Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3822/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 qıznın, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3822/2022 Açar sözlər: mənzilə köçürülmə, istifadə hüququnun bərpası Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 qıznın, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X5 qarşı “evə köçürülmə, evə istifadə hüququnun bərpası” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2022-ci il tarixli, 2(103)-1984/2022 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4905/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh və qeyrilərinin cavabdehlər İddiaçı1 və ailə üzvlərinə qarşı ünvan 1 saylı evin iddiaçıya məxsus yaşayış sahəsi 47,7 kv.m olan üç otaqlı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehlərə məxsus əmlakın oradan çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdelər 2005-ci ildən evdə yaşamasalar da,əş.yaları həmin evdədəir, onların evdən getməsi ailə münaqişəsi zəmi nində məcburiyyətdən olmuş və onların daimi yaşamaq üçün başqa yaşayış yerinə getmələri sübut olunmur.
2. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2622/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı ailə üzvləri ilə birlikdə ünvan 1 saylı evin əvvəllər yaşadıqları 18,2 kv.m mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evində 18,2 kv.m sahəsi olan 2 otaq mövcuddur, onlardan hər biri cavabdehi deyil, ayrı-ayrı şəxslərin mülkiyyətindədir, həmçinin iddiaçının yetkinlik yaşına çatmış ailə üzvlərinin adından iddia qaldırmaq səlahiyyəti yoxdur.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin arayışına əsasən ünvan 1 saylı evdə iddiaçı və onun ailə üzvləri İddiaçı2, İddiaçı3, İddiaçı4 qe ydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdeh X14 Ağa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m. olan evin bir otağına köçürülməsi və istifadə hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı ev İddiaçı1 baba mülküdür. İddiaçı1 həmin mülkdə doğulub böyümüşdür. Sonradan İddiaçı1 digər İddiaçı3 ilə ailə qurmuş və İddiaçı3 həmin evə gəlin köçərək uzun müddət mübahisəli evdə ailəsi ilə yaşamışdır. İddiaçılar X6 və X7 onların övladlarıdır. Mübahisəli evdə iddiaçılar uzun müddət yaşamışlar, sonradan cavabdeh tə rəfindən evdən qovulmuşlar və bu günə kimi mübahisəli evdə qeydiyyatdadırlar. İddiaçılar mübahisəli evdə 2005-ci ilə kimi cavabdehlə birgə yaşamışlar. 2005-ci ildə cavabdeh xarici ölkədən Azərbaycan Respublikasına daimi yaşayış yerinə mübahisəli evə qayıtdıqdan sonra dava-dalaş salaraq iddiaçıları mübahisəli evdən qovmuşdur. Evdən qovularkən iddiaçılara məxsus əmlaklar mübahisəli evdə qalmışdır. İddiaçılar ailəliklə cavabdeh tərəfindən daimi qeydiyyatda olub yaşadıqları evdən qovulduğdan sonra kirayə yaşamaq məcburiyyətində qalmışlar. Həmin vaxt babaları və nənələri (digər iddiaçıların atası və qaynatası) sağ olduğundan həmin evə gedib gəlmiş, onların qayğısı ilə məşğul olmuşlar. Dəfələrlə onlarda cavabdehdən onlar yaşadıqları evə könüllü buraxılmasını tələb etsə də, cavabdeh bunu bilməmiş və hər dəfə valideyinləri ilə bu səbəbdən münaqişə yaratmışdır. Bu səbəbdəndə onlar valideynlərinin rahatlığı naminə cavabdehlə evə köçürülmə haqqında mübahisə açmamışlar. Cavabdeh onları evdən qovduqdan sonra həmin otağında arakəsməsini sökərək evdə rekonstruksiya etmişdir ki, onlar evə qayıda bilməmişdir. Sonra cavabdeh atası Bala Ağanı məcbur edərək, onların razılığı olmadan həmin üç otaqdan və yardımçı sahələrdən ibarət evi öz adına rəsmləşdirmiş və alt mərtəbədəki otaqda özünə mağaza açmışdır və hazırda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Onların əmlakları da hazırda cavabdehin ailəsi ilə yaşadığı həmin mənzildədir. Cavabdehdə qalan əmlaklarının siyahısını cavabdeh özü onlara qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırarkən məhkəməyə təqdim etmişdir və bir daha sübut etmişdir ki, onların əmlakları onun mülkiyyətində olan mənzildədir. Dəfələrlə cavabdehdən onları qeydiyyatda olduqları və yaşadıqları evə könüllü buraxmasını xahiş etsə də, bunu könüllü etmək istəmir və hər dəfə münaqişə yaradır.
6. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin (hakim N.Tağıyeva) 2(006)1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı3 qeydiyyatda olduqları ünvan 1 saylı, ümumi sahəsi 47,7 kv.m. olan evin bir otağına köçürülmələri və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4905/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hall arın preyudisiya olduğunu qeyd edərək,qeyd etmişdir ki, iddiaçı İlqar Babayev və onun ailə üzvləri mübahisəli evdə mülkiyyətçinin, yəni tərəflərin mərhum ataları X1 ailə üzvləri kimi yaşamaqla evə hüquq və vəzifələr əldə etmişlər. Daha sonra Cavabdeh mübahisəli evə mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etmiş və iddiaçının ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyatda olmaqla əmlaklarının orada olmasını bilmişdir. Həmçinin iddiaçı X2 mübahisəli evdən getməsi məcburi xarakter daşımışdır. Bu faktların hazırki məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.İddiaçının və onun ailə üzvlərinin mübahisəli yaşayış sahəsindən istifadə hüquqları mövcuddur və hazırki tələbi də məhz mənzilə istifadə hüququna əsaslanır. Məhkəmə hesab etmişdir ki, iddiaçı həmin yaşayış sahəsinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 43,60,71-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3,233.3, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Qətnamədən cavabdeh X14 Ağa oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli yaşayış sahəsində ail əsi ilə birlikdə yaşayırlar. İddiaçılar isə onun xüsusi mülkiyyətim olan yaşayış evində yaşamırlar, İddiaçıların öz şəxsi evləri vardır, onların bir neçə yerdə mülkləri olduğundan, həmin evlərdə yaşayırlar, onun evində sadəcə formal olaraq qeydiyyatdadırlar. İşə baxılarkən isə məhkəmə iclaslarından onun xəbəri olmamış, məhkəmə iclasları onun iştirakı olmadan keçirilmiş, iddia tələbləri, vəsatətlərin, əlavə sübut və sənədlərin məhkəməyə təqdim olunmasına imkan yaradılmamışdır. Bununla belə, məhkəmə qeyd etmişdir ki, şəxs axırıncı dəfə 2005-ci il tarixdə ona məxsus yaşayış evini, ailə üzvləri ilə birlikdə tərk etmiş, daha sonra üzərindən 14 il keçdikdən sonra dəfə 2019- cu il tarixdə yaşayış evinə köçürülmə tələbinə dair, hazırki işə oxşar, eyni məzmunda iddia ilə Bakı şəhəri Nəsimi Rayon Mə hkəməsinə müraciət edib, iddia təmin olunsa da, sonra Bakı Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli qətnaməsi ilə, Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi, eyni məzmunlu iddia ilə bağlı ləğv edilmiş, şikayəti təmin edilmişdir. Həmçinin həmin məhkəmə iclaslarında da, iddiaçı özü etiraf edərək, bu zamana qədər, 14 il ərzində nə üçün iddia vermədiyi barədə sual verilsə də, cavabında, özü istəmədiyini, bu 14 il ərzində evə köçürülmə tələbinə dair iddia ilə müraciət etmək istəmədiyini bildirmişdir. Bundan başqa hazır ki, iddiaya oxşar iddia üzrə artıq Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da məhkəmə eyni iş üzrə eyni predmetlə bağlı tərəflər arasında qanuni qüvvəyə minmiş, ləğv olunma barədə qətnamə olduğu halda təkrar olaraq, e yni tələblə bağlı iddianı məhkəmə icraatına götürərək baxıb və təmin edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), A.V.Tanrıverdiyev, R.M.Həsənov) 02 mart 2022-ci il tarixli, 2(103)-1984/2022 nömrəli qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-1331/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə(iddianın təmin edilən hissəsində) cavabdeh X5 münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçı İlqar Babaye v və onun ailə üzvləri mübahisəli evdə mülkiyyətçinin, yəni tərəflərin mərhum ataları X1 ailə üzvləri kimi yaşamaqla evə hüquq və vəzifələr əldə etmişlər. Daha sonra Cavabdeh mübahisəli evə mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etmiş və iddiaçının ailə üzvləri ilə birlikdə həmin evə qeydiyyatda olmaqla əmlaklarının orada olmasını bilmişdir. Həmçinin iddiaçı X2 mübahisəli evdən getməsi məcburi xarakter daşımışdır.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının və onun ailə üzvlərinin mübahisəli yaşayış sahəsindən istifadə hüquqları mövcuddur və hazırki tələbi də məhz mənzilə istifadə hüququna əsaslanır. Odur ki, iddiaçı həmin yaşayış sahəsinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələb ini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı1 və onun ailə üzvlərinin mübahisəli mənzilə istifadə hüquqları qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edildiyindən, hazırda iddiaçı həmin yaşayış sahəsinə köçürülmə tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
15. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Cavabdehin istinad etdiyi qətnamədə iddia tələbi – iddiaçının həyat yoldaşı və iki qızının adından iddia qaldırması və cavabdehin mülkiyyətində həmin ölçüdə iddiaçının ailə üzvləri ilə birlikdə yaşadıqlarını iddia etdiyi 18.2 kv.m otaq olmadığı üçün rədd edilmişdir. Bununla da müəyyən edilir ki, iddianın rədd edilməsinin əsasları iddianın mah iyyəti üzrə əsassız olması ilə bağlı olmamışdır və hazırki iddia tələbinə baxıla bilər. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının 14 il sonra evə köçürülməsini tələb etməklə iddia müddətinin ötürülməsini qeyd etsə də qanunvercilikdə evə köçürülmə ilə bağlı iddialar üçün hər hansı müddət müəyyən edilməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh X14 Ağa oğlu (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instans iyası məhkəməsi tərəfindən cavabdehin hüquqları kobud şəkildə pozulmuş, mənafeyinə ciddi zərər dəymiş, qanunvericiliyin tələblərinə riayət olunmamış, iddiaçıların mülkiyyətində daşınmaz əmlakın olması barədə təkidlə məlumat verilsə də, bu hallara düzgün hüquqi qiymət verilməmiş, işə əvvəlki Mənzil Məcəlləsinin müddəaları tətbiq edilsə də, səhv nəticəyə gəlinmiş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların özünə məxsus başqa yaşayış ünvanında daimi yaşadığına dair sübut təqdim olunmayıb. Məhkəmə bu fikirlə bağlı düzgün əsaslandırma irəli sürməmişdir. Belə ki, iş materialları ilə məhkəməyə təqdim olunan sübutlarla təsdiq olunur ki, cavabdehin daimi yaşamaq üçün bir neçə yaşayış evi vardır. Apellyasiya instansiyası məhkəməsi tam şəkildə araşdırma apa rmamış, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qanunların şərh edilməsi barədə qərarlarının tələblərini kobud şəkildə pozaraq cavabdehin mülkiyyət hüquqlarını pozmuş, iddiaçıların mülkiyyətində böyük həcmdə yaşayış evləri olduğu halda bir otaqlı evinə gözlərini dikərək, ora köçürtmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
21. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Tətbiq edilən hüquq
22. Məcəlləsi: 01.10.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil
23. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdir və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur.
24. Maddə
60. İcarədar və ya onun a ilə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.
25. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
26. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış h üquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı
29. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətd ə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq o laraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Cavabdeh X14 Ağa oğlu kassasiya şikayəti verərək, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələr ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
40. Belə ki, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan R espublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
41. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
42. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
43. İşin materiallarından görünür ki, iddiaçı və onun ailə üzvləri 2005-ci ildən mübahisəli mənzildən çıxıb getmişlər. Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçıların həmin mənzilə istifadə hüququna xitam verilməsi barədə cavabdehin 2012ci ildə qaldırdığı iddia rədd edilmiş, lakin iddiaçılar həmin məhkəmə mübahisəsindən sonra da uzun müddət mənzilə köçürülmələri ilə bağlı məhkəməyə müraciət etməmişdirlər.
44. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən iddiaçıların 2005ci ildən 2014-cü il tarixədək mənzildə yaşamamalarının məcburiyyətdən qaynaqlanması və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələrinin sübut edilməməsi əsası ilə istifadə hüquqlarına xitam verilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin 2014-cü ildən sonrakı dövrə də preyudisiya kimi tətbiq edilməsi düzgün olmamışdır.
45. Çünki mənzildən istifadə hüququ ilə bağlı münasibətlər davam edən münasibət olduğundan iddiaçıların 2014-cü ildən sonrakı dövrdə mənzilə köçməyə cəhd etməməsinin səbəbləri, mənzildən istifadə edilməsinə digər şəxslər tərəfindən ciddi maneələr yaradılması və bu mənzilə yaşayış sahəsi kimi ehtiyaclarının qalıb-qalmaması məsələsi ayrıca araşdırılmalı, onların mövcud istifadə hüquqlarına 2014-cü ildən sonra xitam verən halların baş verib-vermədiyinə hüquqi qiymət verilməklə mübahisə həll edilməli idi.
46. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə əhəmiyyətli hal olsa da, apellyasiya instansiyası məhkəməsi iddiaçıların 16 il müddətində harada yaşamaları, yaşayış sahəsinə ehtiyaclarını necə qarşılamaları, iddiaçıların adına yaşayış evinin mövcud olub-olmaması barədə müvafiq araşdırma aparmamış, həmçinin cavabdehlərin 2014-cü ildən sonra hansı məcburiyyətdən həmin mənzildə yaşaya bilməməsi barədə qənaətini əsaslandırmamışdır.
47. Kollegiya qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəb ul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilmə si yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır.
49. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
50. Eyni hüquqi mövqe Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir.
51. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.
52. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.
53. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur.
54. Beləliklə də, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir.
55. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadının ləğv edilməsi üçün əsasdır.
56. Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
57. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qi ymət verilməlidir.
58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 mart 2022-cu il tarixli 2(103)1984/2022 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.