Məhkəmə qərarları › İş №2(102)-3809/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3809/2025

15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3809/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisə, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-752/2025 nömrəli 17 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kas sasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1-də yerləşən 31 nömrəli mənzil xx.xx.2014-cü il tarixdə X9 tərəfindən İddiaçı satılaraq sonuncunun mülkiyyətinə keçmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1985/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7920/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçı Cavabdeh X6 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh X3 əsassız varlanma nəticəsində əldə olunmuş 18850 manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

3. Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-217/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1134/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə X4 və X7 ünvan 1, 31 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, 5/11 nömrəli evin 31 nömrəli mənzilini 2014cü ildən bu günə kimi qeyri-qanuni surətdə zəbt etməsi ilə əlaqədar olaraq ona dəymiş 24000 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 162.40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-529/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2955/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, yəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 129-cu maddələrinin, Mülki Məcəlləsinin 139, 139-1, 146. 152, 153 və 157-ci maddələrinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeyd edilən mən zilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda xx.xx.2022-ci il tarixdə mənzilin mühafizə altında olmamasından istifadə edərək ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidini qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşayan, eyni zamanda mülkiyyətçi olan onun əşyalarını xeyir-şər evinə daşıması və yaşamaq üçün həmin mənzilə köçməsi, daha sonra ailəsini də onunla yaşamaq üçün dəvət etməsindən ibarət onun tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək onun konstitusiyon hüquqlarını pozması, ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum etməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən hazırkı iddi a üzrə cavabdeh onun müdafiəçisi tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından hazırkı iddia üzrə cavabdeh və müdafiəçisi birgə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək, hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini, habelə onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar ona dəymiş cəmi 50000 manat məbləğində maddi, mənəvi ziyanın və kompensasiyanın ödənilməsi barədə qərar qəb ul edilməsini xahiş etmişlər. Ali Məhkəmənin Cinayət kollegiyasının 1(102)-217/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh əsassız olaraq dəfələrlə onun mülkiyyət hüququnu pozmuş əsassız olaraq onu uzun müddətli məhkəmə çəkişmələrinə cəlb etməklə onun maneəsiz mülkiyyətindən istifadə etməyinə imkan verməməklə ona xeyli miqdarda maddi ziyan vurmuşdur.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, MKT-nın əməkdaşlarına yaxınlaşmış və onlar demişdir ki, nə zaman evdən çıxardıqlarını bilmirlər. Ona görə də icra sənədini gətirməlidir. 7 iş günündən sonra getmiş və bildirmişlər ki, işi məhkəmədədir. İcraçılar qarşı tərəfi mənzildən çıxardıqdan bir gün sonra yenidən mənzilə daxil olmuşlar. O qədər elə hadisələr olduğu üçün, qonşudan da nəsə soruşmaq mümkün deyildir. Əslində ona dəyən ziyan çoxdur. Lakin vəkil demişdir ki, onları yazsa belə sübuta yetirə bilməyəcəkdir. 9 il 7 ay üçün hər ay 200 manatdan hesabladıqda həmin məbləğ 24000 manatdan da çox edir. Həmin tarix də 2014-2024-cü illəri əhatə edir. 2018-ci il tarixdə də qərar çıxmasına baxmaraq həmin evdə yaşamamışdır.

8. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmələr tərəfindən qanuni və əsaslı olaraq ona məxsus Sumqayıt şəhəri, 36-cı məhəllədə, 0,091 ha torpaq sahəsində yerləşən 5/11 nömrəli evin 40,95 kv.m ümumi, 28,1 kv.m, yaşayış sahəsindən ibarət 2 otaqlı 31 nömrəli mənzilin 15300 manata cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 haqqında cavabdeh "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə keçirilmiş hərracın yekunları barədə 53/02 nömrəli protokol etibarsız hesab edilərək, həmin hərracın nəticələri ləğv edilmişdir. X10 vicdansızcasına həmin evi varlanmaq məqsədilə məhkəmə qərarı qüvvədə ola-ola iddiaçıya satmış və sonuncu bunu bilə-bilə evi almışdır. Həmin mübahisəli mənzil 1985-ci ildən istifadəsindədir. İddiaçı 2014-cü ildə həmin mənzili başqa bir fırıldaqçı Sadiq adlı şəxsdən almışdır. Həmin Sadiq adlı şəxs isə onu fırıldaqçı v ə ləğv olunmuş X12 almışdır. Bank və Sadiq barələrində məhkəmə qərarı ilə bütün alqı-satqı və hərrac ləğv edildiyi üçün tez bir zamanda iddiaçıya sataraq izi azdırmağa və məsələni bir az da mürəkkəbləşdirməyə və qəlizləşdirməyə və məhkəmə mübahisəsinin bir az da uzanmasına nail olmuşlar. Lakin 2014-cü ildən bu yana iddiaçı həmin mənzildə yaşamır və yaşamaq da istəmir çünki, hələ də onların məhkəmə prosesləri davam edir və yalnız həmin mənzilin üzərinə həbs qoydurduqları üçün iddiaçı həmin mənzili sata bilmir yoxsa çoxdan satıb bu mübahisəli mənzildən canını qurtarardı. 2015-ci ildə Ali məhkəmədə işə baxılarkən Sadiq barədə qərar verildiyi vaxt iddiaçı barədə heç bir məlumat yox idi. Çünki evin çıxarışı Sadiqin adına olmuşdur. Lakin sonradan iddiaçı xx.xx.2014-cü il tarixli saxta arxa tarix lə çıxarış əldə etməklə ortaya çıxmışdır. Bu işdə ona həmin Sadiq və fırıldaqçı və ləğv olunmuş X17 “köməklik” etmişlər. İddiaçı iddia ərizəsində onun barəsində olan Ali Məhkəmənin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarına istinad etmişdir. Həmin məsələ barəsində qeyd etmişdir ki, saxta dindirmələrlə bütün təqsirlər avtomatik olaraq onun üzərinə qoyulmuşdur. Halbuki Sumqayıt Şəhər Məhkəməsində məhkəmə baxışları ilə, işin faktiki halları və ekspertiza rəyləri və sairə ilə bunun tam əksi sübut olunmuşdur. Yəni əməlində heç bir təqsirin olmaması tam sübuta yetirilir. Və ya istinad edilən əməl düzgün tövsif olunmamışdır. Olsa-olsa əməlində qanunsuz mənzilə daxil olma vardır ki, bu halda da (Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi) mənzil toxunulmazlığını pozma hansı ki, Sumqayıt şəhər prokurorluğu əvvəlcə cinayət işini bu maddə ilə aparmış burada mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmadan söhbət getdiyi üçün və guya zərərçəkmiş hesab edilmiş iddiaçının 2014-cü ildən mənzili almasına baxmayaraq həmin mənzildə bir gün də yaşamamasını istintaq və məhkəmə sənədləri ilə tam sübut olunmasına baxmayaraq belə ki, bu mənzil üzrə hal-hazırda da məhkəmə mübahisəsi davam edir və mənzil üzərində hal-hazırda da onların vəsatətləri üzrə məhkəmə qərarı ilə həbs qoyulmuşdur ki, yekun məhkəmə qərarı çıxana kimi onun mənzilə heç bir hüququ yoxdur və lap əvvəldən indiyə kimi həmin mənzildə o, ailəsi ilə yaşamış və hal-hazırda da yaşamaqda davam etmək istəyir. Hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin 2(060)7920/2021 nömrəli bildirişinə əsasən onun cavabdehlə r İddiaçı və X8 qarşı əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaitinin tutulması tələbinə dair həmin mənzil mübahisəsi ilə bağlı iş üzrə məhkəmə əmri Bakı şəhəri Səbail rayon İcra idarəsində icra olunur. Belə olan halda mübahisəli mənzilə dair məhkəmə mübahisələrinin davam etdiyi və yekun məhkəmə qərarının qəbul edilmədiyi bir vaxtda hansı cinayətdən və özbaşınalıqdan söhbət gedə bilər. Nəvəsi xx.xx.2010-cu ildə Sumqayıt şəhərində anadan olmuş X13 onların yaşayış sahəsi ilə bağlı problemlərinin ucbatından qorxaraq dili tutulmuşdur, neçə illərdir ki, xəstəliyini müalicə edirlər. Lakin hələ də danışığında kəkələmə qalıb və əziyyət çəkir. Həmin mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmadan söhbət getdiyi və onun faktiki boş kimsəsiz və mülki məhkəmə mübahisəsi gedən mənz ilə lap əvvəldən özündə olan açarla sərbəst daxil olmasını nəzərə alsalar bu səbəbindən əməlində yenə də cinayət tərkibi və ümumiyyətlə cinayət hadisəsi yoxdur. İstintaqın versiyasına görə xx.xx.2022-ci il tarixdə ünvan 1, mənzil 31-ə özbaşınalıq edərək daxil olmuş və zərərçəkmiş iddiaçıya mühüm ziyan vurmuşdur.

9. Məhkəmənin qərardadı ilə iş üzrə müstəqil qiymətləndiricinin rəyinin alınması ilə bağlı ekspertiza təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 13 nömrəli ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilin dəyərinin müəyyən edilməsi barədə hesabatına əsasən toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilin bazar dəyəri 72000 manat, likvid dəyəri isə 67000 manat, həmin mənzilə oxşar şəraitli mənzillərin kirayə haqqı 300 manat təşkil edir.

10. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-118/2025 nömrəli iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən dəymiş maddi ziyana görə 21000 manat pul və 153 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova).

11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-217/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünmüşdür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə ol araq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, cavabdeh xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli xx.xx.2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-529/2020 nömrəli xx.xx.2020ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)2955/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair” iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, yəni Azərbaycan Respublikası Konstitusiyasının 29 və 129-cu maddələrinin, Mülki Məcəlləsinin 139, 139-1, 146, 152, 153 və 157-ci maddələrinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq qeyd edilən mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda xx.xx.2022-ci il tarixdə mənzilin mühafizə altında olmamasından istifadə edərək ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidin i qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşayan, eyni zamanda mülkiyyətçi olan iddiaçının əşyalarını xeyir-şər evinə daşıması və yaşamaq üçün həmin mənzilə köçməsi, daha sonra ailəsini də onunla yaşamaq üçün dəvət etməsindən ibarət iddiaçı tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək sonuncunun konstitusion hüquqlarını pozması, ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum etməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir.

12. Hökmdən görünmüşdür ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdeh özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə müvafiq icra sənədi əsasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Dadaş Fərhadov tərəfindən xx. xx.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzildən könüllü şəkildə çıxarılmış və həmin mənzilin mülkiyyətçisi iddiaçı mənzilə köçürülmüşdür. xx.xx.2021-ci il tarixədək o, göstərilən mənzilin mühafizəsinin dayandırılması haqqında məlumat aldıqda həmin tarixdə mənzilə daxil olmaq qərarına gəlmiş və bu məqsədlə özündə olan açarla mənzilin seyf qapısının yuxarı kilidini açıb, aşağı kilidin isə qırıq olduğunu görüb oraya daxil olmuşdur. Əsasən o, ailə üzvləri ilə birlikdə qonşusu, 32 nömrəli mənzildə yaşayan Məhərrəm müəllimin mənzilində yaşasa da, xx.xx.2021-ci il tarixdə mübahisəli mənzilə girdikdən sonra orada gecələmişdir. İddiaçının 31 nömrəli mənzilində həmin vaxt köhnə televizor, köhnə soyuducu, 02 ədəd köhnə qoltuqlu stol, 01 ədəd açılıb-bağlanan yataq, 01 ədəd döşək, 01 ədəd yorğan olmuş və o, bu əşyaları Bəndalı adlı şəxslə birlikdə daşıyıb səliqəli şəkildə 36-cı məhəllədə yerləşən mərasim evinin saxlanc yerinə qoymuşlar. xx.xx.2022-ci il tarixdə iddiaçının mənzilə gəlməsi barədə məlumat alıb dərhal oraya gəldikdə iddiaçının mənzilin seyf qapısını qırmağa çalışdığını, orada iddiaçını, onun qardaşını və polis işçilərinin olduğunu görmüşdür. xx.xx.2022-ci il tarixdə o, Sumqayıt ŞPİ-nin 3-cü PB-də izahat yazaraq ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə necə daxil olduğunu bildirmişdir.

13. Hökmdən görünmüşdür ki, iş üzrə zərər çəkmiş şəxs qismində tanınaraq məhkəmə iclasında dindirilmiş iddiaçının ifadələrində qeyd edilmişdir ki, 2014-cü ildə o, ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzili alqı-satqı müqaviləsinə əsasən 40000 m anata almış, lakin həmin ilin dekabr ayında cavabdeh öz ailə üzvləri ilə birlikdə qeyriqanuni olaraq onun mənzilinə daxil olub orada yaşamağa başlamışlar. Bundan sonra o, cavabdehin ailə üzvləri ilə birlikdə mənzilindən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən onun iddiası təmin olunmuşdur. Bununla razılaşmayan cavabdeh öz növbəsində mənzilə dair alqı-satqı müqaviləsinin, onun, yəni iddiaçının adına olan reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və son nəticədə onun iddiası təmin olunmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi və Ali Məhkəmənin qərarı ilə isə mənzilin onun mülkiyyətində olması müəyyən edilmiş və buna görə həmin məhkəmə aktları əsasında verilmiş icra sənədi əsasında cavabdeh xx.xx.2021-ci il tarixdə icra məmuru tərəfindən ailə üzvləri ilə mənzildən çıxarılmış, bu barədə də müvafiq akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə o, öz mənzilinə gəldikdə mənzilin dəmir seyf qapısının kilidinin dəyişdirildiyini və evdə heç kəsin olmadığını görmüş, eyni zamanda mənzilin mühafizədən çıxarılması barədə məlumat almışdır. Buna görə o, DİN-nin 102 qaynar xəttinə zəng edərək cavabdeh tərəfindən mənzilinin qıfılının dəyişdirilməsi barədə məlumat vermiş və bu haqda Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Elə həmin gün onun ərizəsinə əsasən polis bölməsində araşdırma aparılmağa başlanmış və onunla yanaşı cavabdeh də bölmədə izahat verərkən mənzilin seyf qapısının kilidini dəyişdirdiyini etiraf etmişdir. xx.xx.2022-ci il tarixdə o, qardaşı Nicat Qurbanovla birlikdə öz mənzilinə gedərək cavabdeh tərəfindən dəyişdirilmiş kilidini sökməyə başlayarkən sonuncu və onun ailə üzvləri onlara hücum çəkərək mane olmuşlar. Mənzilə daxil olduqda o, həmçinin orada saxlanılan əşyaların olmadığını da müəyyən etmiş və cavabdeh polis bölməsində izahat verərkən həmin əşyaları mənzilə qanunsuz daxil olaraq oradan çıxardıb başqa yerə yığmasını da etiraf etmişdir. Hazırda həmin əşyaların harada olmasını bilmir və ona təqdim edilməmişdir. Cavabdehin və onun ailə üzvlərinin belə qanunsuz hərəkətlərinə görə o, ailəsi ilə birlikdə başqa mənzildə kirayədə qalmağa, buna görə isə hər ay 230 manat məbləğində pul ödəməyə məcbur olmuş, bu məbləğ isə onun əmək haqqının üçdə birini təşkil etdiyi üçün o, maddi cəhətdən sıxıntılara məruz qalmışdır. Birinci instansiya məhkəməsi nin məhkəmə iclasında şahid X14 da qardaşı İddiaçı ifadələri ilə eynilik təşkil edən ifadələr vermişdir.

14. Hökmdən görünmüşdür ki, təsvir edilmiş ifadələrin, habelə iş materiallarına əlavə edilmiş bir sıra sənədlərin təhlili göstərir ki, uzun müddət gedən məhkəmə çəkişmələri nəticəsində cavabdehin ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə mülkiyyət hüququnun, yəni onun bu mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnun olmaması müəyyən edilmiş, bu hal aşağıda istinad müvafiq sənədlərlə və məhkəmə aktları ilə təsdiq olunmuş, lakin sonuncu buna baxmayaraq, özünün etiraf etməsinə görə, mübahisəli mənzilə dair mülkiyyət hüququna malik olmasını ehtimal edib qanunsuz şəkildə həmin mənzilə daxil olmaqla mənzilin mülkiyyətçisi iddiaçının qanun la qorunan hüquq və mənafeyinə mühüm ziyan vurmuşdur.

15. Hökmdən göründüyü kimi, əvvəla iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil əvvəllər cavabdehin mülkiyyətində olsa da, həmin mənzil ipoteka ilə yüklü edilərək banka girov qoyulmuş, sonradan isə bu daşınmaz əmlak hərracdan X1.

16. Hökmdən göründüyü kimi, cavabdehin mülki iddiasına əsasən hərracın nəticələri və bankla X9 arasında bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə etibarsız hesab edilsə də və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılsa da, buna qədər, yəni xx.xx.2014-cü il tarixdə mənzil X9 tərəfindən sonrad an aşağıda istinad olunan müvafiq məhkəmə aktları ilə vicdanlı alıcı hesab edilmiş iddiaçıya satılaraq sonuncunun mülkiyyətinə keçmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli AN-İ №0477807 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünmüşdür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzili 34150 manata X5 almışdır. AR ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzil xx.xx.2014-cü il tarixdən iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmışdır.

17. Hökmdən göründüyü kimi, bununla razılaşmayan cavabdeh həm xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin (X9 ilə iddiaçı arasında bağlanmış) etibarsız hesab edilməsi və həm də eyni tarixli iddiaçının adına olan çıxarışın ləğv edilməsi barədə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, cavabdehin iddiası isə təmin olunmamışdır. Buna görə iddiaçı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmasını xahiş etmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təl əbi təmin olunaraq, cavabdehlər Cavabdeh və onun ailə üzvləri Z.C.Cəfərova, X.Cavabdeha, Gülnaz Liftiyeva, Günel Liftiyeva və Orxan Liftiyevin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzildən çıxarılmaları qərara alınmış, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır.

18. Hökmdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin həm xx.xx.2019-cu il tarixli, həm də xx.xx.2020-ci il tarixli qətnamələrindən narazı qalan cavabdeh bu məhkəmə aktlarından kassasiya şikayətləri vermiş (ikinci iş üzrə çıxarılmış qətnamədən ailə üzvləri ilə birlikdə) və həmin şikayətlərə əsasən mülki işlərə b axan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə birinci iş üzrə xx.xx.2019-cu il tarixli qətnamə, xx.xx.2021-ci il tarixli qərarla isə - ikinci iş üzrə xx.xx.2020ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmış, kassasiya şikayətləri isə təmin edilməmişdir. Göründüyü kimi, son nəticədə yuxarıda göstərilən yekun məhkəmə aktları iddiaçının ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə mülkiyyət hüququ tanınmış və o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq bu hüquqdan irəli gələn digər hüquqlara da malik olmuş, cavabdehin isə ailə üzvləri ilə birlikdə adı çəkilən mənzildən çıxarılmasına dair yekun qərar icraya yönəldilərək həmin qərarın icrası Sumqayıt şəhərə İcra və probasiya şöbəsinə həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdə i sə qərar icra məmuru Dadaş Fərhadov tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı icra olunaraq cavabdeh və onun ailə üzvləri yuxarıda göstərilən mənzildən çıxarılmalarına, buna əsas olmuş məhkəmə aktlarından məhkum olunmuş şəxsin məlumatlı olmasına, yəni onun mənzilə dair mülkiyyət hüququnun olmamasına baxmayaraq o, xx.xx.2021-ci il tarixdə özbaşına olaraq mənzilə daxil olmuş və xx.xx.2022-ci il tarixədək həmin mənzildə yaşamış, bununla da mənzilin mülkiyyətçisi iddiaçının mülkiyyət hüququnu pozmaqla ona mühüm ziyan vurmuşdur.

19. Bu baxımdan məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş hökm ilə cavabdehin mübahisəli mənzilə daxil olması və orada yaşaması öz təsdiqini tapmışdır.

20. Tərəflər arasında qanuni qüvvəyə minmiş hökm və qətnamə ilə müəyyən edilmiş faktlar mövcuddur və hazırkı tələb preyudisial əhəmiyyət kəsb edir və yenidən araşdırılmamalıdır. Ona görə ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir

21. Məhkəmə iclasında iddiaçı qeyd etmişdir ki, öz mülkiyyətindən istifadə edə bilməməsi nəticəsində digər mənzildə yaşaması ilə əlaqədar kirayə haqqı vermiş, bununla bərabər öz mənzilindən yaşamaq hüququndan məhrum olmuş, kredit məbləği götürərək aldığı evdən məhrum olmaqla bərabər, uzun müddət kredit verməyə məcbur olmuşdur. 22. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 13 nömrəli ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilin dəyərinin müəyyən edilməsi barədə hesabatına əsasən toplanmış məlumatlar nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilin bazar dəyəri 72000 manat, likvid dəyəri isə 67000 manat, həmin mənzilə oxşar şəraitli mənzillərin kirayə haqqı 300 manat təşkil edir.

23. Məhkəmə cavabdehin mübahisəli mənzildə hansı illərdə yaşaması ilə bağlı qeyd etmişdir ki, AR ƏMDK yanında DƏDRX-in 2 saylı Ərazi İdarəsi tərəfindən verilm iş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzil xx.xx.2014-cü il tarixdən iddiaçının mülkiyyəti kimi qeydiyyata alınmışdır.

24. Məhkəmə tərəfindən də icra işi tələb olunmuş və icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə iddiaçı icra idarəsinə ərizə ilə müraciət edərək, icra sənədinin icra olunması ilə əlaqədar icraata xitam verilməsini xahiş etmişdir.

25. Məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi cavabdehin mənzildən qanunsuz istifadə etməsi nəticəsində 300 manat kirayə dəyəri hesablanmaqla vurulmuş ziyan məbləği hesablanmaqla 21 000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi qismən əsaslıdır. Ona görə ki, mənzil iddiaçının adına qeydiyyata alınmış, həmin ev üzərində sahiblik, istifadə və sərəncam hüququ əldə etməsinə baxmayaraq həmin mənzil üzərində hüquqlarını həyata keçirə bilməmişdir.

27. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 178.1, 560.3.2, 1096.1, 1097.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 76.1, 77, 80, 82.3. 82.4, 88, 217.4, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 2

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının kirayədə yaşaması barədə sübutlara əsaslanmamışdır. İddiaçı göstərilən dövrdə kirayədə yaşaması faktını və bunu təsdiq edən sübutları – kirayə müqaviləsi, kirayə haqqının ödənilməsi barədə sübutları və s. sənədləri və dəlilləri məhkəməyə təqdim etməmiş və məhkəmə də bunları öz təşəbbüsü ilə tələb və təmin etməmişdir. Məhkəmə yalnız və yalnız tərəflərin təqdim etdikləri məhkəmə aktlarına istinad etmiş, lakin iddia tələblərinin əsasını təşkil edən və iddiaçının tələb etdiyi maddi ziyan – kirayədə qalmaqla ödədiyi kirayə haqqını onun qeyd etdiyi kimi 300 manat məbləği hesablamaqla, qanunsuz və əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı iddiasının əsasını təşkil edən maddi ziyan ın həqiqətən mövcud olmasını heç bir dəlil və sübutlarla təmin etməmişdir. Məhkəmə qərarı əsassız və mövcud qanunvericilik normalarına ziddir. İddiaçının ifadəsinin yalan olmasını sübut etmək üçün sadəcə olaraq ondan iddiasının əsasını təşkil edən sübutları, yəni kirayədə qalması barədə kirayə müqaviləsi, kirayə haqqının ödənilməsi barədə qəbzlər və s. sübutları məhkəməyə təqdim olunubolunmamasını müəyyən etməli olduğu halda məhkəmə bunu etməmişdir. Çünki burada yalan izahat verməyə görə məsuliyyət daşıyacaqdı və tələb olunan sənədləri məhkəmənin tələbinə əsasən təqdim etməyə məcbur olacaqdı. Bundan qorxduğu üçün bu barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ümumiyyətlə iddiaçı saxtakarlıq edərək onu hər dəfə incidərək yalandan həmin mənzildə yaşaya bilməməsi barədə əsassız və qanun suz iddialar irəli sürmüşdür. Halbuki müvafiq sənədlərlə də bir daha sübut olunmuşdur ki, iddiaçı həmin mənzilə tam sahiblik etmiş, hətta oraya siqnalizasiya çəkdirmiş, lakin könüllü olaraq orada bir gün də yaşamaq fikri olmamışdır, əgər həqiqətən də kirayələrdə yaşasa idi və kirayə haqqı ödəsə idi, onda heç vaxt öz evini boş qoya-qoya gedib artıq xərc çəkib kirayədə yaşamazdı. O isə həmin mənzildə məhkəmə proseslərinin getdiyi və müvəqqəti yaşadığı dövrdə mənzili külli miqdarda, yəni mənzilin təmiri və avadanlıqlara 38200 manat xərcləyərək yenidən yaşayış üçün yararlı etmişdir. İddiaçı isə onun təmir etdiyi və avadanlıqlarla təchiz etdiyi və özünün 38000 manata aldığı həmin mübahisəli evi, 68000 manata hal-hazırda başqa şəxsə satmış və yenidən əsassız olaraq onun hesabına 22000 manat əsas sız varlanmışdır. Bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əslində isə o, özünün dediyi kimi qayınatasının evini banka girov qoyub kredit götürdüyü üçün həmin evdə yaşamış və heç bir kirayə haqqı verməmiş və bunu tələb etməyə ən azından mənəvi haqqı yoxdur. Əgər kirayədə yaşama problemi olsa idi, onda bunu sübut edən sənədləri məhkəməyə təqdim edərdi. Belə ki, mənzili ələ keçirdikdən sonra dərhal onun satışı barədə elan vermiş və son nəticədə həmin mənzili tam ələ keçirdikdən sonra, yəni ailə üzvlərinin orada istifadə hüquqlarına xitam verildikdən sonra satmışdır. İndi isə yenidən qanunsuz gəlir əldə etməklə varlanmaq istəyir və məhkəmə də ona bu işdə “köməklik göstərmişdir”. Beləliklə də, məhkəmə sübutları araşdırmadan iş üzrə qanunsuz və əsassız qətnamə çıxartmışdır. Məsə lələrin həlli ilə əlaqədar məhkəməyə müraciət etsək də, məhkəmə həmin iddianı təsdiq edən sənədlərin mövcud olmamasının sübut olunduğunu bilsə də, bunları tələb edərək olmamasının sübut olunduğunu bilsə də, bunları tələb edərək araşdırmaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir.

30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) 2(105)-752/2025 nömrəli mülki iş üzrə 17 iyun 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, cavabdehdən 8400 manat məbləğində maddi ziyanın əvəzi tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

31. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh in iddiaçıya məxsus mənzilə qanunsuz sahiblik və istifadə etməsi, bunun nəticəsində iddiaçıya maddi ziyan vurulması işin mübahisə olunmayan halıdır.

32. Baxılan iş üzrə iddia tələbi ziyanın ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.2-ci maddəsi təşkil edir.

33. Qüvvədə olan məhkəmə aktları ilə İddiaçı ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə mülkiyyət hüququ tanınmışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılmasına dair yekun qərar icraya yönəldilmiş və həmin qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilmişdir.

34. İşin araşdırılmış hallarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-217/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqa t, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədiyi, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirildiyi və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Cavabdeh 17 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8711/2018 nömrəli, 16 noyabr 2018-ci il tarixli icra sənədi əsasında icra məmuru tərəfindən çıxarıldığı ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə dair heç bir sahiblik, istifadə və ya sərəncam vermə hüququ olmadığı halda, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-529/2020 nömrəli, 23 yanvar 2020-ci il tarixli qərarı ilə qüvvəsində saxlanılmış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2955/2019 nömrəli, 22 avqust 2019-cu il tarixli qətnaməsi ilə “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlaka dair dövlət reyestrində aparılmış müvafiq qeydin ləğv edilməsi tələbinə dair” iddiasının təmin olunmamasına baxmayaraq qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq, qeyd edilən mənzilə köçürülməsi üçün məhkəməyə müraciət etməli olduğu halda 01 dekabr 2022-ci il tarixdə mənzilin mühafizə altında olmamasından istifadə edərək ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə özbaşına daxil olması, mənzilin dəmir seyf qapısının kilidini qanunsuz olaraq dəyişdirməsi, mənzildə yaşayan, eyni zamanda mülkiyyətçi olan İddiaçı əşyal arını xeyir-şər evinə daşıması və yaşamaq üçün həmin mənzilə köçməsi, daha sonra ailəsini də onunla yaşamaq üçün dəvət etməsindən ibarət İddiaçı tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək sonuncunun konstitusiyon hüquqlarını pozması, ünvan 1 ünvanında yerləşən 31 nömrəli mənzilə sahiblik və mənzilində yaşamaq hüququndan məhrum etməsi ilə mühüm ziyan vuraraq özbaşınalıq etmişdir.

35. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması barədə düzgün nəticəyə gəlsə də, ziyanın məbləğinin hesablanmasını düzgün həyata keçirməmişdir.

36. Belə ki, işin hallarından göründüyü kimi cavabdehin iddiaçıya qarşı qeyd etdiyi halların əsassız olması məhkəmənin qətnaməsinin qanuni qüvvəyə minməsi ilə təsdiq olunmuş və həmin məhkəmə qətnaməsi icra məmuru tərəfindən 17 sentyabr 2021-ci il tarixdə icra olunmuşdur. Buna görə də kirayə haqqının hesablanması xx.xx.2021-ci il tarixdən hesablanmalıdır.

37. Birinci instansiya məhkəməsində icraat zamanı icra işi tələb olunaraq baxış keçirilmiş və icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, 16 yanvar 2024-cü il tarixdə İddiaçı icra idarəsinə ərizə ilə müraciət edərək, icra sənədinin icra olunması ilə əlaqədar icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi kirayə haqqının hesablanması xx.xx.2024-cü il tarixədək aparılmalıdır.

38. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilin dəyərinin müəyyən edilməsi barədə "xxxx" MMC-nin xx.xx.2024- cü il tarixli hesabatı alınmış, həmin hesabata əsasən əmin mənzilə oxşar şəraitli mənzilləri n kirayə haqqı 300 manat təşkil etdiyi müəyyən edilmişdir.

39. Beləliklə, cavabdehin mənzildən qanunsuz istifadə etməsi nəticəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək kirayə haqqı 300 manat olmaqla, (28 ay x 300 manat= 8400 manat) 8400 manat dəymiş ziyanın məbləği hesablanmalıdır.

40. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 8400 (səkkiz min dörd yüz) manat pul vəsaiti tutularaq İddiaçı verilməlidir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin çəkişmə prinsipinə riayət etməməsi və onu məhkəməyə dəvət etməməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, iş materiallarına əsasən məhkəmənin i clasının yeri və vaxtı barədə cavabdeh lazımı qaydada məlumatlandırılmış, onun ünvanına bildiriş göndərilmiş, istifadəsində olan telefon nömrəsinə sms-bildiriş göndərilmiş, həmçinin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehin vəkilinə məlumat verilmişdir. Mülki işin İ cildinin 31-ci səhifəsində olan bildirişə əsasən Cavabdeh iddia ərizəsini almış, daha sonra məhkəməyə iddia tələbinə qarşı etiraz ünvanlamışdır. Həmçinin cavabdeh qarşılıqlı iddia tələbi ilə bağlı da məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iş materiallarının araşdırılması zamanı cavabdehin məhkəmə proseslərindən məlumatı olması öz təsdiqini tapmışdır. Bu baxımdan apellyasiya şikayətinin bu dəlili əsassızdır.

42. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəl ləsinin 21.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-752/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-cü ilin dekabr ayının 20-də ünvan 1, 31 nömrəli mənzilə mülkiyyət hüququnu əldə etmiş, cavabdeh mənzildən çıxmadığına görə həmin tarixdən cavabdehin mənzildən çıxarılması üçün hüquq-mühafizə orqanlarına və sonda məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisəsi illərlə davam etmiş, cavab deh prosessual qanunvericiliyin ona verdiyi hüquqlardan istifadə edərək məhkəmə prosesinin müddətini kifayət qədər uzatmış və nəticədə məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən deyil, iddiaçının hüquqları mülkiyyət hüququnu əldə etdiyi tarixdən başlayaraq pozulmuşdur. Belə ki, iddiaçı əmlakına cavabdeh qanunsuz sahiblik edərkən əmlakın onda olduğu bütün vaxt ərzində əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçının hüququ pozulmamışdır, o, əmlaka mülkiyyət hüququnu əldə etdiyi – cavabdeh onun mülkiyyətində olan mənzilə qeyri-qanuni sahiblik etməyə başladığı andan onun hüququ pozulmağa başlamışdır. Məhkəmənin əsaslandırmasından belə nəticəyə gəlinir ki, əgər ca vabdeh xx.xx.2021-ci il tarixdə qüvvəyə minmiş məhkəmə qərarını dərhal icra etsəydi iddiaçının hüquqları pozulmayacaq, 7 il ərzində iddiaçının öz mənzilinə faktiki sahibliyi, istifadəni həyata keçirə bilməməsi ona zərərin əvəzini ödənilməsini tələb etmək hüququnu verməyəcəkdi. İddiaçı zərərə daha əvvəl uğramışdır və məhkəmə qaydasında onun pozulmuş hüquqlarının tanınmasına illər sonra nail olması daha əvvəl hüququnun pozulmadığı anlamına gəlmir. İddiaçının yaşamağa başqa yerinin olması onun öz mənzilinə dair mülkiyyət hüquqlarını həyata keçirməsindən məhrum etmir. O, mənzildə yaşamasaydı belə, onu kirayə verərək ondan gəlir götürə bilərdi və iddiaçının malik olduğu mülkiyyət hüququnu cavabdehin pozduğu andan şəxs öz əmlakı barədə mülkiyyət hüququnu (sahiblik, istifadə, sərəncam) həyata k eçirməkdən, əmlakından gəlir götürməkdən məhrum olmuşdur. İstənilən halda iddiaçı zərərə (real zərər və əldən çıxmış fayda) uğramış və bu zərər ona məhkəmə qərarı qanuni qüvvəyə mindiyi anda deyil, hüquq pozuntusu yarandığı anda dəymişdir. Qeyd olunan səbəblərdən məhkəmə kollegiyası düzgün nəticəyə gəlməyərək hüquq pozulduğu andan şəxsə zərər dəyməsi qənaətinə gəlməli və bu zərər əsasında müvafiq məbləği hesablamalı olduğu halda, dəymiş zərərin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yarandığı qənaətində olmuşdur.

45. İddiaçı kassasiya şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

46. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 17 iyun 2025-cü il tarixli qətnaməsini ləğv edərə k apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh təqsirli deyil və iddiaçıya bu zərərin nə həcmdə dəyməsi də sübut olunmur. İddiaçının ifadəsinin yalan olmasını sübut etmək üçün sadəcə olaraq ondan iddiasının əsasını təşkil edən sübutları, yəni kirayədə qalması barədə kirayə müqaviləsi, kirayə haqqının ödənilməsi barədə qəbzlər və s. sübutları məhkəməyə təqdim olunubolunmamasını müəyyən etməli olduğu halda məhkəmə bunu etməmişdir. Məhkəmə iddiaçının kirayədə yaşaması barədə sübutlara əsaslanmamışdır. İddiaçı göstərilən dövrdə kirayədə yaşaması faktını və bunu təsdiq edən sübutları – kirayə müqav iləsi, kirayə haqqının ödənilməsi barədə sübutları və s. sənədləri və dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız və yalnız tərəflərin təqdim etdikləri məhkəmə aktlarına istinad etmiş, lakin iddia tələblərinin əsasını təşkil edən və iddiaçının tələb etdiyi maddi ziyan – kirayədə qalmaqla ödədiyi kirayə haqqını onun qeyd etdiyi kimi 300 manat məbləği hesablamaqla, qanunsuz və əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki iddiaçı iddiasının əsasını təşkil edən maddi ziyanın həqiqətən mövcud olmasını heç bir dəlil və sübutlarla təmin etməmişdir.

48. Bundan başqa, inzibati icraat qaydasında İddiaçı qarşı həmini mənzilə dair Azərbaycan Respublikası ƏMDKYDƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX, № ******* saylı, Reyestr nömrəsi ***** *****69-05101-093016 olan, xx.xx.2014cü il qeydiyyat tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın etibarsız hesab edilməsi barədə məhkəmə işi hələ də davam edir. Belə olan halda mübahisəli mənzilə dair məhkəmə mübahisələrinin davam etdiyi və yekun məhkəmə qərarının qəbul edilmədiyi bir vaxtda hansı iddialardan söhbət gedə bilər. Halbuki, iddiaçı ödəmədiyi və kirayədə qalmadığı və ziyana düşmədiyi məbləğləri ondan tələb etməkdə haqlı olmamışdır.

49. Məhkəmə iddianı 8400 manat məbləğində təmin edərkən qətnamədə qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı icra işi tələb olunaraq baxış keçirilmiş və icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, 16 yanvar 2024-cü il arixdəİddiaçı icra idarəsinə ərizə ilə müraciət edərək, icra sənədinin icra olunması i lə əlaqədar icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi kirayə haqqının hesablanması xx.xx.2024-cü il tarixədək aparılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli mənzilin dəyərinin müəyyən edilməsi barədə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatı alınmış, həmin hesabata əsasən həmin mənzilə oxşar şəraitli mənzillərin kirayə haqqı 300 manat təşkil etdiyi müəyyən edilmişdir.Lakin məhkəmə nəzərə almamışdır ki kirayə haqqı 2024-cü ilədək eyni şəraitli mənzillərdə 300 manat deyil çox aşağı idi və hazırkı zamanda 300 manat təşkil edə bilər.

50. Lakin məhkəmə nəzərə almır ki, təqsirli deyildir və iddiaçıya bu zərərin nə həcmdə dəyməsi də sübut olunmur.

51. Cavabdeh şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 9, 82, 217, 385, 418-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

54. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınm az əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

55. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

56. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Pr osessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

64. Qanunun təl əbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin, inzibati icraat qaydasında İddiaçı qarşı həmini mənzilə dair Azərbaycan Respublikası ƏMDKYDƏDRXnin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX, № ******* saylı, Reyestr nömrəsi **********69-05101-093016 olan, xx.xx.2014-cü il qeydiyyat tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışın etibarsız hesab edilməsi barədə məhkəmə işinin hələ də davam etdiyi, belə olan halda mübahisəli mənzilə dair məhkəmə mübahi sələrinin davam etdiyi və yekun məhkəmə qərarının qəbul edilmədiyi bir vaxtda hansı iddialardan söhbət gedə biləcəyi barədə dəlili ilə əlaqədar bildirir ki, hansı instansiya məhkəmənin icraatında olan iş göstərilməməklə bərabər göstərilənlərə dair iş materiallarında da təsdiqedici sübutlar yoxdur.

68. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin kirayə haqqının 2024-cü ilədək eyni şəraitli mənzillərdə 300 manat deyil, çox aşağı olduğunu məhkəmənin nəzərə almadığı barədə dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin göstərilən maddənin tələbinə baxmayaraq cavabdeh tərəfindən kirayə haqqının 2024-cü ilədək eyni şəraitli mənzillərdə 300 manatdan aşağı olduğunu təsdiq edən sübutların məhkəmələrə təqdim edilməsi iş materialları ilə təsdiq edilmir.

69. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiy indən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

71. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-752/2025 nömrəli, 17 iyun 202-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar