Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3816/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanaması Fondunun vəkili X1nun iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 2(103)-1709/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsi nin (hakim Emin Mehdiyev) 27 sentyabr 2018-ci il tarixli 2(006)-625/2018 saylı qətnaməsinə əsasən iddia ərizəsinin qismən təmin olunması, Cavabdeh iddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3823,65 manat əsas, 546,68 manat faiz, 100 manat cərimə, cəmi 4470,33 manat kredit borcun, həmçinin 30 manat dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş 2012-ci il buraxılışlı, «NİSSAN SUNNY» minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və əldə olunan vəsaitin qeyd edilən borcun ödənilməsinə yönəldilməsi, kredit borcunun ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməli olan faiz borcu 22,16 manat, cərimə borcu 50 manat məbləğində müəyyən edilmiş, ekpertiza tədqiqatının dəyəri 145 manatın Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsiq qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair» iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 4183,55 manat əsas, 528,38 manat faiz, 3083,79 manat cərimə, cəmi 7795,72 manay kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh məxsus «NİSSAN SUNNY» minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, qeyd edilən avtomobilin açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına banka olan həmin kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehkassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsinin keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın tutulması hissədə ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ekspertiza tədqiqatının dəyərinin ondan tutulması hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə 145 manat ekspertiza xərcini ondan tutmaqda düzgün nəticəyə gəlməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanaması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiy mət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki kassas iya baxışının predmetini apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyri olan 145 manatın cavabdehdən tutulması hissəsinin qanuniliyi təşkil edir. Çünki verilmiş kassasiya şikayətindən görünür ki, cavabdeh qətnaməni yalnız o hissədə mübahisləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, tərəflər arasında bağlanmış 28 iyun 2012-ci il tarixli, 823F18 saylı kredit müqaviləsinə əsasən, iddiaçı Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 19 faiz olmaqla 13000 manat məbləğində kredit verilmişdir. 28 iyun 2012ci il tarixli, 823F18 saylı girov müqaviləsi ilə Cavabdeh həmin kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan 2012-ci il buraxılışlı, «N İSSAN SUNNY» minik markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobili banka girov qoymuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsi və ipoteka müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermişdir. Bunun nəticəsində bankın cavabdehdən kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14241 saylı 23 iyul 2018-ci il tarixli ekspert rəyindən görünür ki, 28 iyun 2012-ci il tarixli 823F18 saylı kredit müqaviləsi üzrə cavabdehin 06 dekabr 2017-cı il tarixə olan faiz borcu 583,32 manat, 27 sentyabr 2017-ci il tarixə olan faiz borcu 546, 68 manat, təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 145 manatdır. Apellyasiya instansiyası məhkəməsi həmin ekspertiza tədqiqatının dəyərinin cavabdehdən tutulmasını qət etmişdir. Cavabdeh hazırda bu halı mübahisələndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilm iş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsində işin araşdırılması zamanı keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 145 manat məbləğində pul cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini qət edərkən düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının iddia tələbindən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsini xahiş etmişdir. İddia tələbi borcun tutulması hissədə qismən təmin edilmiş, tələbin tutmanın girov predmetinə yönəldilməsi hissəsi isə tam təmin edilmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 119cu maddəsinə istinad edərək ekspertiza tədqiqatının də yəri olan 145 manat məbləğində pul cavabdehdən tutulması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəmə mülki kollegiyasının 2(103)-1709/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsi cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin haki
Məhkəmə qərarları › İş №2(102)-3816/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3816/2019
17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver