-cu il tarixli etibarnamədən görünür ki, iddiaçı harada yerləşməsindən və nədə ifadə olunmasından asılı olmayaraq bütün əmlakıqı idarə etməyi..., qanunla icazə verilmiş əqdləri bağlamağı və s. hərəkətləri etməyi (ərinə) X6 xx.xx.2019-cu il tarixədək etibar etmişdir. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, sözügedən yaşayış binasında yerləşən mübahisəli 55 saylı mənzil MTK tərəfindən təhvil verilmiş və məhz o, “xxxx” MMC-nin nəzdində “Mənzilim” Monitorinq Xidməti tərəfindən mənzilə dair müvafiq plastik kartla (həmin kart xx.xx.2014-cü il tarixdə ve rilmişdir) təmin edilmişdir. Hazırki işdə cavabdeh MTK iddiaçının mübahisəli 50 saylı mənzilin ona verilməsinin əsası olaraq istinad etdiyi müqavilənin etibarsız olduğuna, əslində həmin müqavilə üzrə MTK-nın hər hansı öhdəliyinin yaranmadığına, müqavilənin digər müqavilə ilə dəyişdirildiyinə və həmin müqavilənin də icra edilərək həmin binada yerləşən 55 saylı mənzilin iddiaçıya təhvil verildiyinə, iddiaçının tələb etdiyi mənzilə dair hər hansı məbləğin ödənilmədiyinə, bu müqavilə mövcud olmadığına görə onun dəyərinin ödənilməsinin mümkünsüz olduğuna, müqavilənin iddiaçı tərəfindən imzalanmadığına, müqaviləyə görə ödəniş edilməsinə əsaslandığı mədaxil qəbzinin 55 saylı mənzilə aid olduğuna, həmin mənzilə görə edilmiş ödənişin iki nüsxəsinin əslinin onda olmasından istifadə edildiyinə, 55 sa ylı mənzilə dair kart aldığı halda, 50 saylı mənzilə dair kart almamasına əsaslanmaqla qarşılıqlı iddia tələbini irəli sürmüş, tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci, 337.2-ci və 337.3-cü maddələrinə istinad etmişdir. İş materiallarından görünür ki, həmin binada yerləşən 55 saylı mənzilin dəyəri iddiaçı tərəfindən ödənilməklə mənzil ona təhvil verilmiş və o, həmin mənzilə dair fərdi istifadəçi adının və şifrənin olduğu plastik kartla təmin edilmişdir. Bununla da iddiaçının cavabdeh MTK-dan öhdəliyinin icrasını tələb etdiyi xx.xx.2014-cü il tarixli 22 saylı müqaviləyə və 60 saylı “Mədaxil qəbzinə” əsasən artıq həmin binanın 55 saylı mənzili ilkin iddiaçıya təhvil verilmişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, X.Rüstəmov küç əsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1-ci blokunun 13- cü mərtəbəsində yerləşən, 4 otaqlı 50 saylı mənzil barədə tərəflər arasında hüquq münasibətlərinin yaranması və həmin mənzilin dəyərinin ilkin iddiaçı tərəfindən ödənilməsi qənaətinə gəlmək hazırkı işin faktiki halları və işdə mövcud olan sübutlar baxımından qeyri- mümkündür. Belə ki, əvvəla həqiqətən iddiaçı tərəfindən həmin binada yerləşən 55 saylı mənzildən başqa digər mənzil, yəni həmin binada yerləşən 50 saylı mənzil alınsa idi, tərəflər arasında eyni nömrə altında deyil, başqa nömrə ilə qeyd edilmiş müqavilə bağlanardı. Bu barədə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2015-ci il tarixli 60 saylı mədaxil qəbzinə istinadən mənzilin dəyərinin də ödənildiyini iddia etsə də, həmin qəbzə əsasən mübahisə mövz usu olmayan digər mənzilin- 55 saylı mənzilin dəyərinin ödənildiyi və mənzilin artıq ona təhvil verildiyi müəyyən edilmişdir. Eyni qəbzə əsasən ilkin iddiaçı həmin binanın 55 saylı mənzilinin dəyərini ödəməsi və məhz həmin mənzilin ona təhvil verilməsi ilə bağlı işin faktiki halını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə kollegiyasının mövqeyinə görə sözügedən qəbzin digər nüsxəsinə istinadən başqa bir mənzilin dəyərinin də ödənilməsi qənaətinə gəlmək məntiqli deyildir. Bu baxımdan iddiaçının “müqavilələrin və ödəniş qəbzlərinin nömrələrinin eyni olmasına fikir verməməsi” ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və bunu onunla əsaslandırır ki, 323000 manat pul verən bir şəxsin həm müqavilə, həm də ödəniş sənədində yol verilmiş yanlışlığı görməməsi və buna e tiraz etməməsi inandırıcı deyildir. Həmçinin həmin sənədlər ötən müddət ərzində ilk iddiaçıda olmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, “Ağ şəhər layihəsi” çərçivəsində tikinti aparan təşkilatlardan asılılığı və tabeçiliyi olmayan və həmin layihənin icrasını həyata keçirən “xxxx” MMC-nin nəzdində olan, nəzarət funksiyasını həyata keçirən “Mənzilim” Monitorinq Xidməti adlı sistemin elektron bazasında sözügedən 55 saylı mənzilə dair ilkin iddiaçıya hələ xx.xx.2015-ci il tarixdə plastik kart verildiyi halda, mübahisə olunan 50 saylı mənzilə dair onunla MTK arasında müqavilə bağlanması barədə məlumat aşkarlanmamış, əksinə, mübahisəli həmin mənzilə dair MTK ilə Ülviyyə Nəzirova arasında xx.xx.2014-cü il tarixli 23 saylı müqavilənin bağlandığı, 50 saylı mənzilin də məhz sonuncuya təhvil verilm əsi ilə yanaşı, mənzilə dair müvafiq plastik kartla təmin edildiyi məlum olmuşdur. Məhkəmə 9 araşdırmaları zamanı ilkin iddiaçının nümayəndəsi və vəkili, həmçinin iddiaçı özü də əvvəlki məhkəmə proseslərində iştirak edən zaman sözügedən binada yerləşən 55 saylı mənzilə dair plastik kartı aldığı halda, mübahisəli mənzilə dair kart almamasının və mövcudluğundan xəbərdar olduğu Monitorinq Xidmətinə müraciət etməməsinin məntiqli izahını verə bilməmiş, MTK tərəfindən 50 saylı mənzilə dair kartın sonra veriləcəyinin deyildiyini bildirməklə kifayətlənmişdir. Bundan başqa, işin hallarından görünür ki, mübahisəli 50 saylı mənzilə dair iddiaçı ilə cavabdeh MTK arasında bağlandığı irəli sürülən müqavilə ilkin iddiaçı tərəfindən imzalanmamışdır. Belə ki, işin qeyd edilən halını ilkin iddiaçı və nümayə ndəsi etiraf etmiş, həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş iddiaçının əri Mahir Eyvazov da izahatında müqaviləni ilkin iddiaçının deyil, məhz özünün etibarnamə əsasında imzaladığını göstərmiş, qeyd olunan xüsusatın təsdiqi kimi də müvafiq etibarnaməni birinci instansiya məhkəməsinə təqdim etmişdir. Cavabdeh tərəf isə qarşılıqlı iddia ərizəsi ilə mübahisələndirilən müqavilədə onun nümayəndə vasitəsilə bağlandığına və etibarnaməyə dair heç bir məlumatın müqavilədə göstərilmədiyinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi aparılan araşdırmalara əsasən qarşılıqlı iddia üzrə mübahisələndirilən müqavilənin ilkin iddiaçı tərəfindən imzalanmaması, ilk iddiaçı ilə cavabdeh MTK arasında mübahisəli mənzilə dair hər hansı danışığın, müzakirənin, razılaşmanın olm aması, müqavilənin nümayəndə vasitəsilə bağlandığı irəli sürüldüyü halda, onda buna dair məlumatların göstərilməməsi, ümumiyyətlə həmin etibarnamənin MTK-ya təqdim edildiyinin təsdiqini tapmamasını nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında yalnız bir mənzillə bağlı müqavilə bağlanmışdır ki, həmin müqavilə də icra edilmiş, həmin mənzilə dair kart verilmiş, 50 saylı mənzilə dair iddiaçının istinad etdiyi müqavilənin isə mövcud olmayan müqavilə olduğu və digər tərəf üçün öhdəlik yaratmadığı qənaətinə gəlmək daha məntiqlidir. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mən ası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan g müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin stand art şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirl ər. Hər hansı əqdin etibarlılığı üçün isə onun bağlanmasında lazımi subyektlərin səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edil məsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini, eyni zamanda kassatorun dəlillərinin işin halları ilə təkzib edildiyini və qeyd edilən dəlillərə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verildiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar