Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3807/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: apellyasiyanın mümkünlüyü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4088/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMC-dən Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış binalarının 20-ci korpusunda, ümumi sahəsi 39,81 kv metr olan 1 otaqlı, 07 nömrəli mənzilə görə ödədiyi 18000 manat pul məbləğinin tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək cavabdehdən 17450 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC-dən 17450 (on yeddi min dörd yüz əlli) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6137/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) 21 dekabr 2021-il tarixli, 2(004)-6137/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır.
6. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası nın (hakimlər-V.N.Sadıqov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) 11 may 2022-ci il tarixli iş üzrə 2(103)-4088/22 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən, qanunla müəyyən edilmiş bir aylıq müddət ötürülmüşdür. Belə ki, qətnamə iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron kabinetinə 27 dekabr 2021-ci il tarixində yerləşdirilsə də, iddiaçı tərəfindən apellyasiya şikayəti 02 may 2022-ci il tarixdə verilmişdir. Bundan əlavə, iddiaçı qətnaməni rəsmi qaydada almadığını qeyd edərək, onun faktiki ünvan üzrə göndərilməsinə dair 11 aprel 2022-ci il tarix li ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən müraciətə cavab olaraq, qətnamənin nümayəndənin (vəkil) elektron kabinetinə yerləşdirildiyi bildirilmiş və surəti iddiaçının ünvanı üzrə təkrar göndərilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3, 360 və 363.1.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilib, apellyasiya şikayətinin mümkün hesab edilərək, işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qərardad qəbul edərkən, apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü düzgün yoxlamamışdır. Belə ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin verilməsinə dair qanunvericilikdə müəyyən edilmiş müddətin ötürülmüş hesab edilməsi barədə qənaətə gələrkən, qətnamənin rəsmi qaydada təqdim edildiyi gün olaraq qətnamənin şəxsən iddiaçıya deyil, onun vəkilinə təqdim edildiyi günə istinad etmişdir. Halbuki iddiaçı qətnamənin surətini rəsmi qaydada 19 aprel 2022-ci il tarixdə almış və həmin vaxtdan hesablanmaqla prosessual müddət çərçivəsində apellyasiya şikayəti vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 10-1.3. Kommersiy a mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
15. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada veril diyi gündən 1 ay müddətində verilə bilər.
17. Maddə 364.1 Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
18. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
19. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassas iya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddi açı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, qətnamə iddiaçının vəkili və nümayəndəsi Vəkil elektron kabinetinə 27 dekabr 2021-ci il tarixində yerləşdirilsə də, iddiaçı apellyasiya şikayətini 2 may 2022-ci il tarixdə verilmişdir.
23. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Lakin İddiaçı tərəfindən apellyasiya şikayətini qanunla müəyyən olunmuş həmin ötürülməklə vermişdir. Qətnamənin surətini alan onun vəkili olmaqla bərabər həm də nümayəndəsidir. Qətnamənin nümayəndənin elektron kabinetində yerləşdəril məsi iləməhkəmə aktı iddiaçı tərəfə rəsmi qaydada verilmiş hesab edilir.
24. Göstərilənlərə əsasən və işdə apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizə olmadığından, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur, məhkəmənin qərardadı iş materiallarına və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qərardadın ləğvi üçün əsas ola bilməz.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4088/2022 nömrəli iş üzrə 11 may 2022-ci il tarixli qərardadı dəyişdiril mədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.