Məhkəmə qərarları › İş №2(102)-3819/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3819/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3819/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mövcud borcun etirafı haqqında müqaviləyə əsasən pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1119/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 30.08.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) 24000 manat pul vermişdir. Cavabdeh 30.08.2019cu il tarixədək hər ayın 7-dək, 1000 manat ödəmək şərtilə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 1(101)-1023/2017 sylı hökmü ilə X1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum edilmiş, 08 iyun 2016-cı il tarixdən şübhəli şəxs qismində saxlanılmaqla 01 dekabr 2016-cı il tarixədək istintaq təcridxanasında təqsirləndirilən şəxs qismində saxlandığı 5 ay 23 gün ona təyin ediləcək azadlıqdan məhrum etm ə cəzasından çıxılmaqla, qəti olaraq 6 il 6 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla, CM-nin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 3 il sınaq müddəti təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24000 manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dəfələrlə cavabdehdən pulu tələb etməsinə baxmayaraq, cavabdeh hər dəfə yeni-yeni bəhanələr gətirərək onu aldatmış və pulu qaytarmaqdan yayınmışdır. 24000 manat pul cavabdeh tərəfindən ona indiyədək qaytarılmamışdır. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin (haki m Vaqif Həsənov) 2(008)3937/2018 nömrəli iş üzrə 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin övladı olan X1 iddiaçının etibarından sui istifadə edərək onu işə düzəltmək bəhanəsi ilə sonuncuya 29500 manat zərər vurmuş, cavabdehin oğlunun barəsindən cinayət işinə məhkəmədə baxılarkən cavabdeh iddiaçıya 4500 manat ödəyərək oğlu tərəfindən iddiaçıya vurulmuş zərərin qalan hissəsini, yəni 25000 manat barədə notariat kontorunda iddiaçı ilə borc müqaviləsi bağlamışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi borc real müqaviləyə əsaslanmamışdır. Həmin borc mövcud olsa belə cavabdeh deyil, onun oğlunun olmuşdur. Bu hal onu təsdiq edir ki, müqavilə real deyil, formal olaraq bağlanılmışdır. İddiaçı qətnamədən a pellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən iddiaçı bildirmişdir ki, cavabdehin oğlunun vurduğu ziyana görə cəmi 2000 manat pul geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh həmçinin onun vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izəhatınlarında göstərmişlər ki, cavabdeh iddiaçıdən borc pul almamışdır. Belə ki, cəvabdehin oğlu dələduzluq etdiyindən, cavabdeh iddiaçıya dəyən ziyanı geri ödəmək məqsədilə borc müqaviləsi bağlamışdır. Yəni iddiaçı cəvabdehə borc pul verməmiş, notariat kontorunda isə pul verilməməsinə baxmayaraq notarius qanunsuz olaraq müqaviləni təsdiqləmişdir. Eyni zamanda oğlunun vurduğu ziyana görə iddiaçının təhdidləri nəticəsində ona 150000 mana t pul vermiş, İakin bu bərədə sübut təqdim edə bilmir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək cavabdehdən 22000 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranan münasibətə borc müqaviləsinin bağlanması kimi baxmaqla səhvə yol vermişdir. Belə ki, tərəflər arasında bağlanan müqavilə ilə cavabdeh borcun mövcud olmasını etira f etmişdir. Göstərilən münasibətləri Mülki Məcəllənin 881 və 882-ci maddələri tənzimləyir. İşin hallarından da göründüyü kimi, cavabdehin övladı olan X1 iddiaçının etibarından sui istifadə edərək onun onu işə düzəltmək bəhanəsi ilə sonuncuya 29500 manat zərər vurmuş, cavabdehin oğlunun barəsindən cinayət işinə məhkəmədə baxılarkən Fəridin atası (cavabdeh) iddiaçıya 4500 manat ödəyərək oğlu tərəfindən iddiaçıya vurulmuş zərərin qalan hissisi yəni 24000 manat barədə, notariat kontorunda iddiaçı ilə borc müqaviləsi bağlamışdır. Bu müqavilə bağlandıqdan sonra iddiaçı ona dəymiş zərərin ödənilməsi barədə məhkəməyə ərizə vermiş və bu hal cinayət işinə baxılan zaman yüngülləşdirici hal kimi qəbul edilmişdir. Göründüyü kimi, tərəflər arasında real borc münasibətləri yaranmasa da, cavabdeh oğlunun iddiaçıya ödəməli olduğu maddi ziyanın məbləğini borc kimi etiraf etmiş və borcun etiraf edilməsi barədə qanunda nəzərədə tutulan məzmun və formaya uyğun müqavilə bağlanmışdır. Buna görə də məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh etiraf etdiyi borcu ödəmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəflər arasında borcun etirafı müqaviləsinin bağlandığı və cavabdehin müqavilə özü öhdəliklərini tam yerinə yetirmədiyini, ödəməli olduğu puldan yalnız 2000 manat ödədiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən 22000 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiy a şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlunun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən cavabdeh bir sıra zərərçəkmişlərə dəymiş ziyanı ödəmişdir ki, oğlunu azadlığa buraxsınlar. Lakin iddiaçıya dəyən ziyan ödənilmədiyindən ona təklif etmişdir ki, ziyanın ödənilməsi barədə iltizam verməsi lazımdır. Oğlunun azad edilməsi üçün iddiaçı ilə notariusa gedərək borc müqaviləsini bağlamışdır. Məhkəmə bu hala əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddia tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən məhkəmə aktı yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: Maddə

882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun et irafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Əgər b orc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində qeyd olunan hallara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət vermiş və tərəflər arasında notariat orqan ında bağlanmış müqaviləni mövcud borcun etirafı kimi qiymətləndirmişdir. Kassasiya şikayəti verən cavabdeh bu halla bağlı apellyasiya instansiyası məhkəməsinin hansı maddi və ya prosessual hüquq normlarının pozmasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1119/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdiri lmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar