Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3808/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X10 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 və onun vəkili X3, Cavabdeh X12 və onun vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-272/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh X12 tərəfindən veril miş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 127,8 kvadrat metr olan mənzil xüsusi mülkiyyət kimi 1/2 hissədə İddiaçı1 və 1/2 hissədə İddiaçı2 adlarına dövlət reyestrində 16.10.2018-ci il tarixdə qeydiyyata alınmışdır. 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 15.05.2019-cu il tarixdə tərtib edilmiş texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən mənzil bir-iki mərtəbəli 40 saylı yaşayış binasının birinci və ikinci mərtəbəsinin, eləcə də zirzəminin bir hissəsi olub, mənzilin ümumi sahəsi 127,8 kvadrat metr, o cümlədən yaşayış sahəsi 36,4 kvadrat metr olmaqla, mənzilin zirzəmisinin tərkibində sahəsi 11,0 kvadrat metr olan dəhliz, sahəsi 2,6 k vadrat metr olan sanitar qovşağı, sahəsi 13,6 kvadrat metr və 11,2 kvadrat metr olan iki köməkçi otaq, sahəsi 20,7 kvadrat metr olan anbar vardır, zirzəminin daxili hündürlüyü 3,0 metrdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin zirzəmisinin cavabdehin qanunsuz sahibliyindən alınması, cavabdehin bütün əşyaları ilə birlkdə zirzəmidən çıxarılması və cavabdehdən dəymiş zərərin əvəzi qismində 16.10.2018-ci il tarixdən hesablanmaqla zirzəmidən tam çıxarılanadək olan müddət üçün aylıq olaraq 150 manat pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübah isəli mənzilin zirzəmisi hal-hazırda cavabdehin qanunsuz sahibliyindədir. Mənzilin mülkiyyətçiləri ilə cavabdeh arasında zirzəminin və ya mənzilin hər hansı digər hissəsinin istifadəsi və ya icarəsi haqqında heç bir müqavilə yoxdur və olmamışdır. Cavabdeh mənzilin zirzəmisini özbaşına şəkildə zəbt edərək qanunsuz sahibliyində saxlayır, mülkiyyətçilərə zirzəmi üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə imkan vermir. Bundan əlavə cavabdeh zirzəmini qanunsuz olaraq öz sahibliyində saxladığından, mülkiyyətçilər 16.10.2018-ci il tarixdən həmin zirzəmini icarəyə verib zirzəminin icarəsindən heç bir gəlir götürə bilmirlər. Zirzəminin yerləşdiyi yeri və vəziyyətini nəzərə alaraq hesab edirlər ki, 1 aylıq icarə haqqı 150 manat təşkil edir. Odur ki, cavabdehdən əldən ç ıxmış fayda kimi 16.10.2018-ci il tarixdən hesablanmaqla zirzəmidən tam şəkildə çıxana kimi olan müddət üçün aylıq olaraq 150 manat tələb edirlər. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.10.2019-cu il tarixli, 18599 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçıların paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamai rayonu ünvan küçəsində yerləşən, 2 mərtəbəli 40 saylı evin zirzəmisinin texniki pasport üzrə 9, 10, 11, 12 saylı tikililərinin iş üzrə cavabdeh tərəfindən tutularaq istifadə olunur. Əlavə birinci sual üzrə evin zirzəmisini bütövlükdə əks etdirən texniki pasport və ya layihə sənədləri mülki iş materiallarında olmadığından, zirzəminin ümumi sahəsini (hər bir otaq və yardımçı sahələrin təyina tı ayrı-ayrıiıqda göstərilməklə) müəyyən etmək mümkün deyildir. Əlavə ikinci sual üzrə mülki iş materiallarında olan hüquqmüəyyənediei və texniki sənədlərə əsasən, iddiaçıların mülkiyyətində, 40 saylı evin zirzəmisinin bir hissəsi olub, həmin hissənin texniki pasport üzrə ümumi sahəsi 59,1 kvadrat metr (11,0+2,6+13,6+11,2+20,7) təşkil edir. Əlavə qoyulmuş üçüncü sualda göstərilən məsələ tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsində olmadığından və hüquqi xarakter daşıdığından bu sual üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 2(004)4017/2019 nömrəli iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehin əşyaları ilə birlikdə iddiaçıların paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerl əşən mənzilin texniki pasport üzrə ümumi sahəsi 59,1 kvadrat metr olan zirzəmisindən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evin və həmin evin zirzəmisinin ümumi sahəsi 59,1 kvadrat metr olan hissəsinin iddiaçıların paylı mülkiyyətində olması, evin zirzəmisinin texniki pasport üzrə 9, 10, 11, 12 saylı tikililərinin cavabdeh tərəfindən tutularaq istifadə olunması sübuta yetirilmişdir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçılar mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşlar. Ona görə də, cavabdeh əşyaları ilə birlikdə mübahisəli evin zirzəmisindən çıxarılmalıdır. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməs i və iddia tələbinin tam təmin edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışlar. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli zirzəmiyə 2006-cı ildən qonşuların razılığı ilə yerləşmişdir. Qonşuların indiyə qədər heç bir etirazı olmadığından bu gün də zirzəmidən istifadə edir. Bunu sübut edən üç qonşunun imzası ilə notariusda təsdiq edilmiş sənədi məhkəməyə təqdim etmişdir. Bundan başqa Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 60 saylı mənzil kommunal istismar sahəsi tərəfındən verilmiş arayış yuxarıda yazdığını bir daha təsdiq edir. Zirzəmidən istifadə etməsini sənədləşdirmək üçün Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə müraciət etmişdir. 2018-ci ilin noyabr ayında zirzəminin ona məxsus olduğunu söyləyən iddiaçılardan X10 özünə məxsus çıxarışı ona göstərmiş və zirzəminin sonradan anbar adlanan yerindən onun və qonşuların əşyalarını çıxarmağı xahiş etmişdir. X10 in mənzilinin altında zirzəminin yalnız 23 kvadrat metr olan hissəsi var. Odur ki, qonşularla məsləhətləşib əşyaları həmin hissədən çıxarmışdır. 2019-cu ilin may ayında isə zirzəminin X9nın mənzilinin altında yerləşən və 1965-cı ildən istifadə etdiyi hissədən əşyaların çıxarılmasını X10 tələb etmişdir. Həmin vaxt onun iştirakı ilə olan söhbətdə X7 X10dən zirzəmiyə aid sənədlərin göstərilməsini xahiş etdi. X14 heç bir sənəd göstərməmişdir. 2019-cu il in may ayında X10 artıq onu məhkəməyə verdiyini bəyan etdi. 3-4 gün sonra X10 iddia ərizəsini və mənzilin texniki pasportunun müsxəsini ona göstərdi. X10 əvvəl mənzilin sahibi olan X16 zirzəmini özəlləşdirdiyini ona heç vaxt söyləməmişdir. Sahəsi 211 kvadrat metr olan ünvan 40 ünvandakı mənzilin keçmiş sahibi X16 özünə məxsus mənzilin texniki pasportunu təsdiq etdirə bilməmişdir. Odur ki, zirzəminin ona məxsus olmadığı açıq-aydın görünür. Bu Texniki pasportu yalnız mühəndislər tərtib edib. Bu şəkildə zirzəminin özəlləşdirilməsi qanunları pozub vəzifə məsuliyyətindən kənara çıxmaq deməkdir. Yuxarıda yazdığı dəlillər sübut edir ki, zirzəmi özəlləşdirilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mübahisləndirilən hissədə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iş materiallarından müəyyən edildiyi kimi iddiaçı X2 cavabdehlər X4, İddiaçı1 və İddiaçı2 qarşı çıxarışın və texniki pasportun qismən etibarsız hesab edilməsi tələbi təmin edilməmiş, qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 sentyabr 2020ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır. MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edil miş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətində göstərilənlər öz təsdiqini tapmır. Cavabdeh (vəkil X8) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki müba hisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxı lan işdən görünür ki, iddia tələbin birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, qətnamədən hər iki tərəf apellyasiya şikayəti verərək tələbin rədd edilən və təmin edilən hissələrini mübahisələndirmişlər. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən saxlamış, apellyasiya şikayətlərini təmin etməmişdir. Hazırda iddiaçı qətnamədən kassasiya şikayəti verməmiş, tələbin rədd edilən hissəsini mübahisəndirməmişdir. Ona görə də, qətnamə yalnız mübahisələndirilən hissədə -yəni iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən ünvan 1 ünvanda yerləşən 59,1 kvadrat metr zirzəmi sahəsinin iddiaçıların mülkiyyətində onların adına verilmiş 16.10.2018-ci il tarixli daşınmaz dövlət reyestrindən çıxarış və 15 may 2019-cu il tarixdə tərtib edilmiş Texniki pasportla müəyyən edilir. Həmin hüquq müəyyənedici sənədlər hal hazırda qüvvədədir, bu sənədlərin etibarsız hesab olunmasına dair X1 tələbi üzrə işə isə iddia məhkəmə aidiyyəti qaydaları pozulmaqla ver ildiyinə xitam verilmiş (Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2019-cu il tarixli qərardadı), Ali Məhkəmənin 08 sentyabr 2020-ci il tarixli qərarı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında cavabdeh X6 mübahisələndirilən zirzəmiyə sahiblik və ondan istifadə ilə bağlı subyektiv hüququnun olması barədə hər hansı sübut mövcud deyildir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hi ssədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-272/2021 nömrəli iş üzrə 11 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.