Məhkəmə qərarları › İş №2(102)-3820/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3820/2025

12.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3820/2025 12.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: (pul tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 avqust 2025-ci il tarixli, 2(103)- 3755/2025 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İş materiallarında olan pul köçürmələrindən görünür ki, “Western Union” pul köçürməsi sistemi vasitəsi ilə İddiaçı1 tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixdə 120000 rubl, ödəniş günü manata olan məzənnə ilə 3030,3 manat, “Zolotaya Korona” pul köçürməsi sistemi vasitəsi ilə xx.xx.2018-ci il tarixdə 50000 rubl, ödəniş günü dollara olan məzənnə ilə 789 ABŞ dolları, “Western Union” pul köçürməsi sistemi vasitəsi ilə xx.xx.2018-ci il tarixdə 165791,13 rubl, ödəniş günü manata olan məzənnə ilə 4000 manat, “Western Union” pul köçürməsi sistemi vasitəsi ilə xx.xx.2018-ci il tarixdə 222,2 ABŞ dolları, ödəniş günü manata olan məzənnə ilə 361,72 manat məbləğində pul, həmçinin “Western Union” pul köçürməsi sistemi vasitəsi ilə İddiaçı2 tər əfindən Cavabdeh xx.xx.2018-ci il tarixdə 5000 ABŞ dolları, “Zolotaya Korona” pul köçürməsi sistemi vasitəsi ilə xx.xx.2018-ci il tarixdə 100000 rubl, ödəniş günü manata olan məzənnə ilə 2398 manat məbləğində pul köçürülmüşdür. 2. “NS BANK” AO tərəfindən verilmiş xx.xx.2023-cü il, 29/03 nömrəli arayışdan görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixdə 220 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 120000 rubl, xx.xx.2018-ci il tarixdə 165791,13 rubl məbləğində pul vəsaiti göndərilmişdir. 3. “NS BANK” AO tərəfindən verilmiş xx.xx.2023-cü il, 29/02 nömrəli arayışdan görünür ki, İddiaçı2 tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixdə 5000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 100000 rubl məbləğində pul vəsaiti göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı1 6179 manat, İddiaçı2 11506 manat olmaqla, cəmi 17685 manat borc pulun alınıb iddiaçıların nümayəndəsi Nümayəndə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Rusiya Federasiyasının Moskva şəhərində yaşayan iddiaçılar İddiaçı1 8679 (səkkiz min altı yüz yetmiş doqquz) manat və İddiaçı2 14006 (on dörd min altı) manat, ümumilikdə 22685 (iyirmi iki min altı yüz səksən beş) manat obyekt açmaq üçün borc pulu bank köçürmələri vasitəsilə göndəriblər. Köçürmə qəbzləri iş materiallarına əlavə edilib. Cavabdehə verilmiş borc pul qaytarılmadığı üçün İddiaçı2 Bakı şəhərinə gəlib cavabdehlə danışıb. Ondan sonra cavabdeh 01 dekabr 2022-ci ildə borcundan hər bir iddiaçı üçün 2500 manat olmaqla, cəmi 5000 manat pulu iddiaçıların nümayəndəsi Nümayəndə kart hesabına ödəniş edib. Hal-hazırda cavabdehin ümumilikdə İddiaçı1 6179 manat, İddiaçı2 11506 manat, cəmi 17685 manat borcu var. Borcunu qaytarmağı tələb etsələr də heç bir nəticə olmur, cavabdeh ancaq yalan vədlər verir və borcu qaytarmaqdan yayınır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim L.Məmmədova) 13 fevral 2025-ci il tarixli, 2(001)-582/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 6179 (altı min yüz yetmiş doqquz) manat İddiaçı1, 11506 (on bir min beş yüz altı) manat İddiaçı2 xeyrinə, cəmi 17685 (on yeddi min altı yüz səksən beş) manat tutularaq onlara ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında Cavabdeh iddiaçıların ona pul göndərmələrini xatırlamadığını bildirdi. Lakin onun bu dəlili iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında olan pul-bank köçürmələrindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 müxtəlif vaxtlarda cavabdehə pul göndərmiş və cavabdeh onları qəbul etmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş CD disk məhkəmə tərəfindən tədqiq olunarkən məlum olmuşdur ki, cavabdeh İddiaçı1 ilə söhbət zamanı borcu olduğunu etiraf edərək pulun ödənilməsi üçün görüşmələrini təklif etmişdir. Bundan başqa iş materiallarından görünür li, xx.xx.2022-ci il tarixd ə Cavabdeh iddiaçıların nümayəndəsi Nümayəndə aliment kartına 5000 manat pul ödəmişdir. İddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasında cavabdeh tərəfindən həmin pulun 2500 manatının anası İddiaçı1, 2500 manatının isə İddiaçı2 borcuna görə iddiaçıların təklifinə əsasən onun kartına ödənildiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh 5000 manatı Nümayəndə aliment kartına yalnız alimentə görə ödədiyini bildirmişdir.

8. Məhkəmə cavabdehin bu dəlilini inandırıcı hesab etməmişdir. Belə ki, aliment kartından çıxarışdan görünür ki, cavabdeh tərəfindən aliment tutulması müəyyən edilən vaxtdan hər hansı bir böyük məbləğ ödənilməmişdir, hətta müəyyən edilən aliment məbləği bəzi hallarda bir neçə dəfəyə ödənilib. Bundan başqa müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 5000 manat karta ödənildi kdən qabaq da, sonra da aliment müntəzəm ödənilib. Yalnız hazırkı məhkəmə proseslərindən sonra, yəni 2024-cü ilin dekabr ayından alimenti ödənilməmişdir.

9. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən cavabdehə pul göndərilməsi və onun da həmin pul məbləğlərini qəbul edərək alması iş materialları ilə sübuta yetirilir. Eləcə də məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 5000 manat pulun onlara olan borcun müqabilində iddiaçıların nümayəndəsinin, yəni cavabdehin keçmiş arvadının aliment kartına ödəməsinə dair dəlili əsaslıdır.

10. Bundan başqa Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçıların iddia müddətini ötürdüyünü iddia edərək iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab e tmişdir ki, Cavabdeh ərizəsi əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, 2018-ci ilin iyul-dekabr ayları ərzində bank köçürmələri vasitəsilə iddiaçılar İddiaçı1 tərəfindən 8679 manat, İddiaçı2 tərəfindən isə 14006 manat Cavabdeh pul köçürülmüş və sonuncu tərəfindən həmin pullar qəbul edilmişdir. Bundan başqa cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıların borcuna görə 5000 manat pul ödənilmişdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur, yəni 3 illik iddia müddəti ötürülmədən verilmişdir.

11. Bundan başqa iş materiallarından görünür ki, iddiaçılar cavabdehə pulu rus rublu və ABŞ dolları kimi göndərmiş, cavabdeh isə iki hal (789 və 5000 ABŞ dolları) istisna olmaqla həmin pulları ekvivalentinə uyğun olaraq manat şəklində qəbul etmişdir. İk i halda isə göndərilən pulu ABŞ dolları şəklində qəbul etmişdir. İş materiallarından görünür ki, iddia tələbi zamanı qeyd edilən 789 və 5000 ABŞ dollarının həmin dövrə uyğun olaraq manata məzənnəsi həcmində tələb edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 tərəfindən 8679 (səkkiz min altı yüz yetmiş doqquz) manat və İddiaçı2 tərəfindən 14006 (on dörd min altı) manat, ümumilikdə 22685 (iyirmi iki min altı yüz səksən beş) manat pulun Cavabdeh göndərilməsi və onun tərəfindən qəbul edilməsi öz təsdiqini tapdığından və iddiaçıların bildirdiyi kimi onlara ödənilmiş 5000 (müvafiq olaraq hər birinə 2500 manat olmaqla) manat məbləğində pul həmin məbləğdən çıxılmalı, iddiaçılar İddiaçı1 6179 manat, İddiaçı2 11506 manat, cəmi 17685 manat cavabdehdən tutularaq onlara ödənilməlidir.

13. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia tələbi borc pulun alınıb iddiaçıların nümayəndəsi Nümayəndə verilməsi barədə hissəsində təmin edilməməlidir. Belə ki, məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələblərinə görə iddia tələbi təmin edildiyi halda tutulacaq məbləğ iddiaçılara verilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 386.1, 739.1, 1091.1, 1091.2, 1092.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia müddəti ötürüldüyünə görə iddia ərizəsinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunl a əsaslandırılmışdır ki, qətnaməyə görə bir neçə dəfə, sonuncu dəfə isə xx.xx.2018-ci il tarixdə iddiaçılardan aldığı borcu onlara qaytarmamışdır, yalnız müəyyən olunmuş iddia müddəti bitəndən bir il sonra xx.xx.2022-ci il tarixdə keçmiş həyat yoldaşı olan və həmin borca aidiyyatı olmayan Nümayəndə aliment kartına 5000 manat ödəmişdir. Məhkəmə haqlı olaraq iddiaçılardan aldığı borcu 3-cü şəxsə qaytarmağını təmin etməmiş, lakin qanunsuz və əsassız olaraq 3-cü şəxsin aliment kartına ödədiyi vəsaiti iddiaçılara olan borcun bir hissəsinin qaytarılması kimi qiymətləndirmişdir. Göründüyü kimi məhkəmə, 3-cü şəxsə ödənilən vəsaiti iddiaçıların borcu kimi qəbul edərək iddia müddətinin ötürülməsini tətbiq etməməklə MPM-nin tələblərinə əməl etməmişdir. Digər tərəfdən iş materiallarından müəyyən edili r ki, 5000 manatı 3-cü şəxsin hesabına Mülki Məcəllədə nəzərdə tutulan iddia müddəti bitəndən bir il sonra ödəmişdir. Bundan başqa məhkəmənin göstərdiyi kimi 5000 manat ödənilən zaman Nümayəndə iddiaçıların nümayəndəsi deyildir. Həmin vəsait ödənilən vaxt iddiaçılar borclarının alınması üçün 3-cü şəxsə etibarnamə verməmişlər. Halbuki, qanunvericilikdə nəzərdə tutulmuşdur ki, pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi məhkəmə qətnamədə Mülki Məcəllənin bir çox normalarına istinad etsə də, həmin maddələrə əməl etməmişdir. Bundan başqa iddiaçılarla, eyni zamanda cavabdehlə 3-cü şəxs arasında iddiaçıların borclarının alınmasına dair heç bir razılıq mövcud deyildir. Həmçinin məhkəmə müqavilə tərəfi olmayan şəxsə ödənilən vəsaitin iddiaçıların borcunun qaytarılması kimi qəbul etmədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bununla yanaşı məhkəmə Mülki Məcəllənin iddia müddəti ilə bağlı maddələrini tətbiq etməmişdir. Məhkəmə iş üzrə əhəmiyyətli olan halları yəni iddia müddəti bitəndən sonra 3-cü şəxsə ödənilən vəsaiti borcun iddiaçılara ödənilməsi kimi müəyyən etməklə səhv nəticəyə gəlmişdir. İş materiallarında görünür ki, iddiaçılara borcun qaytarılmadığını məlum olsa da, iddia müddətində tələb etməmişlər.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3755/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), M.Məmmədov və V.Sadıqov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Bi nəqədi Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 2(001)582/2025 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehdən İddiaçı1 6179 manat, İddiaçı2 11506 manat olmaqla, cəmi 17685 manat borc pulun alınıb qaytarılması” barədə iddia tələbi rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

19. İş materiallarından görünür ki, 2018-ci ilin iyul-dekabr ayları ərzində pul bank köçürmələri vasitəsilə iddiaçılar İddiaçı1 tərəfindən 8679 manat, İddiaçı2 tərəfindən isə 14006 manat Cavabdeh pul köçürülmüşdür.

20. İddiaçılar həmin vəsaitin borc olaraq cavabdehə verildiyini iddia etmişlər. Birinci instansiya məhkəməsi də Mülki Məcəllənin borc münasibətlərini tənziml əyən 739.1ci maddəsinə istinad etməklə tərəflər arasında borc münasibətlərinin olmasını müəyyən etmişdir.

21. Göründüyü kimi, işin faktiki halları ilə tərəflər arasında borc münasibətlərinin olması mübahisəsizdir və iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 22685 manat borc pul verilməsi müəyyən edilmişdir.

22. Qanunvericiliyin tələblərinə əsasən isə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (Mülki Məcəllənin 739.2-ci maddəsi).

23. Hazırda isə tərəflər arasında belə bir müqavilə mövcud olmamış, iddiaçılar tərəfindən hər hansı müqaviləyə istinad edilməmiş, birinci instansiya məhkəməsi həmin hala qiymət verməyərək, tərəflə r arasında borc münasibətlərinin predmetinin üç min manatdan çox olmasına baxmyaraq tərəflər arasında müqavilə olub-olmamasını araşdırmamışdır.

24. Göründüyü kimi hazırda borcun məbləği üç min manatdan çoxdur, yəni yazılı müqavilənin mövcudluğu vacib hüquqi şərtdir. Qanunla tələbinə görə isə qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

25. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əqd əhəmiyyətsizdir, belə əqd isə bağlandığı andan etibarsızdır.

26. Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbinə görə də əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yəni, hazırki tələb üzrə iddia müddəti 1 il təşkil edir.

27. Belə olan halda iddiaç ılar iddia müddətini ötürmüşlər.

28. Məhkəmə qeyd etmişdir ki, əhəmiyyətsiz əqd puç əqd olduğundan və onun etibarsız hesab olunması üçün iddia qaldırmağa zərurət olmadığından, qanunverici yalnız onun nəticələrinin tətbiqi barədə iddianın qaldırılmasını nəzərdə tutmuşdur, çünki iddiaçının hüququnu tərəflərin bağladıqları əhəmiyyətsiz əqd yox, həmin əqdin icrası pozur.

29. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddialara tətbiq olunan müddət iddia müddətidir və bu müddət yalnız əhəmiyyətsiz əqdin predmetini əvəz edilən əşyalar (mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalar, pul) təşkil etdikdə keçərlidir.

30. Mülki Məcəllənin 354.1-ci maddəsində “əhəmiyyətsiz əqdin icrasına başlanıldığı gündən bir il ərzində” ifadəsi əhəmiyyətsiz əqd üzrə tərə flərin nəzərdə tutduqları öhdəliyin icra müddətini yox, əhəmiyyətsiz əqdin icra olunduğu tarixi nəzərdə tutur. Yəni, əhəmiyyətsiz əqd üzrə iddia müddətinin axımı əhəmiyyətsiz əqd icra olunduğu gündən başlayır. Bu isə o deməkdir ki, hazırki işdə iddia müddətinin axımı iddiaçılar tərəfindən cavabdehə pul (pullar) verildiyi tarixdən başlamışdır.

31. Birinci instansiya məhkəməsi baxışı zamanı da cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

32. Qeyd olunanlara əsasən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar tərəfindən iddia müddəti ötürülsə də, birinci instansiya məhkəməsi yanlış olaraq həmin müddətin ötürülmədiyi qənaətinə gəlməklə maddi hüquq normalarının tələblərini pozmuşdur.

33. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 329.1, 329.2, 337.5, 354.1, 372.1, 377.1, 380.1 və 380.2-ci, MPM-in 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

34. İddiaçı1 (vəkil – Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh qeyd edilən borc öhdəliklərinə əsasən, xx.xx.2022-ci il tarixdə 5000 manat ödəniş etmiş və bununla da Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, borclunun borcu etiraf edən hərəkətləri iddia müddətinin axımı kəsilmişdir. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçıların borcuna görə 5000 manat ödən iş etmiş, həmçinin səs yazısında borcu etiraf etmişdir. Bu fakt iddia müddətini yenidən başlatmışdır və beləliklə xx.xx.2024 tarixdə verilmiş iddia qanuni müddətdə təqdim olunmuşdur.

36. Cavabdeh xx.xx.2022-ci ildə iddiaçıların borcuna görə ödədiyi 5000 manat pulu aliment borcu kimi ödədiyini bildirmişdir. Eyni zamanda cavabdeh iddiaçıların ona pul göndərmələrini xatırlamadığını bildirmişdir. Halbuki qeyd edilən pulların ona göndərildiyi rəsmi bank çıxarışları ilə öz təsdiqini tapmışdır. Eyni zamanda, məhkəmə prosesi zamanı cavabdehin Nümayəndə aliment borcunun olmadığı da müəyyən olunmuşdur. Belə ki, aliment kartından çıxarışdan görünür ki, cavabdeh tərəfindən aliment tutulması müəyyən edilən vaxtdan hər hansı bir böyük məbləğ ödənilməmişdir, hətda müəyyən edilən aliment məbləği bəzi ha llarda bir neçə dəfəyə ödənilib. Bundan başqa, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 5000 manat karta ödənildikdən əvvəl də, sonra da aliment müntəzəm ödənilib. Yalnız hazırkı məhkəmə proseslərindən sonra, yəni 2024-cü ilin dekabr ayından alimenti ödəməyib. Yəni cavabdeh tərəfindən 5000 manat ödənişin məhz aliment ödənişi olduğu inandırıcı sayılmamışdır və cavabdehin iddiaçılar qarşısında öhdəliklərdən yayınması kimi qiymətləndirlməlidir.

37. Apellyasiya instansiyası məhkəməsi qərarında qeyd edir ki, “əqd əhəmiyyətsizdir və bir il müddətində iddia verilməli idi”. Lakin əhəmiyyətsiz əqd üzrə iddia müddətinin 354.1-ci maddəyə uyğun tətbiqi yalnız əqdin icrası başa çatdıqda mümkün olur. Burada isə borc tam qaytarılmadığı üçün əqdin icrası faktiki olaraq davam edir, bu səbəbdən iddia müdd ətinin başlanma tarixi müəyyən edilməmişdir.

38. Əqd formal tələblərə görə etibarsız sayılsa belə, əsaslı varlanma yaranır.

39. Apellyasiya məhkəməsi 739.2 və 354.1-ci maddələrə istinad edərək borc müqaviləsini “yazılı formada olmadığından” əhəmiyyətsiz əqd saymışdır. Halbuki, əhəmiyyətsiz əqd olsa belə, onun əsasında varlanma faktı mövcuddur və bu, Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə əsasən əsasız varlanma kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi

41. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

42. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

43. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

44. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

45. Maddə 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

46. Maddə 372.2 hüqu qu pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

47. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

48. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

49. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 50. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 51. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya m üqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəm əsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız İddiaçı1 kassasiya şikayəti vermiş, İddiaçı2 11506 manat pul tələbinin rədd olunması hissədən iddiaçı Aqşin Nəbiyev kassasiya şikayəti verməmişdir. Ona görə apellyasiya instansiyası məhkəməsinin qətnaiməsi İddiaçı1 kassasiya şikayətinə əsasən 6179 manat pul tələbinin rədd olunması hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 iddiasının rədd olunması hissədə apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, ona görə apellyasiya məhkəməsinin qətnaməsi İddiaçı1 kassasiya şikayətinə əsasən ona aid hissədə ləğv olunmalı, İddiaçı1 iddiasının rədd olunması barədə yeni qərar çıxarılmalıdır.

63. Belə ki, iddianı rədd edən apellyasiya məhkəməsi İddiaçı1 tərəfindən cavabdehə 8679 manat pul verilməsini, həmin pulun 2500 manatının qaytarılmasını, 6179 manat pulun isə cavabdehdə qalmasını müəyyən etmiş, rayon məhkəməsinin həmin münasibətlərin borc müqaviləsindən irəli gələn münasibətlər olması barədə qənaəti ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, görə borc məbləğinin üç min manatdan çox olması və tərəflər arasında yazılı müqavilənin mövcud olmaması, bununla da müqavilənin qanunla müəyyən edilmiş forma tələblərinə riayət edilmədiyinə görə tərəflər arasındakı həmin əqd əhəmiyyətsiz əqddir, bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Belə olan halda iddia müddətinin tətbiq barədə cavabdehin ərizəsi və iddia müddətinin axımının iddiaçı tərəfindən cavabdehə pül verildiyi tarixdən başlanması nəzərə alınmaqla İddiaçı1 əhəmiyyətsiz əqd üzrə verdiklərini geri tələb etməkdə iddia müddətini ötürmüşdür.

64. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı borc müqaviləsinin əhəmiyyətsiz əqd olması barədə apellyasiya məhkəməsinin qənaəti əsaslı olsa da, həmin əqd nəticəsində cavabdehin əsassız olaraq varlanmasını nəzərə alınmamışdır. Bu baxımdan da tərəflər arasındakı mübahaisənin həlli üçün Mülki Məcəllənin əsassız varlanmaya dair normalarını tətbiq etməməkdə məhkəmə səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə İddiaçı1 iddiasının rədd olunması barədə yeni qərar çıxarılmalıdır.

65. İşin mübahisəsiz hallarına görə İddiaçı1 tərəfindən cavabdehə 31 iyul 2918ci il tarixdən 26 dekabr 2018-ci il tarixə kimi olan dövr ərzində “Western Union” pul köçürməsi sistemi vasitəsilə 8679 manat borc pul verilmiş, həmin pulun 2500 manatı 01 dekabr 2022-ci il tarixdə qaytarılmış, 6179 manatı isə cavabdeh qaytarmamışdır. Borcun məbləği üç min manatdan çox olmasına baxmayaraq tərəflər arasında yazılı borc müqaviləsi bağlanmamışdır. Müqavilənin qanunla müəyyən edilmiş forma tələblərinə riayət olunm adığına görə həmin əqd bağlandığı andan etibarsız olmaqla əhəmiyyətsiz əqd olmuşdur. Lakin həmin əhəmiyyətsiz əqd əsasında cavabdehin əsassız olaraq varlanması mübahisəsizdir, cavabdehin özü də bunu inkar etməmişdir.

66. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs olan Cavabdeh əldə etdiyi pul vəsaitini məhrum olan İddiaçı1 qaytarmağa borcludur.

67. Lakin birinci instansiya məhkəməsi baxışı zamanı da Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Ona görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərara görə Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən bir illik müddət tətbiqt edilməklə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3755/2025 nömrəli iş üzrə 25 avqust 2025-ci il tarixli qətnaməsi “cavabdehdən İddiaçı1 6179 sanat borc pulun alınıb qaytarılması” hissədə ləğv edilsin, həmin hissədə yeni qərar çıxarılmaqla İddiaçı1 iddiası rədd edilsin. Qətnamə İddiaçı1 iddia tələbinə dair qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar