Məhkəmə qərarları › İş №2(102)-3820/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3820/2023

09.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3820/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlunun məruzəsi ilə, Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-948/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri 20 Yanvar küçəsindəki yerüstü drenaj şəbəkəsinə Cavabdeh tərəfindən axıdılan kanalizasiya xəttinin cavabdehin şəxsi hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Zərdab Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 19 may 2023-cü il tarixli, 2(035)-211/2023 saylı qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddia təmin edilmiş, Zərdab şəhəri 20 Yanvar küçəsində qanunsuz olaraq inşa edilmiş yerüstü drenajla çirkab suların axıdılması üçün nəzərdə tutlmuş kanalizasiya sistemi Cavabdeh vəsaiti hesabına sökülməsi, iddia ərizəsinin məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək Zərdab Rayon Məhkəməsinin 1 9 may 2023cü il tarixli, 2(035)-211/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-948/2023 saylı, 20 iyul 2023-cü il tarixli qərardadı ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Rövşən Rəfiyev) Cavabdeh Zərdab Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(035)-211/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

5. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğu halda, Cavabdeh tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan el ektron kabinet vasitəsilə verilməmiş, şikayət elektron qaydada imzalanmamışdır.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 10-2.1, 10-1.3, 357.1, 363.1.1, 363.1.5 və digər maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutul muş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Lakin bildiririk ki, Zərdab Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sistemi hələ tam tətbiq olunmur. Şəki Apellyasiya Məhkəməsi özünün 20 iyul 2023-cü il tarixli, 2(107)-948/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi bu olmuşdur ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğu halda əl ilə təqdim edilmişdir. Bildirir ki, cavabdeh bu məsələni qeyd edildiyi kimi həll etməyə çalışmışdır. Lakin elektron kabinetdən apellyasiya şikayətini göndərməyə çalışarkən məlum olmuşdur ki, həm elektron imza ilə imzalanmış məhkəmə aktından, həm də əl ilə imzalanmış məhkəmə aktından şikayət verərkən elektron məhkəmə portalında Zərdab Rayon Məhkəməsinin adı yoxdur, yəni əlavə etməmişlər. Əgər belə olsaydı birinci instansiya məhkəməsi cavabdehdən apellyasiya şikayətini əllə götürməz, şəxsi kabinet vasitəsilə göndərməli olduğunu bildirərdi. Əks təqdirdə işin daha tez və operativ həlli üsuslu üçün cavabdeh də həmin göndərmə metodunu seçərdi. Zərdab Rayon Məhkəməsinin adı elektron məhkəmə sisteminə 21 iyul 2023-cü il tarixdə salınmışdır. Cavabdeh 03 iyul 2023-cü il tarixdə apellyasiya şikayətini Zərdab Rayon Məhkəməsinə təqdim etmişdir. Üstündən 1 ay ötəndən sonra - 31 iyul 2023-cü il tarixdə nəhayət ki, cavabdehə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadı göndərmişlər. Zərdab Rayon Məhkəməsi cavabdehin apellyasiya şikayətini Şəki Apellyasiya Məhkəməsinə prosessual müddəti ötürərək göndərərək onun hüquqlarını kobud surətdə pozmuşdur. Zərdab Rayon Məhkəməsi əgər cavabdehin apellyasiya şikayətini Şəki Apellyasiya Məhkəməsinə yollayıbsa, demək onun mümkünlüyü məsələsinə də baxmışdır. Əgər cavabdehin apellyasiya şikayəti Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun olmasaydı Zərdab Rayon Məhkəməsi onu geri qaytarardı. Bildiririk ki, cavabdeh apellyasiya şikayətini elektron qaydada göndərməyə çalışmışdır. Lakin elektron kabinetdən apellyasiya şikayətini göndərməyə çalışarkən məlum olmuşdur ki, həm elektron imza ilə imzalanmış məhkəmə aktından, həm də əl ilə imzalanmış məhkəmə aktından şikayət verərkən e lektron məhkəmə portalında Zərdab Rayon Məhkəməsinin adı yoxdur, yəni əlavə etməmişlər. Əgər belə olsaydı birinci instansiya məhkəməsi cavabdehdən apellyasiya şikayətini əllə götürməz, şəxsi kabinet vasitəsilə göndərməli olduğunu bildirərdi. Əks təqdirdə işin daha tez və operativ həlli üsuslu üçün cavabdeh də həmin göndərmə metodunu seçərdi. Zərdab Rayon Məhkəməsinin adı elektron məhkəmə sisteminə 21 iyul 2023-cü il tarixdə çoxsaylı vətəndaş müraciətlərindən sonra yerləşdirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilm əsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

11. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

12. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirs ə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.

13. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

14. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

18. Mülki Prosessual Məcəlləyə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (§ 11, 13).

19. İş materiallarından Zərdab Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(035)211/2023 saylı qətnaməsinin MPM-nin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında çıxarıldığı aşkar edilmir.

20. Cavabdeh bildirir ki, Zərdab Rayon Məhkəməsinin adı “Elektron məhkəmə” informasiya sisteminə 21 iyul 2023-cü il tarixdə salınmış, o isə apellyasiya şikayətini həmin məhkəməyə 03 iyul 2023-cü il tarixdə təqdim etmişdir.

21. Beləliklə, cavabdehin dəlilləri ondan ibarətdir ki, apellyasiya şikayəti verilərkən Zərdab Rayon Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminə qoşulmadığı üçün o, həmin şikayəti elektron qaydada imzalaya və təqdim edə bilməzdi.

22. Belə olan halda Zərdab Rayon Məhkəməsinin “Elektron məhkəmə” informasiya sisteminə hansı tarixdən qoşulması, Cavabdeh apellyasiya şikayətini elektron kabinet vasitəsilə verməsi üçün obyektiv baxımdan imkana malik olub-olmamasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

23. Buna baxmayaraq apellyasiya məhkəməsi şikayəti göstərilən səbəbdən (§ 5) qeyrimümkün sayarkən bu xüsusatlara (§ 22) münasibət bildirməmişdir. Odur ki, apellyasiya şikayətinin mümkünlüyünün düzgün həll edilməsi üçün cavabdehin qeyd olunan dəlilləri (§ 20-21) araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.

24. Qeyd olunanlara əsasən məhkəmə tərkibi bu qənaətə gəlir ki, qərardad ləğv edilməli, apellyasiya şikayətinin mümkünlüyünə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-948/2023 nömrəli, 20 iyul 202 3-cü il tarixli qərardadı ləğv edilsin və iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar