Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3816/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin verilməsidən imtina barədə qərarın ləğvi, dövlət fonduna aid mənzillə bağlı mirasın qəbulu müddətinin uzadılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X5 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “qərarın ləğvi və mirasın qəbulu müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2692/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayətinə 09 oktyabr 2023- cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yasamal Rayon Məhkəməsinin 07 iyul 2003-cü il tarixli 2-1184/2003 qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Mirəli Seyidov küçəsi, 53 saylı evin 3 otaqlı mənzilinin yaşayış sahəsi 18 kv.m olan bir otağının kirayə müqaviləsi X16 ilə (ailə tərkibi 3 nəfər, özü, qızı, oğlu), yaşayış sahəsi 29 kv.m olan iki otağın kirayə müqaviləsi X17 ilə (ailə tərkibi 6 nəfər) bağlanmışdır.
2. X17 xx.xx.2020-ci il tarixdə və fat etmişdir.
3. İddiaçı1 və İddiaçı2 X10 övladlarıdır.
4. Bakı şəhəri 23 saylı Notariat Kontorunun “notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarına görə qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət vərəsələr tərəfindən buraxıldığından, vərəsələrin Bakı şəhəri 23 saylı Notariat ofisinə mirası faktiki qəbul və sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra “iddiaçı”) cavabdeh Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı (bundan sonra “cavabdeh” və ya “Notariat ofisi”) qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ataları X8 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü hesab edilərək uzadılması, iddiaçılara vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıların atası X17 15 fevral 2020-ci il tarixdə özünə məxsus ünvan 2 ünvanında vəfat etmişdir. Ataları vəfat etməzdən öncə iddiaçılar onun qulluğunda olmuş və vəfat edərkən onun yanında olmuşlar.
7. İddiaçılar X10 övladları kimi atalarından miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlakı qəbul etmək və vərəsə lik şəhadətnaməsinin verilməsi ilə bağlı Notariat Ofisinə müraciət etmişlər. Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarı ilə onların müraciətlərinin təmin edilməsindən imtina edilmişdir.
8. Bu qərar tamamilə qanunsuz və əsasızdır, vərəsə kimi iddiaçıların hüquqlarını pozur. Belə ki, iddiaçılar miras əmlak və vərəsəliklə bağlı bütün zəruri sənədlər Notariat Ofisinə təqdim etmiş və məlum olmuşdur ki, X10 onlardan başqa birinci növbəli vərəsəsi yoxdur.
9. İddiaçılar təlblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 1159.1.1, 1160 və 1248ci maddələrinə istinad etmişlər.
10. Birinci instansiya məhkəməsində İddiaçı1 izahatında iddia tələbini müdafiə etdiyini, atasının yanında çox qalmadığını, işlədiyi üçün həftə sonları atasının yanında qaldığını, bibisi ilə aralarının olmadığını, bibisin in onu evdən qovduğunu və sədrlik edənin sualına cavab olaraq o evdə bibisinin öz oğlu ilə yaşadığın bildirmişdir.
11. Birinci instansiya məhkəməsində İddiaçı2 göstərmişdir ki, atası 15 fevral 2020ci il tarixdə rəhmətə getmişdir. Atası rəhmətə gedəndə onun yanında olmuşdur. Onun mirasın qəbul edilməsi üçün 6 ay müddətin olmasından xəbəri olmamışdır. Sonra bibisinin evi satmaq istədiyini eşitmişlər. Atası ilə anası boşanmışdır. Onlar anası ilə qalmış, daha sonra anası öz pulu ilə 1 otaqlı ev tikdirmişdir. Ataları xəstə olanda onlarla qalmışdır. Onun qayğısına qalaraq müalicəsini etmişlər. Xəstəxanada qalanda xərcini o çəkmişdir. Yasda anası iştirak etməmişdir.
12. Birinci instansiya məhkəməsində iddiaçıların nümayəndəsi və vəkili bildirmişdir ki, faktiki olaraq iddiaçılar o ünvanda yaşamırl ar. Həmin ünvanda mərhumun bacısı yaşayır, o da birinci dərəcə vərəsə sayılmır. İddiaçıların atası həyat yoldaşı ilə boşanmışdır. İddiaçılar mərhum ölən zaman onun yanında olmuş, onun müalicəsi ilə məşqul olmuşdurlar. Analarının başqa evi olduğundan onunla yaşamışlar. Onların iddiası qanun üzrə vərəsəlik hüququnun tanınmasıdır. Onlar buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş edirlər. İddiaçıların 6 aylıq müddətlə bağlı məlumatsızlığı hüquqi savadsızlıqdan irəli gəlir. Vərəsələr arasında olan məsələlər sonra həll olunası məsələlərdir. İddiaçılar 2 uşaqdır, onların atalarından qalmış mirasdan pay almaq hüququ var. Mərhumun müalicə xərclərini iddiaçı Sevinc xanım çəkib. İddiaçıların evləri yoxdur, kirayədə qalırlar. Hazırda orada iddiaçıların bibisi yaşayır. İddiaçıların bibisi onlar ı oradan uzaqlaşdırmaq istəyir. Mənzilin Çıxarışı yoxdur. İddiaçı2 mirası faktiki qəbul etmişdir.
13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 dekabr 2022-ci il tarixli, e-2(004)4977/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. (sədrlik edən Fərid Əyyubov)
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri 23 saylı Notariat Kontorunun “notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət vərəsələr tərəfindən buraxıldığından, vərəsələrin Bakı şəhəri 23 saylı Notariat ofisinə mirası faktiki qəbul və sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edildiyini göstərmişdir.
15. Birinci instansiya məhkəməs i göstərmişdir ki, iddiaçıların izahatından da göründüyü kimi miras əmlak olan evdə hazırda iddiaçıların bibisi yaşamaqdadır və iddiaçıların miras əmlaka faktiki qəbul və sahiblik etməsinə maneələr törətməkdədir.
16. Birinci instansiya məhkəməsi qohumluq münasibətlərinin yaxşı olmamasını mirasın qəbulu üçün müddətin 1-ci dərəcəli vərəsələr tərəfindən buraxılmasının və miras əmlakı faktiki qəbul və sahiblik etməməsinin üzürlü səbəbi hesab etmişdir.
17. Birinci instansiya məhkəməsi vurğulayıb ki, iddiaçılardan başqa, qanun üzrə vərəsə olması iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçılara vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Notariat Ofisinin 24 avqust 2022ci il tarixli qərarı ləğv edilməli, X8 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edi lməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılmalıdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1134.1, 1243, 1246, 1248.1, 1321.1, 1321.2-ci və “Notariat haqqında” Qanunun 41-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə qətnaməsində göstərilən Bakı şəhəri, Yasamal rayonu, M. Seyidov küçəsi ev 53, mənzil 73-də yerləşən mənzil əvvəllər 3 otaqlı olub və 1964-cü ildə onların valideyinlərinə verilib. Bacıları, qardaşları və o, həmin evdə anadan olmuşlar. Ev özəlləşdir ilməyib, dövlət mənzilidir. Onlar həmin mənzildə yaşayır və pasport qeydiyyatındadırlar; - qardaşı Azadın keçmiş arvadı – iddiaçıların anası X16 xx.xx.2001-ci ildə boşandıqdan sonra 2003-cü ildə məhkəməyə müraciət edərək “Mənzilə yaşayış hüququnun tanınması və mənzilə köçürülməsi”ni xahiş etmişdir. Məhkəmə X9 iddiasını təmin etmişdir. Həmin qətnamədən istifadə edən Şərqiyə Kərimova mənzilin bir otağını özünün və iki nəfər azyaşlı uşağı X11 və X18 adına özəlləşdirmişdir. X16 30 mart 2005-ci ildə M.Seyidov küçəsi 53 saylı binanın, 73 saylı mənzilinin 18,02 kv.m-dən ibarət olan bir otağını öz adına qeydə aldırmış, sonra 08 sentyabr 2005-ci ildə X1; - dövlət mülkiyyətində olan mənzillərdə yaşayanların hər hansı birinin ölümü ilə əlaqədar olaraq vərəsəlik açılmır. Atası, anası öldükdə də belə o lmuşdur. Onun yaşadığı, məhkəmə qətnaməsində göstərilən Bakı şəhəri, M. Seyidov küçəsi ev 53, mənzil 73-də 8 nəfər pasport qeydiyyatındadır və həmin ünvanda yaşayırlar. Mənzilin onlarda qalan 2 otağı özəlləşdirilmədiyi üçün onlar paylarını almamışlar. Onların hər birinin həmin mənzildə payları vardır.
21. Apellyasiya instansiyası məhkəməsi qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.
22. İddiaçıların vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək göstərib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən iddiaçılar birinci növbə vərəsələr olduğundan, miras əmlakdan onlara pay düşür. İddiaçılar mülkiyyətçi olduqdan sonra, bibilərinə istifadə hüquqlarına görə ədalətli kompensas iya verəcəklər.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2692/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia tələbi təmin edilməmişdir. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev, Fərrux Qasımov)
24. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə prosesinə cəlb edilməmiş, nəticədə onun hüquqlarına toxunması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul edilmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və şikayətin dəlillərindən asılı o lmayaraq, qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçılar X4nun övladlarıdır. X7 X13 arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, iddiaçılar anaları X6 yanında saxlanılmışlar. Bakı şəhəri, Mirəli Seyidov küçəsi 53 saylı evin, 3 otaqlı, 73 saylı mənzili dövlət mənzil fonduna aid olmaqla özəlləşdirilməmişdir. Yasamal Rayon Məhkəməsinin 07 iyul 2003-cü il tarixli, 2-1184/2003 qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Mirəli Seyidov küçəsi 53 saylı evin, 3 otaqlı, 73 saylı mənzilinin yaşayış sahəsi 18 kv.m olan bir otağın kirayə müqaviləsi X16 ilə (ailə tərkibi 3 nəfə r, özü, qızı, oğlu), yaşayış sahəsi 29 kv.m olan iki otağın kirayə müqaviləsinin X7 bağlanması (ailə tərkibi 6 nəfər) qərara alınmışdır. X16 ailə tərkibi özü və hazırkı iddiaçılar olmaqla 18 kv.m olan otağı özəlləşdirərək kənar şəxsə satmış, mənzildən getmişlər. Mənzilin 29 kv.m olan iki otağında X19 özü və 6 nəfər ailə üzvü – hazırkı iş üzrə 3-cü şəxs də daxil olmaqla yaşamağa davam etmişlər. Hazırda da, mənzilin 29 kv.m olan iki otağında 3-cü şəxs yaşayır. X19 xx.xx.2020-ci ildə vəfat etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçılar yaşayış sahəsi 18 kv.m olan bir otağın anaları X13 tərəfindən satılandan sonra, yaşayış sahəsi 29 kv.m olan iki otaqda ataları ilə birlikdə ailə üzvü kimi yaşamaları, onunla birgə təsərrüfat idarə etmələri ilə bağlı məhkəməyə sübu tlar təqdim etməmişlər. Əksinə, 3-cü şəxs tərəfindən təqdim olunmuş qüvvədə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)6065/2017 nömrəli, 29 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X19 cavabdehlər İddiaçı1 və X14 qarşı “mənzildən çıxarma və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə cavabdehlər İddiaçı1 və X11 ünvan 2-ə yaşamadıqlarından, mənzilə istifadə hüquqları olmadığından, iddianı təmin etməmiş, qətnamənin cavabdehlər İddiaçı1 və X11 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olmasını qət etmişdir. Göründüyü kimi, 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmadığından, iddiaçılar X4 ilə birgə yaşayan a ilə üzvləri hesab olunmurlar.
27. Apellyasiya instansiyası məhkəməsi müvafiq qanunvericiliyin dövlət mənzil fonduna aid olan mənzilin icarə müqaviləsi əsasında istifadə edilməsinin qaydalarını və əsaslarını, həmçinin vərəsəlik hüququ qaydasında həmin mənzillərə icarə hüququnun həyata keçirilməsini tənzimləyən hüquq normalarının mahiyyətinin açıqlanmasını zəruri hesab etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 4 və 5-ci maddələrinə istinadən göstərib ki, həmin normalarda dövlət mənzil fonduna aid olan mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normaları dövlət mənzil fonduna aid olan mənzillərin mülkiyyətə verilməsi üçün müraciətin olmasını, həmin anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığının olmasını müəyyən etmişdir. Mərhum X2 mənzilin özəlləşdirilməsi üçün müraciət etməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən göstərib ki, icarədar öldükdə, onun ailə üzvlərinin hər birinin icarə hüquq münasibətlərini davam etdirmək hüququ vardır. Bu qaydalar isə icarədarın ölümündən sonra, mənzilin miras kütləsinə daxil edilməsini və “q anuni gözlənti” hüququnu istisna edir.
30. Qanunvericilikdə icarədar öldükdə mənzil üzərində icarə hüquqları onun vərəsəsinə (hüquqi varisinə) deyil, onun ailə üzvlərinə (onunla birgə yaşayan) keçməsini nəzərdə tutur. Buna görə də, icarədarın vəfat etməsi halında, onun ailə üzvləri (onunla birgə yaşayan) tərəfindən icarə münasibətlərinin davam etdirilməsi mübahisələndirilə bilər. İş materiallarından göründüyü kimi, iddiaçılar mənzil üzərində (yaşayış sahəsi 29 kv.m olan iki otaq) hüquqları yaranmasa da belə, icarə hüquqlarının keçməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanına müraciət etməmişlər.
31. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinə istinad etməsinini əsaslı hesab et məyərk göstərib ki, həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın döv lət reyestrinin aparılması qaydalarını müəyyən edir. Mərhum X2 mənzilin özəlləşdirilməsi, adına qeydiyyat vəsiqəsinin verilməsi üçün müraciət etməmişdir.
33. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə dövlət mənzil fonduna aid olan mənzillə bağlı icarə hüquq münasibətləri xüsusi norma olaraq Mənzil Məcəlləsi ilə nizamlanır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun isə daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.
34. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Az ərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həya ta keçirilməsindən söhbət gedə bilməz. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki halda iddiaçılar subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Yəni mübahisəli mənzil miras kütləsinə daxil olmadığından, iddiaçıların cavabdehə qarşı iddia irəli sürməsi üçün subyektiv hüququ yaranmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1146, 1151, 1159.1.1, 1246, 1248-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 52. 53, 85-ci “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 4, 5-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edil məsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
38. Kassasiya şikayəti işin faktiki hallarına və iddia ərizəsinin dəlillərinə istinadən belə əsaslandırılmışdır: - işə baxan məhkəmə tərəfindən bu mübahisə ilə bağlı vərəsəlik sahəsində olan qanunvericlik normalarının deyil, Mənzil Məcəlləsinin normalarının tətbiq olunması barədə mövqeyi qanunsuz və əsassızdır. Belə ki, X17 ünvan 2 ünvanında yerləşən mənzilin icarədarı olmuş, həmin mənzilin icarə müqaviləsi onunla bağlanmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun tələbinə əsasən həmin mənzilin özəlləşdirilməsi səlahiyyəti ona və ailə üzvlərinə məxsus olmuşdur; - məhkəmə Azad Hüseynovun özəlləşdirilmə ilə bağlı müraciət etmədiyini göstərir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2 2.2-ci maddəsində “müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə” ifadəsi yer alıb. Bakı şəhəri, Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamınaəsasən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 29 kv.m olan iki otağın kirayə müqaviləsi X7 bağlanmışdır. Deməli, qanunun mənasına görə X19 müqavilə əsasında daşınmaz əmlak üzərində, konkret halda, yaşayış sahəsi 29 kv.m olan iki otağın üzərində əşya hüququ əldə etmiş və əmlaka çıxarış almadan ölmüşdür. Bu vəziyyət qanunda göstərilən konkret halla tam eynilik təşkiledir. Belə olduğu halda işə baxan məhkəmə bu normanı tətbiq etməmişdir. Çünki bu norma vərəsələrin mənzili özəlləşdirmək hüququnu tanıyır. İşə baxan məhkəmə bu işdə tətbiq olunmalı olan vərəsəlik hüquq normalarını tətbiq etməmişdir; - 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1, 2, 3-cü hissələrinin tələbindən görünür ki, ailə üzvlərindən başqa şəxslərin icarə hüquqları ilə bağlı hüquqları yoxdur. Hüseynov Azad vəfat edərkən onun ailə üzvlərindən yanında oğlu Yusif və qızı Sevinc olmuşdur. Bu norma düzgün tətbiq edildiyi halda da iddia təmin edilməli idi. - işə baxan məhkəmə qərar qəbul edərkən çəkişmə prinsipinə əsasən müzakirə edilən dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslanmamışdır. Bu işdə məhkəmə tərəfləri dəvət etsə də, qərarını özünün mülahizələrinə və qeyri-qanuni mövqeyinə uyğun əsaslandırmışdır. Həmçinin iddiaçı tərəf miras qoyan Hüseynov Azadın birinci növbəli vərəsələr i olduqlarını sübuta yetirsə də, üçüncü tərəf buna etiraz etmiş, lakin tələbinin qanunauyğunluğunu sübuta yetirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə üçüncü şəxsin etirazı daxil olmuşdur. Etirazda apellyasiya məhkəməsi tərəfindən heç bir maddi və prosessual hüquq normlarının pozuntusuna yol verilmədiyi göstərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il tarixli) Maddə
51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil- istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə
52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə
53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İ carədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə
85. Ailənin digər üzvünün icarədar hesab edilməsi nəticəsində yaşayış sahəsini icarə müqaviləsinin dəyişdirilməsi İcarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu Məcəllənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sah ələrinin müəssisə, idarə və təşkilatlarının evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. [69] Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda if adə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
41. Kassasiya şikayətində iddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə d üzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
45. İddia tələbi dövlət fondunda olan mənzillə bağlı mirasın qəbul edilməsi müddətini uzadılması barədədir.
46. Məhkəmə kollegiyası dövlət fondunda olan mənzilin hüquqi statusu, miras kütləsinə dail olan əmlakların dairəsi və işin digər halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 24-36-cı bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğu n olaraq əsaslı və qanuni sayır.
47. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə iddiaçılar X4nun övladlarıdır. X7 iddiaçıların anası X13 arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, iddiaçılar anaları yanında saxlanmışlar. Mübahisədə adı keçən mənzil dövlət fonduna aid olmaqla özəlləşdirilməmişdir. Yasamal Rayon Məhkəməsinin 07 iyul 2003-cü il tarixli, 2-1184/2003 qətnaməsinə əsasən Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Mirəli Seyidov küçəsi 53 saylı evin, 3 otaqlı, 73 saylı mənzilinin yaşayış sahəsi 18 kv.m olan bir otağın kirayə müqaviləsi X16 ilə (ailə tərkibi 3 nəfər, özü, qızı, oğlu), yaşayış sahəsi 29 kv.m olan iki otağın kirayə müqaviləsinin X7 bağlanması (ailə tərkibi 6 nəfər) qərara alınmışdır. X16 ailə tərkibi özü və hazırkı iddiaçılar olmaqla 18 kv.m olan otağı özəlləşdirərək kənar şəxsə satmış, mənzildən getmişlər. Mənzilin 29 kv.m olan iki otağında X19 özü və 6 nəfər ailə üzvü – hazırkı iş üzrə 3-cü şəxs də daxil olmaqla yaşamağa davam etmişlər. Hazırda da, mənzilin 29 kv.m olan iki otağında 3-cü şəxs yaşayır. X19 xx.xx.2020-ci ildə vəfat etmişdir.
48. Göründüyü kimi apellyasiya instansiyasının gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş bu hallarına uyğun olmuşdur.
49. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətini dəlilləridir.
50. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayır.
51. Əvvəla, apellyasiya şikayətinə etirazın dəlilləri ilə eynililk təşkil edən kassasiya şikayətinin – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən iddianını təmin edilməli olması barədə – dəlillərinə apellyasiya instansiyası məhkəməsi qiymət verib. (bax 31-33-cü bəndlər)
52. Məhkəmə kollegiyası da bu dəlillə bağlı öz növbəsində qeyd edir ki, işin müəyyən edilən halına görə mübahisədə adı keçən yaşayış sahəsi dövlət mənzil fonduna aiddir. Dövlət fonduna aid mənzillərin statusu, orada yaşayan şəxslərin (icarədar və onunla birlikdə yaşayan ailə üzvlər) hüquq və vəzifələri və s. münasibətlər xüsusi sahəvi Qanun olan Mənzil Məcəlləsi ilə nizama salınır.
53. İşin müəyyən edilmiş hallarına görə mübahisədə adı keçən yaşayış sahəsi dövlət mənzil fonduna aiddir və həmin sahəyə dair iddiaçıların atası ilə 2005-cü ildə kirayə müqavilə si bağlanıb. Belə olan halda da, mübahisə həmin dövrdə tətbiq edilən 1982-ci il Mənzil Məcəlləsinin normaları baxımından həll edilməlidir.
54. Qeyd edilən Mənzil Məcəlləsinin 85-ci maddəsinin birinci hissəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır.
55. Başqa sözlə, dövlət fonduna aid mənzillərdə icarədar öldükdə onun ailə üzvlərinin hər birinin hüququ vardır ki, yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb etsin.
56. Göründüyü kimi, dövlət fonduna aid mənzillərlə bağlı mənzil qanunvericiliyi universal hüquq varisliyi baxımından deyil, icarədar öldükdə icarə münasibətlərinin davam etməsinin onunla birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsində istifadə hüququ kimi tanıyır. Dövlət mənzil fonduna aid yaşayış sahələri ilə bağlı icarə münaisbətlərinin bu qaydada davam etməsinin universal vərəsləliklə əlaqələndirmək, həm mənzil qanunvericiliyinin, həm də vərəsəlik hüquq münasibətlərinin hüquqi təbiətinə zidd olardı. Bu baxımdan, iddiaçıların mübahisədə adı keçən yaşayış sahəsinə hüququ da yalnız mənzil qanunvericiliyi ilə müəyyən edilmiş icarədar kimi tanınmaq hüququ ilə məhdudlaşır ki, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, onlar mənzil üzəri ndə (yaşayış sahəsi 29 kv.m olan iki otaq) icarə hüquqlarının həyata keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanına müraciət etməmişlər.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2692/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.