Məhkəmə qərarları › İş №2(102)-3820/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3820/2021

17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3820/2021 17.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3820/21 (Açar sözlər: istifadə hüququnun tanınması və mənzilə köçürülmə) Bakı şəhəri, 17 iyun 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6344/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikay əti üzrə işə 17 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uşaqları X3 və X5 ilə birlikdə Cavabdeh qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, E saylı evdən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08.02.2004-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və 2003-cü ildən 23.10.2019-cu il tarixə kimi gəlin köçdüyü Xətai rayonu, H.Aslanov qəsəbəsi, Mahmud İbrahi mov küçəsində yerləşən 24 saylı evdə qeydiyyatsız olaraq yaşamışdır. Həmin nikahdan iki uşaqları- 25.12.2004-cü il təvəllüdlü X3 və 12.01.2008-ci il təvəllüdlü X5 doğulmuşlar. X1 onların yaşadığı evi 23.10.2019-cu il tarixdə sökərək, əşyalarını çölə atmışdır. Hal-hazırda yaşamağa heç bir yeri yoxdur. Uşaqları ilə birlikdə məcbur olub Göygöl şəhərində yaşayan valideynlərinin yanında qalırlar. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, öhdəsində olan azyaşlı uşaqlarından 25.12.2004-cü il təvəllüdlü X4 anadangəlmə epilepsiya xəstəsidir və mülayim kəmağıllılıq, kobud nitq və davranış pozuntuluğu diaqnozu qoyulmuşdur. Cavabdeh E-də qeydiyyatdadır və həmin evdə yaşayır. Hesab edir ki, iki azyaşlı uşaqları ilə birlikdə həmin evə istifadə hüquqları tanınmalı və həmin evə köçürülməlidirlər. B akı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyun 2020-ci il tarixli 2(004)-1530/2020 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi qismən təmin edilərək, İddiaçı 25.12.2004-cü il təvəllüdlü X3 və 12.01.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, E saylı evə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisəli ev üzərində heç bir subyektiv hüququ olmadığından o, iddiaçını yaşadığı evdən məhrum edə bilməz. Məhkəmə onu da qeyd edir ki, mübahisəli evin mülkiyyətçisi olmadığından hazırki mübahisənin həllində Mülki Məcəllənin 228.1 və 228.2ci maddəsinin göstərişlərinin tətbiq edilməsi mümkün deyildir. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edil məli, iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli ev özbaşına tikili olub heç bir hüquqi sənədi olmadığı üçün iddia tələbi “istifadə hüququnun tanınması” hissəsində rədd ediməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 218.3 və 220.5-ci maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov sədrlik edən və məruzəçi, Məmməd Məmmə dov, Şeyda Məhərrəmova) 2(103)-6344/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1530/2020 saylı, 01 iyun 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə, həmçinin tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunur ki, tərəflər nikaha daxil olduqdan sonra ünvan 1 ünvanda yerləşən və iddiaçının qayinatasına məxsus olan evin həyətindəki 1 otağa köçmüşlər və 2019-cu ilədək fasiləsiz olaraq həmin ünvanda yaşamışlar. 23.10.2019-cu il tarixdə iddiaçı yaşadığı həmin ünvanı tərk edib getmiş, bundan sonra həmin otaq sökülmüş və iddiaçının qayınatası həmin ünvanı tərk edərək ailəsi ilə birlikdə yeni ünvana köçmüşdür. İddiaçı mübahisəli ünvan 2 ünvanda əvvəllər heç vaxt yaşamamışdır. Həmçinin, İddiaçı hazırda köçmək istədiyi ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisinin iddiaçının qayınanası X6 olduğu müəyyən olunur. Beləliklə, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinə münasibətdə Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsində nəzərdə tutulmuş “digər ailə üzvü” statusuna malikdir. Kollegiya izah edir ki, qanunvericiliyin mənasına görə mülkiyyətçinin ailə üzvlərinin (ərinin, arvadının, valideynlərinin və uşaqlarının) yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla yalnız ailə əlaqələrinin mövcud olması zəruri olduğu halda, digər ailə üzvlərinin (o cümlədən gəlinin və nəvəl ərin) mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı, həmin razılığın notariat qaydasında təsdiq olunması və daşımaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən mənzilə istifadə hüququ yaranmadığından, onun azyaşlı övladları ilə həmin mənzilə köçürülməsi və istifadə qaydasının müəyyən edilməsi qeyri-mümkündür və bu tələbin hüquqi əsası yoxdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını x ahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında onun həmin evdə heç vaxt yaşamadığını sübut edən heç bir fakt müəyyən olunmadı. Çünki o, həmin evə qəlin köçməsə də mütəmadi olaraq, uşaqları və əri Cavabdeh ilə birlikdə Bakı şəhəri, E saylı evdə yaşamışdır. X6 Bakı şəhəri, E saylı evin mülkiyyətçisi ola bilməz. Çünki həmin ev özbaşına tikilidir, kiminsə xüsusi mülkiyyətində deyildir. Bundan əlavə məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi H.Eynullayev qeyd etmişdir ki, X6 özü də Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən Bakı şəhəri, E saylı evə istifadə hüququ əldə etmişdir. Apelyasiya məhkəməsi Bakı şəhəri, E saylı evin X2 mülkiyyətində olmasını qətnamədə qeyd etsə də, lakin evin X2 mülkiyyətində olmasına dair sübuta istinad etməmişdir. Qeyd olu nanlardan əlavə həmçinin məhkəmə maddi hüququ normasının tətbiqində də səhvə yol vermişdir. Belə ki, apelyasiya məhkəməsinin qətnaməsində Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edilmişdir. Halbuki, iddiaçı ilə cavabdeh arasında nikah 2004-cü ildə bağlandığına görə hazırki mübahisə ilə bağlı münasibətlər məhz 1986-cı il tarixli (köhnə) Mənzil Məcəlləsinə uyğun olaraq həll edilməlidir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, məhkəmə araşdırması səthi aparılmaqla nəyinki maddi hüquq normalarının pozulması, eyni zamanda prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə ko llegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Mə hkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasında kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı heç bir zaman köçürülməsini tələb etdiyi evdə yaşamamışdır. Bunu iddiaçı kasasiya şikayətində də göstərmişdir. Belə olan halda iddiaçının heç bir zaman yaşamadığı evə köçürülməsini tələb etməsi hər hansı maddi hüquq normasının tələblərinə uyğun hesab edilə bilməz. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qə bul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6344/2020 nömrəli iş üzrə 08 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar