Məhkəmə qərarları › İş №2(102)-3819/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3819/2024

13.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3819/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından AzərbaycanRespublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözləri: pay hüquqlarını təsdiq edən sənədlərin verilməsi 13.12.2024 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1086/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-1562/2021 nömrəli qətnaməsi ilə, İddiaçı X4 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi barədə ilk iddia tələbi rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiası qismən təmin edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)4364/2022 nömrəli qətnaməsi ilə, İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1562/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X7 küçələrinin kəsişməsində yerləşən 5 78-ci məhəllədə, X7 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan X6 tərəfindən ödənilmiş 80000 manat məbləğində pul vəsaitinin ½ hissəsi (40000 manat) və Bakı şəhəri, Hüseyn Cavid prospekti, X7 küçəsi ilə Əbdürrəhimbəy Haqverdiyev küçələrinin kəsişməsində yerləşən yaşayış binasındakı 58 və 59 nömrəli qarajların alınmasına sərf edilmiş 47000 manat pul vəsaitinin ½ hissəsi (23500 manat) üzərində İddiaçı pay hüququnun tanınması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, X2 iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X7 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1ci giriş, 8-ci mərtəbə 4 ota qlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 333138 manat və mənzilin təmirinə sərf edilən 28000 manat, cəmi 361138 manat məbləğində pul vəsaitinin X1 alınaraq X5 ödənilməsi, X2 iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

3. Həmin qətnamə sonradan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(102)-1117/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və X7 küçələrinin kəsişməsindəki 578-ci məhəllə, X7 küçəsi 75 ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 18 9,53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınmasına sərf edilmiş 434024 manat puldan 40000 manat hissəsinə mütənasib olaraq 461/500 hissəsinə, həmin qətnamə ilə eyni ünvanda yerləşən binadakı 58 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 15000 manat hissəsinə mütənasib olaraq ½ hissə və həmin qətnamə ilə eyni ünvanda yerləşən binadakı 59 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 8500 manat hissəsinə mütənasib olaraq 567/2000 pay hissəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin MTK-nın ümumi yığıncağının protokolundan çıxarışların və maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qətnamənin icra edilməsi üçün bəhs edilən ünvanda yerləşən daşınmaz əmlaklara dair pay hüququnu təsdiq edəcək ilkin hüquqmüəyyənedici sənədlər, Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarış, pay hissəsinin yaranmasına əsas olan və məhkəmə qətnaməsində göstərilən pul məbləğinin ödənilmiş olmasını təsdiq edən maliyyə arayışının verilməsini xahiş etsə də, cavabdeh tərəfindən sənədlərin verilməsindən imtina edilmişdir. Daşınmaz əmlaka dair pay hüquqlarının analoji sənədləşmələrdə qəbul olunmuş pay nisbətində qeyd edilməsi praktikasına uyğun olaraq göstərilməsini doğru sayır. Belə ki, bəhs edilən mənzilə pay hüququnun 461/5000 hissəsinə, 58 saylı qaraja olan pay hüququnun ½ pay hissəsinə, 59 saylı qaraja olan pay hüququ 567/2000 hissəsinə uyğundur.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nüm ayəndəsi və vəkili Vəkil2 Mübariz oğlu xx.xx.2024-cü il tarixində ərizə yazaraq, iddiaçının dolayısı ilə əmlak bölgüsünü tələb etməklə cavabdehin üzərinə qanunda nəzərdə tutulmamış öhdəliklər qoymağa çalışdığını bildirmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini və ya əmlak bölgüsünə dair iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, e-2(012)-473/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və X7 küçələrinin kəsişməsindəki 578-ci məhəllə, X7 küçəsi 75 ünvanda yerləşən binada 1-ci giriş, 8-ci mərtəbədə 4 otaqlı 189,53 kv.metr sahəsi olan 21 nömrəli mənzilin alınması na sərf edilmiş 434024 manat puldan 40000 manat hissəsinə, eyni ünvanda yerləşən binadakı 58 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 15000 manat hissəsinə və eyni ünvanda yerləşən binadakı 59 saylı qarajın alınmasına sərf edilmiş 30000 manat pulun 8500 manat hissəsinə mütənasib olaraq, Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının protokolundan çıxarışın və maliyyə arayışlarının verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 100 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə X6 xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı q urmuş, nikahları Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli qətnməsinə əsasən pozulmuşdur. Tərəflər birgə nikah dövründə olduqları müddətdə, yəni Cavabdeh MTK-nın Elmlər Akademiyası filialı ilə X6 arasında bağlanmış 24 iyul 2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, Əbdürrəhimbəy Haqverdiyev və X7 küçəsi, 75 saylı ünvanda yerləşən binada 1ci giriş, 8-ci mərtəbə 4 otaqlı 189.53 kv.metr sahəsi olan 21 nömrəli mənzili, həmçinin xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən, həmin binanın zirzəmi hissəsində yerləşən 59 saylı və 58 saylı avtomobil dayanacaqlarını əldə etmişlər.

9. Birinci instansiya məhkəməsi iddianı əsaslı hesab edərək təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, mübahisə p redmeti olan əmlaklara görə ödənilmiş pul vəsaitinin ½ hissəsi üzərində iddiaçının pay hüququ tanınmışdır. Bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzil və qarajlara ödənilmiş pula münasibətdə ½ hissədə sahiblik və istifadə hüququ olmaqla, eyni zamanda, “gözlənilən mülkiyyət hüququ” da istisna edilmir. X6 Cavabdeh MTK-nın pay hüququ ilə üzvü olmuş, məhkəmə qətnaməsi ilə iddiaçının pul ödəməklə həmin payda ödədiyi pul həcmində hüququnun olması qüvvəyə minmiş məhkəmə qətnaməsində öz təsdiqini tapmışdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 399.1, 405.1, 442, 448.1, 567-ci, Mənzil Məcəlləsinin 112, 113-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 107, 119, 124.1, 217.3, 2 17.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instiansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsinin əsası kimi istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4364/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı sözügedən daşınmaz əmlaklar üzərində pay hüququ müəyyən edilməmişdir. Onun pay hüququ yalnız həmin əmlakların alınmasına sərf olunmuş pul vəsaiti üzərində tanınmışdır. Qeyd olunan daşınmaz əmlakların alınmasına sərf olunan pul vəsaiti üzərində pay hüququnun tanınması, həmin əmlaklar ın üzərində pay hüququnun tanınmasına əsas ola bilməz. Buna görə də həmin daşınmaz əmlaklar üzərində iddiaçının pay hüququna dair MTK-nın ümumi yığıncağının protokolundan çıxarışın və buna uyğun olaraq maliyyə arayışının verilməsini tələb etmək qanuni və əsaslı deyildir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin üzərinə sözü gedən daşınmaz əmlaklar üzərində paya dair İddiaçı adına ümumi yığıncağın protokolundan çıxarış və maliyyə arayışı vermək vəzifəsi qoymuş, lakin MTKnın üzərinə belə bir vəzifənin qoyulmasının mümkünlüyünü hüquqi baxımdan əsaslandırmamışdır. Halbuki, qanunla MTK-lara belə bir səlahiyyət verilməmişdir və onların üzərinə belə bir vəzifə də qoyulmamışdır. Daşınmaz əmlaklar üzərində hüquqların qeydiyyatını aparmaq və buna dair çıxarışların verilməsi yalnız da şınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarının səlahiyyətinə aiddir. Qətnamədə qeyd olunan daşınmaz əmlakların alınmasına sərf olunan pul vəsaiti üzərində iddiaçının pay hüququna dair MTK-nın ümumi yığıncağının protokolundan çıxarışın və buna uyğun olaraq maliyyə arayışının verilməsinin iddiaçı üçün hansı hüquqi nəticələr yaradacağı qətnamədə izah edilməmişdir. Yəni, qeyd olunan protokoldan çıxarışın və maliyyə arayışının iddiaçı üçün hansı əlavə hüquqlar müəyyən etdiyi və həmin sənədlərin iddiaçıya hansı məqsəd üçün lazım olduğu da məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının qeyd olunan pul vəsaiti üzərində pay hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyi halda, MTK tərəfindən əlavə olaraq buna dair hər hansı protokoldan çıxarışın və maliyyə ara yışının verilməsi iddiaçı üçün hansı əlavə hüquqi nəticələr yarada bilməsi və MTK tərəfindən həmin sənədlərin verilməməsinin iddiaçının hansı hüquqlarını pozmasına dair suallara məhkəmə qətnaməsində cavab verilməmiş və MTK-ın üzərinə belə bir vəzifənin qoyulmasınınzərurliyi qətnamədə izah edilməmiş və əsaslandırılmamışdır. Bundan başqa, hazırkı mülki iş üzrə üçüncü şəxs qismində cəlb edilən X3 qeyd olunan əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına müvafiq çıxarış verilmişdir. Belə olan halda, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan əmlaka dair MTK -nın üzərinə ümumi yığıncağın protokolundan çıxarışın və maliyyə arayışının verilməsi vəzifəsinin qoyulması da qanuni və əsaslı hesab edilə bilməz. Lakin, Abşeron Rayon Məhkəməsi işin qeyd olunan faktiki hallarını da müəyyən etməmiş və nəticədə tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırkı mübahisə üzrə iddiaçı olan - İddiaçı ilə cavabdeh - Cavabdeh MTK arasında heç bir müqavilə bağlanılmamış və MTK iddiaçı qarşısında üzərinə heç bir öhdəlik götürməmişdir. Müqavilə münasibətləri MTK ilə hazırkımübahisə üzrə üçüncü şəxs olan X6 arasında yaranmışdır və MTK yalnız onun qarşısında müəyyən öhdəliklər daşıyır. Belə olan halda, X6 ilə İddiaçı arasında yaranmış mübahisə ilə əlaqədar olaraq, həminmünasibətlərin iştirakçısı olmayan digər şəxsin, yəni MTK-nın üzərinə hər hansı öhdəliyin qoyulması Mülki Məcəllənin 386.1-ci maddəsinin tələblərinə ziddir. Buna görə də məhkəmə Hazırkı mübahisəyə Mülki Məcəllənin 386.1-cimaddəsini tətbiq etməli və iddia tələbini r ədd etməli idi. İddiaçı ilə cavabdeh MTK arasında heç bir müqavilə öhdəlikləri yaranmadığına görə hazırkımülki mübahisə üzrə Mülki Məcəllənin 385.1-ci maddəsi tətbiq edilməklə MTK-nın üzərinə iddiaçıya münasibətdə müəyyən öhdəliklərin qoyulması qanuni və əsaslı sayıla bilməz. İşdən göründüyü kimi, hazırkı mülki iş üzrə iddiaçı Cavabdeh MTK-nın üzvü deyildir, onunla heç bir müqavilə bağlamamış, MTK-ya üzvlük haqqı, pay haqqı və digər hər hansı ödəniş etməmiş və aralarında heç bir qarşılıqlı öhdəlik yaranmamışdır. İddiaçının MTK-nın üzvü olan üçüncü şəxs – X6 ilə aralarında yaranan mübahisə üzrə MTK heç bir öhdəlik və məsuliyyət daşımır. Buna görə də məhkəmənin Mülki Məcəllənin 109-cu maddəsinə əsaslanaraq MTK-nın üzərinə müəyyən öhdəlikləri qoyması da qanuni və əsaslı deyildir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1086/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının pay hüququ qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə mənzilin və qarajların alınmasına sərf edilmiş pula münasibətdə müəyyən edildiyindən, iddiaçının qeyd edilən mənzilə və qarajlara dair MTK-nın ümumi yığıncağının protokolundan çıxarışların və maliyyə arayışlarının verilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ yoxdur.

15. Məhkəmə kollegiyası həmç inin qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı işin apellyasiya qaydasında araşdırılması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs qismində işə cəlb olunmuş X3 artıq qeyd olunan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına müvafiq çıxarış verilmişdir. Hazırda mənzil özgəninkiləşdirilmişdir. Beləliklə kollegiya hesab etmişdir ki, daşınmaz əmlak obyektləri ilə bağlı MTK-nın üzərinə iddiaçıya ümumi yığıncağın protokolundan çıxarışın və maliyyə arayışının verilməsi vəzifəsinin qoyulması qanuni və əsaslı hesab edilə bilməz.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.2-ci, habelə Mülki Prosessual Məcəllənin 4.1, 384.0.2, 385.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası mə hkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 109-cu maddəsinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Mübahisəyə bəhs edilən maddə Ailə Məcəlləsinin 32-ci maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməli idi ki, apellyasiya instansiyası məhkəməsi bu məqamı nəzərdən qaçırmışdır. Mülki Məcəllənin 109.2-ci maddəsi Ailə Məcəlləsinin 32-ci maddəsinin tətbiqini istisna etmir. Koop erativ üzvlüyünə qəbul edilmiş olan Hüseynli Aydanın həmin şərtlərə əməl etmiş olması mübahisələndirilmir. Hüseynli Aydanın öz adından kooperativə əlavə pay haqqı olaraq ödəmiş olduğu məbləğin bir hissəsi, qüvvəyə minmiş məhkəmə qərarına əsasən Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərini tətbiq edilməklə digər məhkəmə tərəfindən İddiaçı məxsus hesab etmişdir. Məhz həmin qüvvəyə minmiş məhkəmə qərarının əsasında cavabdeh təşkilata müraciət edilərək, məhkəmə qərarında müəyyən edilən pay hissəsinə mütənasib ölçüdə pay hüququna dair sənədlər tələb edilir. Qüvvəyə minmiş məhkəmə qərarı istənilən dövlət və qeyri-dövlət təşkilatları üçün məcburi xarakter daşıdığından, sənədlərin ümumi yığıncaq tərəfindən verilməli olması və bəhs edilən daşınmaz əmlaklarla bağlı cavabdeh tərəfindən bir dəfə Hüs eynli Aydanın adına həmin sənədlərin verilmiş olması əsassız səbəbdir, çünki, həmin ümumi yığıncaq məcburi xarakter daşıyan məhkəmə qərarı əsasında əvvəllər özü tərəfindən verilmiş sənədləri ləğv edərək, qərarın icrası qaydasında yeni hüquqmüəyyənedici sənədlər verməlidir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin yuxarıda qeyd edilən arqumentlərinə qətnamədə birbaşa münasibət bildirməsə də, Hüseynli Aydanın adına verilmiş sənədlərin əsasında əməliyyatların aparılmasını iddia tələblərinin rədd edilməsi əsaslarından biri kimi qeyd etməsi, dolayısı ilə cavabdehin bu mövqeyi ilə razılaşdığı görüntüsü yaradır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsinin nəticəsi kimi prosessual hüquq norması düzgün tətbiq edilməmiş, yekunda məhkəmə i ddiaçının iddia qaldırmaqda subyektiv hüququnun olmaması kimi yalnış nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi mülki iş üzrə qəbul etdiyi qətnaməni əsaslandırarkən, mübahisəli əmlakın X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, onun adına çıxarış verilməsi və hazırda mənzilin özgəninkiləşdirilmiş olmasını iddianın rədd edilməsi əsaslarından biri kimi qeyd etmişdir. Bu yanaşma, bir növ tərəfin daha “zirək” davranmasına haqq qazandırmaqdan başqa bir şey deyil. Mübahisəli mənzilin üzərinə həbs qoyulmuş olmasına dair sübut tərəfimizdən iş materiallarına əlavə edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, həmin həbs bu gün də qüvvədədir. Cavabdeh tərəf mübahisəli mənzilin ilkin hüquqmüəyyənedici sənədlərini digər ünvanla tərtib edərək Aydan Hüseynli yə vermiş, bununla üzərində həbs olan mənzilin Aydan Hüseynlinin adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmasına şərait yaratmışdır. Bundan sonra Hüseynli Aydan həmin mənzili özgəninkiləşdirmişdir və apellyasiya instansiyası məhkəməsi bu xüsusatlara nəinki ümumiyyətlə qiymət verməmiş, üstəlik, həmin qanunsuz əməllərin nəticəsini iddia tələblərinin rədd edilməsi əsaslarından biri hesab etmişdir. Mənzillə bağlı əməliyyatların aparılmasına qadağa qoyulmasına dair məhkəmə qərardadının faktiki olaraq əhəmiyyətsiz vəziyyətə gətirilməsinə görə heç kimin heç bir məsuliyyət daşımaması bir yana, apellyasiya instansiyası məhkəməsi bu hüquqi nəticələri iddia tələblərinin rədd edilməsi üçün əsas hesab edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazı lı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

32. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

33. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının pay hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli mənzilin və qarajların alınmasına s ərf edilmiş pula münasibətdə müəyyən edildiyindən, iddiaçının qeyd edilən mənzilə və qarajlara dair MTKnın ümumi yığıncağının protokolundan çıxarışların və maliyyə arayışlarının verilməsini cavabdehdən tələb etməyə subyektiv hüququ yoxdur.

35. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq müəyyən etmişdir ki, mübahisəli mənzil bütövlükdə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Aydan Hüseynlinin adına qeydə alınmış və bu barədə onun adına 20 yanvar 2024-cü il tarixli Çıxarış verilmişdir.

36. Bundan sonra Aydan Hüseynli 26 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən, mübahisəli mənzilin ½ hissəsini Bəhruz Yusubova, ½ hissəsini isə Qabil Hacızadəyə satmış və 04 mart 2024-cü il tarixli Çıxarışa əs asən mənzil onların paylı mülkiyyətlərindədir.

37. Eyni zamanda, Aydan Hüseynlinin 16 iyul 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinə əsasən, o sözügedən akvtomobil dayanacaqlarının istənilən şəxsin adına sənədləşdirilməsinə və keçirilməsinə etiraz etmədiyini və gələcəkdə həmin əmlaklarla bağlı heç bir iddiasının, tələbinin və şikayətinin olmayacağını bildiyrmişdir.

38. Göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən 14 mart 2024-cü il tarixdə qətnamə çıxarılarkən, mübahisəli mənzil 20 yanvar 2024-cü il tarixdən Aydan Hüseynlinin mülkiyyətində, 04 mart 2024-cü il tarixdən isə Bəhruz Yusubov və Qabil Hacızadənin paylı mülkiyyətlərində olmuşdur. Avtomobil dayanacaqları isə 16 iyul 2024-cü il tarixdən Aydan Hüseynlinin sahibliyindən çıxmış dır. Belə olan halda cavabdeh istəsə də belə mübahisəli mənzilə və avtomobil dayanacaqlarına dair iddiaçının adına pay hüququnu təsdiq edən sənədlər verə bilməzdi. Çünki, sözügedən mənzil və avtomobil dayanacaqları artıq başqasının mülkiyyətində və sahibliyindədir və bu gün də həmin sənədlər qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməmişdir.

39. Ona görə də kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Bu səbəbdən də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də yişdirilmədən saxlanılmalıdır.

40. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 iyul 2024-cü il tarixli, 2(105)-1086/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar