Məhkəmə qərarları › İş №2(102)-381/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-381/2024

30.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-381/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özbaşına tikiliyə köçürülmə, sahiblik hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “azyaşlı övladları ilə birlikdə fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5357/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icra at qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü Rəna, xx.xx.2021-ci il təvəllüdlü Səyavuş adlı uşaqları doğulmuşdur. 2. ünvan 1 ünvandakı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) iddiaçının xalası X3 məxsus olmuş və onun tərəfindən cavabdehə xx.xx.2016-cı il tarixdə tərtib olunmuş akta əsasən qeyri-rəsmi olmaqla 75000 manata hissə-hissə ödənilməklə satılmışdır. Nikaha daxil olduqdan sonra tərəflər mübahisəli fərdi yaşayış evinə köçərək orada 4-5 il ərzində yaşamışlar.

3. Mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

4. X1 Sistemində Cavabdeh bələdiyyənin əmlak və torpaq vergi ödəyicisi kimi qeydə alınmışdır. Lak in əmlak və torpaq vergi borcunu ödəməmişdir.

5. Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş 56 saylı məktuba əsasən, ünvan 2 ünvanında yerləşən əmlaka dair cavabdehin adına heç bir sənəd aşkar edilməmişdir.

6. Hazırda iddiaçı uşaqları ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır və cavabdeh onun mübahisəli evə qayıtmasına etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.2018-ci il tarixdə Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli evə azyaşlı övladları X8 və X6 ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırm ışdır ki, mübahisəli əmlak cavabdeh tərəfindən birgə nikah dövründə alınmışdır. Həmin əmlak 600 kv.m torpaq sahəsindən və bu torpaq sahəsində, kürsüdə tikilmiş 150-160 kv.m sahəsi olan bir mərtəbəli evdən ibarətdir. Onlar bir ailə olaraq həmin evdə yaşamış, yaşadıqları dövrdə tikinti işləri aparılmış, mətbəx tikilmiş və təmir işləri görülmüşdür. Həmin evin birgə nikah dövründə alınmasına baxmayaraq, cavabdeh onu evdən qovmuşdur və hal-hazırda onu evə buraxmaq istəmir. Ona məxsus bütün cehiz əşyaları həmin evdə qalmışdır. Hal-hazırda uşaqları ilə birlikdə müvəqqəti olaraq anasının evində məskunlaşmışdır. Onun başqa yaşayış yeri olmadığından onun iki azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsini xahiş etmişdir.

9. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, idd iaçı iddia ərizəsində qeyd etdiyi kimi mübahisəli fərdi yaşayış evi birgə nikah dövründə alınmamış, əksinə iddiaçı ilə nikaha girmədən öncə cavabdehin vəsaiti hesabına alınmışdır. Həmin fərdi yaşayış evi sənədsizdir, yəni özbaşına tikili hesab olunur. Özbaşına tikiliyə də mülkiyyət hüququ tanınmır. Bundan əlavə, iddiaçı uşaqları götürərək öz istəyi ilə anası evinə getmişdir və hazırda onun valideynlərinin evində yaşayırlar. İddiaçı artıq uzun müddətdir ki, evi tərk edərək getsə də, onun bütün cehiz əmlakları sözügedən evdə qalmaqdadır. Cehiz əmlakları ilə bağlı aralarında mediasiya prosesi zamanı barışıq əldə edilmiş və iddiaçı gəlib həmin əmlakları götürmək barədə öhdəlik götürməyinə baxmayaraq, sazişi icra etməmişdir. Cavabdeh də həmin barışıq sazişinin icra olunması barədə məhkəməyə mür aciət etmişdir. İddia ərizəsinə əlavə olunmuş sənədlərə nəzər yetirdikdə iddiaçının hansı mötəbər sübuta əsaslanaraq həmin əmlakın birgə nikah dövründə alınmasını bildirməsi öz təsdiqini tapmır. İddiaçı məhkəməyə yanlış məlumat verməklə məhkəməni yanıltmaq və öz istəyinə nail olmaq istəyir.

10. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək bildirmişdir ki, İddiaçı ilə qonşudurlar. Belə ki, onu uşaqlıqdan tanıyır və o nikaha daxil olduqdan sonra da onun yaşadığı evdə də olmuşdur. O uzun müddət Jaləni görməmiş, sonuncu dəfə isə onu görəndə Jalə ona bildirmişdir ki, onun həyat yoldaşı onu evdən qovmuşdur və o da azyaşlı övladlarını evdən götürərək qaçmışdır.

11. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək izahatında bildirmişdir ki, İddiaçı ilə qonşudurlar. O, 2018-ci ildə gəlin k öçmüşdür, lakin onun həyat yoldaşı onu anasının evinə gəlməsinə icazə verməmişdir.

12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(010)-1759/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Mahmudova) iddianın rədd olunması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mülki işin materiallarından, tərəflərin izahatından mübahisəsiz qaydada görünür ki, mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyətdə deyil, evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir.

14. İddiaçı tərəfindən mübahisəli evin qanunla müəyyən olunmuş qaydada əldə edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ya evin tikintisi üçün lazımi ica zələrin alınması barədə sübutlar təqdim edilmədiyini, tələbin əsaslı hesab edilməsi üçün iddiaçının mübahisəli ev üzərində dövlət tərəfindən tanınan hüquqlara malik olmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. Başqa sözlə, iddiaçı özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsini tələb edə bilməz. Yəni, mövcud olmayan hüquqa yaradılmış maneənin aradan qaldırılması, habelə onun müdafiəsi və realizəsi mümkün deyildir. Buna görə də iddia tələbi rədd edilməlidir.

15. Məhkəmə mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ hissəsinə, Mülki Məcəllənin 152.1, 180.1, Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3, 13.2 və 15-ci maddələrinə, “Yaşayış ye ri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna, Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Şikayət belə əsaslandırılmışdır ki, ailə qurduğu gündən cehiz əşyaları ilə birlikdə mübahisəli evə gəlin köçmüşdür. xx.xx.2019-cu il təvəllüdlü Rəna və xx.xx.2021-ci il təvəllüdü Səyavuş həmin evdə doğulmuşlar. Cavabdeh mübahisəli evi 75000 manata almış, həmin 75000 manat pulun 25000 manat hissəsini onunla nikahda olduğu vaxt, ailənin birgə gəlirləri hesabına ödəmişdir. Bir ailə olaraq həmin evdə yaşamışlar. Həmin evdə yaşadığı vaxtlarda tikinti işləri də aparılmış, mətbəx tikilmiş, təmir işləri də görülmüşdür. Evin birgə nikah dövründə alınmasına baxmayaraq, cavabdeh onları həmin evdən qovmuş və hal-hazırda evə buraxmır. Ona məxsus olan bütün cehiz əşyaları həmin evdə qalıb. İki uşağı ilə birlikdə evsiz qalmışdır. Hal-hazırda yaşamağa yeri yoxdur. Azyaşlı uşaqlarla kirayədə qalmağa məcburdur. Lakin işsiz olduğu üçün maddi vəziyyəti kirayə ev tutmağa da imkan vermir. Məhkəmə iclasında müəyyən olundu ki, həqiqətən də həmin ev birgə nikah dövründə alınıb. H əmçinin onun həmin evdən qovularaq çıxarılmağı da şahid ifadələri ilə təsdiq olundu. Məhkəmə iclasında o da müəyyən olundu ki, mənzilin dəyərindən 25000 manat hissəsi birgə nikah dövründə əldə olunan gəlir hesabına cavabdeh tərəfindən ödənilib. Bütün bu hallar azyaşlı övladları ilə həmin evə köçürülməsi və yaşaması üçün əsasdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5357/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər - N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmayaraq qeyd etmişdir ki, göstərilən 3 hal iddianın təmin edilməsinə əsas verir: Birinci, ev iddiaçının və uşaqların yaşayış yeridir. İddiaçı 4 ildən artıq, yəni xx.xx.2018-ci ildən xx.xx.2022-ci ilədək evdə yaşayıb, uşaqlar iddiaçının evdə yaşadığı müddətdə doğulub. Bunu cavabdeh də etiraf edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Ev özbaşına tikinti obyekti olsa da, iddiaçını və uşaqları yaşadıqları evdən məhrum etmək üçün cavabdehin qanuni əsası yoxdur.

20. İkinci, iddiaçı evin dəyərinin bir hissəsinin ödənilməsində cavabdehlə birlikdə iştirak edib. Belə ki, cavabdeh evi xx.xx.2016-cı ildə X2 75.000 manata alıb, 51.700 manat nağd ödənilib, qalan məbləğin isə hissə-h issə ödənilməsi razılaşdırılıb (iş v. 37, akt). Hissə-hissə ödənişlərin bir hissəsi tərəflərin nikah müddətində həyata keçirilib (iş v. 35 və 36, akt). Nikah xx.xx.2018-ci ildə bağlanıb və bu tarixdən sonra cavabdeh göstərilən ödənişləri həyata keçirib: 1) xx.xx.2018-ci ildə 1.000 manat; 2) xx.xx.2018-ci ildə 1.000 manat; 3) xx.xx.2018-ci ildə 600 manat; 4) xx.xx.2018-ci ildə 1.000 manat; 5) xx.xx.2018-ci ildə 1.000 manat; 6) xx.xx.2018-ci ildə 750 manat; 7) xx.xx.2018-ci ildə 1.000 manat; 8) xx.xx.2019-cu ildə 1.000 manat; 9) 17.04.019-cu ildə 1.000 manat; 10) xx.xx.2019-cu ildə 1.000 manat; 11) xx.xx.2019-cu ildə 1.000 manat; 12) xx.xx.2019-cu ildə 1.000 manat.

21. Bu məbləğlərin cəmi 11.350 manat təşkil edir. Həmin pul nikah müddətində ödənildiyinə, cavabdeh bu pulun onun ayrıca vəsaiti olduğunu təsdiq edən sübutlar təqdim etmədiyinə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbləri baxımından həmin vəsait ərarvadın ümumi vəsaiti sayılır. Ev özbaşına tikinti obyekti olduğuna görə ev üzərində ərarvadın birgə mülkiyyət hüququ tanına bilməz. Lakin iddiaçı evin əldə edilməsində iştirak etdiyinə görə, cavabdeh ilə yanaşı onun da evə sahiblik hüququ yaranıb. Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

22. Üçüncü, iddiaçı bildirir ki, nikah müddətində evdə mətbəx tikiblər, təmir işləri görüblər. Cavabdeh bunu qismən etiraf edir və bildirir ki, nikah müddətinə evin bir otağını uşaq otağını təmir ediblər. Cavabdeh təmirə sərf edilən vəsaitin onun ayrıca vəsaiti olduğunu təsdiq edən s übut təqdim etmədiyinə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbləri baxımından həmin vəsait ər-arvadın ümumi vəsaiti sayılır. Ailə Məcəlləsinin 35-ci maddəsinə görə, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Ev özbaşına tikinti obyekti olduğuna görə ev üzərində ər-arvadın birgə mülkiyyət hüququ tanına bilməz. Lakin iddiaçı evdə yaşadığı müddətdə evin təmir edilməsində iştirak etdiyinə görə, cavabdeh ilə yanaşı onun da evə sahiblik hüququ yaranıb. Mülki Məcəlləsinin 164.1-ci maddəsinə görə, sahibin irad əsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

23. Əgər ev daşımaz əmlakın dövlət reyestrində qeyd alınmış olsa idi, iddiaçının yuxarıda göstərilən hərəkətləri - evin dəyərinin ödənilməsində iştirak etməsi və evin dəyərini xeyli artıran vəsait qoyulmasında iştirak etməsi onun evə paylı mülkiyyət hüququnun müəyyən edilməsinə əsas ola bilərdi. Lakin ev reyestrdə qeydə alınmadığına görə iddiaçının ev (yaşayış yeri) üzərində sahiblik hüququ müdafiə olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsinə etirazd a irəli sürülmüş eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrıayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməli olduğu halda, onun tərəfindən məhkəməyə nəinki belə sübutlar təqdim ediməmiş, eyni zamanda işin hallarını tam bilməyən iddiaçının danışdıqları barədə ifadə verən şahidlər gətirmişdir. Mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olu nana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini təsdiq edəcək sübut və ya sübutlar təqdim etmədiyi halda məhkəmə formal mülahizələrlə qətnamə qəbul etmişdir. b) Kassasiya şik ayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, onun rədd edilməsi, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyil dirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

29. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə

2. Mənzil hüquqlarının əsasları 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, a zadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə

8. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Maddə

9. Mənzil hüquqlarının müdafiəsi 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə n əzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 9.2. Mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir: … 9.2.2. mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması.

30. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxla nılmalıdır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, ape lyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, tərəflər arasında yaranan mübahisə, iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi üzrə yaranmışdır. Bu baxımdan iddia üzrə işin halları Konstitusiyanın mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında yoxlanmalıdır.

36. Apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu normaya əsasən yoxlamış və iddianı təmin etmişdir. Məhkəm ə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

37. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən istifadə, həm də oradan maneəsiz və dinc istifadəni ehtiva edir. Buna görə də iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə üzrə maneələrin aradan qaldırılması barədə iddia tələbi, onun Konstitusiyada təsbit olunmuş hüququnu səmərəli səviyyədə təmin etməlidir.

38. Təhlil olunan normaya görə məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir.

39. Cavabdehin mübahisəli evə mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığı halda birgə təsərrüfat apardıqları dövrdə uşaqları ilə yaşadıqları evlə bağlı digər tərəfi evdən istifadə etməkdən məhrum etmişdir.

40. Kollegiya bildirir ki, sübutları araşd ırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normaların tələbinə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

41. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Məhkəmə kollegiyas ı yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5357/2023 nömrəli, 15 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar