Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-382/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2rşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)5950/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən 27 saylı evin 9 saylı mənzili İddiaçı mülkiyyətindədir.
2. Həmin mənzildə mülkiyyətçi ilə yanaşı qızı Gülnarə Qəribova və sonuncunun ailə üzvləri yaşayırlar.
3. X5 mülkiyyətçinin oğludur və o, həmin mənzildə qeydiyyatda olsa da, təxminən 1998-2000-ci ildən etibarən faktiki yaşamır.
4. X3 mülkiyyəti kimi ünvan 1 ünvanında yerləşən 36 saylı mənzil, onun həyat yoldaşı X1 mülkiyyəti kimi ünvan 2 ünvanında yerləşən 42 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, cavabdehin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 27 saylı evin, 9 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab olunması, həmin qətnamənin cavabdehin qeyd olunan mənzildən qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının köməkliyi ilə mənzil alaraq, başqa bir ünvanda ailəsi ilə birlikdə yaşayır. İddiaçı dəfələrlə cavabdehə xəbər göndərmişdir ki, aldığı və yaşadığı evin qeydiyyatına alınsın. Lakin o, bunu etmir və formal olaraq onun evində qeydiyyatda qalmaqdadır. Cavabdehin iddiaçının evində pasport qeydiyyatında qalması mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır, mənzil kommunal xərclərini ödəməkdə çətinlik çəkir, müəyyən sənədləşmə işlərini apara bi lmir. Bu da mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(009)862/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Süleymanova) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin mübahisəli mənzillə bağlı hüququ 2000-ci il tarixdən əvvəl yaranmışdır.
9. Məhkəmə hesab etmişdir ki, şəxsin mənzildə yaşamaması istifadə hüququna kompensasiyasız xitam verilməsi üçün yetərli deyildir. İstifadə hüququ məhdud əşya hüququ olduğundan, bu hüquq əşya ilə bağlı olduğundan, şəxsin mənzildə yaşamaması bu hüququn xitamına səbəb olmur, bunun üçün iddiaçı tərəf şəxsin istifadə ehtiyaclarının aradan qaldırılmasına dair mötəbər sübutlar təqdim etməlidir.
10. İddiaçı tərəf cava bdehə başqa mənzilin alındığını bildirsə də, həmin hala dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş yazılı ərizələrin, həmin hala dair digər sübut vasitəsi təqdim edilmədiyindən və həqiqəti əks etdirən halın müəyyən edilməsi mümkün olmadığından iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədə müvafiq deyildir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş 149 saylı MKİS sahəsinin 15 fevral 2023-cü il tarixli məktubu ilə bağlı məhkəmə qeyd etmişdir ki, məktubda dəqiq hansı tarixdən yaşamadığı qeyd edilmədiyindən, həmin hala dair digər sübut vasitəsi təqdim edilmədiyindən, həqiqəti əks etdirən halın müəyyən edilməsi mümkün olmadığından qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədə mü vafiq deyildir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən edilməsi mümkün olmamışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Cavabdehin mübahisəli mənzildə yaşamamasına səbəb bacısının həyat yoldaşı və övladı ilə həmin mənzildə yaşaması olub. Cavabdehin həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halını müəyyən etmək mümkün olmamışdır. Belə ki, cavabdehin həmin mənzildə yaşamaması nın məhz özünün könüllü iradəsi əsasında baş verməsi halını müəyyən etmək mümkün olmamışdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54-ci, Mülki Məcəllənin 228.2 və 228.5ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2 və 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(009)-862/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bak ı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli 2(103)-5950/2023 nömrəli qətnaməsi ilə (hakim E.M.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və S.X.Bəhrəmzadədən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(009)862/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamənin çıxarılmaqla, iddia tələbinin təmin edilməsi, X3 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 27 saylı evin 9 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab olunması qət edilmiş, qətnamənin X3 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 27 saylı evin 9 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması üçün əsas təşkil etməsi qeyd olunmuşdur.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nə ticə ilə razılaşmayan apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin mübahisəsi gedən mənzilə istifadə hüququ mənzil Kaşifə İzmayılovaya (nənəsinə), daha sonra anasına məxsus olduğu dövrdə, yəni onların ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadığı zaman 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaranmış və aydınlaşdırılmalı olan məsələ onun, 1998-ci (yaxud 2000-ci) ildə mənzildən getməsindən sonra bu hüququnun qalıb-qalmaması ilə bağlıdır.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəsi gedən mənzilə, mənzil Kaşifə İzmayılovanın, daha sonra anasının (iddiaçının) mülkiyyətində olduğu dövrdə onların ailə üzvü olaraq mənzildə onlarla birgə yaşadığı zaman yaranmış istifadə hüququna kompensasiya ödən ilmədən xitam verilməsi üçün əsaslar vardır. Belə ki, bu cür mübahisələrdə dəyərləndirilməli olan əsas məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, yaşayış sahəsinə olan ehtiyacını məhz həmin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmadığıdır. Həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlsə də, bu hüquqa xitam verilməsi zamanı kompensasiya o halda ödənilir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamağa ehtiyacı olsun.
17. Apellyasiya instansiyası məhk əməsinin qənaətinə görə, özünün və həyat yoldaşının mülkiyyətində mənzillər olan cavabdehin, yaşayış sahəsinə olan ehtiyacını məhz iddiaçının mülkiyyətindəki mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində olduğu nəticəsinə gəlmək, onun maraqları ilə mülkiyyətçinin hüquqları arasındakı “ədalətli tarazlığın” pozulması olardı.
18. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması, onun həmin ünvana istifadə hüququnun itirilməsinə zəmin yaratmır. Şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, cavabdeh artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 228.2-ci, 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü maddələri, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri
20. Cavabdeh X5 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)-5950/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci, Mülki Məcəllənin 228.2-ci, Mülki Prosessual Məcəllənin 9.1, 372.2-ci maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli və s. qərarları pozulmuşdur.
22. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsində “istifadə hüququnun itirilməsi” deyil, “icarə müqaviləsinin pozulması” anlayışı qeyd edilmişdir. Həmin Məcəllənin 60 və 87-ci maddələri icarə müqaviləsinin pozulmasına münasibətdə müəyyən olunmuşdur. Odur ki, həmin maddi hüquq normaların hazırki mübahisəyə tətbiqi əsassız olmuşdur. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən isə cavabdehin mövcud istifadə hüququna kompensasiya verilmədən xitam verilə bilməz.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. İddiaçı kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbi q edilmişdir. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Hazırda iddiaçı və cavabdeh arasında nə etibarlı ailə əlaqələri qalmış, nə də cavabdehin yaşayış sahəsinə olan təlabatını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılaman kimi bir ehtiyacı vardır. Cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququna ehtiyacı yoxdur. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
29. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa y erə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ai lə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlana n, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ic lasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. M əhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razılaşır.
34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun yaranması işin mübahisə edilməyən halıdır.
35. Mübahisələndirilən məsələ həmin hüquqa kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyüdür.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun h əyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
37. Hazırki iş üzrə cavabdehin və ailə üzvlərinin mülkiyyətində başqa yaşayış sahələrinin olması və onun məhz həmin yaşayış sahəsindən istifadə etməsi, bununla da onun iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacı aradan qalxması iş üzrə müəyyən olunan hal olduğundan, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.
38. Odur ki, mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsi tətbiq edilməklə, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququna yalnız kompensasiya verilməklə xitamının mümkün olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır.
39. Göstə rilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2023-cü il tarixli, 2(103)-5950/2023 nömrəli qətnaməsi dəyişdirilmədə n saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.