Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3812/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyi üzrə borcun tutulması 13.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1048/2024 nömrəli, 7 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixli abunə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən "xxxx" MMC nağd qaydada (077)-315-55-51 nömrəsini Cavabdeh satdığını, eləcə də mobil (sellular) rabitə xidmətinin göstərilməsinə dair sonuncu ilə razılıq əldə olunduğunu və Cavabdeh qeyd olunan mobil nömrədən istifadə əsasında 14.362 manat məbləğdə borcu yarandığını iddia edir.
2. Cavabdeh isə belə bir müqavilə bağlamadığını, həmin müqaviləni imzalamadığını, ona (077)-315-55-51 saylı nömrə satılmadığını və həmin nömrənin heç vaxt onun istifadəsində olmadığını bildirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" MMC (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 14.362 manat məbləğində əsas, 4.308 manat dəbbə pulu, 3.134 manat nümayəndəyə çəkilən xərc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 21.824 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli abunə müqaviləsinə əsasən cavabdehə (077)-315-55-51 saylı nömrə ilə mobil (sellular) rabitə xidmətini göstərməyi, cavabdeh isə həmin xidmətlərin və danışıqların əvəzini, habelə aylıq haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının cavabdehə göstərdiyi mobil rabitə xidmətlərinə əsasən cavabdehin (077)-315-55-51 saylı nömrəyə əsasən 14.362 manat məbləğində borcu yaranmış, lakin həmin borc məbləği cavabdeh tərəfindən bu günə kimi ödənilməmi şdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 2 may 2011-ci il tarixli, 2(001)-1711/11 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 14.362 manat məbləğində əsas, 400 manat məbləğində dəbbə pulu, 15 manat dövlət rüsumu, cəmi 14.777 manat məbləğində vəsaitin tutulub iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Elmar Rəhimov).
6. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında rabitə xidmətinin göstərilməsi haqqında müqavilə bağlanıb və cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdehin iddiaçıya sözügedən müqavilə üzrə 14.362 manat əsas; 400 manat dəbbə pulu olmaqla, cəmi 14.777 manat ödənilməmiş borcu yaranmışdır. Ona görə də iddia qism ən təmin olunmalıdır.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 467, 472-ci maddələrinə, habelə MPM-in 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2010-cu il tarixli hər hansı müqavilə bağlanmamış, cavabdeh həmin müqaviləni imzalamamış, həmin müqaviləyə əsasən cavabdehə (077)-315-55-51 saylı nömrə satılmamış və həmin nömrə heç vaxt onun istifadəsində olmamışdır.
10. Məhkəmə iclasına dəvət edilmiş ekspert Əlipaşa Abdullayev izahatınd a göstərmişdir ki, tədqiq olunan imzalar 3 hissədən ibarətdir, “Ə” hərfi, hərf təşkil etməyən cizgilər və son xətdən ibarətdir. Cavabdehin 2010-cu ilə dair imza nümanəsi var, “A” hərfi ilə başlayır, təxminən 2020-ci ildəki imzaları var, həmçinin vəsiqəsində də “Ə” hərfi ilə imzaları var. Sərbəst imza nümunələrində fərqlər var, “Ə” hərfinin icrasında həm uyğunlaşdırıcı, həm fərqləndirici əlamətlər vardır.
11. Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2024-cü il tarixli ekspert rəyinə görə ekspertizaya təqdim edilmiş mülki işin 8-ci vərəqində İddiaçı MMC ilə Cavabdeh adlarından olan xx.xx.2010-cu il tarixli müqavilədə “Abunəçinin imzası” və “Abunəçi” qrafalarındakı imzaların- Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etm ək mümkün olmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra-apellyasiya instansiyası məhkəməsi) 2(103)-1048/2024 nömrəli iş üzrə 7 may 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1711/11 nömrəli, 2 may 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun alınması tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir (Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli).
13. Məhkəmə kollegiyası, ekspert rəyinə və məhkəmə iclasına dəvət edilmiş ekspertin izahatına istinad edərək qeyd etmişdir ki, müqavilədəki imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Ona görə də iddia tələbinin əsasını təşkil edən müqavilənin həqiqətən cavabdeh tərəfindən imzalanıbimzalanmadığını müəyyən etmək mümkün olmadığı halda, iş materiallarında olan cavabdehin 2007-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə nəzər saldıqda, vizual baxışdan cavabdehin oradakı imzası ilə sözü gedən müqavilədəki imzaların fərqli olduğu müəyyən edilir.
14. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən xx.xx.2010-cu ildən xx.xx.2010-cu il tarixə ümumi ödənilməli məbləğ 14.362,96 manat hesablanmışdır. xx.xx.2010-xx.xx.2010 aralığı üçün belə böyük məbləğdə borcun hesablanması əsasları açıqlanmamış və əsaslandırılmamışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tələb edilən borc məbləğinin əsasını təşkil edən müqavilənin həqiqətən cavabdeh tərəfindən imzalanması təsdiq edilmədiyindən həmin müqaviləyə istinadən borcun cavabdehdən tələb edilməsi əsassızdır. Əqdin etibarlılıq şərtlərindən biri- səlahiyyətli sübyekt tərkibinə dair tələbə riayət olunmamışdır. Belə əqd isə əhəmiyyətsizdir, onun məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq puç əqddir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.1, 389.1, 399.1, 407.1-ci və Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1048/2024 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətində qeyd olunmuşdur ki, hazırki işə baxan məhkəmə göstərilən mddi və prossesual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, iddiaçının nümayəndə və vəkili Vəkil2 xx.xx.2024-cü il tarixli məhkəmə prosesinin vaxtı barədə nə sms, nə də poçt vasitəsi ilə məlumat verilməmişdir. Bununla da, iddiaçı tərəfindən məhkəmədə çıxış etmək, müvafiq sübutlar təqdim etmək, vəsatətlər vermək imkanı məhdudlaşdırılmışdır. Bundan başqa kassasiya şikayətində qeyd olunmuşdur ki, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə abunə müqaviləsində olan imzanın cavabdehə aid olub-olmadığı müəyyən edilməmişdir. Belə olan halda ya əlavə, ya da təkrar məhkəmə xəttşünaslıq ekspertizas ı təyin edilməli idi. Lakin məhkəmə tərəfindən göstərilən prosessual hüquq normasının tələbi pozulmuş, məhkəmə öz mülhaizəsinə əsasən “vizual gözlə” müqavilənin cavabdehə aid olmadığı qənaətinə gəlmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdehin kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb e tmək hüququ vardır.
21. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
23. Maddə
442. Öhdəliyini cra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyin i icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bi r sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 3
3. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasə n iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, ekspertin rəyinə və izahatına görə, sözügedən müqavilədəki imzanın cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Əksinə, cavabdehin adına 2007-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində olan imzaya vizual baxış k eçirilərkən müəyyən olunmuşdur ki, cavabdehin şəxsiyyət vəsiqəsindəki imzası ilə sözü gedən müqavilədəki imza biri-birindən kəskin şəkildə fərqlənir.
40. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş hesab fakturaya əsasən xx.xx.2010-cu ildən xx.xx.2010-cu il tarixədək 14.362,96 manat borc hesablansa da, həmin borcun hansı qaydada hesablanması açıqlanmamış və lazımı şəkildə əsaslandırılmamışdır.
41. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq qeyd etmişdir ki, tələb edilən borc məbləğinin əsasını təşkil edən müqavilənin həqiqətən cavabdeh tərəfindən imzalanması sübuta yetirilmədiyindən, həmin müqaviləyə istinadən borcun cavabdehdən tələb edilməsi əsaslı sayıla bilməz. Ç ünki, əqdin etibarlılıq şərtlərindən biri- səlahiyyətli sübyekt tərkibinə dair tələbə riayət olunmamışdır. Belə əqd isə əhəmiyyətsizdir, onun məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq puç əqddir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmalıdır.
42. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 may 2024-cü il tarixli, 2(103)-1048/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.