Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3815/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh5, Cavabdeh8, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9 İddia tələbi: payın naturada bölünməsi Açar sözlər: mülkiyyət hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə dair işə 16 iyun 2021-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində yerləşən ümumi sahəsi 239,6 kv.m olan 12 saylı evin 1/5 hissəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 21 noyabr 2017-ci il İddiaçı Cavabdeh5 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində istifadədə olan 12 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinin pay bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən fərdi yaşayış evinim 1/5 hissəsi iddiaçının paylı mülkiyyətindədir. Lak in uzun müddətdir ki, iddiaçı öz həyat yoldaşı və qızı ilə birlikdə həmin evdə məskunlaşa bilmirlər. Buna səbəb isə həmin fərdi yaşayış evinin real pay bölgüsünün olmamasıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2018 nömrəli iş üzrə 22 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, payın naturada bölgüsünün texniki cəhətdən mümkünlüyünü yoxlamaq məqsədilə tikintitexniki ekspertizası təyin olunmuş, lakin tədqiq olan evin texniki pasportda göstərilən ölçülərlə üst-üstə düşmədiyi müəyyən edildiyindən tədqiqatın aparılması mümkün olmamış və məhkəmənin müvafiq qərardadı icrasız saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı həmin qətnaməni apelly asiya qaydasında mübahisələndirmiş, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, məhkəmə mübahisənin mahiyyəti üzrə hər hansı bir araşdırma aparmamış, maddi və prosessual hüquq normalarını pozmuşdur. İş üzrə alınmış 22 may 2020-ci il tarixli,1725 nömrəli ekspertiza rəyi ilə - ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1/5 paya yaxın hissəsinin naturada real olaraq ayrılması texniki cəhətdən mümkün hesab edilmiş, bu barədə plan-sxem tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-132/2020 nömrəli iş üzrə 18 avqu st 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov, Z.A.Şirinov, F.Ş.Talışinski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, ekspertiza rəyindən göründüyü kimi, ümumi əmlak üzərində iddiaçının payının naturada ayrılması texniki cəhətdən o zaman mümkün ola bilər ki, evin texniki pasportu üzrə sahəsi 61,3 m2 olan “B” literli tikili iddiaçının sərəncamına verilsin. Halbuki, işdə olan hüquqmüəyyənedici sənədlərə (çıxarış, texniki pasport) və ekspertiza rəyinə əsasən mübahisəli yaşayış evinin ümumi sahəsi 263,5 m2 ibarətdir. İddiaçının əmlak üzərində olan mülkiyyət payı isə onun 1/5 hissədədir. Göründüyü kimi, əlavə ekspertiza rəyi ilə payın naturada ayrılması zamanı iddiaçıya malik olduğu paydan daha çox (təqribən 10 m2) sahə verilməlidir ki, bu da qanunvericiliyin tələblərinə uyğun olmamaqla, digər paylı mülkiyyətçilərin əmlak paylarının faktiki olaraq əsassız azaldılması ilə nəticələ bilər. Eyni zamanda, ekspertiza rəyindən görünür ki, ekspert rəyi texniki pasportun göstəricilərinə əsasən vermişdir. Halbuki, işdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 mart 2018-ci il tarixli, 3540 saylı məktubundan görünür ki, ilkin ekspertiza zamanı evin faktiki sahəsi ilə texniki pasportda göstərilən ölçüləri üst-üstə düşmədiyi müəyyən edildiyindən tədqiqatın aparılması mümkün olmamışdır. Yəni, daşınmaz əmlakın faktiki sahəsi texniki pasportda göstərilən ölçülərlə üst-üstə düşmür (əlavə tikili və ya söküntü işlərinin aparılması mümkündür). Beləl iklə, işdə olan və tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, mübahisəli yaşayış evinin iddiaçının payına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. İddiaçı tərəf bunun əksini təsdiq edən hər hansı sübütü məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Eyni zamanda, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, “B” literli tikilidə digər şəxslər yaşayır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 21 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2 Əkbər qızına, X2 və Cavabdeh1 qarşı “Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə köçürülmə və cavabdehlərin oradan çıxarılması” tələbinə dair iddias ı təmin olunmamışdır. Hazırki iş üzrə apellyasiya baxışı zamanı Cavabdeh4 və X4 izahatlarında göstərmişlər ki, onlar uzun müddətdir ki, mübahisəli fərdi yaşayış evinin “B” literli tikilisində yaşayırlar və qeydyiyyatdadırlar. Qanuni qüvvədə olan məhkəmə qərarları ilə onların həmin tikilidən çıxaılmaları ilə bağlı iddiaçının iddia tələbləri təmin olunmamışdır. Ekspert yerində baxış keçirməmiş, yalnız texniki pasport göstəricilərinə əsasən əsassız rəy vermişdir. Hesab edirlər ki, “B” literli tikilinin iddiaçıya verilməsi qanunsuzdur, onların hüquqlarını məhdudlaşdırır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının payının, payına uyğun naturada ayrılması faktiki olaraq mümkün deyildir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Kassasiya ş ikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddi açının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı və cavabdehlər Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovalar küçəsində yerləşən ümumi sahəsi 239,6 kv.m olan 12 saylı evin paylı mülkiyyətçiləri olmaqla, həmin ev 5/1 hissədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda paylı mülkiyyətdə olan fərdi yaşayış evinin onun payına uyğun hissəsinin naturada ayrılmasını tələb edir. Mülki Məcəllənin 220-ci maddəsi ilə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılmasının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bö lünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Deməli, qanunvericiliyinin tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bununla bərabər, payın naturada ayrılmasının ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkünlüyü yalnız müvafiq ekspert rəyi ilə müəyyən edilə bilər. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş üzrə alınmış ekspert rəyi ilə paylı mülkiyyətində olan mübahisəli fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olan 1/5 paya yaxın hissəsinin naturada bölünməsi texniki cəhətdən mümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsi Ekspertiza Mərkəzinin 16 mart 2018-ci il tarixli məktubuna istinad edərək verilmiş ek spertiza rəyi ilə razılaşmamaqla iddiaçının payının naturada bölünməsinin texniki tərəfdən mümkün olmaması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Digər tərəfdən, apellyasiya məhkəməsi ekspert rəyinə əsasən iddiaçının payına uyğun olaraq ona ayrılması mümkün hesab edilən tikilidə iş üzrə üçüncü şəxslər Cavabdeh4 və X1 qeyriyyatda olmaqla yaşamalarına istinad etmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ond an istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qanuni və əsaslı hesab edilməyən qətnamə qəbul edilmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3815/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3815/2021
16.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver