Məhkəmə qərarları › İş №2(102)-3808/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3808/2024

12.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3808/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4205/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) 30 yanvar 2023-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh xxx-də (bundan sonra “cavabdeh”, “xxx” və ya “işəgötürən”) pərakəndə satış departamentində “satıcı (meyvə-tərəvəz)” vəzifəsində işə qəbul edilmişdir. 2. 08 dekabr 2023-cü il tarixli 4647K saylı əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər İşəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) uyğun olaraq, Əmək Məcəll əsinin 71.2-ci maddəsi (işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması) üzrə xitam verilmişdir. Əmrin verilməsinə əsas işçinin rəhbərinin xidməti məlumatı, HİK-in yığıncağına təqdimat, HİK-in yığıncağının protokolu və qərarı, HİK-in tərtib etdiyi akt olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, işdən çıxarılmağına dair cavabdehin 08 dekabr 2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cav abdeh xxx-nin Tovuz filialında satıcı vəzifəsində işləyir və onunla bağlanmış müqavilənin müddətinin bitməsinə iki ildən artıq müddət vardır. Mağazanın müdir köməkçisi Cavid Qasımov adlı şəxs iddiaçı ilə şəxsi qərəzlik apararaq, ona işləməyə imkan verməmiş və 08 dekabr 2023-cü il tarixdə Cavid Qasımovun təşəbbüsü ilə iddiaçı işdən çıxarılmışdır. İşdən çıxarılmağı barədə əmr və əmək kitabçası iddiaçıya verilməmişdir. Əmək kitabçasının verilməsi üçün iddiaçını Bakı şəhərinə baş ofisə dəvət etmişlər.

5. İşdən çıxarılması barədə əmr qanunsuz verilmiş, işəgötürən tərəfindən heç bir əsas olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edilmiş, işdən çıxarılma səbəbi iddiaçıya izah edilməmişdir.

6. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 45 və 70-72-ci maddələrinin müvafiq hissə və bəndlərinə istinad etmişdir.

7. Cavabdehin nümayəndəsi iddiaya etiraz vermişdir. Etiraz belə əsaslandırılıb ki, iddiaçının iş materiallarına əlavə edilən iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun hazırlanmayıb, lakin ərizə bu hallara fikir verilmədən icraata qəbul edilmişdir. Hazırkı məhkəmə mübahisəsində iddia predmetinin nə olduğu ərizədə göstərilmədiyi üçün ona hər hansı formada münasibət bildirmək (etiraz etmək, etiraf etmək, qismən etiraf etmək və s.) mümkün deyildir. Bu hal isə öz növbəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipinin kobud şəkildə pozulmasıdır. İddiaçı iddia ərizəsində xxx-nin Tovuz filialında satıcı vəzifəsində işlədiyini və əmək müqaviləsinin müddətinin bitməsinə 2 ildən artıq müddət qaldığını bildirsə də, qeyd etmək lazımdır ki, həmin şəxslə əmək müqaviləsi müddətsiz bağlanmışdır. Bundan əlavə, hazırkı məhkəmə mübahisəsi üzrə Mediasiya prosesinə düzgün əməl edilməmişdir. Belə ki, iddiaçıdan xxx-yə xx.xx.2024-cü il tarixində Mediasiya prosesinin tətbiqi barədə təklif məktubu daxil olmuş, həmin məktuba 015 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmiş və qarşı tərəfə MC- nin hüquqi ünvanının Bakı şəhəri, Xətai rayonunda olduğunu nəzərə alaraq, “Mediasiya haqqında” Qanuna uyğun olaraq, Xətai rayonu ərazisində yerləşən Mediasiya təşkilatlarından birinə müraciət etməsi tövsiyə edilmişdir. Həmin məktub xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırılmış, lakin iddiaçı cavabı diqqətə almamış, Mediasiya sessiyasına düzdün əməl etmədən, Tovuz 1 saylı mediasiya təşki latından ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə formal arayış almaqla məhkəməyə müraciət etmişdir. Həmçinin mediasiya təklifinə diqqət edilsə, işçinin tələbi ilə hazırda iddia ərizəsində qeyd edilmiş tələblər üst-üstə düşmür. Beləliklə, iddiaçı tərəfindən Mediasiya haqqında qanunun tələblərinə əməl edilmədiyi və iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verildiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan əlavə, xxx-yə daxil olmuş sorğuya cavab olaraq şəxsin əmək kitabçasının, 4647 K nömrəli, 08 dekabr 2023-cü il tarixli əmrin, əmək müqaviləsinin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətini qoşmada təqdim edilmişdir. Əmək Məcəlləsinə əsasən əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün iş çiyə verilir. İşçi əmək kitabçasını götürmədikdə həmin əmək kitabçası və işçiyə aid sənədlər müvafiq arxiv şöbəsində qeydiyyat aparılaraq saxlanılır. Odur ki, iddiaçının iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3298/2024 nömrəli, 08 may 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmrin ləğv edilməsi və iddiaçının Cavabdeh xxx-də tutduğu pərakəndə satış departamentində “satıcı (meyvə-tərəvəz)” vəzifəsinə bərpa edilməsi, Cavabdeh xxx tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi, Cavabdeh xxx-dən 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdc əsinə ödənilməsi qət edilmişdir. (hakim Aygün Həsənova)

9. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsi prosesində əmək qanunvericiliyinin təsbit etdiyi müddəalara hərfi mənada riayət edilməmişdir. Belə ki, işçi ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi üçün 3 vacib şərtin mövcudluğu yoxlanılmamış, əmr kifayət qədər əsaslandırılmamışdır. Cavabdeh təşkilat iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmrdə iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını, öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdə liklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını müqaviləyə xitam verilməsinin səbəbləri olaraq qeyd etsə də, bu pozuntunun araşdırılması zamanı iddiaçıdan izahatın alınması, araşdırılmanın nəticəsi, pozuntunun nədən ibarət olması və əmrdə istinad olunan işəgötürən tərəfindən işçiyə verilmiş intizam tənbehinin nədən ibarət olması və buna dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

10. Əmək müqaviləsinə xitam verilməsi barədə 08 dekabr 2023-cü il tarixli 4647 K saylı əmrdə əmrin əsası olaraq “İşçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-nin yığıncağının protokolu və qərarı, HİK-nin tərtib etdiyi akt” qeyd edilsə də, iş materiallarında həmkarlar ittifaqı təşkilatının rəyinin alınmasına, yığınc ağın təşkil edilməsinə, buna dair protokolun mövcud olmasına dəlalət edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir.

11. Məhkəmə iclasında izahatı alınmış iddiaçı da həmkarlar ittifaqı təşkilatı tərəfindən ona hər hansı məlumatın verilmədiyini və ittifaqın hər hansı iclasına dəvət edilmədiyini bildirmişdir.

12. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəfindən verilmiş sorğuda iddiaçıya məxsus əmək kitabçası və şəxsi işi tələb edilsə də, cavabdeh həmin sənədləri məhkəməyə təqdim etməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 3, 68, 70, 71, 80, 83, 87, 154-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandı rmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, mediatorun seçilməsi məsələsində cavabdehin hüquqları pozulmuşdur. Belə ki, xxx tərəfindən iddiaçının mediasiya prosesinin tətbiqi barədə təklifinə cavab olaraq xxx-nin hüquqi ünvanının Bakı şəhəri, Xətai rayonunda olduğu üçün “Mediasiya haqqında” Qanuna uyğun olaraq, Xətai rayonu ərazisində yerləşən Mediasiya təşkilatlarından birinə müraciət edilməli olduğu bildirilmişdir. Lakin iddiaçı bu məsələ barədə cavablarını diqqətə almamış, Mediasiya sessiyasına düzgün əməl etmədən, Tovuz 1 saylı mediasiya təşkilatından ilkin mediasiya sessiyasında iştirak edilm əməsi barədə formal arayış almaqla məhkəməyə müraciət etmişdir. İddia tələbində iddiaçının məhkəmədən etdiyi xahişin nədən ibarət olması, tələbin konrekt olaraq faktlarla və sübutlarla əsaslandırılmamasına baxmayaraq, məhkəmə özbaşına olaraq iş materiallarından kənara çıxaraq iddia tələbini təmin etmişdir. İddiaçı iddia tələbində əmrin etibarsızlığını tələb etmiş, iş üzrə çıxarılan qətnamədə etibarsız əqdlər, əmrin etibarsızlığı ilə bağlı bir qeyd belə yoxdur. Cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra əsaslandırılmış etirazını 20 gün müddətində məhkəməyə təqdim edə bilər. İddia ərizəsinin surətinin təqdim edilməməsini, elektron sistemdə isə bir səhifəlik ərizənin olduğunu nəzərə alaraq, əsaslandırılmış etirazın məhkəməyə təqdim edilməsinin mümkün olmaması səbəbindən cavabdehin etir az etmə hüququ pozulmuşdur. Etirazda iddia ərizəsinin Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun formada hazırlanmadığını və məhkəmənin göndərdiyi sorğuya cavab olaraq sənədlər göndərilsə də, məhkəmə qətnaməsində bu halların əksi göstərilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli 2(103)-4205/2024 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işəgötürənin xx.xx.2023-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə (əmək funksiyasını pozduğuna görə əvvəllər İşəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması) uyğun olaraq, Əmək Məcəlləsinin 71.2-ci maddəsi (işçinin özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması) səbəbindən xitam verilmişdir. Xitamın əsası olaraq işçinin rəhbərinin xidməti məlumatı, HİK-nin yığıncağına təqdimat, HİK-in yığıncağının protokolu və qərarı, HİK-in tərtib etdiyi akt göstərilmişdir

18. Buna baxmayaraq, iş materiallarında əmrin verilməsinə əsas olan sənədlər işçinin rəhbərinin xidməti məlumatı, HİK-in yığıncağına təqdimat, HİK-in yığınc ağının protokolu və qərarı, HİK-in tərtib etdiyi akt mövcud olmadığından birinci instansiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasının və şəxsi işinin məhkəməyə təqdim edilməsinə dair cavabdeh təşkilata sorğu ünvanlamış, lakin həmin sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir.

19. Qanunvericiliyin tələbinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verdikdə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır.

20. Belə olan halda baxılan iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin göstərilən tələbinə riayət edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Çünki bununla bağlı sənədlər nə birinc i instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim edilməmiş, apellyasiya şikayətində qeyd edilmişdir ki, etirazda məhkəmənin göndərdiyi sorğuya cavab olaraq sənədlər göndərilsə də, məhkəmə qətnaməsində bu halların əksi göstərilmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən verilmiş etiraza sorğuda tələb edilən sənədlər əlavə edilməmişdir.

21. Digər tərəfdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmasını, öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını müqaviləyə xi tam verilməsinin səbəbləri olaraq qeyd edilsə də, bu pozuntunun araşdırılması zamanı iddiaçıdan izahatın alınması, araşdırılmanın nəticəsi, pozuntunun nədən ibarət olması və əmrdə istinad olunan işəgötürən tərəfindən işçiyə verilmiş intizam tənbehinin nədən ibarət olması və buna dəlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 68, 70, 72, 80, 83, 300-cü, Mülki Prossesual Məcəllənin 14.2 və 77.1-c maddələri ilə əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

24. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin təqdim etdiyi etiraza və mövcud sənədlərə kifayət qədər hüquqi qiymət verilməmişdir. Bunda əlavə, iddiaçı tərəfindən iddia ərizəsi və digər sənədlərin elektron qaydada göndərilməməsi, cavabdeh şirkətin ərizənin mahiyyətinə qısa müddətdə sənədlərin araşdırılması və tədqiq edilməsinə maneə olmuş, dolayısı ilə iddiaçı elektron sənədin göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının pozmuşdur. Həmçinin, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədən 28 gün sonra işlə və müvafiq sənədlərlə tanış olmaq üçün vəsatət verilmiş, vəsa tətə əsasən işlə tanış olan zaman audioyazıların olmadığını, sənədlərin isə tam şəkildə qaydasında olmadığı əks olunmuşdur. Bununla bağlı fikir bildirilərək, məhkəmə tərəfindən verilən qəbzə qeyd edilmiş və cavabdehin nümayəndəsi tərəfindən imzalanmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Madd ə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72. (ə). İşçi tərəfindən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir Maddə

80. Bu Məcəlləni n 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Maddə 83(2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu madd əsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiy ası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

31. İddia tələbi işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir.

32. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozu lmasının müəyyən edilməsindən asılıdır.

32. Hər iki instansiya məhkəməsinin müəyyən etdiyi işin hallardan da görünür ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmrdə göstərdiyi əsasları təsdiq edən sübutları təqdim etməmişdir.

33. Belə ki, əmrin verilməsinə əsas kimi göstərilən işçinin rəhbərinin xidməti məlumatı, HİK-in yığıncağına təqdimat, HİK-in yığıncağının protokolu və qərarı, HİK-in tərtib etdiyi akt cavabdeh tərəfindən təqdim edilməmiş, hətta birinci instansiya məhkəməsi iddiaçıya məxsus əmək kitabçasının və şəxsi işinin məhkəməyə təqdim edilməsinə dair cavabdeh təşkilata sorğu ünvanlansa da, həmin sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir.

34. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələbinə əsasən işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndləri ndə göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verdikdə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığını almalıdır. Belə bir razılığın alınması isə müəyyən edilməyib.

35. Bundan əlavə, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə iddiaçının əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması göstərilsə də, bu pozuntunun nədən ibarət olması və əmrdə istinad olunan işəgötürən tərəfindən işçiyə verilmiş intizam tənbehinin nədən ibarət olması və buna d əlalət edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

36. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən əmək qanunvericiliyinin pozulması müəyyən edilmişdir.

37. Bundan əlavə, qanunvericiliyə görə cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin özünün tərəf olduğu işdə əmrin verilməsinə əsas olan hallara dair sübut etmə vəzifəsini yerinə yetirmək üçün ona sübut təqdim etməyi təklif etmiş, cavabdeh isə birinci instansiya məhkəməsinə buna dair heç bir sübut təqdim etməmişdir.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxx-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4205/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar