Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3807/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-375/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Mə hkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 13 dekabr 2013-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X4 və X1 rayonu Qazma kəndi ərazisində mülkiyyətlərində olan 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 5000 manata İddiaçı satmışlar. İddiaçı Torpağa mülkiyyət hüququna dair 11.03.2014-cü il tarixli Çıxarış verilmiş, torpaq sahəsinin plan və ölçüsü işlənmişdir. 08 aprel 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X10 və X6 onlara məxsus olan Balakən rayonu Qazma kəndində mülkiyyətlərində olan 0,2984 ha torpaq sahəsindən onlara düşən paylarını İddiaçı bağışlamışlar. Torpağa mülkiyyət hüququna dair 04.02.2015-ci il tarixli Çıxarış verilmiş, torpaq sahəsinin plan və ölçüsü işlənmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Qazma kəndində yerləşən və xüsusi mülkiyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0,7453 ha və RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 0,2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən cavabdehin çıxarılması, həmin torpaq sahələrinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahələri xüsusi mülkiyyətindədir. Cavabdehin torpaq sahələri onun torpaq sahələri ilə qonşudur. Torpaq sahələrini aldığı vaxtdan hazıra kimi cavabdeh 0,2980 ha olan torpaq sahəsinə ö z malqarasını saxlamaqla zəbt edir, digər 0,75 ha torpaq sahəsini torpaq sahəsinin şərq tərəfindən, meyvə ağacları olan, 0,08 ha hissəsi dəmir torla hasara almaqla zəbt edir və istifadə edir. O, bununla bağlı reyestr xidmətinin müraciət etmiş və oranın əməkdaşları ilə torpaq sahələrinə baxış keçirilmişdir. Hər iki torpaq sahələrinin ona məxsus olduğunu və 0,77453 ha torpaq sahəsinin şərq tərəfində 0,08 ha hissəsinin cavabdeh tərəfindən dəmir tora alınmaqla həqiqətən də zəbt olunmasını təsdiq etmişlər. Cavabdeh isə bunu qəti olaraq inkar etmiş və həmin yerin həmçinin digər 0,2980 ha torpaq sahəsinin ona məxsus olduğunu, oradan çıxmayacağını, öz mallarını otarmaq üçün başqa yerinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mütəxəssis rəyində qeyd edilmişdir ki, 1) RX seriyalı, ******* nömrəli Çıxarışın planı və ölçüsü sənədlərində göstərilən koordinatlara əsasən iddiaçının xüsusi mülkiyyətində olan 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0320 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir (sxem 1); 2) RX seriyalı, ******* nömrəli Çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən iddiaçının xüsusi mülkiyyətində olan 0,2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0891 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir (sxem 2). İş keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 02 sentyabr 2020-ci il tarixli, 10/2091 saylı rəyində yuxarıda qeyd edilən mütəxəssis rəyinə uyğun rəy verilmişdir. Balakən Rayo n Məhkəməsinin (hakim Zamin Tahirov) 9 oktyabr 2020-ci il tarixli 2(019)-57/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi mütəxəssis rəyinə əlavə edilən sxem 1-də göstərilən 0,0320 ha hissəsindən və İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,2982 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun mütəxəssis rəyinə əlavə edilən sxem 2-də göstərilən 0,0891 ha hissəsi ndən çıxarılması, həmin torpaq sahələrinə iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan 0,7453 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0320 ha hissəsini və 0,2984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0891 ha hissəsini qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə iddiaçının mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə iş üzrə nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə, «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-c i mаddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 238.1, 238.2, 238.3 və 239.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanunun 40 və 45-ci maddələrinə, Azərbaycan Respublikası MPM-nin 117.1, 118.1, 119.1 və 124.1-ci maddələrinə istinad etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ekspertin rəyi razı deyil, rəyi qərəzli hesab edir. Həmin torpaq sahəsi həmişə onun istifadəsində olmuşdur. Sonuncu məhkəmə iclasında iştirak edə bilmədiyinə görə təkrar ekspertiza barədə məhkəmədə vəsatət verə bilməmişdir. Lakin məhkəmə ekspert rəyinə əsaslanara q işə baxıb yekun nəticə vermişdir. Məhkəmə sübutları araşdırarkən işin hallarını tam və hərtərəfli araşdırmamış, məhkəmə iclasında onun iştirakını təmin etməmiş, tədqiq edilən sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməmiş və səhv hüquqi nəticəyə gəlmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ələddin Məcidov sədrlik edən və məruzəçi, Mahir Əsədli, Rövşən Rəfiyev) 24 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə cavabdehin apellyasiya şikayətində məhkəmə ic lasında onun iştirakını təmin edilməməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, həmin hal iş materialları ilə təkzib edildiyindən qətnamənin ləğvi üçün əsas ola bilməz. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi ekspert qarşısında iddiaçıya məxsus torpaq sahələri ilə JN 1425 KOD 40103018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə atası X2, anası X7 və qardaşı X8 verilmiş 1,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi aydınlaşdırılmamışdır. Halbuki iddia olunan torpaq sahələri qeyd olunan 1,4 ha torpaq sahəsinin içərisindədir. Ata öləndən sonra torpaq sahəsinin sənədləri yenidən işlənmiş, qardaşı X8 özünə aid 0,4665 ha hissəsinin ayırmış, ona və anasına isə 0,9335 ha əvəzinə 0,7793 ha torpaq sahəsinə, yəni 0,15 ha əksikliklə sənədlər işlənmişdir. Məhkəmə sübutları araşdırarkən işin bu hallarına diqqət yetirməmiş, iddia etdiyi torpaq sahəsinin əvvəldən onun ailəsinə verilmiş 0,14 ha torpaq sahəsinə münasibətdə yerini müəyyən etməmiş, bu məqsədlə iş üzrə təkrar ekspertiza təyin etməməklə səhvə yol vermişdir. Məhkəmə tədqiq edilən sübutları tətbiq edilməli hüquq normalar ına müvafıq qiymətləndirməmiş və səhv nəticəyə gəlmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmamış və məhkəmə iclasında iştirakını təmin etmədən qeyri-obyektiv qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə etiraz göndərərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz təiəbirinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbiərini sübut etmək ücün məhkəməyə sənədlər təqdim etmiş, əks tərəf isə məhkəməyə hec bir sənəd sübut təqdim etməmişdir. Cünki onun əlində mübahisəli torpaq sah əsinə dair hec bir hüquqi sənəd yoxdur. Kassasiya şikayətində yazdıqları isə mülahizələrdən ibarətdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin ha llarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən i ddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam ver mək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya h üquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifa də hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdehin məhkəmə iclasında iştirakının t əmin edilməməsi barədə dəlili əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin ünvanına məhkəmə bildirişi göndərmiş, həmin ünvandan bildirişin alınması və imza edilməsi barədə xəbərnamə iş materiallarına əlavə edilmişdir. Lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdar edilmiş cavabdehin iştirakı olmadan işə baxmaqda haqlı olmuş, prosessual normaların tələbləri pozulmamışdır. MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Mübahisəli torpaq sahəsinin onun atasına və anasına verilmiş pay torpaqları ilə üstüstə düşüb-düşməməsinin məhkəmə tərəfindən müəyyən edilməməsi barədə dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən şikayətində bu xüsusatlar barədə heç nə göstərməmiş, apellyasiya şikayətinə bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri ekspert rəyinin qərəzli olması, uzun müddət həmin torpaq sahəsindən istifadə etməsi ilə bağlı olmuşdur. Digər tərəfdən isə cavabdehin özü etiraf edir ki, atası vəfat edəndən sonra torpaq sahəsinin sənədləri yenidən işlənmiş, qardaşı X8 özünə aid 0,4665 ha hissəsinin ayırmış, ona və anasına isə 0,9335 ha əvəzinə 0,7793 ha torpaq sah əsinə dair, yəni 0,15 ha əksikliklə sənədlər verilmişdir. Hazırkı iddia üzrə məhkəmə araşdırmaları da işə baxılan zamanı cavabdehin adına rəsmi sənədlər əsasında aparılmış, cavabbeh torpaq sahəsinin 0,15 ha az göstərilməsi barədə hüquq müəyyənedici sənədləri mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istin ad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Kassasiya şikayətinə həmin hallarla bağlı sənədlərin əlavə edilməsi isə mülki prosessual qanunvericiliyə görə yolverilməzdir. Çünki yuxarıda qeyd edildiyi kimi kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Eyni zamanda MPM-ə görə sübutlar birinci instansiya məhkəməsinə, bunun mümkün olmadığı əsaslandırılıqda isə apellyasiya instansiyası məhkəməsinə təqdim olunur. Cavabdeh isə apellyasiya şikayətinə kassasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı bir sübut təqdim etməmiş, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etməyərək etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. Təkrar ekspertizanın keçirilməsi barədə kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyas ı əsaslı hesab etmir. Cavabdeh kassasiya şikayətində təkrar ekspertizanın keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, MPM-nin 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-375/2021 nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.