Məhkəmə qərarları › İş №2(102)-3815/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3815/2023

06.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3815/2023 06.09.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 iyul 2023-cü il tarixli qərardadından iddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin sonuncu 2(105)-1723/2020 saylı, xx.xx.2023-cü il tarixli sonuncu qərardadının və onunla eyniyyət təşkil edən 2(105)1723/2020 saylı, xx.xx.2023- cü il tarixli qərardadlarının ləğv etməklə buraxılmış müddətin bərpa olunması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. İş materiallarında olan (İİ cild, səhifə 26) elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 iyul 2023-cü il tarixli qərardadı iddiaçı və onun vəkili Vəkil elektron kabinetinə 01 avqust 2023-cü il tarixdə yerləşdirilmişdir. Lakin iddiaçı həmin qəra rdaddan kassasiya şikayətini 17 avqust 2023-cü il tarixdə elektron məhkəmə informasiya sisteminə yerləşdirmişdir. Göründüyü kimi, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət ötürülmüş, buna baxmayaraq həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 408.1.4-cü maddəsinə görə, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.40 8.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, apellyasiya instansiya məhkəməsi kassasiya şikayətinin prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Odur ki, İddiaçı münasibətdə kassasiya şikayəti qanunvericilikdə müəyyən edilmiş mü ddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və geri qaytarılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405, 408-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 iyul 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün iş həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar