Məhkəmə qərarları › İş №2(102)-3807/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3807/2024

06.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3807/2024 06.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(107)843/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 19 aprel 2023-cü il tarixli əmək müqaviləsi ilə Salahov X2 Siruz Akifoviçi menecer vəzifəsinə işə qəbul etmişdir. 2. xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlara əsasən iddiaçı xx.xx.2023-xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-xx.xx.2023-cü il tarixdə iş yerinə gəlməmişdir. 3. 09 oktyabr 2023-cü il tarixli, 202310/01 saylı əmrə əsasən, Cavabdeh menecer vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəs inə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddia İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023cü il tarixli, 202310/01 nömrəli əmrinin ləğv edilməsi, onunla cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş 1750 manat əmək haqqının və ödənilməmiş məzuniyyət pulunun, mediasiya xərci olaraq ödənilmiş 60 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 2022-ci ilin avqust ayında iş elanlarına baxarkən təsadüfən “Luna Boya” şirkətində işçi axtarıldığını görmüş və özü haqda məlumatları elanda qeyd edilmiş elektron ünvana göndərmişdir. Bir müddət sonra o, şirkətə dəvət edilmişdir. Şirkətin faktiki rəhbəri Çin Respublikasının vətəndaşı Çan adlı şəxs olmuş, cavabdeh isə rəsmi olaraq rəhbər təyin edilmişdir. O, həm Çanla, həm də cavabdehlə görüşmüş və onunla hər ikisi işlə bağlı müsahibə götürmüşdür. Onun əsas işi elektron siqaretlər və sulu qəlyanların reklamı və satışı olmuşdur. Lakin, onunla həmin vaxt rəsmi müqavilə bağlanmamışdır. İddiaçı həmin məhsulların satışını həyata keçirib, əldə etdiyi pulları həm nağd şəkildə, həm də hesablara köçürməklə onlara ödəm işdir. 2023-cü ilin aprel ayında cavabdehdən onunla əmək müqaviləsi bağlanmasını tələb etmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Təxminən 1 ay sonra cavabdeh iddiaçıya zəng edərək, elektron siqaretlərin 1 illik istifadə müddətinin olduğunu bildirib, ondan müştərilərin siyahısını təqdim etməsini bildirmişdir. İddiaçı müştərilərin siyahısını cavabdehə vermişdir. Daha sonra, ona satış üçün məhsullar olmadığı üçün ona bir müddət işə gəlməməsi bildirilmişdir. O, 2023-cü ilin may ayından işə getməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh ona məktub ünvanlayaraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin icra edilməməsi, yəni xx.xx.2023-cü il tarixdən iş yerinə gəlməməsi, tutduğu vəzifəyə görə əmək funksiyalarının icra edilməməsi və işlədiyi dövr də 46000 manat məbləğində vəsaitin müəssisənin kassasına qaytarılmaması faktı aşkar edilmişdir. Göstərilən faktlara aydınlıq gətirilməsi üçün xx.xx.2023-cü il saat 12:00-da ofisə getməsi və pozuntular barədə izahat verməyi tələb olunmuşdur. İddiaçı cavabdehə zəng edərək, 46000 manat borcunun haradan və necə yaranmasını soruşmuşdur. Ona ofisə gəlməyi tələb edilərək onunla vəkillərin danışacağı bildirilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsini və bununla əlaqədar olaraq son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsini xahiş etmişdir. Məktub cavabdehə çatdıqdan sonra Vəfadar adlı şəxs ona zəng edərək, pulun bundan sonra ona ödəməli olduğu bildirilmişdir. O isə heç kimə borcunun olmadığını bildirmiş dir. Bu məsələlərin araşdırılması üçün X3 müraciət etmiş, ƏƏSMN-nin X1 Sisteminin “Əmək və Məşğulluq” Altsisteminə baxış keçirilərkən “Luna Boya” şirkətinin rəhbəri Cavabdeh ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin bağlanılması və xx.xx.2023-cü il tarixdə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilməsinə dair bildirişin qeydiyyata alındığı məlum olmuşdur. X4 Xidməti tərəfindən “Luna Boya” şirkətinin rəhbərliyinə xx.xx.2023-cü il tarixdə məktub göndərilərək ona aid sənədlərin xidmətə təqdim edilməsi tələb olunmuş, lakin tələb olunan sənədlər təqdim edilməmişdir. Daha sonra isə cavabdeh ondan Yasamal Rayon Prokurorluğuna şikayət edərək onun 46000 manat məbləğində pulu mənimsədiyi bildirmişdir. Lakin araşdırma zamanı həmin məbləğin onun tərəfindən mənimsənildiyini sübut edə biləcək sübutları olmadığı üçün təqdim edə bilməmişdir.

6. Cavabdeh iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçının görəcəyi iş (əmək funksiyası) elektron siqaretlərin, sulu qəlyan və aksesuarların topdan və pərakəndə satışını həyata keçirməkdən ibarət olmuşdur. Lakin, iddiaçı satmaq məqsədilə öhdəsinə qəbul etdiyi malların pulun tam olaraq ona təhvil verməmişdir. Bununla əlaqədar olaraq, cavabdeh tərəfindən ona yazılı və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq, o, çağırışlara gəlməmiş və müəyyən olunmuş çatışmamazlıqlar barədə heç bir sənəd təqdim etməmişdir. Əvəzində o, əriz ə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsini və bununla əlaqədar olaraq son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsini xahiş etmişdir. Bundan sonra cavabdeh tərəfindən sərbəst auditor dəvət olunmuş və iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək mədaxil və məxaric olunan mallarının hərəkətini əks etdirən hesabatlar sərbəst auditora təqdim edilmiş və sərbəst auditor hesabatları audit edərək öhdələrində olan mal qalıqlarını aşkar etməklə, onun öhdəsindəki çatışmamazlığın nəticəsini aktla və rəylə rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair” Aktdan da göründüyü kimi, menecer vəzifəsində işləmiş iddiaçının xx.xx.2023-cü il tarixə öhdəsindəki 45.558,90 manat məbləğində satış pulunun çatışmamazlığ ı aşkar olunmuşdur. Bundan sonra yenə də iddiaçı dəvət edilərək məsələlərə aydınlıq gətirilməsi bildirilsə də, sonuncu çağırışlara məhəl qoymamış, eləcə də işə çıxmaqdan imtina etmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilərkən Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti xx.xx.2023-cü il tarixli “Audit prosedurlarının aparılmasına dair” Aktla öz təsdiqini tapdığından əsaslı hesab edilməlidir. Belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə tam təsdiq olunur. Həmçinin, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsini xahiş etdiyi halda işləmədiyi aylar üçün 1750 manat əmək haqqını hansı əsasla tələb etməsi başa düşülən deyil. İddiaçı xx.xx.2023-cü il tarixdə işə qəbul olunmuş və xx.xx.2023-cü il tarixə kimi işə gəlsə də, qeyd edilən tarixdən iş yerinə gəlməmişdir.

7. Göyçay Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(046)-395/2024 nömrəli qətnaməsi ilə (hakim G.Qurbanova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılma sı zamanı sübutlar tədqiq edildikdən sonra iddiaçının hər hansı əlavə və etirazı olmamışdır. Bu isə öz növbəsində qeyd olunan halların onun tərəfindən mübahisələndirilməməsi kimi qiymətləndirilir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsini xahiş etdiyini bildirsə də, həmin ərizə işəgötürən cavabdeh tərəfindən iddiaçının iş yerinə gələrək hesablatların təqdim olunması və ehtimal olunan çatızmalıqla bağlı izahat verilməsi tələb olunduqdan sonra yazılmışdır. Göstərilən hallar iddiaçının məsələni araşdırılmaqdan və məsuliyyətdən yayınmaq kimi qiymətləndirilməsinə əsas verir.

10. Birinci instansiya məhkəməsi iddianın “1750 manat əmək haqqının və ödənilməmiş məzuniyyət pulunun ödənilməsi” hissəsində mün asibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə yalnız qanunsuz və əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda əsassız yerə işdən çıxarıldığı tarixdən işə bərpa edildiyi tarixədək olan dövr üçün işçiyə əməkhaqqı ödənilməlidir. Beləliklə, məcburi işburaxma dövrü üçün əmək haqqı tələbi yalnız işçinin qanunsuz və əsassız işdən çıxarıldığı hallara aid edilmişdir ki, bu da öz təsdiqini məhkəmə araşdırması zamanı tapmamışdır. Eyni zamanda, məzuniyyətindən istifadə etmək hüququ işçinin birinci iş ili üçün əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. İddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixində ləğv olunmuşdur, yəni altı ay tamam olmadan. Buna əsaslanaraq məhkəmə hesab edib ki, iddiaçının əmək haqqı və ödənilməmiş məzuniyyət pulu tələbi təmin olunmamalıdır.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11 “b”, 68.2 “a”, 70 “ç”, 71.2, 74.2, 80.1, 80.2, 131.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 04 nömrəli Qərarının 2.4-cü bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətn amə qəbul edilməsini xahiş etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(107)-843/2024 nömrəli qətnaməsi ilə (hakim G.Cavadovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Hüseynov və T.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının “onunla əmək münasibətlərinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr əsaslandırılmamış, bununla da Əmək Məcəlləsinin 71.3cü maddəsinin tələbləri pozulmuşdur” dəlilinə münasibətdə qeyd etmişdir ki, sözügedən əmrdə iddiaçının işdən çıxarılmasının əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiya sını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsinə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) göstərilmiş, habelə həmin əsası təsdiq edən aktlar əmrə əlavə olunmuşdur.

15. Məhkəmə kollegiyası iddiaçının digər dəlili - iddiaçının xəbəri və razılığı olmadan, yəni qanunsuz yolla əldə edilmiş səs yazılarına münasibətdə qeyd etmişdir ki, bu dəlili də əsassızdır. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...mülki prosessual hüquq doktrinasında qanu nsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. MPM-in 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıql arın məhz həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etdi ki, məhkəməyə təqdim olunan audio yazılar işəgötürən cavabdeh və işçi olan iddiaçı arasında hazırda mübahisələndirilən əmək münasibətlərinə aid olduğ una görə, həmin səs yazısı lentə alınması barədə iddiaçının əvvəlcədən xəbərdarlıq olunması tələb olunmur. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.

16. Apellyasiya kollegiyası iddiaçının “xx.xx.2023-cü il tarixli əmr barədə ona məlumat verilməməsi” barədə son dəlilinə dair qeyd etmişdir ki, sözügedən əmr xx.xx.2023-cü il tarixli məktubla iddiaçının yaşadığı ünvan üzrə ünvan 1in zərf üzərinə “ünvan bağlı olduğuna görə məktubu təqdim etmək mümkün olmadı” qeyd ilə poçt vasitəsilə cavabdehə qaytarılmışdır.

17. İddiaçının ödənilməmiş məzuniyyət pulu ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə rədd edərkən haqlı olmuşdur. Belə ki, ilk öncə iddiaçı həmin tələbini əsaslandırmamışdır. Digər tər əfdən işdən çıxarılması barədə əmrin ləğv olunması üçün əsaslar müəyyən olunmamışdır. Belə olan halda, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələbin təmin olunması üçün də əsas aradan qalxmış olur. Ödənilməmiş məzuniyyət pulu ilə bağlı isə məhkəmə bildirib ki, işçinin məzuniyyət hüququ onunla əmək müqaviləsi bağlandıqdan 6 ay sonra yaranır. Yaranmamış hüquqdan da istifadə etməməyə (məzuniyyətə çıxmamaq) görə ödəniş tələb etmək əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(107)-843/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin ikinci hissəsi, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1-ci maddələrinin tələbləri pozulmuşdur.

20. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin əsasında dayanan audit rəyinin mötəbərliyinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli idi. Cavabdeh öz əmrini iddiaçı tərəfindən 46.000 manat məbləğində vəsaitin mənimsənilməsi ilə əsaslandıraraq əmək müqaviləsinə xitam vermişdisə də, bu zaman əmək münasibətlərinin mövcud olmadığı dövrdəki hesabatlara və qanunsuz formada tərtib olunmuş audit rəyinə istinad etmişdir. Bu da, iddia edilən məbləğlə bağlı mübahisənin şəxslər arasında kommersiya xarakterli münasibətlərlə bağlı olduğunu, əmək münasibətləri çərçivəsində əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmadığını göstərir. Apellyasiya instansiya məhkəməsində baxış iclasından əvvəl iddiaçı tərəfindən əsaslandırılmış təxir ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron kabinetdən əlavə edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi ərizəni təmin etməmiş, baxış iclası keçirərək işə mahiyyəti üzrə baxmış və yekun məhkəmə aktını qəbul etmişdir. İddiaçı 2023-cü ilin aprelindən etibarən əmək müqaviləsi əsasında işə başlasa da, cəmi 1 ay üçün əmək haqqı ala bilmişdir. Əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola biləcək mübahisəli məqamlardan asılı olmayaraq cavabdeh iddiaçıya işlədiyi dövr üçün əmək haqqının ödənilməsini təmin etməli idisə də, iddiaçı yalnız 1 aylıq əmək haqqını almışdır. Məhkəmə bu məsələni araşdırmamı ş, iddiaçının tələbində xahiş etdiyi son haqq-hesabın aparılması tələbinə səthi münasibət bildirməklə kifayətlənmişdir ki, bu da sonda onun pozulmuş hüquqlarının bərpa oluna bilməməsi ilə nəticələnmişdir.

21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

22. Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Kassasiya şikayətinə etiraz iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmışdır. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellya siya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayəti nin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbü sü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı- ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhk əmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədq iq olunmuş sübutlarla əsaslandırır. 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asıl ı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayət inin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

30. Kassasiya şikayətinin birinci dəlili Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinin pozulmasına yönəldilmişdir. Lakin, işin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, əmr işin hallarına uyğun əsaslandırılmışdır. İddiaçının işdən azad olunmasına dair əsasın həqiqətə uyğun olmaması, apellyasiya məhkəməsinin isə müvafiq ekspertiza keçirilməməsi barədə dəlili isə işin faktiki hallarının araşdırılmaması barədədir.

31. Halbuki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, k assasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. İddiaçının apellyasiya məhkəməsində iştirakının təmin edilməməsinə dair dəlil həmçinin qətnamənin ləğvi üçün əsas ola bilməz. Be lə ki, iddiaçının nümayəndəsi, Vəkil2 apellyasiya məhkəməsinə 16 iyul 2024-cü il tarixə təyin edilən məhkəmə iclasının təxirə salınması barədə ərizə versə də, bunun üzrlü səbəblərdən baş verməsini təsdiq edən sübutu təqdim etməmiş, iddiaçı özü də məhkəmədə iştirak etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə istinad etməklə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

33. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tət biq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2024-cü il i tarixli, 2(107)-843/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar