Məhkəmə qərarları › İş №2(102)-3810/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3810/2025

22.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3810/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işəgötürənin əmrinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2025-ci il tarixli, 2(105)-1218/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali M əhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 04 aprel 2020-ci il tarixli əmək müqaviləsi ilə Cavabdeh MMC-yə sex rəisi vəzifəsinə işə qəbul edilmişdir.

2. Cavabdeh MMC-nin təsisçisi N.Q.Cəlilov tərəfindən verilmiş 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmri ilə İddiaçı 17 avqust 2020-ci il tarixindən həmin MMC-yə direktor vəzifəsinə təyin edilmişdir.

3. İddiaçı 20 iyul 2021-ci il tarixli ərizə ilə işəgötürənə müraciət edərək, Cavabdeh MMC-nin direktoru vəzifəsindən azad olunmasını xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, İddiaçı 17 avqust 2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru işlədiyi müddət ərzində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2, 7.8, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.3.4, 2.3.6.1, “Qazdan istifadə qaydaları”nın 3.3.7, 3.3.9, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.28, 9.29 və “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”nın 3.3.6, 3.3.7, 3.3.18-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalarına riayət etməməsi, yəni Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Novxanı yolunda yerləşən Cavabdeh MMCnin balansında və istismarında olan yeraltı 40 mm-lik polad qaz borusunu saz vəziyyətdə saxlamaq üçün xüsusi razılığı olan təşkilatla və ya qaz paylayıcısı ilə texniki xidmət müqaviləsi bağlamaması, qaz qurğularına xüsusi təlim keçmiş işçi heyəti tərəfindən xidmət göstərilməsini və Cavabdeh MMC-nin satış-ofis sahəsinin daxilində qaz sızmasını müəyyən edən detektor quraşdırılmasını təşkil etməməsi səbəbindən həmin 40 mm-lik polad qaz borusunun üzərində yaranmış korroziya nəticəsində xətdə əmələ gəlmiş dəliklərdən sızan qaz borunun üstünə keçirilmiş 108 mm-lik futlyar vasitəsi ilə satış sahəsindən 20 sm məsafədə yerləşən baxış quyusuna, oradan isə satış sahəsinə dolduğu üçün partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığı əmələ gəlmiş, 19 noyabr 2020-ci il tarixdə saat 16 radələrində satış sahəsində olan X6 işığı söndürən zaman elektrik açarında yaranmış qığılcımın təsirindən alışması səbəbindən baş vermiş partlayış zamanı X6 yuxarı tənəffüs yoll arının yanıq xəstəliyi və ağır dərəcəli yanıq şoku ilə nəticələnən, baş, sifət, boyun, hər iki qulaq seyvanları, hər iki yuxarı ətrafları, gövdənin arxa, döş qəfəsinin ön səthinin sağ və sağ yan səthinin, göbək ətrafı, hər iki sağrı, bud, diz oynaqları, hər iki baldır və sağ ayaq nahiyələrinin, ümumi bədən səthinin təxminən 7075%-ni əhatə edən 1-11 dərəcəli yanığı ilə müşahidə olunan sağlamlığına ağır xəsarət vurulmasına xarakterik xəsarətlər alaraq 27 noyabr 2020-ci il tarixdə saat 07:30-da müalicə olunduğu xəstəxanada ağır yanıq şokundan ölmüş, X2 baldırın orta 1/3-nin yanması ilə müşahidə olunan sağlamlığına yüngül dərəcəli zərər vurulmasına xarakterik xəsarət almış, eyni zamanda satış və sərgi salonu partlayışın təsirinə məruz qaldığı üçün digər ağır nəticə hesab edilən Cavabdeh MMC-yə 204.000 manat məbləğində tikinti üzrə maddi ziyan dəymiş, bununla da İddiaçı üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Həmin hökmlə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il müddətinə müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, ona təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 03 il sınaq müddəti təyin edilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məh kəməsinin 07 mart 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı 107500 manat məbləğində sığorta ödənişinin əvəzi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 397,50 manat məbləğində dövlət rüsumu, 0,40 manat bank xidməti və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 199 manat olmaqla, c əmi 108096,9 manatın alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 17 avqust 2020-ci il tarixdən cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi haqqında cavabdeh Cəmiyyətin təsisçisi N.Q.Cəlilov tərəfindən imzalanmış 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmrin etibarsız hesab edilməsi və mediasiya təşkilatına müraciəti ilə bağlı ödədiyi 60 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı öz ərizəsinə əsasən 04 aprel 2020-ci il tarixli, 04 saylı əmr ilə cavabdeh hüquqi şəxsdə sex rəisi vəzifəsinə təyin edilmiş və həmin gün onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmri Cavabdeh MMC-nin direktoru X9 imzalamışdır. Onunla bağlanmış müddətsiz əmək müqaviləsinə dair məlumatlar işəgötürənin səlahiyyətlərini yerinə yetirən Cavabdeh MMC-nin direktoru X9 tərəfindən imzalanmış 04 aprel 2020-ci il tarixli, xxxxxxx000500 nömrəli “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndə əksini tapmışdır. Qüvvədə olan nizamnaməyə görə Cavabdeh MMC-nin iki təsisçisi vardır: nizamnamə kap italında 30% payı olan fiziki şəxs X8 və nizamnamə kapitalında 70% payı olan hüquqi şəxs "xxxx" MMC. Təsisçi hüquqi şəxs "xxxx" MMC-ni onun direktoru N.Q.Cəlilov təmsil etmişdir. Nizamnaməsinin 5.1-ci bəndinə görə Cavabdeh MMC-nin fəaliyyətinə cari rəhbərlik onun təkbaşına icra orqanı olan direktoru tərəfindən həyata keçirilir. Nizamnamənin 4.3-cü bəndinə əsasən isə Cavabdeh MMC-nin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, o cümlədən, icra orqanının üzvlərinin (rəhbərinin) təyin edilməsi və geri çağırılması ümumi yığıncağın səlahiyyətlərinə aid edilmişdir. Nizamnamənin 4.4-cü bəndinə görə Cavabdeh MMC-nin nizamnamə kapitalındakı payların 75%-nə malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncaq səlahiyyətli sayılır. Nəzərə alınmalıdır ki, Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli hökmündə və onu qüvvədə saxlayan yuxarı məhkəmələrin qərarlarında onun 17 avqust 2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsində işləməsini təsdiq edən sənəd qismində Cavabdeh MMC-nin təsisçisi N.Q.Cəlilov tərəfindən imzalanmış 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmrə istinad edilmişdir. Ona görə də, bu əmrin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasına, onun imzalanmasının səbəb və əsasların tam və hərtərəfli araşdırılmasına zərurət yaranmışdır. Belə ki, Cavabdeh MMCdə 04 aprel 2020-ci il tarixdə sex rəisi vəzifəsinə təyin ediləndən sonra, iddiaçı başqa işə keçirilməsi, konkret olaraq, orada direktor vəzifəsinə dəyişdirilməsi barədə müraciət etməmiş, ərizə yazmamış, buna razılığı olmamışd ır. Onunla Cavabdeh MMC-nin direktoru qismində əmək müqaviləsi bağlanmamışdır. Lakin, Cavabdeh MMC-nin təsisçisi hüquqi şəxs "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tərəfindən imzalanmış 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmrdə göstərilir ki, o, 17 avqust 2020-ci il tarixdən Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Əmrin verilməsinə isə onun ərizəsi və əmək müqaviləsi əsas olmuşdur. Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsindən məlumatsız olması həm də onunla təsdiq edilir ki, iddiaçı əmrlə tanış edilməmiş, direktor təyin olunması ilə bağlı kollektivə təqdim olunmamış, Cavabdeh MMC-nin əmlakını idarəetməyə qəbul etməmiş, bu barədə hər hansı təhvil-təslim aktı imzalamamış və onunla direktor qismində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Ona g örə də, adıçəkilən əmrin, onun verilməsinə əsas olmuş ərizənin və əmək müqaviləsinin təsdiq edilmiş surətlərinin ona rəsmi qaydada təqdim edilməsinə dair 27 sentyabr 2024-cü il tarixli ərizə ilə Cavabdeh MMC-yə müraciət etmişdir. Yazılı müraciətinə 30 sentyabr 2024cü il tarixli cavab məktubundan aydın olmuşdur ki, Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmrin verilməsinə əsas olmuş ərizəsi və əmək müqaviləsi aşkar edilməmişdir. Həmçinin, iddiaçı 17 avqust 2020-ci il tarixdə cavabdeh MMC-nin direktoru vəzifəsinə onun hər iki təsisçisinin ümumi yığıncağının qərarı ilə deyil, nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tərəfindən təkbaşına imzalanmış 17 avqust 2020-ci il tarixli, 35 n ömrəli əmrlə təyin edilmişdir. Əlbəttə direktor vəzifəsinə təyin edilməsinə dair əmr nizamnamə kapitalında payı 70% olan bir təsisçi tərəfindən imzalandığına görə qanuni sayıla və onun üçün hər hansı hüquqi nəticələr yarada bilməz. Çünki o, 17 avqust 2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə onun nizamnamə kapitalındakı payların 75%-ə malik olan iştirakçıların təmsil olunduğu ümumi yığıncağın qərarı ilə təyin edilsə idi, nizamnamənin 4.4-cü bəndinə əsasən bu qanuni sayılardı. Bundan əlavə, 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmrlə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə onunla 17 avqust 2020-ci il tarixdə direktor qismində əmək müqaviləsinin bağlanmadığı Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2024-cü il tarixli sorğusuna ƏƏSMN yanında X3 Hüquq idarəsi nin 09 avqust 2024-cü il tarixli cavabında da təsdiqini tapmışdır. 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmrlə onun Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi barədə elektron informasiya sistemində əmək müqaviləsi bildirişi qeydiyyata alınmamışdır. Bu faktla təsdiq edilir ki, iddiaçının barəsində qeyd edilən əmr veriləndə 17 avqust 2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair onunla yazılı əmək müqaviləsi bağlanmamış və EİS-də əmək müqaviləsi bildirişi qeydiyyata alınmamışdır. Belə vəziyyətdə isə onunla Cavabdeh MMC-nin direktoru qismində əmək münasibətləri yaranmış hesab edilə bilməz, onun əmək funksiyası və öhdəlikləri müəyyən edilə bilməz. Göründüyü kimi, iddiaçı və cavabdeh MMC arasında 04 aprel 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsi nə 17 avqust 2020-ci il tarixdə dəyişikliklər edilməmiş, Cavabdeh MMC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Beləliklə, təsisçi N.Q.Cəlilov tərəfindən imzalanmış Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmr başqa işə keçirilməsinə razılığı və bu barədə ərizəsi olmadığına, onunla əmək müqaviləsi bağlanmadığına, əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydiyyata alınmadığına, ən nəhayət isə əmr nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi tərəfindən imzalandığına görə qanuni və etibarlı sayıla bilməz. 17 avqust 2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edildi yi 17 avqust 2020-ci il tarixdə bu vəzifədə təsisçilərdən biri X8 olmuşdur. Təsisçilərdən biri olan X5 özü Cavabdeh MMC-nin direktoru olduğu halda, boş olmayan bu vəzifəyə onun təyin edilməsi hüquqi baxımdan qətiyyən mümkün deyildir. Çünki nizamnaməyə əsasən Cavabdeh MMC-də bir direktor vəzifəsi nəzərdə tutulmuş, həmin vəzifəni tutan X8 isə bu vəzifədən azad edilməmiş və bu barədə heç bir rəsmi sənəd mövcud deyildir. Bundan əlavə 17 avqust 2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə Cavabdeh MMC-nin direktorunun təsisçilərdən biri X5 olduğu təsdiq edildiyi halda, həmin vəzifəyə iddiaçının təyin etməsi X1 həddində deyildir və həmin şəxs tərəfindən imzalanan bu sənəd onun üçün heç bir hüquqi nəticə yarada bilməz. Bundan başqa əgər iddiaçı 17 avqust 2020-ci il tarixdə cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilərdisə, onda onunla əmək müqaviləsi bundan dörd ay əvvəlki 04 aprel 2020-ci il tarixə deyil, elə həmin gün bağlanmalı idi. Lakin, onunla 17 avqust 2020-ci il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı müstəqil əmək müqaviləsi bağlanmamışdır. Daha sonra, 17 avqust 2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə onunla 04 aprel 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin 13 oktyabr 2020-ci il tarixdə qurtardığı bildirilir. Ən nəhayət, 17 avqust 2020-ci il tarixli, xxxxxxx000503 nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə göstərilənlə rdən fərqli olaraq, onun 17 avqust 2020-ci il tarixdən Cavabdeh MMC-nin direktor vəzifəsinə təyin edilməsi barədə 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmr mövcuddur. Bu əmri isə Cavabdeh MMC-nin təsisçisi N.Q.Cəlilov imzalamışdır. Orada yazılanlara görə əmrin verilməsinə guya onun ərizəsi və əmək müqaviləsi əsas olmuşdur. Lakin bunların heç biri həqiqətə uyğun deyildir.

10. Birinci instansiya məhkəməsində Cavabdeh MMC-nin nümayəndəsi X7 iddiaya etiraz ərizəsində və izahatında bildirmişdir ki, iddiaçı barəsində çıxarılmış hökmdə artıq iddiaçı müəssisəsinin direktoru olaraq qəbul edilmiş və hökm qanuni qüvvəyə minmişdir. Şirkət tərəfindən qəbul edilmiş sənədlər 5 il ərzində müəssisədə saxlanılır. İddiaçı qəsdən əmrin məhv olunmasını gözləmiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraci ət etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən hazırkı tələbə iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən əmək hüququnun pozulması ilə bağlı 3 ay müddətində məhkəməyə müraciət edilməsi nəzərdə tutulsa da, iddia müddəti 5 il ötürülmüşdür. Göstərilənlərə əsasən cavabdeh iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Abşeron Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(012)-1520/2025 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qanuni qüvvəsini almış hökmü ilə İddiaçı Cavabdeh MMC-nin direktoru kimi cinayət məsuliyyətinə cəlb olunaraq barəsində ittiham hökmü çıxarılmış, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 yanvar 2025-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə ödənilmiş sığorta haqqının subroqasiya qaydasında Cavabdeh MMC-nin direktoru kimi İddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, qeyd olunan hökm və qətnamə ilə İddiaçı Cavabdeh MMC-nin direktoru olması faktı təsdiq olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən həmin fakt yenidən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 82.4-cü maddəsinə əsasən isə qanuni qüvvəyə minmiş hökm mülki i ş üzrə mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi hesab edilir.

14. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmri mübahisələndirməməklə iddia müddətini ötürmüşdür. Bu xüsusat da cavabdehin ərizəsi əsasında məhkəməyə iddianın rədd edilməsinə əsas verir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.1, 296.2-ci, Mülki Məcəllənin 372.1, 372.2, 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(012)-1520/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddi anın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2025-ci il tarixli, 2(105)-1218/2025 nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(012)-1520/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, Əmək Məcəlləsinin 46 və 59-cu maddələrinin tələbinə əsasən başqa işə keçirmə işçinin razılığı ilə əmək müqaviləsinə dəyişiklik edilməklə və ya yeni əmək müqaviləsi bağlanmaqla həyata keçirilir ki, hazırkı mübahisə üzrə iddiaçının başqa işə keçirilməsi əmək müqaviləsinə edilmiş dəyişiklik yolu ilə baş vermişdir. Qanunvericilikdə başqa işə keçirmənin işçinin razılığı ilə həyata keçirilməsi nəzərdə tutulsa da, bu zaman razılığın ərizə formasında, yəni yazılı şəkildə olması qanunvericilikdə mütləq tələb kimi nəzərdə tutulmamışdır. İşdə olan sübutlarla isə müəyyən olunur ki, iddiaçının Cavabdeh MMC-də sex rəisi vəzifəsindən direktor vəzifəsinə keçirilməsində razılığı olmuşdur. Belə ki, iddiaçı ilə ilk dəfə əmək müqaviləsi bağlanarkən sex rəisi kimi aylıq əmək haqqısı 350 manat müəyyən edilsə də, direktor vəzifəsinə keçirildikdən sonra əmək haqqısı 1660 manatadək artmış, iddiaçı da artırılmış əmək haqqını almışdır ki, bu artım da məhz onun direktor vəzifəsinə keçirilməsi ilə bağlı olmuşdur. Bundan başqa iş materiallarında olan iddiaçıya məxs us 20 iyul 2021-ci il tarixli ərizədən görünür ki, o, Cavabdeh MMC-nin direktoru qismində ərizə ilə baş direktora müraciət edərək, direktor kimi işdən azad olunmasını xahiş etmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin də qətnaməsində qeyd etdiyi kimi iş materiallarında olan qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə də iddiaçının cavabdeh olan hüquqi şəxsin direktoru olması, sex rəisi vəzifəsindən direktor vəzifəsinə keçirilməsinin onun razılığı ilə baş verməsi təsdiq edilməkdədir. Buna görə də, apellyasiya kollegiyası iddiaçının onun razılığı və məlumatı olmadan sex rəisi vəzifəsindən direktor vəzifəsinə təyin olunması ilə bağlı dəlilini əsassız hesab etmişdir. Müqaviləyə edilmiş dəyişiklik mübahisələndirilmədiyi və etibarsız hesab edilmədiyi halda isə kargüzarlıq işini tənzimləmək məqsədi ilə işəgötürənin mülahizəsinə əsasən buna dair verilmiş əmrin etibarsızlığı və ya ləğvi tələbi də əsaslı hesab oluna bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Cavabdeh MMC-nin direktoru vəzifəsinə hər iki təsisçisinin ümumi yığıncağının qərarı ilə deyil, nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tərəfindən təkbaşına imzalanmış 17 avqust 2020-ci il tarixli, 35 nömrəli əmrlə təyin edilməsi, bunun isə Cavabdeh MMC-nin nizamnaməsinin 4.4-cü bəndinə əsasən qanunsuz olması ilə bağlı şikayətin dəlilinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı qeyd olunan əsasla əmək müqaviləsi nə edilmiş dəyişikliyi və ya işəgötürənin mülahizəsinə əsasən buna dair onun əmrini mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamaqla, həmin hüquq iddiaçının iddia etdiyi kimi nizamnaməyə əsasən buna hüququ olan digər təsisçiyə aid olmuşdur. İddiaçının Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edildiyi 17 avqust 2020-ci il tarixdən sonra isə iddiaçı ilə eyni əmək funksiyasını yerinə yetirən X8 adlı şəxsin isə həmin hüquqi şəxsin direktoru olmasını təsdiq edən sübutlar isə məhkəməyə təqdim edilmədiyindən, buna dair əlavə hüquqi dəyərləndirilmə aparılmasına da zərurət olmamışdır.

20. İddiaçının 17 avqust 2020-ci il tarixdə direktor qismində əmək müqaviləsinin bağlanmamasının Bakı Apellyasiya Məhkəməsinin 30 iyul 2024-cü il tarixli sorğusuna X3 Hüquq idarəsinin 09 avqust 2024-cü il ta rixli cavab məktubunda da əks olunması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, həmin məktubda İddiaçı adına Cavabdeh MMC tərəfindən Əmək və Məşğulluq alt sisteminə aktiv əmək müqaviləsi bildirişlərinin aşkar olunmadığı qeyd olunmuşdur ki, iddiaçının 2021-ci il tarixdən işdən azad olunması nəzərə alındıqda, həmin sistemdə Cavabdeh MMC ilə bağlı iddiaçıya dair aktiv əmək müqaviləsinin olması da mümkünsüzdür.

21. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə isə hesab etmişdir ki, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasın ın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə gör ə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, yuxarıda şərh olunanlara əsasən iddiaçının müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması və cavabdehin hər hansı bir pozuntuya yol verməsi müəyyən edilməmişdir. Bununla yanaşı, iddiaçı mübahisələndirilən əmrin verilməsindən ən pis halda barəsində cinayət işinin başlanması anından etibarən məlumatlı olmuşdur ki, həmin müddətdən də iki ildən artıq müddət keçmişdir. Hərçənd ki, iddiaçı sex rəisi vəzifəsindən direktor vəzifəsinə təyin olunması ilə bağlı əmrdən əmrin verildiyi vaxtdan məlumatlı olmuşdur. Yuxarıda istinad olunan Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraci ət etməkdə haqlı hesab oluna bilərdi.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 42, 46, 49, 59, 81, 82, 294, 296-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

24. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 sentyabr 2025-ci il tarixli, 2(105)-1218/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 3, 5, 7, 12, 43, 59-cu, Mülki Prosessual Məcəllənin 82.3, 82.4-cü maddələrinin tələbləri pozulmuşdur.

26. Belə ki, Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsindən İddiaçı məlumatsız olmuş, o, əmrlə tanış edilməmiş, direktor təyin olunması ilə bağlı kollektivə təqdim olunmamış, cavabdehin əmlakını idarəetməyə qəbul etməmiş, bu barədə hər hansı təhvil-təslim aktı imzalamamış və onunla direktor qismində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmamışdır. Cavabdehin məktubundan aydın olmuşdur ki, İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilməsinə dair 17 avqust 2020-ci il tarixli 35 nömrəli əmrin verilməsinə əsas olmuş ərizəsi və əmək müqaviləsi aşkar edilməmişdir. İddiaçı 17 avqust 2020-ci il tarixdə cavabdeh MMC-nin direktoru vəzifəsinə onun hər iki təsisçisinin ümumi yığıncağının qərarı ilə deyil, nizamnamə kapitalında payı 70% olan yalnız bir təsisçi – hüquqi şəxs "xxxx" MMC-nin təmsilçisi N.Q.Cəlilov tər əfindən təkbaşına imzalanmış 17 avqust 2020-ci il tarixli 35 nömrəli əmrlə təyin edilmişdir. İddiaçının cavabdeh MMC-də direktor vəzifəsinə təyin edilməsinə və onunla 04 aprel 2020-ci il tarixdə müddətsiz əmək müqaviləsinin bağlanmasına dair cavabdehin direktoru, təsisçilərdən biri olan X8 tərəfindən imzalanmış 17 avqust 2020-ci il tarixli xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” 17 avqust 2020-ci il tarixli 35 nömrəli əmrin qanuniliyi üçün hüquqi əsas sayıla bilməz. Təsisçi fiziki şəxs X5 Cavabdeh MMC-nin nizamnamə kapitalındakı payı 30% təşkil edir. Bundan başqa, iddiaçının 17 avqust 2020-ci il tarixli xxxxxxx000503 nömrəli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən, Cavabdeh MMC-nin di rektoru vəzifəsinə təyin edildiyi 17 avqust 2020-ci il tarixdə orada direktor vəzifəsində elə təsisçi X5 özü olmuşdur. X5 özü cavabdeh MMC-in direktoru olduğu halda, rəsmən boş olmayan bu vəzifəyə İddiaçı təyin etməsi hüququ baxımdan qeyri-mümkündür. Abşeron Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli qanuni qüvvəsini almış hökmündə İddiaçı Cavabdeh MMC-nin direktoru vəzifəsini tutmasını təsdiq edən yeganə sənəd qismində cavabdehin təsisçisi N.Q.Cəlilov tərəfindən imzalanmış 17 avqust 2020-ci il tarixli 35 nömrəli əmrə istinad edilmişdir. Hökmdən görünür ki, qeyd edilən əmrin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğunluğu, iddiaçı ilə əmək müqaviləsinin (kontraktının) bağlanıb-bağlanmaması və əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilib-edilməməs i halları yoxlanılmamışdır.

27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması ki mi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 46-cı maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 46-cı maddəsinin 6-cı hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 59-cu maddəsinə əsasən başqa işə keçirmə işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa pe şə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 60.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinə əsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş s übutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinə tam, ətraflı hüquqi qiymət verilmişdir (bax bənd 18-23). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

36. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçı, onun cavabdeh müəssisədə dir ektor vəzifəsinə təyin edilməsindən məlumatlı olmamasını iddia etsə də, həmin hal işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunan sübutlarla təkzib olunmuşdur.

37. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının hazırkı iddiası hüquqdan suiistifadə kimi qiymətləndirilməlidir.

38. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında göstərmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel ta rixli Qərarı).

39. Vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə aydınlıq gətirən Konstitusiya Məhkəməsi “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli qərarında izah etmişdir ki, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəl lənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

40. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdeh MMC-də direktor vəzifəsində fəaliyyət göstərməsi və onun bundan xəbərdar olması, o cümlədən bu vəzifəyə uyğun mənafelər (əmək haqqı, gəlir və s.) əldə etməsi işin mübahisəsiz halı olduğundan, onun bu vəzifədən irəli gələrək yol verdiyi pozuntularla bağlı cinayət və mülki məsuliyyətə cəlb edildikdən sonra, direktor vəzifəsinə təyin edilməsinə dair əmrin etibarsızlığı tələbini irəli sürməsi vicdanlıq prezupsiyasına uyğun deyildir.

41. Bu səbəbdən də, iddiaçının qeyd olunan vəzifəyə təmin edilərkən prosedur qaydalara riayət olunmamasına (əmrin səlahiyyətsiz şəxs tərəfindən verilməsi, iddiaçının bununla bağlı qabaqcadan yazılı razılığının alınmaması, rəsmi təhvil-təslim aparılmaması və s.) dair kassasiya şikayətinin dəlilləri əsassızdır.

42. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan m addi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2025-ci il i tarixli, 2(105)-1218/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar