Məhkəmə qərarları › İş №2(102)-3817/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3817/2020

12.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3817/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2020/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.İ.Ədilova, iş № 2(005)-4258/2019) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinə qarşı m ənzil tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X1 1983-cü ildən Balaxanı Neft və Qazçıxarma İdarəsində işləmiş və 1988-ci ildə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülmüşdür. 2012-ci ildə səhhəti ilə əlaqədar təqaüdə çıxdığından şirkətlə əmək münasibətlərini kəsmişdir. xx xxxx 2018-ci il tarixdə N vəfat etmişdir. 2019-cu ilin əvvəllərində mərhum Nun həyat yoldaşı İddiaçı mənzillə təmin olunmaları üçün şirkətə müraciət etmiş və şirkətin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə mərhumun qızının adına özəl mənzilin olması, mərhumla birlikdə mənzil uçotuna götürülmüş ailə üzvlərindən heç birinin şirkətlə əmək münasibətində olmaması əsas göstərilməklə Nun xx xxxxxxxx 2018-ci il tarixdə mənzil uçotundan çıxarılması barədə ona məlumat verilmişdir. 2019-cu ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzillə təmin olunması barədə tələblərinin təmin edilməməsinin qanunsuz olmasını əsas göstərməklə mərhum ərinin mənzil növbəsinin onun adına keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələb üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və pr osessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Tərəflər arasında mübahisəli hüquq münasibəti 1988-ci ildə yarandığından, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin (1982-ci ildə qəbul edilmiş) müddəalarına uyğun həll edilməlidir. Məhkəmənin qanuni əsas kimi istinad etdiyi Mənzil Məcəlləsinin 34-cü maddəsinin 2-ci hissəsinə əsasən uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ö ldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Həmin Məcəllənin 35-ci maddəsinə görə vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa m əhkum edildikdə, məhkum edildikdə. Uçotdan çıxarmanı vətəndaşları uçota götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər. Qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi” Qaydalarının 29-cu bəndinə əsasən uçotda olan vətəndaş öldükdə və ya daimi yaşayış üçün başqa yerə köçdükdə onun ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilmələri üçün əsas qüvvədə qalarsa, onun əvəzinə ailəsinin üzvlərindən biri uçota götürülür; bu zaman ailənin üzvü iş yerindən ehtiyacı olanların uçotuna ancaq bu şərtlə qəbul edilir ki, həmin müəssisədə, idarədə, təşkilatda işləmiş olsun, əgər uçotda olan vətəndaş bədbəxt had isə və ya peşə xəstəliyi nəticəsində vəfat edərsə, ailənin üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləmədən də uçota götürülür. İşin yuxarıda göstərilən hallarına əsasən apelyasiya instansiyası məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, mərhum Nun ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilməsi üçün əsaslar hələ onun sağlığında aradan qalxdığı üçün onun vəfatından sonra həyat yoldaşının (iddiaçının) mənzil uçotuna götürülməsi üçün əsaslar olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun həll edildiyindən kasasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əs asən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar