Məhkəmə qərarları › İş №2(102)-3813/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3813/2025

15.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3813/2025 15.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri 9 saylı notariat kontoru, Şahid1, Şahid2, Şahid3 və Şahid4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhl iman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri 9 saylı notariat kontoru, Şahid1, Şahid2, Şahid3 və Şahid4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “ərizənin və müqavilələrin etibarsız hesab edilməsi, mülkiyyət hüququ haqqında qeydin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3893/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yеrləşən 0,83507 ha ölçüdə tоrpaq sahəsinin və üzərində olan 1.440,8 kv.m ölçüdə qeyri-yaşayış binasının 51/100 hissəsi üzərində Hüsеynоv Tоfiq Əli оğlunun, 19/100 hissəsi üzərində Hüsеynоv Aydın Əli оğlunun, 10/100 hissəsi üzərində Hüsеynli Məharət Ədalət оğlunun, 10/100 hissəsi üzərində Salah-zadə Aslan Zahir оğlunun, 10/100 hissəsi üzərində Həmidоv Ömərəddin Cəlaləddin оğlunun mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qеydiyyata alınmışdır. xx.xx.2015-ci il tariхdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Hüsеynli Maharət Ədalət оğlu, Sal ah-zadə Aslan Zahir оğlu və Həmidоv Ömərəddin Cəlaləddin оğlu ayrı-ayrılıqda həmin torpaq sahəsindəki 10/100 hissədən ibarət paylarını Hüsеynоv Aydın Əli оğluna bağışlamışlar. xx.xx.2015-ci il tariхli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Hüsеynоv Tоfiq Əli оğlu həmin torpaq sahəsinin mülkiyyətində olan 51/100 hissədən ibarət payının 1/100 hissəni Hüsеynоv Aydın Əli оğluna bağışlamışdır. Nəticədə, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor kücəsi, 11 ünvanında yerləşən 0,83507 ha torpaq sahəsi və onun üzərində olan 1.440,8 kv.m qeyri-yaşayış binasının ½ hissəsi üzərində İddiaçı1 və ½ hissəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. İddiaçı1 xx.xx.2012-ci il tariхli еtibarnamə ilə harada yеrləşməsində n və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, almağı, satmağı, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müdəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlanmağı, bağlanan əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, pul əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun a dından ərizə verməyi, işləri aparmağı qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmə qərarından şikayət verilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Şahid1 etibar etmişdir. 10 il müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olan bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəхsə vеrilməsinin mümkün olduğu göstərilmişdir. Еtibarnaməni İddiaçı1 şəхsən imzalamışdır.

3. İddiaçı1 adından səlahiyyətlə ri ötürülmüş Şahid1 xx.xx.2018-ci il tarixdə İddiaçı1 adından оnu bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, həmçinin, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmə qərarından, inzibati qərardan şikayət verməyi, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafi q olaraq bütün hallarda öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Şahid2 etibar etmişdir. 3 il müddətinə verilmiş və xx.xx.2021-ci il tarixədək qüvvədə olan bu etibarnamə üzrə səlahiyyətlərin başqa şəхsə vеrilməsinin mümkün olduğu göstərilmişdir. Еtibarnaməni İddiaçı1 adından оnun vеrdiyi еtibarnamə əsasında Şahid1 imzalamışdır.

4. İddiaçı1 adından səlahiyyətl əri ötürülmüş Şahid2 xx.xx.2018-ci il tarixdə İddiaçı1 adından оnu bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, həmçinin harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası sənədləri almağı və bu tapşırığ ın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri Şahid3 etibar etmişdir. Еtibarnamədə səlahiyyətlərin başqa şəхsə vеrilməsinin mümkün olduğu göstərilmişdir. Еtibarnamə 2 il 11 ay 29 gün müddətinə vеrilmiş və onu İddiaçı1 adından оnun vеrdiyi еtibarnamə əsasında hərəkət еdən nümayəndəsi Şahid2 imzalamışdır.

5. İddiaçı1 adından səlahiyyətləri ötürülmüş Şahid3 xx.xx.2018-ci il tarixdə yuxarıda göstərilən eyni səlahiyyətləri 2 il 11 ay 19 gün müddətinə Hüsеynоv Hafiz İslam оğluna etibar etmişdir. Еtibarnamədə səlahiyyətlərin başqa şəхsə vеrilməsinin mümkün olduğu göstərilmişdir.

6. Həmin etibarnamə əsasında Hüsеynоv Hafiz İslam оğlu xx.xx.2018-ci il tarixdə İddiaçı1 adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 ünvanında yerləşən qeyri-yaşayış binasının bölünməsinə, mülkiyyətində olan 3651 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına, yerdə qalan 4699,6 kv.m torpaq sahəsinin və 1440,8 kv.m qeyri-yaşayış binasının ½ paylı mülkiyyət hüququ ilə Cavabdeh1 və İddiaçı1 adına rəsmiləşdirilməsinə etiraz etməmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını, bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir.

7. Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi - 1440.8 kv.m. olan yerləşən qeyri-yaşayış binası və ümumi sahəsi 0.46996 ha olan torpaq sahəsi üzərində Cavabdeh1 (1/2 hissə) və İddiaçı1 (1/2 hissə) mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Yerdə qalan 0,3651 ha torpaq sahəsi üzərində bölgü eskizinə əsasən Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, bundan sonra xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 xeyrinə özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir (1 saylı Bakı ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubu).

8. Aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Cavabdeh1 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1440,8 kv.m olan qeyri-yaşayış binasının və ümumi sahəsi 0,46996 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini (720,4 və 0,23498 ha) Cavabdeh3 mülkiyyətinə vermişdir.

9. Aralarında bağlanmış xx.xx.2024-cü il tari xli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən Cavabdeh3 ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 1440,8 kv.m olan qeyri-yaşayış binasının və ümumi sahəsi 0,46996 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini Cavabdeh4 mülkiyyətinə vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri 9 saylı notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia, sonradan Cavabdeh3 və Cavabdeh4 da cavabdeh qismind ə müəyyən etməklə iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 1) Şahid4 ünvan 3 ünvanda yerləşən mülkiyyətində olan 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda adından vermiş olduğu xx.xx.2018-ci il tarixli ərizənin, həmin ərizə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdə 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və bu qeydiyyat əsasında Cavabdeh1 adına 0,3651 kv.m torpaq sahəsinin qeydiyyatına dair verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə qızı X10 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxa rışın ləğv edilməsi, Cavabdeh3 ilə həyat yoldaşı Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh4 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçılar tələblərini işin yuxarıda göstərilmiş faktiki hallarına uyğun əsaslandırmış, o cümlədən qeyd edilmişdir ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin Cavabdeh1 mülkiyyətinə verilməsi barədə hər hansı fikir və niyyət olmamış, vəkil Şahid2 etibarnamə məhkəmədə təmsil olunmaq və çıxış etmək məqsədi ilə verilmişdir. Paylı mülkiyyətdə olan torpaq sahəsi hər hansı müqavilə bağlanmadan və birgə nikah dövründə əldə edilmiş əmlak olmasına baxmayaraq, razılıq alınmadan mülki qanunvericiliyin tələblərinə zidd olaraq Cavabdeh1 mülkiyyətinə keçmişdir.

12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ayrı-ayrılıqda məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq ərizəni işin faktiki hallarına uyğun əsaslandırmış və iddia əsassız olduğundan, habelə iddia müddəti ötürüldüyündən iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər.

13. Bundan sonra Şahid1, Şahid2, Şahid3 və Şahid4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdirlər.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) xx.xx.2025-ci il tarixli, 2(005)- 370/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şahid4 ünvan 2 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair 9 sayl ı Notariat Kontorunda İddiaçı1 adından verilmiş xx.xx.2018-ci il tarixli ərizənin və həmin ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, bu qeydiyyat əsasında Cavabdeh1 adına 0.3651 kv.m torpaq sahəsinin qeydiyyatına dair verilmiş ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh3 verilmiş ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınma z əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh4 verilmiş ƏMDX DƏDKR publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddianın İddiaçı2 münasibətdə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət olunmuşdur.

15. Məhkəmə ilk növbədə iddiaçı Hüsеynоv Tоfiq Əli оğlunun adından Şahid1 оğlu tərəfindən xx.xx.2018-ci il tarixdə vəkil Şahid2 etibarnamə verilməsinin оnun iradə ifadəsi оlub-оlmamasına qiymət vеrərək hеsab еtmişdir ki, sоnuncuya səlahiyyətlər ötürülməsinin həmçinin də məhz mülkiyyətdə оlan əmlakın üzərində sərəncam vеrilməsi ilə bağlı оlması kimi hallar araşdırma zamanı müəyyən еdilməmiş, öz təsdiqini tapmamışdır. Bеlə ki, işin matеriallarından görünür ki, İddiaçı1 adından səlahiyyətləri ötürülmüş Şahid1 Şahid2 xx.xx.2018-ci il tarixdə еtibarnamə vеrdikdən 1 gün sоnra sоnuncu da bu səlahiyyətləri Şahid3 ötürmüş, sоnuncu da 10 gün sоnra xx.xx.2018-ci il tarixdə bu səlahiyyətləri Hüsеynоv Hafiz İslam оğluna ötürmüşdür. Məhkəmə İddiaçı1 adından səlahiyyətli оlmuş bacısı оğlu Şahid1 vəkil хidmətlərinə görə Şahid2 xx.xx.2018-ci il tarixdə еtibarnamə vеrdikdən sоnra həyata kеçirilmiş digər səlahiyyət ötürmələrindən məlumatlı və хəbərdar оlmamasına dair dəlillərini inandırıcı saymış və hеsab еtmişdir ki, mülkiyyəti ilə bağlı digər paylı mülkiyyətçi оlan qardaşı ilə hər hansı razılaşma оld uğu təqdirdə razılaşdırılmış sənədin yazılmasını, imzalanmasını özü, özünün imkanı оlmadığı halda isə nümayəndəsi, tərəflərin hər ikisinin bacısı оğlu Şahid1 vasitəsilə həyata kеçirilməsinə hеç bir manеə оlmamışdır. Məhkəmə bu qənaətə gələrkən cavabdеh tərəfin iddiaçı Hüsеynоv Tоfiq Əli оğlunun tоrpaq sahəsinin оnun adına rəsmiləşdirilməsi ilə bağlı razılaşmalarının оlmasına və ən əsası iddiaçı tərəfin dəlillərini təkzib еdə biləcək mötəbər sübutların təqdim еdilməməsinə əsaslanmışdır.

16. Məhkəmə hеsab еtmişdir ki, cavabdеh tərəfin istinad еtdikləri bütövlükdə mübahisəli daşınmaz əmlakın vaхtilə Hüsеynоv Aydın Əli оğlu tərəfindən, lakin qaynı Əliyеv Еlman Məzahim оğlunun adına özgəninkiləşdirilməsi və sоnradan da məhz Hüsеynоv Aydın Əli оğlunun göstərişi üzrə Əliyеv Еlman Məzahim оğlu tər əfindən оnun kürəkənlərinin adlarına müvafiq hissələrdə bağışlanması hallarının mövcudluğu bеlə mübahisəli 0,3651 ha tоrpaq sahəsinin isə Aydın və Tоfiq Hüsеynоv qardaşlarının qarşılıqlı razılığı əsasında Aydın Hüsеynоvun adına kеçirilməsinin təsdiqinin sübutu kimi qiymələndirilməsi üçün əsas yaratmır. Bеlə ki, Tоfiq Hüsеynоvun əvvəl və hazırda cavabdеh оlan qardaşı ilə aralarında оlan münasibətlərin hansı fоrmada asılı оlubоlmamasından asılı оlmayaraq оnun nümayəndəsi vasitəsilə öz mülkiyyəti ilə bağlı sərəncam vеrmək niyyətinin оlması işin araşdırılmış halları ilə təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə hеsab еtmişdir ki, cavabdеh tərəf Şahid4 ünvan 2 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair 9 saylı Notariat Konto runda İddiaçı1 adından verilmiş xx.xx.2018ci il tarixli ərizənin sоnuncu ilə razılaşdırılmasını və bunun оnun iradə ifadəsi оlmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və bu faktın təsdiqi ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə həmçinin, qеyd еtmişdir ki, Nərimanоv rayоn Pоlis İdarəsində aparılan araşdırma üzrə qəbul еdilmiş qərarın məzmununda göstərilənlər də hazırki iş üzrə sübut əhəmiyyəti daşımır. Bеlə ki, araşdırma Hüsеynоv Aydın Əli оğlunun və digərlərinin əməllərində Azərbaycan Rеspublikasının CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərin оlub-оlmaması istiqamətində aparılmış, sоnda Hüsеynоv Tоfiq Əli оğluna qardaşı ilə aralarında yaranmış mübahisənin həll еdilməsi üçün mülki qaydada məhkəməyə müraciət еtmək hüququ izah еdilmişdir. Əksinə, iddiaçı tərəfin Şahid4 ünvan 2 ünvanda yerləşən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda İddiaçı1 adından verilmiş xx.xx.2018-ci il tarixli ərizə vеrməsinin оnun iradə ifadəsi оlmamasına dair dəlilləri daha inandırıcı və mötəbər оlmuşdur.

18. Məhkəmə qeyd etmişdir ki, ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 0.3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatı da özlüyündə qanunsuz оlmuşdur. Bеlə ki, qеyd еdilən məzmunlu ərizə daşınmaz əmlak üzərində hüquqların dövlət qеydiyyatı üçün əsas kimi Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində (Daşınmaz əmla k üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar) nəzərdə tutulmamışdır. Bеləliklə də, məhkəmə hеsab еtmişdir ki, cavabdеh tərəf hüquqdan suiistifadə yоlu iddiaçının mülkiyyəti оlan 0,417535 ha torpaq sahəsi üzərində iradə ifadəsi, razılığı və хəbəri оlmadan rəsmiləşdirmə işləri apaqmaqla оnun mülkiyyət hüquqlarını kоbudcasına pоzmuşlar. Məhkəmə həmçinin Cavabdeh1 ilə qızı Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il və bu əqddən 17 gün sоnra sоnuncu ilə kürəkəni Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nin də öz-özlüyündə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına və həmin hüquqların bərpa olunmasına maneələr yaratmağa cəhd kim i qiymətləndirilməli оlmasına dair iddiaçı tərəfin dəlilləri ilə razılaşmış və hеsab еtmişdir ki, bu əqdlər ilk baхışdan mülki qanunvеriciliyin tələbləri baхımından düzgün rəsmiləşdirilməsi müşahidə оlunsa da, mahiyyətində əsil niyyətin nədən ibarət оlması aşkar görünür.

19. Məhkəmə cavabdеh tərəfin iddia müddəti ilə bağlı dəlillərinə qiymət vеrərək hеsab еtmişdir ki, iddia tələbləri üzrə hallar, yəni, ünvan 3 ünvanda yerləşən mülkiyyətində olan 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmləşdirilməsinə dair 9 saylı Notariat Kontorunda adından vermiş olduğu xx.xx.2018-ci il tarixli ərizənin, həmin ərizə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-da 0,3651 kv.m torpaq sahəsinin Cavabdeh1 adına aparılmış qeydiyyatla bağlı məlumatları оlan andan iddia qaldırılmış və məhkəmə pros esslərinin gedişatı zamanı ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən verilmiş sorğuya cavab əsasında Cavabdeh1 torpaq sahəsini xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən qızı Cavabdeh3, sоnuncunun isə atası tərəfindən ona hədiyyə edilən torpaq sahəsini xx.xx.2024-cü il tarixli “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən həyat yoldaşı Cavabdeh4 əvəzsiz olaraq hədiyyə etməsi barədə məlumatlı оlmuşlar. Digər tərəfdən, qanunvericiliklə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmiş və hazırkı tələb iddia müddəti ilə məhdudlaşdırılmamışdır.

20. Məhkəmə iddia tələbini İddiaçı2 münasibətdə əsaslı hesab etməyərək bildirmişdir ki, mübahisəli tоrpaq sahəsi Hüsеynоv Tоfiq Əli оğlunun mülkiyyətində əvəzsiz əqd ( bağışlama) üzrə kеçmiş və Azərbaycan Rеspublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baхımından iddiaçıların birgə nikah dövrundə əldə еtdikləri əmlak dеyil, Tоfiq Hüsеynоvun şəхsi əmlakı kimi qiymətləndirildiyindən həmin əmlakla bağlı rəsmiləşdirmələr zamanı İddiaçı2 razılığının оlması mütləq dеyildir. Məhkəmə İddiaçı2 hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından ona münasibətdə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Rеspublikasının Kоnstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin 5.3, 6.2, 16.1, 324.1, 324.5, 337.1, 337.2, 339.1, 359.1, 359.3, 362.1, 425.1, 560.1, 560.2, Azərbaycan Rеspublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 124.1, 217, 218-ci maddələrinə, Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinadla əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ayrı-ayrılıqda bu qətnamədən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

23. Cavabdehlər apellyasiya şikayətlərini eyni məzmunda əsaslandırmış və qeyd etmişdirlər ki, əvvəla, vəkil xidmətlərinə görə vəkilə etibarnamə verilərkən, əlavə olaraq mülkiyyətdə olan əmlakın üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlər, yalnız vəkil xidmətləri (məsələn məhkəmədə hüquqların müdafiəsi, yaxud şahidin məhkəmədə dindirilməsi zamanı onun müşayiət edilməsi) göstərəcək vəkilə verilmir. Bu faktı həm də o hal təsdiq edir ki, vəkillərə nümayəndə olaraq verilən etibarnamələr bütün notariat kontorlarında standart məzmunda, nümunəvi formada olur və belə etibarnamələr də məhz həmin məzmunda, nümunəvi formada verilir və təsdiq olunur. Əgər nümayəndə kimi çıxış edəcək vəkilə, əlavə olaraq başqa səlahiyyətlər də verilmirsə, qeyd edilən bütün notariat kontorlarında standart məzmunda, nümunəvi formada olan etibarnaməyə hər hansı əlavə söz və ya cümlə, yaxud səlahiyyət əlavə olunmur. İkincisi, mülki işdə olan İddiaçı1 tərəf olduğu müxtəlif tarixlərdə və müxtəlif məzmunlarda bağlanmış bütün əqdlərdən görünür ki, həmin əqdlər bağlanarkən İddiaçı1 məhz bacısı oğlu Şahid1 təmsil etmişdir. Mülki işdə olan xx.xx.2012-ci il tarixli, 7-E51/37006 reyestr nömrəli etibarnamədən görünür ki, Şahid1 İddiaçı1 2012-ci ildən e tibarnamə üzrə nümayəndəsi olmuşdur. Həmçinin həmin etibarnamədən görünür ki, həmin etibarnamə ilə təkcə mülkiyyətdə olan əmlakla bağlı deyil, həm də məhkəmədə hüquqların müdafiəsi ilə bağlı səlahiyyətlər verilmişdir. Məhkəmə Şahid1 həmin etibarnəmə əsasında vəkil Şahid2 təkcə vəkil xidmətlərinin göstərilməsi ilə bağlı deyil, həm də əlavə olaraq mülkiyyətdə olan əmlakın üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlər ötürməsi halına düzgün hüquqi qiymət verməmişdir. Digər tərəfdən İddiaçı1, bacısı oğlu Şahid1 onun adından vəkil Şahid2, sonuncunun İddiaçı1 məhkəmədə şahid qismində dindirilərkən vəkili (nümayəndəsi) olaraq müşayiət etməsi üçün etibarnamə verdiyini bildiyi işin mübahisəsiz halıdır. İş materiallarında olan cinayət işinin rədd materiallarından məlum olur ki, nə İddiaçı1, nə də bacı oğlu Şahid1 Cavabdeh1 etibar etməmişlər. Digər tərəfdən Şahid1 uzun illər etibarnamə üzrə İddiaçı1 bir çox dövlət təşkilatlarında təmsil etdiyindən, bir çox əqdləri onun adından bağladığından, o cümlədən vəkil Şahid2 verilən etibarnaməni də şəxsən özü imzaladığından çox gözəl bilməli idi ki, İddiaçı1 adından verilmiş etibarnaməni Cavabdeh1 ləğv edə bilməzdi. Şahid1 izahatından görünür ki, vəkil Şahid2 etibarnamə verilərkən İddiaçı1 razılığı alınmışdır. Cavabdeh1, Cavabdeh4 izahatlarından görünür ki, Aydın İddiaçı1 Hüseynovla görüşlərindən birində razılaşmışlar ki, mübahisəli toraq sahəsinin İddiaçı1 adına səhvən rəsmiləşdirilmiş artıq hissəsi Cavabdeh1 adına geri rəsmiləşdirilsin (qaytarılsın). Vəkil Şahid2 verilmiş etibarnamədə təkcə vəkil xidmətlərinin göstərilməsi üzrə deyil, h əm də mülkiyyətdə olan əmlaka dair əqdlər bağlamaq səlahiyyətinin verilməsi və etibarnamədə, həmin etibarnamədə nəzərdə tutulmuş səlahiyyətlərin başqa şəxsə etibar edilə bilməsinin də nəzərdə tutulması, Şahid1 və İddiaçı1 izahatlarının deyil, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 izahatlarının daha səmimi olduğunu təsdiq edir. Həmçinin vəkil Şahid2 həm istinatq orqanına, həm də məhkəməyə verdiyi izahatlarından görünür ki, o, etibarnamə üzrə səlahiyyətləri Şahid3 ötürməmişdən əvvəl İddiaçı1 bu barədə xəbərdar etmiş və yalnız sonuncunun razılığını aldıqdan sonra Şahid3 verilən etibarnaməni imzalamışdır. Digər tərəfdən mülki işdə olan sözügedən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, mübahisəli əmlakın özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərdə Cavabdeh1 v ə digər şəxslərin əməllərində cinayət tərkibi olmamışdır. Bu isə o deməkdir ki, verilmiş etibarnamələr və həmin etibarnamələr əsasında edilmiş hərəkətlər qanunauyğun olmuşdur. İddiaçı1 mülkiyyətində təkcə mübahisəli torpaq sahəsi deyil, onlarla başqa və daha qiymətli əmlaklar olmuşdur və hazırda da vardır. Burdan isə o nəticə çıxır ki, əgər Cavabdeh1 niyyəti İddiaçı1 məxsus hansısa əmlakı qanunsuz olaraq öz mülkiyyətinə keçirmək olmuşdursa, onda o, başqa əmlakları da həmin etibarnamə əsasında asanlıqla öz mülkiyyətinə keçirə bilərdi, keçirməli idİ. Digər tərəfdən mülki işdən görünür ki, bağışlanmalı olan hissə də mübahisəli əmlakın yarısı deyil, 30-35 %-i olmuş, lakin yanlış olaraq yarısı bağışlanılmışdır. Belə ki, mülki işdə olan Cavabdeh1la İddiaçı1 arasında digər şəxslərin iştirakı ilə də imzalanmış saxta yazılı formada tərtib olunmuş sənəddən görünür ki, mübahisəli əmlakın yalnız 35 %hissəsi İddiaçı1 adına keçirilməli imiş. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 bildirdiklərinə görə İddiaçı1 ilə Cavabdeh1 arasında mübahisəli torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsi (geri qaytarılması) ilə bağlı razılaşmaları olmuşdur. Əks təqdirdə İddiaçı1 bacısı oğlu Rövşən Vəliev vasitəsilə Cavabdeh1 təqdim etdiyi vəkilə, həm də əmlakı ilə bağlı əqdlər bağlamaq səlahiyyətini verməzdi. Çünki Şahid1 İddiaçı1 ən etibar etdiyi nümayəndəsidir və etibarnamə də məhz, İddiaçı1 razılığını aldıqdan sonra Şahid1 etibarnamə də məhz, İddiaçı1 razılığını aldıqdan sonra Şahid1 tərəfindən imzalanmışdır. Cavabdeh1 həm Nərimanov RPİ-nin İŞ-də verdiyi izahatından, həm də məhkəməyə verdiyi izahatın dan görünür ki, İddiaçı1la görüşlərindən birində onlar razılaşmışlar ki, İddiaçı1 Dərnəgül şossesində yerləşən Avtoservisin torpaq sahəsinin Tofiqin adında olan hissəsinin bir hissəsini, yəni üzərində əmlak olmayan boş hissədən təxminən 35-40 sotunu Cavabdeh1 adına qaytarsın. Cavabdeh1la İddiaçı1 arasında belə bir razılaşmanın olduğunu, həmin razılaşmanın əldə edildiyi görüşdə iştirak etmiş digər Cavabdeh4 də məhkəməyə verdiyi izahatında təsdiq etmişdir. Digər tərəfdən mülki işdə olan sübutlardan görünür ki, qeyd edilən razılaşmanın və həmin razılaşma əsasında da etibarnamələrin verildiyi, torpaq sahəsinin mübahisəli hissəsinin Cavabdeh1 adına keçirildiyi dövrdə İddiaçı1la Cavabdeh1 münasibətləri olduqca yaxşı olmuş, belə ki, onların rəhbərlik etdikləri şirkətlər arasında sıx əməkdaşlıq olmuşdur. Eyni zamanda mülki işdə olan digər sübutlardan da görünür ki, İddiaçı1la Cavabdeh1 münasibətləri 2022- 2023-cü illərdə, Cavabdeh1 İddiaçı1 qarşı "xxxx" MTK-nın ünvan 4 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binaları kompleksinin tikintisində əldə edilmiş vəsaitdən ona verilməli olan miloynlarla manat payın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmasından sonra pisləşmişdir. Digər tərəfdən Cavabdeh1 izahatında göstərir ki, vəkil Şahid2 etibarnamə verilərkən etibarnamənin məzmunu “WhatsApp”la İddiaçı1 Şahid1 tərəfindən göndərilmiş, etibarnamənin məzmunu ilə həmin vaxt xarici ölkədə olan İddiaçı1 bu vasitə ilə tanış olduqdan sonra etibarnamənin verilməsinə razılıq vermişdir. Həmçinin vəkil Şahid2 etibarnamənin İddiaçı1 razılığı ilə verildiyini İddiaçı1 və Şahid1 təkzib etmirl ər. Eyni zamanda Şahid1 iddia edir ki, guya İddiaçı1 ona etibarnaməni ləğv etdirməsini demişdir. Onda necə ola bilər ki, İddiaçı1 vəkilə verilməli olan etibarnamənin, yalnız onun məzmunu ilə tanış olduqdan sonra imzalanmasına razılıq verir, lakin həmin etibarnamənin ləğv edilməsini təsdiq edən sənədi Şahid1 tələb edib onunla tanış olmur. Hətta xarici ölkədən qayıtdıqdan sonra, həm də bir neçə ilə etibarnəminin ləğv edildiyini təsdiq edən sənədi ona göstərməsini Şahid1 tələb etmir? Belə çıxır ki, etibarnamənin ləğv edilməsi ilə bağlı İddiaçı1 hər hansı göstərişi olmamışdır və etibarnamə üzrə edilmiş hərəkətlərdən də məlumatlı olmuşdur ki, 7 ilə yaxın bir müddət ərzində heç bir mübahisə açmamışdır. Digər tərəfdən İddiaçı1 cinayət işi üzrə şahid qismində dindirilməli olduğu cinayət işi üzrə z ərərçəkmiş şəxs X8 cavabdeh İddiaçı1 qarşı “əsas və faiz borcunun, vurulumş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddianın təmin etmə tədbirinə dair qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(05)-4890/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, həmin iş üzrə iddianın təmin etmə tədbiri qismində İddiaçı1 digər əmlakları ilə yanaşı mülkiyyətində olan ünvan 5 ünvanında verləşən qeyri-yaşayış binasının, habelə iddiaçı X1 və qeyrilərinin cavabdeh İddiaçı1 və qeyrilərinə qarşı “ümumi yığıncağın protokolunun etibarsız hesab edilməsi və bölüşdürülmüş mənfəətdən ödənilməmiş payın əvəzinin ödənilməsi tələbi” nə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iddianın təmin etmə tədbirinin görülməsi barədə 2(005)-908/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh İddiaçı1 adında olan digər əmlakları ilə yanaşı ünvan 5 ünvanında verləşən qeyri-yaşayış binasının (½ hissə) özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bu qərardadlarla hər iki iş üzrə də cavabdeh olan İddiaçı1, müvafiq olaraq 2019 və 2020-ci illərdə tanış olmuşdur. İddiaçı1 mübahisəli torpaq sahəsinin Cavabdeh1 adına keçirilməsi (qaytarılması) ilə bağlı razılığı və ya məlumatı olmamışdırsa, onda ən azından qeyd edilən qərardadlarla mübahisəli ünvanda adında yalnız qeyri-yaşayış binasının ½ hissədə mövcud olduğunu görmüşdür və buna da hər hansı reaksiya verməmiş, bununla bağlı hər hansı hərəkət etməmiş, etibarnamə üzrə nümayəndəsi Şahid1, qardaşı Cavabdeh1 bununla bağlı izahat tələb etməmiş, yaxud gedib. mülkiyyətində olan əmlakı yerində yoxlamamış, yaxud d a həmin mülkiyətində nəyin olduğunu dəqiqləşdirmək üçün daşınmaz əmlakın dövlət reyestri xidmətindən hər hansı arayış, məlumat almaq istəyində, cəhdində olmamışdır. Torpaq sahəsinin mübahisələndirilən hissəsi üçüncü şəxsə satıldıqdan sonra həmin hissədə yalnız üçüncü şəxs fəaliyyət göstərir və İddiaçı1 həmin hissəyə girişi yalnız yeni mülkiyyətçi olan üçüncü şəxsin razılığı ilə ola bilərdi. 2018-ci ildən keçən illər ərzində isə İddiaçı1, yaxud onun nümayəndəsi və ya nümayəndələri ünvan 5 ünvanında əlbəttəki, dəfələrlə olmuşlar. Qeyd edilənlər əsasında mübahisəsiz olaraq o nəticə hasil olur ki, İddiaçı1 vəkil Şahid2 hansı məzmunda etibarnamə verdiyini və nəyə görə verdiyini etibarnaməni etibarlı nümayəndəsi-bacısı oğlu Şahid1 vasitəsilə verərkən bilmişdir. İddiaçı1, onun etibarnamə üzrə n ümayəndəsi Şahid4 tərəfindən xx.xx.2018- ci il tarixdə 9 saylı notariat kontorunda imzaladığı İddiaçı1 adından verilmiş ərizəni mübahisələndirmək üçün qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş bir illik müddət ötürülmüşdür. Digər tərəfdən ünvan 7 ünvanında Cavabdeh1 (½ hissə) və İddiaçı1 (½ hissə), ümumi sahəsi 1440.8 vm olan qeyri-yaşayış binası və ümumi sahəsi 0.83507 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmış, Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixlə ərizə və bölgü eskizinə əsasən həmin qeyri-yaşayış binası (ümumi sahəsi 1440.8 kvm və torpaq sahəsi 0.46996 ha) üzərində Cavabdeh1 (½ hissə) və İddiaçı1 (½ hissə) mülkiyyət hüquqları xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, yerdə qalan 0.3651 ha torpaq sahəsi üzərində bölgü es kizinə əsasən Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 özkəninləşdirilmiş, həmin torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Qeyd edilənlərdən aydın olur ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 özgəninləşdirilmiş 0.3651 ha torpaq sahəsi xx.xx.2018-ci il tarixli ərizə və bölgü eskizinə əsasən həmin tarixdə Cavabdeh1 mülkiyyətinə keçmiş torpaq sahəsidir. Birinci instansiya məhkəməsi mülkiyyətçi Cavabdeh1 mülkiyyətində olmuş və iddiaçılar tərəfindən mübahisələndirilən 0.3651 kvm torpaq sahəsinə hər hansı aidiyyəti olmayan 0.23498 ha tor paq sahəsi və onun üzərində yerləşən 720,4 kv.m qeyri-yaşayış sahəsi üzərində sərəncam vermək hüququnu, bununla da mülkiyyət hüququnu pozmuşdur.

24. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.Abdıyev sədrlik edən və məruzəçi, İ.Şirinov və N.Cəfərov) 2(103)-3893/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-370/2025 saylı qətnaməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 aid edilməsi qət edilmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, mübahisə predmetini təşkil edən ünvan 8 ünvanında yеrləşən ümumi sahəsi 0,83507 ha оlan tоrpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1440,8 kv.m оlan qeyri-yaşayış binası müxtəlif şəxslərin, o cümlədən Cavabdeh4 (bundan sonra 3-cü cavabdeh) ümumi paylı mülkiyyətində olmuş və bağışlama müqavilələri də nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdə həmin əmlak üzərində İddiaçı1 (bundan sonra iddiaçı) və Cavabdeh1 (bundan sonra cavabdeh) hər birinin 1/2 hissədə mülkiyyət hüququ tanınmışdır. İddiaçı (onun adından etibarnamə əsasında Hüsеynоv Hafiz İslam оğlu) xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə il ə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 ünvanında yerləşən qeyriyaşayış binasının bölünməsinə, mülkiyyətində olan 3651 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına, yerdə qalan 4699,6 kv.m torpaq sahəsinin və 1440,8 kv.m qeyri-yaşayış binasının ½ paylı mülkiyyət hüququ ilə Cavabdeh1 və onun adına rəsmiləşdirilməsinə etiraz etməmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını, bununla bağlı bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Bundan sonra Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor küçəsi, 11 ünvanında yerləşən ümumi sahəsi - 1440.8 kv.m. olan yerləşən qeyri-yaşayış binası və ümumi sahəsi 0.46996 ha olan torpaq sahəsinin ½ hissəsi üzərində Cavabdeh1 və ½ hissəsi üzərində İddiaçı1 mülkiyyət hüququ xx.xx.2018-c i il tarixdə qeydiyyata alınmış və hazırda da onların mülkiyyətindədir. Torpaq sahəsinin qalan 0,3651 ha hissəsi üzərində isə bölgü eskizinə əsasən Cavabdeh1 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bu sahə X5 xeyrinə özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.

26. Cavabdeh aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən həmin əmlakın paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini (720,4 və 0,23498 ha) Cavabdeh3 (bundan sonra 2-ci cavabdeh) mülkiyyətinə, sonuncu da xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən 3-cü cavabdehin mülkiy yətinə vermişdir.

27. Hazırda iddiaçı qardaşı olan cavabdehin təklifi əsasında şahid olduğu cinayət iş üzrə məhkəmədə təmsil olunması üçün Şahid2 (iddiaçı tərəfindən 2012-ci il tarixdə verilmiş etibarnaməyə əsasən bacısı oğlu Şahid1 tərəfindən verilmişdir) etibarnamə verdiyini, həmin etibarnamə əsasında mülkiyyətində olan torpaq sahəsinin hər hansı şəxsin mülkiyyətinə vermək niyyətində olmadığını, etibarnamənin konkret məhkəmədə təmsil olunması üçün verildiyini, sonradan həmin etibarnamə ilə verilmiş səlahiyyətlərin onun məlumatı olmadan digər şəxslərə ötürüldüyünü və nəticədə bu şəxslərdən olan Hüsеynоv Hafiz İslam оğlunun belə bir etibarnamə əsasında onun adından xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək, paylı mülkiyyətində olan əmlakı n bir hissəsinin cavabdehin mülkiyyətinə verdiyini, bu hərəkətlərin onun iradəsi olmadan edildiyini və qanunsuz olduğunu bildirir və xx.xx.2018-ci il tarixli ərizənin, həmin ərizə əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsini, bunun nəticəsi olaraq verilmiş çıxarışın isə ləğv edilməsini xahiş edir. Eyni zamanda, bu hərəkətlər nəticəsində payının qanunsuz olaraq azaldığını, lakin sonradan cavabdehin paylı mülkiyyətində olan əmlakı 2-ci, sonuncunun isə 3-cü cavabdehə bağışlaması nəticəsində onun bərpasının mümkün olmadığını, bu əqdlərin əmlakı aradan çıxartmaq məqsədi ilə bağlandığını bildirir və onların da etibarsız hesab edilməsini, habelə çıxarışların ləğv edilməsini tələb edir.

28. Cavabdehlər iddianı qəbul etmir, iddiaçının verdiyi etibarnamənin məzmunu barədə tam məlumatlı olduğunu, həmin etibarnamədə əks olunmuş səlahiyyətlərə uyğun hərəkət edildiyini və xx.xx.2018-ci il tarixli ərizənin verildiyini, torpaq sahəsinin 0,3651 kv.m hissəsinin cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5 xeyrinə özgəninkiləşdirildiyini və hazırda onun mülkiyyətində olduğunu, lakin iddiaçı tərəfindən bu barədə hüquq müəyyənedici sənədlərin mübahisələndirilmədiyini, mübahisələndirilən bağışlama müqavilələrinin predmetini təşkil edən əmlakın isə cavabdeh Hüseynli Aydın Əli oğlunun paylı mülkiyyətində olduğunu və həmin əmlakın iddiaçıya hər hansı aidiyyətinin olmadığını bildirir, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edir və iddianın həm əsassız olması səbəbindən, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməsini təl əb edirlər.

29. Məhkəmə kollegiyası iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli ərizə ilə bağlı tərəflərin mövqeyini və apellyasiya şikayətlərinin dəlillərini də nəzərə alıb qeyd etmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdə verilmiş etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, satmağı və digər hərəkətləri etməyi 10 il müddətinə bacısı oğlu Şahid1 etibar etmişdir. İddiaçının razılığı ilə bu şəxs xx.xx.2018-ci il tarixdə yuxarıda göstərilən məzmunda, habelə bir sıra digər, o cümlədən məhkəmə icraatında maraqlarının təmsil olunması səlahiyyətlərini etibarnamə ilə Şahid2, bu şəxs növbəti gün, yəni xx.xx.2018-ci il tarixdə məhkəmə icraatında maraqlarının təmsil olunması səlahiyy ətləri istisna olmaqla, digər səlahiyyətləri Şahid3, sonuncu isə 10 gündən sonra, yəni xx.xx.2018-ci il tarixdə eyni məzmunda səlahiyyətləri Şahid4 ötürmüşdür. Məhz Şahid4 ona verilmiş səlahiyyətə uyğun olaraq iddiaçının adından onun mülkiyyətində olan 3.651 kv.m torpaq sahəsinin tam mülkiyyət hüququ ilə cavabdehin adına, qalan torpaq sahəsinin və üzərində olan qeyri-yaşayış binasının isə ½ paylı mülkiyyət hüququ ilə onun və cavabdehin adına rəsmiləşdirilməsi barədə ərizə (razılıq) vermişdir.

30. Qeyd olunmalıdır ki, məzmununda digər, o cümlədən bütün əmlakın idarə olunması və onun üzərində sərancam verilməsi səlahiyyətlərin də göstərilməsinə baxmayaraq Şahid2 xx.xx.2018-ci il tarixli etibarnamə məhz iddiaçının məhkəmə icraatında maraqlarının təmsil olunması məqsədi ilə verilməsi həm iş ma terialları, həm də bu şəxsin özünün izahatı ilə təsdiq edilir. Belə ki, iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov RPİ-nin İŞ tərəfindən aparılmış araşdırma zamanı Şahid2 tərəfindən verilmiş izahatdan müəyyən edilir ki, bu şəxs bəzi məhkəmə işlərində vəkil olaraq "xxxx" MMC-nin təsisçisi olan cavabdehə xidmət göstərir, cavabdeh 2018-ci ilin sentyabr ayında qardaşının (iddiaçı) Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilməsi ilə bağlı prosesdə onun nümayəndəsi qismində iştirak etməsini xahiş etmişdir. Onun razılığından sonra onlar (o, iddiaçı və cavabdeh) bir neçə dəfə görüşərək, məhkəmə işi ilə bağlı müzakirələr aparmış və bu işin görülməsi üçün xx.xx.2018-ci il tarixdə iddiaçının bacısı oğlu tərəfindən ona qeyd edilən səlahiyyətlərlə yanaşı bir çox başqa səlahiyyə tləri də özündə ehtiva edən etibarnamə verilmişdir. Sonradan cavabdeh digər səlahiyyətlərə istinadən ona başqa işlərin də görülməsinin zəruriliyini bildirdikdə, o, məhkəmə işlərinin olması ilə bağlı bunu edə bilməyəcəyini qeyd etmiş və başqa işlərinin digər şəxsə həvalə edilmədiyini xahiş etmişdir. Bundan sonra cavabdehin tapşırığı ilə iddiaçının məhkəmə icraatında maraqlarının təmsil olunması istisna olmaqla, digər səlahiyyətlərlə bağlı şirkətin hüquqşünası Şahid3 etibarnamə vermiş və bundan əvvəl cavabdehin razılığı ilə iddiaçı ilə əlaqə saxlamış və etibarnamənin verilməsinə sonuncu razılıq vermişdir. Həmin vaxt iddiaçı ilə cavabdehin münasibəti yaxşı olmuşdur.

31. Bununla belə, iddiaçı ilə Şahid2 arasında hüquqi nəticə etibarı ilə şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış və həmin münasibətlər çərçivəsində iddiaçı tərəfindən bu şəxsə şahid qismində cəlb olunduğu məhkəmə icraatında onun maraqlarının təmsil olunması tapşırılmış, lakin onun əmlakın idarə oluması və onun üzərində sərəncam verilməsi tapşırılmamış, bu məsələ həmin müqavilənin predmetini təşkil etməmişdir.

32. Bu hal birmənalı şəkildə Şahid2 etibarnamənin verilməsinə səbəb olan iddiaçının deyil, məhz cavabdehin ona müraciətinin məqsədi və məzmunu (məhkəmədə təmsilçilik), etibarnamənin verilməsindən əvvəl onların arasında baş tutmuş görüşlərin və danışıqların məqsədi və mahiyyəti (məhkəmədə təmsilçilik), etibarnamə verilərkən iddiaçının ifadə etdiyi iradə və niyyət (əmlakın idarə oluması və onun üzərində sərəncam verilməsindən ümumiyyətlə söhbət getməmişdir), etibarnamə verildikdən sonra i ddiaçının və Şahid2 həmin etibarnamədən irəli gələn hərəkətləri (iddiaçı ilə birlikdə məhkəməyə gedib və onu məhkəmədə təmsil edib), onların sonrakı davranışı ilə təsdiq edilir. Belə ki, sonrakı davranış olaraq Şahid2 iddiaçı deyil, məhz cavabdeh tərəfindən etibarnamədən irəli gələn başqa hərəkətlərin də edilməli olduğunu ona bildirdikdən sonra, o, bundan imtina etmiş və məhkəmədə təmsilçilik səlahiyyətləri istisna olmaqla, digər səlahiyyətləri etibarnamə ilə yenə də iddiaçının deyil, məhz cavabdehin tapşırığı ilə cavabdehin göstərdiyi şəxsə ötürmüşdür. Bu hal onun belə bir tapşırıq almadığını bir daha təsdiq edir. Hər bir halda, belə bir tapşırıq (tərəflər arasında belə bir məzmunda tapşırıq müqaviləsi bağlansa idi) alsa idi və onu da icra etməli olduğunu bilsə idi Şahid2 etibarnamə aldıq dan (xx.xx.2018-ci il, saat 17:59) sonra bir gün belə keçməmiş, təxminən 20 saatdan sonra (xx.xx.2018-ci il, 13:39) məhkəmədə təmsilçilik səlahiyyətləri istisna olmaqla, bütün digər, o cümlədən sərəncam vermə səlahiyyətlərini Şahid3 etibar etməzdi.

33. Məhkəmə kollegiyası bu mövqeyinə uyğun olaraq onu da vurğulamışdır ki, Şahid2 iddiaçı ilə nəinki etibarlı və ya yaxın, ümumiyyətlə hər hansı münasibətdə olmayan, bəzi işlərdə cavabdehin hüquq şirkətinə xidmət göstərən, xidmətləri cavabdeh tərəfindən iddiaçıya təklif edilən və faktiki olaraq iddiaçı ilə etibarnamədən bir müddət əvvəl münasibəti yaranan bir şəxsdir. Belə olan halda, xüsusilə də özündə bütün səlahiyyətləri ehtiva edən etibarnamənin hələ 2012-ci ildə bacısı oğlu Şahid1 verən və bu şəxslə etibarlı münasibətləri davam edən iddiaçı nın harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq bütün əmlakının idarə olunması və onun üzərində sərəncam verilməsi səlahiyyətini bu şəxsə verməsinin bir səbəbi və ya məntiqli izahı olmalıdır. Lakin göründüyü kimi, yoxdur. Hər bir halda, əmlaka sərəncam verilməsinə zərurət yarandığı halda, iddiaçı bunu Şahid2 deyil, etibar etdiyi, buna uyğun olaraq etibarnamə verdiyi və etibarnamənin verildiyi 2012-ci ildən iddiaçının iradəsinə zidd olan hər hansı hərəkətin edilməsində nəinki təqsiri, elementar nöqsanı belə müəyyən edilməyən və bu baxımdan sınanmış bir şəxs olan bacısı oğlu Şahid1 tapşırardı.

34. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlmişdir ki, iddiaçı ilə Şahid2 arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasi bətlər yaransa da, bu münasibətlər çərçivəsində onların arasında əmlakın idarə oluması və onun üzərində sərəncam verilməsi ilə bağlı hər hansı razılıq və iddiaçının iradə ifadəsi olmamış, Mülki Məcəllənin 405.1-ci maddəsinin tələbləri baxımından belə bir tapşırığı özündə ehtiva edən hər hansı müqavilə bağlanmamışdır. Bu baxımdan iddiaçı tərəfindən Şahid2, onun tərəfindən Şahid3 və sonuncu tərəfindən Şahid4 verilmiş etibarnamədə bu səlahiyyətlərin də göstərilməsi, onlara, xüsusilə də Şahid4 həmin etibarnamə əsasında xx.xx.2018-ci il tarixdə iddiaçının adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək, onun mülkiyyətində olan əmlakın tam mülkiyyət hüququ ilə cavabdehin adına rəsmiləşdirilməsinə sərəncam vermək hüququnu vermiş olmur. Belə ki, etibarnamədə göstərilmə sinə baxmayaraq, hüquqi nəticə etibarı ilə iddiaçı Şahid2 belə bir tapşırıq verilmədiyindən, onun tərəfindən nə Şahid3, nə də ki, Şahid4 belə bir səlahiyyət ötürülə bilməzdi. Bu da öz növbəsində onun qeyd edilən etibarnaməyə əsaslanaraq, iddiaçının adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizənin etibarsız olduğunu təsdiq edir.

35. Nəzərə alınmalıdır ki, Şahid2 bu halı sübut edə bilməsə də (iddiaçı da bunu etiraf etmir) Şahid3 etibarnamə verməmişdən əvvəl bununla bağlı iddiaçı ilə əlaqə saxladığını, ona bu barədə məlumat verdiyini və nəticədə razlığını aldığını bildirir. Lakin Şahid3 və Şahid4 iddiaçının müraciəti əsasında Bakı şəhəri Nərimanov RPİ-nin İŞ tərəfindən aparılmış araşdırma zamanı verdikləri izahatlarında öz hərəkətləri, yəni müva fiq olaraq xx.xx.2018-ci il tarixdə etibarnamənin verilməsi və xx.xx.2018-ci il tarixdə İddiaçı1 adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edilməsi barədə iddiaçıya hər hansı məlumat vermədiklərini və cavabdehin tapşırığı əsasında hərəkət etdiklərini, bu tapşırıqların iddiaçı tərəfindən verildiyini düşündüklərini bildirmişdilər.

36. Məhkəmə kollegiyası bu şəxslərlə bağlı o halı da qeyd etmişdir ki, Şahid2 cavabdehin təsisçisi olduğu "xxxx" MMC-yə bəzi məhkəmə işlərində vəkil olaraq xidmət göstərir. Şahid3 2018-ci ilin avqust ayından 2022-ci ilədək bu cəmiyyətin hüquqşünası olmuş, Şahid4 isə cavabdehə məxsus olan "xxxx" MMC-də sürücü işləmişdir. Başqa sözlə, bu şəxslər bilavasitə cavabdehə işgüzar və əmək münasibətləri baxımından bağlı olan (sonuncu ikisi bilavas itə işçisi olan) şəxslərdir və hər biri etibarnamələrin verilməsində cavabdehin tapşırığı əsasında hərəkət etdiklərini bildirir. Şahid2 məhz cavabdehin müraciəti ilə iddiaçını məhkəmədə təmsil etmiş, məhkəmədə təmsilçilik səlahiyyətləri istisna olmaqla digər səlahiyyətləri məhz cavabdehin tapşırığı əsasında Şahid3 ötürmüşdür. Qeyd edilən ərizə də Şahid4 tərəfindən cavabdehin tapşırığı əsasında yazılmış və nəticə etibarı ilə bu ərizə əsasında cavabdeh iddiaçının mülkiyyətində olan əmlakı öz mülkiyyətinə əldə etmişdir. Göstərilənlər, o cümlədən bu münasibətlərdə cavabdehin həyata keçirdiyi təşkilatçılıq və nümayiş etdirdiyi davranış belə qənaətə gəlməyə əsas verir ki, bu münasibətlərdə cavabdeh bilavasitə iddiaçının təmsilçisi olmasa da ona bağlı olan şəxsləri iddiaçının təmsilçisi etməklə h üquqi nəticə etibarı ilə iddiaçının adından şəxsən özü barəsində hərəkət etmiş və nəticədə iddiaçının əmlakını mülkiyyətində əldə etmişdir. Ümumiyyətlə bu proseslərdə hüquqdan sui istifadə edildiyi özünü birmənalı şəkildə biruzə verir.

37. Məhkəmə kollegiyası xüsusilə vurğulamışdır ki, xx.xx.2018-ci il tarixə olan vəziyyətə əsasən iddiaçı ilə cavabdehin ümumi paylı mülkiyyətində olan torpaq sahəsi 0,83507 ha (hər birinin 0,417535 ha) ölçüdə olmuş, xx.xx.2018-ci il tarixdə həmin torpaq sahəsinin 0,3651 ha hissəsinə cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, bundan sonra iddiaçının adından Şahid4 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 8İ-4658 reyestr nömrəli ərizəyə və bölgü eskizinə əsasən həmin torpaq sahəsinin 0,46996 ha hissəsi (0,3651 ha ayrıldıqdan sonra) üzərində iddiaçının (1/2 hissə) və cavabdehin (1/2 hissə) mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Başqa sözlə cavabdeh hüquqi nəticə etibarı ilə iddiaçının mülkiyyətində olan 0,3651 ha ölçüdə torpaq sahəsini notarial qaydada təsdiq edilmiş ərizə əsasında mülkiyyətinə əldə etmişdir. Halbuki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə təsbit edilmiş və mülkiyyətin bu qaydada, yəni notarial qaydada təsdiq edilmiş ərizə əsasında əldə edilməsi əsası müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində bu qaydada aparılmış rəsmiləşdirmənin etibarsız olduğunu təsdiq edir və apellyasiya şikayətin in dəlillərinin bu hissədə əsassız olduğunu şərtləndirir.

38. Məhkəmə kollegiyası torpaq sahəsinin 0,3651 kv.m hissəsinin cavabdeh tərəfindən X5 xeyrinə özgəninkiləşdirilməsinə əsas olmuş xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçı tərəfindən mübahisələndirilməməsi barədə dəlili ilə bağlı qeyd etmişdir ki, bu halın mövcudluğu xx.xx.2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin və onun əsasında cavabdehin xeyrinə dövlət reyestrində aparılmış mülkiyyət hüququ haqqında qeydin etibarsızlığını istisna etmir. Belə ki, artıq qeyd edildiyi kimi, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsində iddiaçı ilə cavabdehin hər birinin payı 0,417535 ha təşkil etmişdir. Bu baxımdan cavabdeh tərəfindən X2 0,3651 kv.m torpaq sahəsi ölçü və nəticə etibarı ilə onun payına düşən hissəni n bir hissəsidir. Hazırda isə bu tərəflərin ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0,46996 ha, buna uyğun olaraq hər birinin payı 0,23498 ha təşkil edir. Halbuki, alqı-satqıdan sonra cavabdehin paylı mülkiyyətində ölçü etibarı ilə daha az sahə qalmalı idi. Qeyd edilənlər iddiaçının pozulmuş payının cavabdehin mövcud payı hesabına bərpa edilməsini mümkün edir. Bu səbəbdən məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmir və aparılmış araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, xx.xx.2018-ci il tarixli ərizə və həmin ərizə əsasında cavabehin adına aparılmış qeydiyyat etibarsızdır, bu qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilməlidir.

39. Məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bağışlama müqavilələrinin əsassız və qanunsuz ol araq etibarsız hesab edilməsi barədə dəlillərlə bağlı qeyd etmişdir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli müqavilə əsasında paylı mülkiyyət üzrə ona məxsus ½ hissəni (720,4 və 0,23498 ha) 2-ci cavabdehin mülkiyyətinə, sonuncu da xx.xx.2024-cü il tarixli müqavilə əsasında 3-cü cavabdehin mülkiyyətinə vermişdir. Cavabdeh1 2-ci cavabdehin atası, 3-cü cavabdehin isə qaynatasıdır. Başqa sözlə, 2-ci və 3-cü cavabdeh ər-arvaddır.

40. Cavabdeh əmlakını məhz övladları arasında bölüşdürərkən, paylı mülkiyyətində olan torpaq sahəsinin və üzərində olan qeyri-yaşayış binasını qızına bağışladığını bildirir. Lakin belə bir halın mövcudluğunu, o cümlədən bölüşdürmənin nəticəsi olaraq başqa övladlara da hər hansı əmlakın bağışlandığını təsdiq edən sübut təqdim edilmir. Bu zərurətin məhz 2024-cü ilin fevra l ayında yaranmasının da bir əsaslı səbəbi müəyyən edilmir.

41. Digər tərəfdən qeyd edilən torpaq sahəsinin 10/100 hissəsi 2014-cü ildə məhz 3-cü cavabdehin mülkiyyətində olmuş və aralarında bağlanmış xx.xx.2015-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən sonuncu tərəfindən cavabdehə bağışlanmışdır. Bundan sonra əmlakın cavabdehin mülkiyyətində qaldığı bir halda, 9 ildən sonra daha artıq ölçüdə payın nəticə etibarı ilə 3-cü cavabdehin mülkiyyətinə verilməsinin də bir zəruriliyi müəyyən edilmir.

42. Məhkəmə kollegiyası xüsusilə o halı da qeyd etmişdir ki, bu müqavilələrin bağlanmasından qabaq gələn hadisə iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehin və iş üzrə üçüncü şəxslərin qanunsuz hərəkətləri nəticəsində paylı mülkiyyətində olan torpaq sahəsindən məhrum olunması ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis idarəsinə müraciət etməsidir. Başqa sözlə, görünən odur ki, iddiaçı mülkiyyətindən qanunsuz məhrum etmə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra 26 gün ərzində (9 gün və bundan 17 gün sonra) iki bağışlama müqaviləsi bağlanmışdır.

43. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, həmin bağışlama müqaviləsi heç bir hüquqi nəticə yaratmadan bağlanılan uydurma əqddir. Əsas məqsəd iddiaçının pozulmuş payının bərpasının qarşısını almaq olmuşdur. Bu səbəbdən hər iki müqavilə bağlandığı andan etibarsızdır. Bu da öz növbəsində həmin müqavilələr əsasında müvafiq olaraq 2-ci və 3-cü cavabdehlərə verilmiş çıxarşların (hüquqi nəticə etibarı ilə bu çıxarışların verilməsinə əsas olmuş mülkiyyət hüququ haqqında qeydin) ləğv edi lməsini şərtləndirir. Cavabdehin torpaq sahəsi üzərində olan qeyri-yaşayış binasının öz payına düşən hissəsini bağışlaması bu hissədə də müqavilələrin etibarsızlığını aradan qaldırmır.

44. Məhkəmə kollegiyası iddia müddətinin tətbiq edilməsi barədə dəlilləri də əsassız hesab etmiş və belə qənaətə gəlmişdir ki, hazırki münasibətlərə iddia müddəti tətbiq edilə bilməz.

45. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehlərin apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin apellyasiya şikayətlərinə münasibətdə dəyişd irilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilməlidir.

46. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin 5.3, 324.4, 324.5, 337.1, 337.3, 340.1, 359.1, 359.3, 362.1, 364.1, 364.2, 404.1, 404.2, 405.1, 560.1, 560.2, 666.1, 777.1, 777.2, Azərbaycan Rеspublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. Apellyator olmuş cavabdehlər hər biri Vəkil1 ilə birgə ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

48. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 eyni məzmunlu kassasiya şikayətləri belə əsaslandırılmışdır ki, aşağı instansiya məhkəmələri iddiaçılar tərəfindən mübahisələndirilən 0.3651 kv.m torpaq sahəsinə hər hansı aidiyyəti olmayan, yalnız Cavabdeh1 xüsusi mülkiyyətində olmuş ünvan 5 ünvanında yerləşən 0.23498 ha torpaq sahəsi və onun üzərində yerləşən 720,4 kv.m qeyri-yaşayış sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış bağışlanma müqaviləsini, daha sonra isə eyni əmlaklara dair Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış bağışlanma müqaviləsini etibarsız hesab edərək, həmin müqavilələr əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışları ləğv etməklə, həmin əmlakların (həmin hissədə) şəriksiz mülkiyyətçisi olan Cavabdeh4 həmin əmlaklar üzərində «təkbaşına …. əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını» pozmuşlar.

49. Eynilə aşağı instansiya məhkəmələri həmin əmlakların (həmin hissədə) şəriksiz mülkiyyətçisi olan Cavabdeh4 həmin əmlaklar üzərində dövlət tərəfindən tanınan və qorunan sahiblik, istifadə və sərəncam hüquqlarını pozmuşlar.

50. Məhkəmə kollegiyası Cavabdeh1 ilə onun qızı 2-ci Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağ ışlama müqaviləsini, daha sonra isə 2-ci Cavabdeh3 ilə 3-cü cavadeh Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsini, bağışlama müqavilələri ilə təkcə torpaq sahəsinin deyil, həm də üzərində olan və hər hansı mübahisənin predmeti olmayan qeyri-yaşayış sahəsinin bağışlandığını da nəzərə almadan heç bir hüquqi nəticə yaratmayan uydurma əqdlər hesab etmişdir. Hər iki bağışlama müqaviləsindən görünür ki, həmin müqavilələr üzrə bağışlanılan əmlaklar bağışlayanın xüsusi mülkiyyətində olmuşdur, bağışlayanın həmin əmlakları bağışlamaq üçün qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyətçiyə məxsus olan sahiblik, istifadə və sərəncam vermə hüquqları mövcud olmuşdur, əmlaklar üzərində hər hansı məhdudiyyət, qadağa olmamış və əmlaklar notariat qaydasında bağlanmış bağışlama mü qavilələri əsasında bir mülkiyyətçidən digər mülkiyyətçiyə faktiki olaraq keçmişdir. Bu isə təsdiq edir ki, hər iki müqavilə uydurma deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış və icra olunmuş real müqavilələr olmuşdur. Lakin buna baxmayaraq məhkəmə kollegiyası həmin müqavilələri yanlış olaraq uydurma əqdlər hesab etmiş, nəticədə Mülki Məcəllənin 340.1-ci maddəsini mübahisənin həllinə düzgün tətbiq etməmişdir.

51. Apellyasiya instansiyası məhkəməsi eynilə, birinci instansiya məhkəməsi kimi, mülki iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, mülki işdə olan İddiaçı1 tərəfindən Şahid1 verilmiş etibarnamə, sonuncu tərəfindən vəkil Şahid2 ötürülmüş etibarnamə, sonuncu tərəfindən Şahid3 ötürülmüş etibarnamə, sonuncu tərəfindən Şahid4 ötürülmüş etibarnam ə, etibarnamələri imzalayan şəxsin səlaihyyəti notarius tərəfindən müəyyən edildikdən sonra təsdiq edilməsinə, həmin etibarnamələri vermiş və ötürmüş səlahiyyətli şəxslərin anlaqlı olmalarına baxmayaraq məhkəmə həmin mötəbər sübutlara müvafiq hüquqi qiymət verməmişdir. İddiaçılar tərəfindən mübahisələndirilən 0.3651 kv.m torpaq sahəsinin İddiaçı1la Cavabdeh1 qarşılıqlı razılığı əsasında Cavabdeh1 adına keçirilməsini təsdiq edən mötəbər sübutlar (İddiaçı1la Cavabdeh1 qarşılıqlı razılığının olduğunu təsdiq edən Cavabdeh1, Cavabdeh4 izahatları, İddiaçı1 vəkil Şahid2 verilmiş etibarnamənin məzmunu ilə tanış olduqdan sonra etibarnamənin İddiaçı1 etibarlı nümayəndəsi-bacısı oğlu Şahid1 imzalamasını təsdiq edən Şahid1 özünün izahatı, vəkil Şahid2 izahatı) mübahisələndirilən torpaq sahəsinin yerlə şdiyi ünvanda İddiaçı1 adına qeydiyyatdan keçmiş bütün əmlakın ona məhz Cavabdeh1 tərəfindən bağışlanıldığını təsdiq edən sübutlara (həmin ünvanda yerləşən bütün əmlakın Cavabdeh1 qaynının adına özəlləşdirilmiş olması, bütün əmlakların Cavabdeh1 rəhbəri olduğu Azərbaycan Respublikası «Avtomotoservis vəTicarət İstehsalat» Birliyinin əmlakı olması, sonradan Cavabdeh1 qaynı X6 adına özəlləşdirilməsi, sonuncunun həmin əmlakı Cavabdeh1, onun kürəkənlərinə, qardaşı İddiaçı1 bağışlaması və sair) məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

52. Apellyasiya instansiyası məhkəməsi eynilə, birinci instansiya məhkəməsi kimi, iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə mübahisənin həllinə tətbiq etməli olmadığı maddi hüquq normalarını tətbiq etmiş, tətbiq etməli ol duğu maddi hüquq normalarını isə tətbiq etməmiş, mübahisənin həllinə tətbiq etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

53. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 kassasiya şikayətlərini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 340.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışlar.

54. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının gəldiyi qənaətlər mülki işin materialları ilə kəskin ziddiyyət yaradır. Belə ki, məhkəmənin qənaətinin tamamilə əksinə olaraq Şahid2 verilmiş və mülki işin materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, etibar namədə iddiaçını məhkəmə və digər orqanlarda təmsil etmək səlahiyyətləri ilə yanaşı, o cümlədən «harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq iddiaçının bütün əmlakının idarə edilməsi və onun üzərində sərəncam verilməsi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq» və sair səlahiyyətlər də iddiaçı tərəfindən etibarlı nümayəndəsi Şahid1 vasitəsilə Şahid2 verilmişdir.

55. Məhkəmə kollegiyası iddiaçı ilə Şahid2 arasında şifahi tapşırıq müqaviləsinin bağlanmış olduğu qənaətinə gəlmiş, lakin bu zaman etibarnamənin məzmununu görməzdən gələrək tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsini etibarnamənin məzmunu ilə uzlaşmayan bir məzmunda, yəni, sanki məhkəmədə təmsilçilik üz rə tapşırıq müqaviləsi bağlanmış, lakin etibarnamədə verilmiş digər səlahiyyətlərin icrası ilə bağlı tapşırıq müqaviləsi bağlanmamışdır kimi qiymətləndirmişdir. İddiaçı ilə Şahid2 arasında bağlanmış şifahi tapşırıq müqaviləsinin hansı məzmunda olması, iddiaçı tərəfindən Şahid2 hansı tapşırıqların verilmiş olması yalnız və yalnız verilmiş etibarnamənin məzmunu ilə təsdiq və ya inkar edilə bilər. Bağlanmış şifahi tapşırıq müqaviləsi üzrə verilmiş tapşırıq həmin müqavilə əsasında verilmiş etibarnamənin məzmunu ilə birə-bir eyni olmalıdır. Çünki, etibarnamə tapşırıq müqaviləsi əsasında verilir, əvvəl tapşırıq müqaviləsi bağlanır, sonra müqavilə əsasında etilbarnamə verilir.

56. Məhkəmə kollegiyası yanlış olaraq iddiaçı tərəfindən Şahid2 etibarnamə verilməsinin səbəbkarının iş üzrə Cavabdeh1 olması qənaətinə gəlmişdir. Maraqlıdır, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə şahid qismində dindirilməli olan iddiaçının (həmin iş üzrə zərərçəkmiş şəxsin iddiaçıdan da şikayəti olmuşdur) məhkəmədə dindirilərkən vəkillə müşayiət olunmasını niyə şahidin özü olan iddiaçı deyil, həmin cinayət işinə hər hansı aidiyyəti olmayan Cavabdeh1 səbəb olmalıdır? Məhkəmədə dindirilərkən vəkillə müşayət olunmağı əvvəlcə şahid (iddiaçı) istəməlidir ki, cavabdeh də onu tanışı olan vəkillə tanış etsin. Elə deyilmi? Digər tərəfdən məhkəmə kollegiyası iddiaçı ilə Şahid2 arasında bağlanmış şifahi tapşırıq müqaviləsinə yanlış da olsa qiymət vermiş, lakin bu zaman həm də iddiaçı ilə onun bacısı oğlu, eyni zamanda 2012-ci ildən etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan Şahid1 arasında d a vəkil Şahid2 etibarnamə verilməsi, sonuncuya etibarnamə əsasında hansı səlahiyyətlərin və hansı müddətə ötürüləcəyi ilə bağlı da tapşırıq müqaviləsinin bağlanmış olduğunu unutmuş, yaxud görməzdən gəlmiş, nəticədə həmin tapşırıq müqaviləsinə hər hansı qiymət verməmişdir. İddiaçı Şahid2 etibarnamədə nəzərdə tutulan bütün səlahiyyətlərin verilməsinin onun tapşırığı əsasında verildiyini hazırda inkar etsə də, həmin səlahiyyətləri özünə verilmiş etibarnamə üzrə və məhz iddiaçının tapşırığı əsasında Şahid1 Şahid2 ötürmüşdür.

57. Məhkəmə kollegiyasının etibarnamə verilməmişdən əvvəl tərəflər arasında baş tutmuş görüşlərin və danışıqların məqsədi və mahiyyətinin yalnız «məhkəmədə təmsilçilik olması», «əmlakın idarə olunması və onun üzərində sərəncam verilməsindən ümumiyyətlə söhbət getməmişdir» kimi qənaətləri də iş üzrə toplanmış sübutlarla inkar edilir. Belə ki, mülki işdə olan sübutlarla təsdiq olunur ki, iddiaçı ilə Cavabdeh1 bir çox şərikli əmlakları olmuşdur və hazırda da vardır və onlar uzun müddət birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar. İş materialları ilə təsdiq olunur ki, mübahisəli əmlak əvvəla iddiaçıya məhz Cavabdeh1 sərəncamı üzrə Cavabdeh1 yaxın qohumları tərəfindən bağışlanılmışdır. Belə ki, mübahisəli əmlak, əvvəlcə Cavabdeh1 qaynının adına özəlləşdirilmiş, sonradan da Cavabdeh1 göstərişi üzrə mübahisəli əmlak Cavabdeh1 qaynı tərəfindən Cavabdeh1, Cavabdeh1 digər yaxın qohumlarına və iddiaçıya müxtəlif hissələrdə bağışlanılmışdır. Sonradan yenə də Cavabdeh1 göstərişi üzrə Cavabdeh1 yaxın qohumları mübahisəli əmlakın adlarında olan hissələrini Cavabdeh1 və iddiaçıya bağışlamışlar.

58. Mülki işin materiallarından görünür ki, mübahisəli əmlakın cəmisi 30-35 % hissəsi Abşeronda yerləşən «Ulduz» firmasında rəsmi olaraq Cavabdeh1 adında olub yarısı qeyri-rəsmi olaraq iddiaçıya məxsus olan payın əvəzində iddiaçıya bağışlanmış, lakin bu bağışlanma zamanı 30-35 % deyil, yanlış olaraq mübahisəli əmlakın 50 %-i iddiaçının adına keçirilmişdir (bağışlanmışdır). Yenə də mülki işin materiallarından görünür ki, iddiaçı və Cavabdeh1 digər Cavabdeh4 iştirakılə keçirilən görüşlərdən birində razılaşmışlar ki, mübahisəli əmlakın iddiaçının adına səhvən keçirilmiş hissəsi Cavabdeh1 geri qaytarılsın. Mülki işin materiallarından görünür ki, məhz bu razılıq əsasında vəkil M.M.Məmmədova verilmiş etibarnamədə təkcə şahidin məhkəmədə müşayiət olunması deyil, həm də əmlakın idarə olunması və üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlər də göstərilmişdir. Hazırda iddiaçı belə bir danışığın, razılığın olmasını inkar edir. Lakin iddiaçı nə qədər bu danışığın, razılığın olmasını inka etsə də, bacısı oğlu Şahid1 vəkil Şahid2 etibarnamə verilməsi üzrə tapşırıq vermiş olduğunu inkar edə bilməz. Çünki, Şahid1 özünün də izahatından görünür ki, o, dayısının (iddiaçının) razılığı olmadan heç bir sənədə imza etməz və heç bir addım atmaz. Şahid1 vəkil Şahid2 yalnız məhkəmədə təmsilçilik üçün deyil, həm də əmlakın idarə edilməsi və üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlərin də nəzərdə tutulduğu etibarnaməni bilmədən, yaxud iddiaçının göstərişi əsasında deyil, Cavabdeh1 göstərişi əsasında və bu zaman da iddiaçının məlumatı olmadan verdiyini bildir məsinin isə heç bir əsası yoxdur. Qeyd edilənlər məhkəmə kollegiyasının etibarnamənin yalınz təmsilçilik üçün verilməli olması, iddiaçı ilə vəkil Şahid2 arasında bağlanmış şifahi tapşırıq müqaviləsində əmlakın idarə olunması və üzərində sərəncam verilməsi kim səlahiyyətlərin razılaşdırılmaması, bu barədə danışıqların olmaması və sair kim çıxartdığı nəticələrin heç bir əsasının olmadığını təsdiq edir.

59. Məhkəmə kollegiyası yanlış və əsassız olaraq bu qənaətə gəlmişdir ki, vəkil M.M.Məmmədov etibarnamə üzrə ona verilmiş səlahiyyətlərin bir hissəsindən imtina etmişdir. Mülki işdən görünür ki, vəkil Şahid2 həmin səlahiyyətlərin icrasından imtina etməmiş, həmin səlahiyyətləri iddiaçının özünün razılığı ilə Şahid3 ötürmüşdür. Məhkəmə kollegiyasının «özündə bütün səlahiyyətləri ehtiva edən et ibarnamənin hələ 2012-ci ildə bacısı oğlu Şahid1 verən və bu şəxslə etibarlı münasibətləri davam edən iddiaçının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakının idarə olunması və onun üzərində sərəncam verilməsi səlahiyyətini bu şəxsə verməsinin bir səbəbi və ya məntiqi izahı olmalıdır. Lakin, göründüyü kimi, yoxdur» qənaətinin də bir əsası yoxdur. Çünki, mülki işdən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında etibarnamənin verildiyi ərəfələrdə münasibətlər olduqca yaxşı, etibarlı olmuşdur. Belə ki, onlar bir çox birgə sahibkarlıq fəaliyyətlərini həyata keçirmiş, bir çox birgə layihələr icra etmişlər. Hətta aralarındakı etibarlılıq o dərəcədə olmuşdur ki, Cavabdeh1 Abşeronda yerləşən «Ulduz» firmasında təsis payının rəsmi olaraq yalnız öz adında olmasına bax mayaraq, aralarında olan razılıqlara sadiq qalaraq iddiaçının həmin paydakı qeyri-rəsmi hissəsinin əvəzində mübahisəli əmlakın bir hissəsinin iddiaçıya bağışlanılmasını təşkil etmişdir. Digər tərəflərin, o cümlədən iddiaçının Cavabdeh1 etibarı o dərəcə olmuşdur ki, zərərçəkmiş şəxsin ondan, yəni iddiaçının özündən də şikayətinin və pul tələbinin olduğu bir cinayət işində şahid qismində dindiriləcəyi zaman məhz Cavabdeh1 tanış etdiyi vəkillə müşayiət olunmaq istəmiş və məhz həmin vəkilə bacısı oğlu vasitəsilə etibarnamə vermişdir. Məhkəmə kollegiyası (qətnamə: paraqraf 46) belə bir nəticə çıxarmışdır ki, Şahid2, Şahid3 və Şahid4 Cavabdeh1la bilavasitə işgüzar və əmək münasibətlərində olan şəxslər olmuşlar, onlar etibarnamələr üzrə səlahiyyətləri məhz Cavabdeh1 tapşırığı əsasında birbirinə ö türmüşlər, iddiaçı tərəfindən mübahisələndirilən ərizə Cavabdeh1 tapşırığı əsasında Şahid4 tərəfindən yazılmış, bununla da Cavabdeh1 özü bilavasitə təmsilçi olmasa da, həyata keçirdiyi təşkilatçılıq və nümayiş etdirdiyi davranış belə qənaətə gəlməyə əsas verir ki, bu münasibətlərdə Cavabdeh1 özünə bağlı olan şəxsləri iddiaçının təmsilçisi etməklə həmin şəxslər vasitəsilə son nəticədə özü barəsində hərəkət etmiş və nəticədə iddiaçının əmlakını öz mülkiyyətinə əldə etmiş, bu zaman da hüquqdan suiistifadəyə yol vermişdir.

60. Mübahisəli əmlakın 50 % hissəsinin İddiaçı1 mülkiyyətinə məhz bağışlama müqavilələri əsasında keçirildiyi işin mübahisəsiz halıdır. Mübahisəli əmlakın həmin hissəsini bağışlayan şəxslərin Cavabdeh1 yaxın qohumları olduqları da iş üzrə mübahisə edilməyən hallardır. Məhkəm ə kollegiyası işin hallarını araşdırarkən qiymət verdiyi bir çox hallarla bağlı tərəflərin niyyətlərinə qiymət verməyə xüsusi diqqət ayırmış, lakin mübahisəli əmlakın 50 % hissəsinin İddiaçı1 məhz Cavabdeh1 yaxın qohumları tərəfindən və məhz Cavabdeh1 göstərişi üzrə əvəzsiz bir şəkildə (bağışlama müqaviləsi əsasında) verildiyinə, dəyəri olduqca baha olan bu əmlakın İddiaçı1 mülkiyyətinə ona yad olan mülkiyyətçilər tərəfindən nəyə görə əvəzsiz verildiyinə, bundan sonra da İddiaçı1la Cavabdeh1 digər cavabdeh M.Ə.Hüseynovun iştirakı ilə keçirilmiş görüşlərdə İddiaçı1 artıq bağışlanılmış hissənin geri qaytarılması ilə bağlı razılıq əldə olunmasına, məhz bu əsasla da İddiaçı1 bu məsələnin həll edilməsini əmlakın əsas sahibi Cavabdeh1 həvalə etməsini (mülki işdən görünür ki, həmin görüşlərdə İdd iaçı1 mübahisəli əmlakın onun adına artıq keçirilmiş hissəsinin geri qaytarılması ilə bağlı Cavabdeh1 təklifinə «əmlak sənindir, nə vaxt isətəsən həll et» kimi cavab vermişdir və məhz əldə edilmiş bu razılıqdan sonra İddiaçı1 özünün etibarlı nümayəndəsi olan bacısı oğlu Şahid1 vəkil (özünün vəkili) Şahid2 etibarnamə üzrə səlahiyyətləri ötürməyi tapşırmışdır), özünün izahatına görə dayısı (iddiaçı) İddiaçı1 tapşırığından kənar heç bir hərəkət etməyən Şahid1 da məhz bu tapşırıqdan sonra etibarnamə üzrə bütün səlahiyyətləri vəkil Şahid2 ötürməsinə, vəkil Şahid2 etibarnamə üzrə digər (əmlakın idarə edilməsi və s.) səlahiyətləri Şahid3 ötürməmişdən əvvəl İddiaçı1la danışıb onun razılığın aldıqdan sonra həmin səlahiyyətləri Şahid3 ötürməsinə, səlahiyyətlərin Şahid3 və sonra da Şahid4 ötürülməs i və sonuncu tərəfindən mübahisələndirilən ərizənin yazılamasının məhz İddiaçı1 ilə Cavabdeh1 arasında mübahisəli əmlakın Cavabdeh1 adına geri qaytarılması ilə bağlı yuxarıda bəhs edilən razılıq əsasında Cavabdeh1 göstəriş verməsinə düzgün hüquqi qiymət verməmiş, qeyd edilən görüşdə İddiaçı1 tərəfindən Cavabdeh1 əmlakın mübahisəli hissəsinin geri qaytarılması ilə bağlı tapşırıq verilməsinə (tərəflər arasında şifahi tapşırıq müqaviləsinin bağlanmasına) düzgün hüquqi qiymət verməmiş, nəticədə qeyd edilən maddi hüquq normalarını mübahisənin həllinə düzgün tətbiq etməmişdir.

61. İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi-bacısı oğlu Şahid1 anlaqlı olduqları təkzib edilməz faktdır. Vəkil Şahid2 etibarnamənin İddiaçı1 göstərişi və etibarnamənin məzmunu ilə tanış olduqdan sonra razılığı ilə ver ildiyi də mülki iş üzrə müəyyən olunmuş təkzib olunmaz faktdır. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatlardan və İddiaçı1 etibarlı nümayəndəsi-bacısı oğlu Şahid1 istintaq orqanına verdiyi izahatından görünür ki, vəkil Şahid2 etibarnamə verildikdən sonra İddiaçı1 Şahid1 vəkil Şahid2 verilmiş etibarnamənin ləğv edilməsini tapşırmışdır. Əgər etibarnamədə yalnız şahidin məhkəmə iclasında dindirilməsi zamanı şahid İddiaçı1 müşayət etmək üçün səlahiyyətlər nəzərdə tutulmuşdusa, onda həmin etibarnamənin ləğv edilməsi nəyə lazım idi, yaxud belə bir etibarnamənin ləğv edilməsi lazım idimi? Çünki, vəkilə etibarnamə şahidin birinci instansiya məhkəməsində dindirilməsi ərəfələrində verilmişdi, sonradan həmin cinayət işi apellyasiya instansiyası məhkəməsində də baxılmış və şahid İddiaçı1 apell yasiya instansiyası məhkəməsində də dindirilmişdi. Cinayət işinin apellyasiya instansiyası məhkəməsinə də göndəriləcəyi ən azı 99 % görünən idi, çünki cinayət işi üzrə zərərçəkmiş şəxs X8 məhz şahid statusunda olan İddiaçı1 ona vurulumuş 1.754.000 (bir miloyn yeddi yüzəlli dörd min) ABŞ dolları məbləğində zərərin ödənilməsi ilə bağlı tələbi var idi. Belə olan halda isə buradan da məntiqi olaraq o nəticə çıxır ki, vəkil Şahid2 etibarnamə təkcə vəkil xidmətlərinin göstərilməsi üçün deyil, həm də mülkiyyətdə olan əmlakla bağlı əqdləri bağlamaq üçün də verilmişdi. Həmçinin o nəticə də çıxır ki, İddiaçı1 Cavabdeh1la, sonuncunun onu "xxxx" MTK-nın işi (həmin mülki iş üzrə iddiaçı Cavabdeh1 "xxxx" Mənzil Tikinti Kooperativinin Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə və Təbriz küçələrinin kəsişdiy i yerdə inşa etdiyi iki ədəd çoxmərtəbəli yaşayış binasından özünün payına düşən yaşayış və qeyri-yaşayış sahələrinin əvəzində cavabdehlər X3 və İddiaçı1 müşətərək qaydada yaşayış sahəsinə görə 13.392.000 manat, qeyri-yaşayış sahəsinə görə 15.160.000 manat, cəmi 28.552.000 (iyirmi səkkiz milyon beş yüz əlli iki) manat məbləğinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi) ilə bağlı məhkəməyə verməsi səbəbindən münasibətləri pozulduqdan sonra etibarnamənin ləğv edilməsini Şahid1 tapşırmışdır, yaxud da bununla bağlı heç bir tapşırıq verməmişdir. Təsadüfü deyildir ki, vəkil Şahid2 izahatlarında ona verilmiş etibarnamə üzrə səlahiyyətləri Şahid3 ötürməmişdən əvvəl İddiaçı1 razılığını aldığını və yalnız bundan sonra etibarnamə üzrə səlahiyyətləri Şahid3 öt ürdüyünü göstərmişdir. Lakin hansı halda olmasından asılı olmayaraq görünən odur ki, əvvəla etibarnamə İddiaçı1 iradəsi ilə verilmişdir, etibarnamədə nə yazılmış olduğu, hansı səlahiyyətlərin verilmiş olduğu, etibar edilənin etibarnamə üzrə səlahiyyətləri başqa şəxsə etibar edə bilməsi etibarnamənin verildiyi anda İddiaçı1 və onun etibarlı nümayəndəsi-bacısı oğlu Şahid1 açıq-aşkar məlum olmuşdur. Həmin etibarnamə üzrə aparılmış hərəkətlər, yəni etibarnamənin əvvəlcə Şahid3, daha sonra Şahid4 ötürülməsi, sonuncu tərəfindən torpaq sahəsinin mübahisələndirilən hissəsinin Cavabdeh1 adına keçirilməsi üçün mübahisələndirilən ərizənin və bölgü sxeminin imzalanması, daha sonra torpaq sahəsinin mübahisələndirilən hissəsinin Cavabdeh1 mülkiyyətinə keçməsi və ən əsası, daha sonra torpaq sahəsinin müb ahisələndirilən hissəsinin Cavabdeh1la üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsə satılması ilə bağlı hallar İddiaçı1 hələ 2018-ci ildən məlum olmuşdur. Bu halı həmçinin o fakt təsdiq edir ki, torpaq sahəsinin mübahisələndirilən hissəsi üçüncü şəxsə satıldıqdan sonra həmin hissədə yalnız üçüncü şəxs fəaliyyət göstərir və İddiaçı1 həmin hissəyə girişi yalnız yeni mülkiyyətçi olan üçüncü şəxsin razılığı ilə ola bilərdi. 2018-ci ildən keçən illər ərzində isə İddiaçı1, yaxud onun nümayəndəsi və ya nümayəndələri ünvan 5 ünvanında əlbəttə ki, dəfələrlə olmuşlar. Qeyd edilənlər əsasında mübahisəsiz olaraq o nəticə hasil olur ki, İddiaçı1 vəkil Şahid2 hansı məzmunda etibarnamə verdiyini və nəyə görə verdiyini etibarnaməni etibarlı nümayəndəsi-bacısı oğlu Şahid1 va sitəsilə verərkən bilmişdir.

62. İddiaçı1, onun etibarnamə üzrə nümayəndəsi Şahid4 tərəfindən xx.xx.2018-ci il tarixdə 9 saylı notariat kontorunda imzaladığı İddiaçı1 adından verilmiş ərizəni mübahisələndirmək üçün qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş bir illik müddət ötürülmüşdür.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun istinad edilən qərarındakı hüquqi mövqeyinə görə həmin müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətə aiddir.

64. Digər tərəfdən qeyd edilənlər əsasında müəyyən olunur ki, İddiaçı1, onun etibarnamə üzrə nümayəndəsi Şahid4 tərəfindən xx.xx.2018-ci il tarixdə 9 saylı notariat kontorunda imzaladığı İddiaçı1 adından verilmiş ərizənin verilməsi, yaxud buna qədər etibarnamənin verilməsi zamanı İddiaçı1 həmin əqdlə rin imzalanması ilə bağlı iradə ifadəsi hər hansı formada zədələnməmişdir. Bu halda isə həmin əqdlər etibarlı olduqlarından hər hansı müddətin tətbiq edilməsinə də ehtiac qalmır. Çünki müddətlər etibarsız əqdlər üzrə tətbiq edilir. Göründüyü kimi mübahisələndirilən ərizənin etibarlılığı ilə bağlı apellyasiya şikayətində çoxsaylı dəlillərə istinad edilməsinə baxmayaraq, məhkəmə kollegiyası qəbul etdiyi qətnaməsində həmin dəlillərin hər hansı birini müzakirə etmədən apellyasiya şikayətinin bu hissədə əsasız olması qənaətinə gəlmiş, apellyasiya şikayətinin ərizənin etibarsız hesab edilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin tətbiq edilməsi ilə bağlı dəlillərinə isə «məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə dəlill əri də əsassız hesab edir və belə qənaətə gəlir ki, hazırkı münasibətlərə iddia müddəti tətbiq edilə bilməz».

65. Göründüyü kimi, imzalandığı və müvafiq olaraq hüquqi nəticə yaratdığı xx.xx.2018-cı il tarixdən etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırılanadək 6 (altı) illik bir müddətin keçməsinə baxmayaraq, məhkəmə kollegiyası mübahisələndirilən ərizənin etibarlılığı ilə bağlı dəlilləri müzakirə etməmiş, bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş maddi hüquq normalarının (Mülki Məcəllənin 337- 339, 354-cü maddələri) həmin hissədə mübahisəyə tətbiq edilməli olub-olmadığını da müzakirə etməmiş, nəticədə mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.

66. Mülki işdən görünür ki, iddiaçılar mübahisəli 0.3651 kv.m torpaq sahəsinin üçüncü şəxsə özgən inkiləşdirilməsinə dair Cavabdeh1 ilə X11 arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsini və həmin müqavilə əsasında sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı, həmin qeydiyyat əsasında verilmiş çıxarışı mübahisələndirməmişlər. Mübahisəli torpaq sahəsinin üçüncü şəxsə özgəninkiləşdirilməsinə və həmin hissənin hazırda üçüncü şəxsin mülkiyyətində olmasına baxmayaraq birinci instansiya məhkəməsinin mülki işin bu halları ilə bağlı düzgün qiymətləndirmə aparmamışdır.

67. Məhkəmə kollegiyasının qətnaməsində «… Bu baxımdan X2 0,3651 kv.m torpaq sahəsi ölçü və nəticə etibarı ilə onun payına düşən hissənin bir hissəsidir. Hazırda isə tərəflərin ümumi paylı mülkiyyətində olan torpaq sahəsinin ümumi ölçüsü 0,46996 ha, buna uyğun olaraq hər birinin pa yı 0,23498 ha təşkil edir. Halbuki, alqı-satqıdan sonra cavabdehin paylı mülkiyyətində ölçü etibarı ilə daha az sahə qalmalı idi. Qeyd edilənlər iddiaçının pozulmuş payının cavabdehin mövcud payı hesabına bərpa edilməsini mümkün edir» kimi nəticə çıxarması doğru olmamışdır. Belə ki, əgər apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsi dəyişdirilmədən saxlanılarsa, bu halda iddiaçı tərəf gələcəkdə qanuni qüvvəsini alacaq olan bu qətnaməyə istinad edərək özünün torpaq sahəsinin üçüncü şəxsə özgəninkiləşdirilmiş torpaq sahəsi hesabına deyil, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi hesabına artırılması üçün məhkəməyə müraciət edə bilər və bu tələbi də qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsaslandığından təmin edilə bilər. Hazırkı mülki iş üzrə qeyd edilən iddia tələbi olmadğı halda mə hkəmə kollegiyasının yuxarıda qeyd edilən nəticəni çıxarması gələcəkdə iddiaçı tərəfin gələcəkdə qanuni qüvvəsini alacaq olan bu qətnaməyə istinad edərək özünün torpaq sahəsinin üçüncü şəxsə özgəninkiləşdirilmiş torpaq sahəsi hesabına deyil, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsi hesabına artırılması üçün indidən zəmin, qanuni qüvvədə olan məhkəmə qətnaməsində nəzərdə tutulmuş «müəyyən edilmiş hal», «qanuni əsas» hazırlamış olur ki, bu da qanunsuzdur.

68. Məhkəmə kollegiyası Cavabdeh1ilə onun qızı ikinci Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsini, daha sonra isə 2-ci Cavabdeh3 ilə 3-cü cavadeh Cavabdeh4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsini heç bir hüquqi nəticə yaratmayan uydurma əqdlər hesab edərək, bağışlama müqavilələ ri ilə təkcə torpaq sahəsinin deyil, həm də üzərində olan və hər hansı mübahisənin predmeti olmayan qeyri-yaşayış sahəsinin bağışlandığını da düzgün qiymətləndirməmişdir.

69. Hər iki bağışlama müqaviləsindən görünür ki, həmin müqavilələr üzrə bağışlanılan əmlaklar bağışlayanın xüsusi mülkiyyətində olmuşdur, bağışlayanın həmin əmlakları bağışlamaq üçün qanunvericiliklə nəzərdə tutulmuş mülkiyyətçiyə məxsus olan sahiblik, istifadə və sərəncam vermə hüquqları mövcud olmuşdur, əmlaklar üzərində hər hansı məhdudiyyət, qadağa olmamışdır və əmlaklar notariat qaydasında bağlanmış bağışlama müqavilələri əsasında bir mülkiyyətçidən digər mülkiyyətçiyə faktiki olaraq keçmişdir. Bu isə təsdiq edir ki, hər iki müqavilə udurma deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış və icra olunmuş rea l müqavilələr olmuşdur.

70. Cavabdeh1 mülkiyyətində olmuş ümumi sahəsi 0,23498 ha təşkil edən torpaq sahəsinin və onun üzərində yerləşən və yalnız Cavabdeh1 məxsus olmuş qeyri-yaşayış sahəsinin onun tərəfindən qızı Cavabdeh3 bağışlanılması qüvvədə olan qanunvericiliyin əmlakın mülkiyyətçisi olmuş Cavabdeh1 vermiş olduğu müstəsna hüquq əsasında edilmiş qanuni hərəkət olmuşdur. Bağışlanılmış əmlakın üzərində hər hansı məhdudiyyət olmamış, əmlakın bağışlanılmasına, bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada bağışlama müqaviləsinin bağlanılmasına və həmin müqavilə əsasında əmlakın bir mülkiyyətçi olan Cavabdeh1 mülkiyyətindən digər mülkiyyətçiyə – 2-ci Cavabdeh3 mülkiyyətinə keçməsinə heç bir əngəl olmamışdır. Eynilə cavabdehlər Cavabdeh3 ilə M.Ə.Hüsenli arasında bağlanmış bağışlam a müqaviləsi və həmin müqavilə əsasında da əmlakın Cavabdeh3 mülkiyyətindən Cavabdeh4 mülkiyyətinə keçməsinə heç bir əngəl olmamışdır

71. Apellyasiya instansiyası məhkəməsi eynilə, birinci instansiya məhkəməsi kimi, mülki iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, mülki işdə olan İddiaçı1 tərəfindən Şahid1 verilmiş etibarnamə, sonuncu tərəfindən vəkil Şahid2 ötürülmüş etibarnamə, sonuncu tərəfindən Şahid3 ötürülmüş etibarnamə, sonuncu tərəfindən Şahid4 ötürülmüş etibarnamə, etibarnamələri imzalayan şəxsin səlaihyyəti notarius tərəfindən müəyyən edildikdən sonra təsdiq edilməsinə, həmin etibarnamələri vermiş və ötürmüş səlahiyyətli şəxslərin anlaqlı olmalarına baxmayaraq məhkəmə həmin m ötəbər sübutlara müvafiq hüquqi qiymət verməmişdir. İddiaçılar tərəfindən mübahisələndirilən 0.3651 kvm torpaq sahəsinin İddiaçı1la Cavabdeh1 qarşılıqlı razılığı əsasında Cavabdeh1 adına keçirilməsini təsdiq edən mötəbər sübutlar (İddiaçı1la Cavabdeh1 qarşılıqlı razılığının olduğunu təsdiq edən Cavabdeh1, Cavabdeh4 izahatları, İddiaçı1 vəkil Şahid2 verilmiş etibarnamənin məzmunu ilə tanış olduqdan sonra etibarnamənin İddiaçı1 etibarlı nümayəndəsi-bacısı oğlu Şahid1 imzalamasını təsdiq edən Şahid1 özünün izahatı, vəkil Şahid2 izahatı) mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ünvanda İddiaçı1 adına qeydiyyatdan keçmiş bütün əmlakın ona məhz Cavabdeh1 tərəfindən bağışlanıldığını təsdiq edən sübutlara (həmin ünvanda yerləşən bütün əmlakın Cavabdeh1 qaynının adına özələşdirilmiş olması, b ütün əmlakların Cavabdeh1 rəhbəri olduğu Azərbaycan Respublikası «Avtomotoservis və Ticarət İstehsalat» Birliyinin əmlakı olması, sonradan Cavabdeh1 qaynıX6 adına özəlləşdirilməsi, sonuncunun həmin əmlakı Cavabdeh1, onun kürəkənlərinə, qardaşı İddiaçı1 bağışlaması və sair) məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir.

72. Apellyasiya instansiyası məhkəməsi eynilə, birinci instansiya məhkəməsi kimi, iş üzrə toplanmış sübutlara, müvafiq olaraq iş üzrə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə mübahisənin həllinə tətbiq etməli olmadığı maddi hüquq normalarını tətbiq etmiş, tətbiq etməli olduğu maddi hüquq normalarını isə tətbiq etməmiş, mübahisənin həllinə tətbiq etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

73. Cavabdeh1 kassasiya şikayətini Azərba ycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İİİ hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 340.1, 354.2, 359.1, 359.3, 364.1, 364.2, 560.1, 560.2, 777.1, 777.2, Azərbaycan Respublikası MPM-in 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

74. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

75. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

76. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

77. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

78. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

79. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

80. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

81. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

82. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

83. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

84. M addə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.

85. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur.

86. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onu n digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

87. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

88. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

89. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

90. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

91. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

92. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təmin at vermədən icra etməyi öhdəsinə götürür.

93. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

94. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

95. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

96. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

97. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

98. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

99. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

100. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

101. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

102. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

103. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

104. Hazırki kassasiya şikayətlərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

105. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

106. Məhkəmə kollegiyası Cavabdeh1 kassasiya şikayətinin İddiaçı1, onun etibarnamə üzrə nümayəndəsi Şahid4 tərəfindən xx.xx.2018-ci il tarixdə 9 saylı notariat kontorunda imzaladığı İddiaçı1 adından verilmiş ərizəni mübahisələndirmək üçün qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş bir illik müddəti ötürdüyü, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyə görə həmin müddətin, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətə aid olduğu barədəki dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı ilə Şahid2 arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaransa da, bu münasibətlər çərçivəsində onların arasında əmlakın idarə olunması və onun üzərində sərəncam verilməsi ilə bağlı hər hansı razılıq və iddiaçının iradə ifadəsi olmamış, Mülki Məcəllənin 405.1-ci maddəsinin tələbləri baxımından belə bir tapşırığı özündə ehtiva edən hər hansı müqavilə bağlanmamışdır. Bu baxımdan iddiaçı tərəfindən Şahid2, onun tərəfindən Şahid3 və sonuncu tərəfindən Şahid4 verilmiş etibarnamədə bu səlahiyyətlərin də göstərilməsi, onlara, xüsusilə də Şahid4 həmin etibarnamə əsasında xx.xx.2018-ci il tarixdə iddiaçının adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə ilə müraciət edərək, onun mülkiyyətində olan əmlakın tam mülkiyyət hüququ ilə cavabdehin adına rəsmiləşdirilməsinə sərəncam vermək hüququnu vermiş olmur. Belə ki, etibarnamədə göstərilməsinə baxmayaraq, hüquqi nəticə etibarı ilə idd iaçı Şahid2 belə bir tapşırıq verilmədiyindən, onun tərəfindən nə Şahid3, nə də ki, Şahid4 belə bir səlahiyyət ötürülə bilməzdi. Bu da öz növbəsində onun qeyd edilən etibarnaməyə əsaslanaraq, iddiaçının adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2018-ci il tarixli ərizənin etibarsız olduğunu təsdiq edir.

107. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

108. Məhkə mə kollegiyası hesab edir ki, göstərilənlərdən məlum olur ki, əqdlərin etibarsızlığı halında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddət o zaman tətbiq edilir ki, əqdi formalaşdıran bir iradə ifadəsi mövcud olur, lakin o iradə ifadəsi zədələnmiş olur. Ancaq apellyasiya instansiyası məhkəməsi iddiaçının əmlakın idarə olunması və onun üzərində sərəncam verilməsi ilə bağlı hər hansı razılıq və iradə ifadəsinin olmadığını müəyyən etmişdir. Ona görə də iş üzrə ərizənin etibarsız hesab edilməsi ilə əlaqədar tələb üzrə kəsici müddətin tətbiqi də mümkün deyil.

109. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, hab elə kassasiya şikayətlərində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

110. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

111. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi d əyişdirilmədən saxlanılmalıdır.

112. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3893/2025 nömrəli, 4 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar