Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3818/2019 23.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X2, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsindən “xxxx” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-4994/2018, hakim A.Z.Rzayev) İddiaçı “xxxx ” ASC-yə qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 01.01.2017-ci il tarixdən 31.07.2018-ci il tarixədək olan dövrə ödənilməmiş artıma görə 4.384 manat birdəfəlik, 01.08.2018-ci il tarixdən başlayaraq hər ay 904,16 manat aylıq ödəncin (ömürlük) tutulması qət edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-81/2019, hakimlər V.N.Sadıqov, A.Q.Hüseynov, A.N.İmanov) “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmi şdir. İşin halları: İddiaçı 1986-cı ildə “Keşlə Maşınqayırma zavodu”nda əmək funksiyalarını yerinə yetirən zaman xəsarət almış və əmək qabiliyyətini 80 % itirmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyun 2007-ci il tarixli qətnaməsinə əsasən “xxxx” ASC-dən İddiaçı xeyrinə 16 fevral 2007-ci il tarixdən 16 iyun 2007-ci il tarixədək birdəfəlik 1.952 manat, 16 iyun 2008-ci il tarixdən 16 fevral 2008-ci il tarixədək hər ay 488 manat tutulması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2009-cu il tarixli qətnaməsinə əsasən “xxxx” ASC-dən İddiaçı xeyrinə 01 aprel 2008-ci il tarixdən 01 noyabr 2009-cu il tarixədək 8.713 manat, 01 noyabr 2009-cu il tarixdən 13 fevral 2010-cu il tarixədək hər ay 458 manat tutulması qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 avqust 2015-ci il tarixli qətnaməsinə əsasən “xxxx” ASC-dən İddiaçı xeyrinə 11 iyun 2012-ci il tarixdən 11 iyun 2015-ci il tarixədək 3.627 manat birdəfəlik ödəniş, 11 iyun 2015-ci il tarixdən başlayaraq hər ay 660 manat aylıq ödənc (ömürlük) tutulması qət edilmişdir. 29 may 2018-ci il tarixdə İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-dən onun xeyrinə 16 yanvar 2016-cı il tarixdən 01 avqust 2018-ci il tarixədək olan ödənilməmiş artıma görə 7.091 manatın birdəfəlik ödənilməsi və bundan sonra 01 avqust 2018-ci il tarixindən başlayaraq hər ay 904 manat aylıq ödəncin (ömürlük) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə ilə ilə məhkəməyə müraciət edərək artımın ABŞ dollarının manata olan məzənnəsinə müvafiq h esablanmasını bildirərək cavabdehdən 01 yanvar 2016-cı il tarixdən 01 sentyabr 2018-ci il tarixədək ödənilməmiş artıma görə 19.279 manat məbləğində pulun birdəfəlik ödənilməsi və bundan sonra 01 sentyabr 2018-ci il tarixdən başlayaraq hər ay 1.306 manat aylıq ödəncin (ömürlük) ödənilməsi, özü öləndən sonra arvadı X1 (ömürlük) 1.306 manat aylıq ödəncin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nöticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 saylı qərarının 2.1-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Apellyasiya məhkəməsi tərəfindən qeyd edilən qərarın tələbləri nəzərə alınmamış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. M əhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edəərk təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddia çı 1986-cı ildə “Keşlə Maşınqayırma zavodu”nda işləyərkən baş vermiş istehsalat qəzası nəticəsində xəsarət almış, əmək qabiliyyətini 80% itirilməklə ikinci qrup əlil olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəssisədən iddiaçının xeyrinə ödənc tutulması qət edilmiş, sonuncu məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə tutulması qət edilən ödəncin məbləği 660 manat müəyyən edilmişdir. İddiaçı son illərdə işlədiyi peşə üzrə aylıq əmək haqqı dəyişdiyi halda ödəncin məbləğində dəyişiklik edilmədiyinə istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində müb ahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1125-ci maddəsi ilə zərərin əvəzinin ödənilməsi üzrə ödənişlərin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin tələblərinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkild ə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfində n təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğini müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə 5 xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinə dair Qaydaların 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra-istehsalatda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar mü əssisə, idarə və təşkilatlar (bundan sonra-təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənil ir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. Hazırda qüvvədə olan məhkəmə qərarlarına əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatı nəzərə alındıqda əmək funksiyalarını yerinə yetirən zaman aldığı xəsarətlə əlaqədar İddiaçı almalı olduğu aylıq ödəncin məbləği 904,16 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3818/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3818/2019
23.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver