Məhkəmə qərarları › İş №2(102)-3818/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3818/2022

23.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3818/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı iddiaçının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsinə görə zərərin ödənilməsi) 23.08.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı iddiaçının Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1290/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2022-ci il tarixdə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli, № 0289 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya istifadə etmək üçün 36 ay müddətinə illik 17% dərəcəsi ilə 14.640 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanının məzmunundan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11 avqust 2 015-ci il tarixli müqaviləyə görə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin problemli aktivlərinin tələb hüququ İddiaçıya keçmişdir.

3. İddiaçının Nizamnaməsinə edilmiş 02 oktyabr 2015-ci il tarixli, ********** nömrəli dəyişikliyin məzmunundan görünür ki, həmin dəyişiklikdəki 2.5-ci maddəsi ilə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti) vasitəsilə həyata keçirilir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29005)-359/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehdən 11.713 (on bir min yeddi yüz on üç) ABŞ dolları əsas, 4.038,22 ABŞ dolları (d örd min otuz səkkiz, 22) faiz borcu olmaqla, ümumlikdə 15.751, 22 (on beş min yeddi yüz əlli bir, 22) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan “Hyundai Accent” markalı, qara rəngli (minik, tip-sedan, buraxılış ili 2011, mühərrik G4FABW236849, Ban Z94CT41CBBR068852) nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına İddiaçıya olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdehə qaytarılması, iddianın qalan hissədə təmin edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğind ə pul Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.

5. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29005)-359/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.713 ABŞ dolları əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmı ş 6.857,47 məbləğində dəymiş zərərin əvəzinin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “Aqrarkredit“ QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün xx.xx.2021-ci il tarixədək 11713 ABŞ dolları əsas borca Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə əsasən hesablanmış 6857,47 ABŞ dolları məbləğində dəymiş zərər hesablanmışdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 2(005)5240/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, kredit verən təşkilat hazırkı iş ü zrə iddiaçı olan İddiaçı olmadığından, verilmiş məbləğin gecikdirilməsinə görə də İddiaçı -yə ziyan dəyməsi və onun xeyrinə zərərin tutulması ağlabatan deyil.

10. Məhkəmə qeyd etmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29005)359/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə icra hərəkətlərinə xx.xx.2021-ci il tarixdə başlanılmışdır. Göstərilən icra sənədinin icrasına başlanmasından uzun müddət keçmədiyinə görə, həmçinin tələb olunan məbləğə dair sübutlar təqdim olunmadıgından iddia tələbi rədd edilməlidir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh şəxsdən tələb etdiyi zərər məbləğini şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 427.3, 442, 443.1, 448.1, 449.1, 449.4-cü madd ələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1290/2022 nömrəli, 08 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və E.C.Kazımov) İddiaçı QSC BOKT-un apellya siya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(005)-5240/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə üzrə yaranmış əsas və faiz borcu məhkəmə qətnaməsi ilə İddiaçınin xeyrinə tutulmuşdur, lakin kredit verən təşkilat hazırkı iş üzrə iddiaçı olan İddiaçı olmadığından, verilmiş məbləğin gecikdirilməsinə görə də İddiaçıya ziyan dəyməsi və onun xeyrinə zərərin tutulması ağlabatan deyil. Bundan əlavə, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehin mülkiyyətində olan avtomobil girovla yüklü edilmiş, beləliklə kredit öhdəliyi təminat altına alınmışdır. Lakin krediti verən bank ödənilməmiş borcun qayt arılmasını təmin etmək üçün vaxtında həmin avtomobilə tutma yönəldilməsi imkanından istifadə etməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 02 dekabr 2011-ci il tarixli kredit müqaviləsinin müddəti 02 dekabr 2014-cü il tarixdə başa çatmış, bank 2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(005)-359/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Beləliklə, bankın iddia etdiyi ziyana düşməsi və ziyanın həcminin artması öz təqsiri üzündən baş vermişdir.

17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 449.1, 449.4-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449- cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarına qiymət verilməmiş, iddiaçıya dəymiş ziyan, apellyasiya şikayətinin dəlilləri nəzərə alınmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məh kəməsi iddiaçı tərəfindən yetərincə sübutlar təqdim edilməsinə baxmayaraq həmin sübutları nəzərə almamış, amma cavabdehin heç bir mötəbər sübutu olmadan formal mülahizələrdən ibarət olan apellyasiya şikayətini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtın da icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür

23. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

26. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllən in 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məh kəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

38. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

39. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında Mül ki Məcəllənin 449-cu maddəsinə uyğun zərərin əvəzinin hesablanaraq tutulması üçün əsasların olmadığı (kredit verən təşkilat hazırkı iş üzrə iddiaçı olan İddiaçı olmadığı, verilmiş məbləğin gecikdirilməsinə görə də İddiaçıya ziyan dəyməsi və onun xeyrinə zərərin tutulması ağlabatan olmadığı, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdehin mülkiyyətində olan avtomobil girovla yüklü edilməsi, kredit öhdəliyi təminat altına alındığı, lakin krediti verən bank ödənilməmiş borcun qaytarılmasını təmin etmək üçün vaxtında həmin avtomobilə tutma yönəldilməsi imkanından istifadə etmədiyi) sübut olunmadığına görə iddiaçının tələblərinin əsassız olması barədə gəlinən nəticə düzgündür.

40. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013- cü il ta rixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər.“

41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə y ol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassızdır.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1290/2022 nömrəli iş üzrə 08 fevral 202 2-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar