Məhkəmə qərarları › İş №2(102)-3812/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3812/2020

21.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3812/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və X8 ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Yusifov Ceyhun Sultan oğlunun, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1 vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X2 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)-885/2020 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1 kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat İnstitutu ilə onun arasında bağlanılmış 281 nömrəli əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxxx 2019-cu il tarixli 114 nömrəli əmrin ləğv edilərək, həmin İnstitutun Ürək qan-damar sistemi xəstəliklərinin reablitasiya şöbəsinə kiçik elmi işçi vəzifəsinə bərpa olunması və işləmədiyi müddət üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının vəsatəti əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4246/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1 114-K nömrəli xx xxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı “Ürək qan damar xəstəliklərinin reabilitasiyası şöbəsinə kiçik elmi işçi vəzifəsinə” bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqı fərqinin iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Gültəkin Əsədova) Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X3 qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-885/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx x xxxxxx 2019-cu il tarixli, 2(005)-42462019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elşad Şamayev (sədrlik edən və məruzəçi) Məmməd Məmmədov, İlham Kərimli) Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X3 (vəkili Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-cİ il tarixli qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh işəgötürən olaraq iddiaçı ilə mək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci ma ddəsinin “ç” bəndi ilə xitam vermişdir. İşdən azad etmənin əsası kimi iddiaçının əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması və barəsində qanuni qüvvəyə minmiş hökmün olması göstərilmişdir. Əvvəllər də iddiaçıya rəhbərlik tərəfindən şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. İddiaçının barəsində olan hökm qanuni qüvvəyə minəndən sonra yaranmış vəziyyətlə bağlı ona başqa bir tibb müəssisəsində işini davam etdirmək üçün öz ərizəsi ilə işdən getməsi təklif edilmişdir. Razılıq olmadığından işəgötürənin əmri ilə son haqq-hesab, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi və digər öğdəmələr aprel ayının sonuncu günündə iddiaçının kartına köçürülmüş, sənədlər isə iddiaçıya xx xxx 2019-cu ildə poçt vasitəsilə göndərilmişdir. Buna görə də iddiaçının işdən azad edilməsi tam qanuni olmuşdur. Bundan əlavə iddiaçı hazırki iddianı xx xxxx 2019-cu ildə verməklə iddia müddətini ötürmüşdür. Bu barədə ərizə versələr də, məhkəmələr ərizəyə əhəmiyyət verməmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1 vəkili Vəkil kassasia şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdil Məhkəmə kollegiyasının iclasında İddiaçı Nurəddin qızı və vəkili Yusifov Ceyhun Sultan oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ İddiaçı iddiasında tələbini faktiki əsası kimi ona istinad edib ki, xx xxxxxx 2003-cü ildən xx xxxx 2004-cü il tarixədək akademik C.M.Abdullayev adına ElmiX7nda həkim kimi internatura keçmiş, xx xxxxxx 2009-cu il tarixdə həmin instituta bir ştat vahidi həkim kardioloq vəzifəsinə qəbul edilmiş, xx xxxxxxxx 2014-cü il tarixdən “Ürək qan damar xəstəliklərinin reablitasiyası şöbəsinə kiçik elmi işçivəzifəsinə” keçirilmişdir. xx xxxxx 2019cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İnstitut direkto runun xx xxxxx 2019-cu il tarixli 114 k nömrəli əmri ilə işdən çıxarılmışdır. İşdən çıxarılma ilə əlaqədar əmrdə əsas olaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə olan cinayət işi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün qanuni qüvvəyə minməsi göstərilmişdir. Sözügedən cinayət hadisəsi xx xxxxxxxx 2018-ci il tarixdə baş vermiş, xx xxxxxxxx 2018-ci il tarixdə barəsində ittiham hökmü çıxarılıb-çıxarılmayacağını gözləmədən həmin cinayətlə əlaqədar ona Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət“ verilmişdir. Barəsində olan məhkəmə hökmündə onun həkim olaraq işləyib-işləyə bilməməsi mübahisələndirilməmiş, səhiyyə sistemində vəzifə tuta biləcəyinə qadağa qoyulmamışdır. İşdən çıxarılmağı ilə əlaqədar xx xxxxx 2019-cu il tarixli əmrin mətnində əmək fəaliyyətinə xitam verilməsinin əsası kimi, xx xxxxxxxx 2018-ci il tarixli kollektivin iclas protokolu və həmkarlar təşkilatının xx xxxxxxxx 2018-ci il tarixli protokollarından çıxarışlar nəzərə alınmışdır. Bununla da bir hərəkətə görə qanunun eyni maddəsi ilə onun barəsində iki intizam tənbehi tətbiq edilmişdir: birinci dəfə xx xxxxxxxx 2018-ci il tarixdə “sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət” intizam tənbehi, ikinci dəfə isə tənbeh olaraq əmək müqaviləsinə xitam verilmişdir ki, bu da mövcud qanunvericiliyin tələbinə ziddir. Bundan başqa, işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verildikdən sonra əmək kitabçası ona qaytarılarkən əmə k kitabçasının tərtibi qaydaları pozularaq xx xxxxxxxx 2018-ci il tarixdə ona verilmiş “sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət” intizam tənbehi əsassız olaraq əmək kitabçasına daxil edilmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 69, 186, 187 və 189-cu maddələrinə istinad etmişdir. Cavabdeh təşkilat iddiaya etiraz olaraq göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsi xx xxxxx 2019-cu il tarixli əmrə pozulub və həmin ayda da son haqq-hesab və əmək kitabçası iddiaçıya verilib. İddiaçı isə xx xxxx 2019-cu il tarixdə məhkəməyə bu iddianı verməklə 1 aylıq iddia müddətini ötürüb. Cavabdeh etirazının əsası kimi Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə əsasında nümay əndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş, gəldiyi nəticəni də əmək müqaviləsinə xitam verilməsi zamanı həmkarlar ittifaqı təşkilatının buna qabaqcadan razılığının alınmamasına, cinayət törətdiyinə görə iddiaçıya xx xxxxxxxx 2018-ci il tarixli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyi halda, cinayət törətdiyinə görə həm də əmək müqaviləsinə xitam verilməsinin yolverilməz olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 3, 42, 68, 70, 72, 74, 80, 83, 186, 189, 287, 288 və 292-ci maddələri ilə əsaslandırmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tələbini onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilməsi ilə əsaslandırmşdır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasənhəmkarlar ittifaqının xx xxxxxxxx 2018-ci il tarixdə keçirilmiş iclasında iddiaçıya yalnız şiddətli töhmət verilməsinin qərara alınmasını, iclasda iddiaçının işdən azad olunması məsələsinin müzakirə olunmamasını, bununla da Akademik C.M.Abdullayev adına ElmiX5 xx xxxxx 2019-cu il tarixli 114-K nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmamasını, cinayət törətdiyinə görə iddiaçıya xx xxxxxxxx 2018-ci il tarixli əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyi halda, eyni fakta görə iddiaçının həm əmək müqaviləsinə xitam verilməsini müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də 68, 70, 71, 72, 80, 83 və 189-cu maddələri ilə əsaslandırmşdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının müəyyən edilməsinə is tinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi və prosessual hüquq normaları düzgün tətbiq etmişdir. İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulmasının sübut edilməsindən asılıdır. Belə ki, hər iki instansiya məhkəmələrinin müəyyən etdiyi işin hallardan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxx 2019-cu il tarixli 114-K nömrəli əmrlə xitam verilərkən həmkarlar ittifaqının xx xxxxxxxx 2018-ci il tarixli qərarına və iddiaçı barəsində Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxx 2019-cu il tarixli hökmünə istinad edilsə də, həmkarlar ittifaqının xx xxxxxxxx 2018-ci il tarixli qərarı iddiaçı ilə əmək müqaviləsinin xitamına razılıq verilməsi barədə yox, iddiaçının cinayət törətməsi faktına görə ona şiddətli töhmət verilməsi barədə olmuşdur. Bu da nəticədə həm əmək müqaviləsinə xitam verilərkən həmkar təşkilatının razılığının alınmaması və eyni fakta görə iki intizam tənbehinin verilməsinə gətirib çıxarmışdır. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir. Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına g örə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxx 2019-cu il tarixli 114-K nömrəli əmrlə xitam verilərkən müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığının alınmaması işin mübahisəsiz halı kimi müəyyən edilib. Halbuki Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla ləğv edilməsi zamanı işəgötürən müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığını almalıdır. Həmçinin xx xxxxx 2019-cu il tarixli 114-K nömrəli əmrin verilməsinə əsas olan həmkarlar ittifaqının xx xxxxxxxx 2018-ci il tarixli qərarı iddiaçının cinay ət törətməsi faktına görə ona şiddətli töhmət verilməsi barədə olmuşdur ki, bu da işin mübahisə edilməyən halı kimi müəyyən edilib. Həmkarlar ittifaqının xx xxxxxxxx 2018-ci il tarixli qərarına yenidən istinad etməklə iddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verilməsi isə eyni bir intizam xətasına görə bir neçə intizam tənbehi verilməsini təsdiq edir. Bu da Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinə zidd olmuşdur. Göründüyü kimi, tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsinə əsas vermişdir. Bundan başqa, apelyasiya məhkəməsi apelyaisya şikayətini təmin etməyərkən onu da qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərin i yerinə yetirməməsi barədədir. Lakin işəgötürən tərəfindən əmrdə iddiaçının hansı əmək funksiyasını və ya əmək müqaviləsi ilə müəyyən olunmuş öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olunması göstərilməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası iddiaçının bir aylıq iddia müddətini ötürməsi barədə cavabdehin dəlilinə apelyasiya məhkəməsi tərəfindən əhəmiyyət verilməməsi barədə kassasiya şikayətinin dəlilini də əsassız sayır. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi cava bdehin bu dəlilini araşdırmış və qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin iddiaçıya təqdim edilməməsi şahid ifadələri ilə müəyyən olunduğu halda, cavabdeh təşkilat bunun əksini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddiaçının müddəti ötürməsinin digər bir əsası kimi iddiaçının əvvəllər də eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etməsinə və iddiasını geri götürməsinə istinad etsə də, apelyasiya instansiyası bu dəlili də əsassız saymışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilini araşdırmaq məqsədi ilə iddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verdiyi ilkin iddia ərizəsi üzrə toplanmış 2(005)-3520/2019 saylı mülki işin materiallarını tələb edib, öyrənmiş və müəyyən etmişdir ki, iddiaçı iddia ərizəsini xx xxxx 2019-cu il tarixdə məhkəməyə təqdim etmiş, xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclası işin məhkəmədən kənar həll edilməsi məqsədi ilə cavabdehin nümayəndəsinin xahişinə əsasən təxirə salınmış və xx xxxxxx 2019-cu il tarixdə iddiaçının iddia ərizəsini geri götürməsi əsası ilə iddia baxılmamış saxlanılmışdır. Həmin işin materiallarında da iddiaçıya işdən azad olunma əmrinin təqdim olunmasını təsdiq edən sübut mövcud olmamışdır. Üstəlik, iddiaçının ilk ərizəsi xx xxxxxx 2019-cu il tarixdə baxılmamış saxlanıldığı halda, o, hazırki iddia ilə məhkəməyə xx xxxxxxxx 2019-cu il tarixdə, yəni 14 gündən sonra müraciət etməklə, qanunvericiliklə əməkmübahisələrinin həlli üçün müəyyən olunmuş iddia müddətini ötürməmişdir. Buna görə də iddia müddətinin ötürülməsi barədə cavabdehin dəlilinə apelyasi ya məhkəməsi tərəfindən əhəmiyyət verilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Apelyasiya məhkəməsi həmin dəlilləri iş materiallarını və digər məhkəmə işini araşdırmaqla təkzib etmişdir. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1 kassasiya şikayətitəmin edilməməli, apelyasiya instans iyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi C.M.Abdullayev adına X1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)885/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar