Məhkəmə qərarları › İş №2(102)-3808/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3808/2022

03.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3808/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1711/2022 nömrəli, 2 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə 3 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi ev 70B ünvanda yerləşən 806 saylı mənzil iddiaçının anasına məxsus olmuş, sonradan vərəsəlik qaydasında mənzilin 1/8 hissəsi qardaşı X4, 1/8 hissəsi bacısı X1 və 6/8 hissəsi iddiaçının mülkiyyətinə keçmişdir.

2. Hazırkı icraatdan əvvəl iddiaçı ilə digər vərəsələr arasında məhkəmə mübahisələri olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-691/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər X5 və X3 qarşı mənzilin naturada bölünməsi tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilərək, X4 Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi ev 70B ünvanda yerləşən 806 saylı mənzilə istifadə hüququ tanınmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2(004)-5898/2019 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi ev 70B ünvanda yerləşən 806 saylı mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə olunacaq vəsaitin paylara mütənasib olaraq mülkiyyətçilər arasında bölünməsi, X5 (1/8 hissə), İddiaçı (6/8 hissə) və X2 (1/8 hissə) miqdarında satışdan əldə edilən pul vəsaitinin ödənilməsi qət edilmişdir. 4. 03.05.2021-ci il tarixli 35/01 nömrəli Hərracın yekunları barədə protokola əsasən Yasamal rayonu, Sadıx Dadaşov küçəsi ev 70B ünvanında yerləşən 806 saylı mənzil İddiaçı tərəfindən 110000 manata alınmış və onun adına xx.xx.2021-ci il tarixdə t am mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır.

5. Cavabdeh3 13 oktyabr 1990-cı ildə X8 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və evləndikdən sonra mübahisəli mənzilə köçmüşdür. Birgə nikahdan onların xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh1 adlı uşaqları anadan olmuşdur.

6. Cavabdeh3 xx.xx.1991-ci ildən, Cavabdeh2 xx.xx.1991-ci ildən hazırki vaxta kimi, Cavabdeh1 xx.xx.1995-ci ildən hazırki vaxta kimi, X8 xx.xx.1987-ci ildən vəfat etdiyi tarixə, yəni xx.xx.2020-ci il tarixə kimi S.Dadaşov küçəsi, 577 məhəllə, ev 70b, mənzil 806-da qeydiyyatda olmaqla yaşamışlar. 7. ünvan 2 ünvanda yerləşən mənzilin yerləşdiyi ərazidə oxşar mənzillərin aylıq kirayə haqqı 180-200 manat təşkil etməsi barədə X6 tərəfindən xx.xx.2021-ci il tarixli arayış verilmi şdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 10000 (on min) manat kompensasiya verilməklə ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən mənzil mərhum anasına məxsus olmuş, sonradan vərəsəlik qaydasında mənzilin 1/8 hissəsi qardaşı X5, 1/8 hissəsi bacısı X2 və 6/8 hissəsi o na keçmişdir. Paylı mülkiyyətçilər arasında mənzilin naturada bölgüsü mümkün olmadığından məhkəmə qətnaməsinə əsasən hərraca çıxarılmış və o, digər mülkiyyətçilərin payını ödəyərək mənzili almışdır. Hazırda mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə ona xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Cavabdehlər isə mərhum qardaşı Cavid Qocayevin ailə üzvləri olmaqla mənzildən istifadə hüququ olan şəxslərdir. Cavabdehlərdən Cavabdeh2 ailə həyatı qurmuş və uzun müddətdir ki, ünvan 4 ünvanında yerləşən mənzildə yaşamır.

10. Cavabdeh3 iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, X8 ilə rəsmi nikah bağlamış və nikah bağlandıqdan sonra ünvan 5 ünvanına gəlin kimi köçmüş və 1991-ci ildən həmin ünvana ailə üzvü qismində qeydiyyata düşərək yaşayır. İki övladları, qızı Təhminə və oğlu Mirzə bu ünvanda doğulub, boya-başa çatmışdır. Həyat yoldaşı Cavid 30 noyabr 2020-ci il tarixdə vəfat etmişdir, lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-691/2019 №-li qətnaməsi ilə əri X4 həmin ünvandakı mənzilə istifadə hüququ tanınmışdır. O da X4 30 il bu ünvanda yaşayan ailə üzvü kimi, yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir. Başqa yaşayış sahələri yoxdur. Belə olduğu halda o və ailə üzvləri (qızı və oğlu) müvafiq kompensasiya olmadan yaşadıqları yaşayış sahəsindən çıxarıla bilməzlər. 11. 11 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 10000 (on min) manat kompensasiya verilməklə ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsinə razı deyillər.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 25 noyabr 2021-ci il tarixli 2(004)- 5831/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 10000 manat kompensasiya verilməklə onların ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzildən çıxarılmaları qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən mənzilin tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olması iş materialları ilə sübuta yetirilmişdir. Cavabdehlər mübahisələndirilən mənzildə uzun müddət yaşadıqlarından onların istifadə hüququna müvafiq kompensasiya verilməklə xitam verilə bilər.

14. Hazırkı iş ü zrə cavabdehlərin ünvan 2 ünvanda yerləşən mənzilə istifadə hüququ 2000-ci il sentyabrın 1-dən əvvəl yarandığından, bu hal iş materialları ilə təsdiq edildiyindən və məhkəmə iclasında mübahisələndirilmədiyindən, məhkəmə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə istinad etməyi zəruri hesab etmişdir.

15. Məhkəmə işdə olan mənzilin hərracda satış qiymətini və orta kirayə haqqını, mübahisəli mənzildə yaşayan şəxslərin sayını, istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının təmin edilməsini, mülkiyyətçinin hüququnun üstün xarakterini, Mülki Məcəllənin 228.2-ci maddəsinin dispozisiyasını və həmin maddənin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarı nı nəzərə alaraq, cavabdehlərin mənzildən istifadə hüququna xitam verilməsinə görə kompensasiyanın məbləğini iddiaçının iddia ərizəsində göstərdiyi kimi 10000 manat məbləğində müəyyən etməyi qanunauyğun saymışdır. Belə ki, iş materiallarında olan arayışa əsasən, cavabdehlərin hal-hazırda yaşadığı mənzilin kirayə haqqının ortalama 200 manat olduğunu nəzərə alsaq, 10000 manat məbləğində pul müqabilində cavabdehlər aylıq kirayə haqqı 200 manat olan mənzildə 4 ildən artıq müddətdə yaşaya bilər.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.2, 218.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şər h edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vərəsələrdən biri olaraq X12in payına 10000 manat düşür, iddiaçı i sə hesab edir ki, bu məbləğ onun və uşaqlarının mənzildən çıxarılması üçün yetərlidir. X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərinin mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. O da 30 il bu ünvanda yaşayan ailə üzvü kimi yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir. Qeyd edilən məbləğ 3 nəfərə yaşayış sahəsinin əldə olunması üçün yetərli deyildir. Oğlu Cavabdeh1 evlidir və ailə üzvləri ilə birlikdə onunla yaşayır.

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh3 qeyd edilən məbləğin ev almaq üçün yetərli olmadığını bildirmiş, həmçinin qeyd etmişdir ki, eyni ərazidə mübahisəli mənzilə oxşar mənzillərin kirayə haqqı 400-450 manat təşkil edir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, həqiqətən də eyni ərazidə mübahisəli mənzilə oxşar mənzillərin kirayə haqqı 400-450 manat təşkil edir. Hazırda 15000 manat kompensasiya verməyə razıdır.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1711/2022 nömrəli, 2 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5831/2021 saylı iş üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ödənilməli olan kompensasiyanın məbləği (10000 manat) dəyişdirilərək, həmin məbləğ 15000 manat müəyyən edilmiş, istif adə hüququna xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılması ilə iddiaçı tərəfindən 15000 manat kompensasiyanın ödənilməsinin eyni vaxtda icra olunması qət edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçının xüsusi mülkiyyətindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüqunun reallaşdırılmasına yaradılan hər hansı maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır. Bunun üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehlərin istifadə hüquqlarına kompensasiya vermək yolu ilə xitam verilməsi barədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Birinci instansiya məhkəməsi cavabdehlərə cəmi 10000 manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi qənaətinə gəlmişdir, hazırda isə iddiaçı kompensasiya məbləğini artıraraq 15000 manat verdiyini bildirmişdir.

23. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən verilən 15000 manat kompensasiya cavabdehlərin davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi üçün kifayət edir. Belə ki, tərəflərin izahatı ilə müəyyən olunur ki, eyni ərazidə mübahisəli mənzilə oxşar mənzillərin aylıq kirayə haqqı təxminən 400-450 manat təşkil edir (tərəflər eyni məbləğ göstərdiklərindən məhkəmə mütəxəssis rəyi almağa ehtiyac görmədi). Belə olan təqdirdə təklif olunan 15000 manat kompensasiya məbləği cavabdehlərə aylıq kirayə haqqı 400-450 manat olmaqla, davamlı surətdə, təxminən 3 il 1 ay – 2 il 9 ay müddətində oxşar mənzildə yaşamaq i mkanı verir.

24. Digər tərəfdən məhkəmə onu da nəzərə almışdır ki, iş materiallarında olan qəbzə əsasən mənzilin hərracda satılmasından əldə olunan vəsaitin paylarına mütənasib olaraq bölünməsi nəticəsində mərhum Cavid Qocayevin payına düşən 13750 manat məbləğində pul vəsaiti Yasamal rayon İcra şöbəsinin depozit hesabına qoyulmuşdur və həmin pul vəsaitini də onun birinci dərəcələri vərəsələri olan hazırki iş üzrə cavabdehlər əldə edəcəklər. Təkli olunan 15000 manat kompensasiya məbləği ağlabatan və ədalətlidir.

25. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1 və 228.2-ci, MPM-in 14.2, 77.1 və 88-ci maddələrinə, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmış ki, apellyasiya instansiyası məhkəməsi kompensasiya məbləğini müəyyən edərkən heç bir araşdırma aparmamış və düzgün nəticəyə gəlməmişdir. Məhkəmədə 15000 manat kompensasiya təklif etməmşidir. İş materialları ilə mübahisəli mənzilin dəyərinin 110000 manat olması və həmin ərazidə, eyni şəraitdə olan evlərin kirayə haqqının 180-200 manat olması öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçı tərəfindən təklif edilmiş 10000 manat kompensasiya cavabdehlərə 3 il ərzində indiki şəraitlərinə uyğun olan digər yaşayış sahəsində yaşamağa imkan verəcəkdir. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini iddiaçının ödəməyi imkansızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etmə lidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

41. Azərbaycan Respublikası Kon stitusiya Məhkəməsi Plenumunun “A.R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaş ayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiy a şikayətlərində göstərilən işin halları ilə öz təsdiqini tapmır, iddiaçı bm qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

46. Apellyasiya məhkəməsinin kompensasiya məbləğini müəyyən edərkən heç bir araşdırma aparmaması və düzgün nəticəyə gəlməməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı özü apellyasiya instansiyası məhkəməsində icraat zamanı mübahisəli mənzilə oxşar mənzillərin kirayə haqqının 400450 manat təşkil etdiyini bildirərək, kompensasiya məbləğini artırmış və cavabdehlərə 15000 manat ğəklif etmişdir. Cavabdehlər isə qeyd edilən məbləğlə razılaşmışlar. Belə olan halda tərəflər eyni məbləği göstərdiklərindən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mütəxəssis rəyi almağa ehtiyac görməmişdir. İddiaçının apellyasiya məhkəməsinin iclasında kompensasiyanın məbləğinin 15000 manat artırılması barədə təklif verməməsinə dair göstərdikləri də iş materialları ilə öz təsdiqini tapmır. İddiaçı tərəfin kompensasiyanın məbləğini 15000 manat artırması göstərdiyi hallar apellyasiya məhkəməsinin iclas protokoluna öz əksini tapmışdır, iddiaçı tərəf isə bu barədə protola qeydlər verməmişdir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə koll egiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1711/2022 nömrəli, 2 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar