Məhkəmə qərarları › İş №2(102)-3810/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3810/2023

15.11.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3810/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3204/2023 nömrəli iş üzrə 19 may 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2009-cu il tarixli XXX nömrəli əmrlə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən 1 il müddətinə stajçı kimi ƏƏSMN Bakı şəhəri Səbail rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu il tarixdə 6 ay sınaq müddəti müəyyən edilməklə işə qəbul edilmişdir. 2. xx.xx.2011-ci il tarixli XXX nömrəli əmrlə həmin Qanunun 28.6-cı maddəsinə əsasən Baş Məşğulluq İdarəsinin Beynəlxalq əməkdaşlıq və texnologiyaların tətbiqi sektorunun baş məsləhətçisi vəzifəsinə daimi dövlət q ulluğuna keçirilmişdir. Bundan sonra daimi qulluqda müxtəlif vəzifələrdə işləmişdir.

3. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2016-cı il tarixli XXX nömrəli Fərmanı ilə İddiaçı işlədiyi Sosial Təminat Xidməti Dövlət Sosial Müdafiə Fonduna (DSMF) birləşdirilmişdir. xx.xx.2016-cı il tarixli 09/11-365 nömrəli əmrlə İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən ƏƏSMN DSMF Sosial xidmətlər və proqramlar şöbəsinin müdir müavini - Sosial xidmətlər sektorunun müdiri vəzifəsinə təyin edilmiş və ona dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. 4. xx.xx.2020-ci il tarixli **********7 nömrəli əmrlə İddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) tutduğu vəzifədən azad edilmişdir. 5. xx.xx.2020-ci i l tarixli **********8 nöməli əmr ilə İddiaçı ƏƏSMN tabeliyində yeni yaradılmış Cavabdeh PHŞ-nin Aparatının Səyyar Sosial Xidmətlərin Təşkili Departamentinin müdir müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli **********5 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir.

6. Cavabdeh iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********5 nömrəli əmrinin ləğv olunma sı, onun əvvəlki iş yerinə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-905/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Əkbərli) idda rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... işin müəyyən olunan halları odur ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ƏƏSMNnin tabeliyində olan müvafiq qurumlarda dövlət qulluqçusu kimi daimi əsaslarla işləmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. Daha sonra o, yeddi gün sonra, yəni xx.xx.2020-ci il tarixdən ƏƏSMN-nin ta beliyində struktur dəyişikliyi ilə əlaqədar əvvəl xidmət etdiyi DSMF-nun əsasında yeni yaradılmış Sosial Xidmətlər Agentliyində sınaq müddəti təyin edilməklə müddətli əmək müqaviləsi ilə Aparatın Səyyar Sosial Xidmətlərin Təşkili Departamentinin müdir müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmrə əsasən əmək müqaviləsinə müddətin qurtarması səbəbiylə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.... İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifdən müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə mübahisənin həlli ilə bağlı müvafiq bildirişini göndərmişdir. İş materiallarında olan 2022-ci ilin yanvar ayı üçün əmək haqqı barədə hesabatın surətinə əsasən müəyyən edilir ki, Sosial Xidmə tlər Agentliyi tərəfindən İddiaçı son haqqhesab olaraq ödənilməli olan 2578,74 manat məbləğində pul vəsaiti xx.xx.2022-ci il tarixdə onun ABB-nin Nərimanov filialındakı əmək haqqı kart hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətinə əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixədək Sosial Xidmətlər Agentliyinin Səyyar Sosial Xidmətlərin Təşkili Departamentinin müdir müavini vəzifəsində çalışmış İddiaçı ona məxsus əmək kitabçasını təhvil aldıqdan sonra əmək kitabçalarının uçotu kitabında imzalamaqdan imtina etmişdir. Beləliklə, tərəflərin məhkəmə iclasında verdikləri izahatların məzmunundan və iş materiallarından olan sübutlarla müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edilməzdən bir gün öncə, yəni xx.xx.2022-ci il tarixdə Azə rbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanmış ərizəsində müqavilə müddətinin bitməsi əsası ilə işdən azad edilməsi barədə məlumat verərək, cavabdehin qanunsuz hərəkətlərinin araşdırılmasını xahiş etmişdir. Bu hal isə ona dəlalət edir ki, iddiaçı cavabdehin onunla bağlanmış əmək müqaviləsinə hansı əsasla xitam vermək arzusunda olması barədə kifayət qədər məlumatlı olmuşdur. İddiaçı həmçinin izahatında təsdiq etmişdir ki, o, işdən azad edildikdən 1 (bir) ay sonra cavabdeh tərəfindən ona əmək kitabçası təqdim edilmiş, lakin o, etiraz əlaməti olaraq əmək kitabçasını təhvil almasına dair sənədə imza etməkdən imtina etmiş, eləcə də bir ay müddətindən əmək haqqı məbləği onun kart hesabına köçürülmüş, həmin vaxtdan o, işə çıxmamış və əmək haqqı ona ödənilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hallar ona dəlalət edir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən etibarən əmək müqaviləsinə müddətin qurtarması əsası ilə cavabdeh tərəfindən xitam verilməsi barədə açıq-aşkar şəkildə məlum olmuşdur. Çünki əmək kitabçasında buna dair qeyd də aparılmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi sübutlarla isə təsdiq edilir ki, iddiaçı əmək kitabçasını təhvil almasına baxmayaraq buna dair sənədə imza etməkdən imtina etmiş və xx.xx.2022-ci il tarixdə ona son haqq-hesab olaraq 2578,74 manat məbləğində pul vəsaiti kart hesabına köçürülmüşdür. Bundan sonra ona əmək haqqı ödənilməmişdir. Qeyd olunanlar bir daha onu deməyə əsas verir ki, iddiaçı 2022-ci ilin fevral ayında artıq işdən azad olunması barədə məlumatlı olmuşdur. Buna baxmayaraq o, hüquqlarının müdafiəsi barədə mə hkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməzdən əvvəl mediasiya təşkilatına xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da o, qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında müddətin ötürülməsi səbəbini onunla izah etmişlər ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanmış ərizəsi ilə bağlı maraqlandıqda ona bildirilmişdir ki, ərizəyə baxılması üçün ƏƏSMN-nə göndərilmişdir. Buna dair iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin ƏƏSMN tərəfindən ona şifahi qaydada vəd verilmişdir ki, onu gələcəkdə işə bərpa edəcəklər. O, rəsmi qaydada müraciətinə cavab verilməsini gözlədiyi üçün uzun müddət gözləmək məcburiyyətində qalmışdır. Məhkəmə bununl a bağlı qeyd edir ki, iddiaçının rəsmi dövlət orqanına müvafiq məsələ ilə bağlı müraciət etməsi onun aidiyyəti məhkəməyə qanunla müəyyən edilmiş müddət çərçivəsində müraciət etməsinə maneə deyildir və qanunvericiliklə buna dair hər hansı məhdudiyyət müəyyən edilmədiyindən, bu halda iddia müddətinin axımı dayanmır. Eləcə də işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməsi üçün onun kifayət qədər vaxt imkanı olmuşdur. Odur ki, məhkəmə iddiaçı tərəfindən mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddətin ötürülməsi səbəbini üzrsüz hesab edir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşma yan iddiaçı ondan apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3204/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyi Aparatının Səyyar sosial xidmətlərin təşkili departamentində müdir müavini vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli **********5 nömrəli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndin ə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə) ləğv edilib. Əmək kitabçasında həmin əmr barədə məlumat qeyd olunub (iş v. 53). Əmrin verilməsindən 1 ay sonra - xx.xx.2022-ci ildə iddiaçı əmək kitabçasını təhvil alıb və bu barədə akt tərtib olunub (iş v. 70). Aktda qeyd olunub ki, iddiaçı əmək kitabçasını aldıqdan sonra əmək kitabçalarının uçotu kitabını imzalamaqdan imtina edib. İddiaçı əmək kitabçasının ona həmin tarixdə verildiyini inkar etmir. Bu isə onu təsdiq edir ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsindən xx.xx.2022-ci ildə məlumatlı olub. İddia ərizəsi isə bu tarixdən 10 ay sonra, yəni xx.xx.2023-cü ildə verilib. Bununla da iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürüb. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, müddət ötürüldüyü halda mübahisəyə mahiyyəti üzrə o halda baxıla bilər ki, müddət bərpa edilsin. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədi. Ümumiyyətlə, iddiaçı müddətin bərpası barədə vəsatət verməyib, vəsatət olmadan məhkəmə öz təşəbbüsü ilə müddəti bərpa edə bilməz. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayətinin dəlillərinə görə, Avropa Məhkəməsi Ringeyzen Avstriyaya qarşı (1973) iş üzrə qərarında göstərmişdir ki, mübahisəli məsələnin qanunvericiliyin hansı sahəsi vasitəsilə (mülki hüquq, kommersiya hüququ və ya inzibati hüquq) tənzimlənməsi və ya həmin məsələyə baxmaq səlahiyyətinə hansı orqanın malik olması (məhkəmə, tribunal, yerli idartəetmə orqanı və s.) o qədər də əhəmiyyət kəsb etmir. Əgər həmin orqan “mübahisəni” həll etmək səlahiyyətinə malikdirsə, o halda 6-cı maddəsinin müddəaları bu cür araşdırmaya şamil olunur. Avropa Məhkəməsinin istinad edilən qərarında istinad etdiyi hüquqi mövqeyə əsasən hazırkı halda iddiaçının mübahisənin həlli üçün onu həll etmək səlahiyyəti olan orqana, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə müraciəti m əhkəməyə müraciət kimi qiymətləndirilməlidir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, §36-37). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ ED İLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

11. İşəgötürənin əsas hüquqları

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə

45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; Maddə

47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onlar ın qarşılıqlı razılığı ilə; Maddə

73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıx dıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər; Maddə

296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir; Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü ma ddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qət namə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.” “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərar: “... Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur.”

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli Qərar: “İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır”. “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərar: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasınd a baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

28. İlk olaraq, əməyin iqtisadi və sosial ölçüləri vardı r. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü təsdiq etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qor unması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Qeyd edilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.

29. İddia müddətinin mahiyyətinə gəldikdə, Kon stitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyə n şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1- ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“X1 rşı” iş üzrə xx.xx.1985-ci il tarixli, “Bellet Fransaya qarşı” iş üzrə xx.xx.1995-ci il tarixli qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri o byektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarı).

30. Bu kontekstdə kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin iddiaçının Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə müraciətinin məhkəməyə müraciət kimi qiymətləndirilməli olması barədə dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının “Azərbaycan dövləti” adlı 7-ci maddəsinə görə, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: - qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; - icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəm ə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.

31. Konstitusiyanın “İcra hakimiyyəti” adlanan Vİ fəslində yer alan 99-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur, 1031-ci maddəsinə görə isə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

32. Göründüyü kimi, Konstitusiyaya əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir, qanunvericilik, icra və məhkəmə h akimiyyətləri öz səlahiyyətləri çərçivəsində müstəqildirlər və biri digərinin fəaliyyətinə müdaxilə etmirlər.

33. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3204/2023 nömrəli iş üzrə 19 may 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar