Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3822/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X4 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2568/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mü bahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. İddiaçı 2018-ci il tarixdən 2019-cu il sentyabr ayınadək Şəmkir rayonu Sabirkənd kəndində məktəb direktorunu əvəz etmiş, 2019-cu ilin sentyabr ayından 2022-ci ilin sentyabr ayınadək məktəb direktoru vəzifəsində çalışmışdır.
3. Şəmkir rayonu Sabirkənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini X6 Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Hacıyev Arslana ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən məktəbin direktoru İddiaçı Azərbaycan dili və ədəbiyyat dərsləri üzrə analıq məzuniyyətində olan Gülşən Ataşovanın dərs saatlarının qeyri-qanuni olaraq məktəbin katibəsinə həvalə edərək əmək haqqını mənimsəməsi və digər neqativ halların müəyyən edilməsini idarədən xahiş etmişdir.
4. Tovuz-Qazax Regional İdarəsinin baş məsləhətçisi - Əhmədov Vaqif, məsləhətçisi Hüseynova Məhəbbət, məsləhətçisi - Rəhimov Həsən, Şəmkir rayonu Sabirkənd tam orta məktəbinin direktoru - İddiaçı, məktəbin tərbiyə işləri üzrə direktor müavini - V.Məmmədov tərəfindən tərtib edilərək imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktlarına əsasən əmr kitabı təsdiq edilməmiş, əmrlərin ardıcıllığı düzgün olmamış, bölgü sinifləri fərdi və xəstə uşaqların dərsi ayrıca əmrləşdirilməmişdir. BSQ-lərin keçirilməsi məqsədi ilə komissiya yaradılmamış, qiymətləndirmə vasitələri yalnız fənn müəllimi tərəfindən yoxlanılıb pedaqoji şura kitabında şagird kontingenti, dərs bölgüsü, şagirdlərin adlı siyahısı fərdi və xəstə uşaqlar barədə məlumatlar əksini tapmamış, buraxılan və əvəz ol unan dərslərin uçotu kitabı olmamış, təmayül siniflərə cəlb olunan şagirdlərin ərizəsi olmamış, Vİa sinfində dərnək məşğələsinə cəlb olunan şagirdlərin ərizələri olmamışdır. Bundan başqa İX-Xİ siniflərdə yoxlama zamanı aşağıdakı davamiyyət qeydə alınmışdır: İXa Jurnal üzrə 31 şagird, yerində olan 11 şagird, İXb Jurnal üzrə 31 şagird, yerində olan 11 şagird, İXq Jurnal üzrə 21 şagird, yerində olan 7 şagird, Xt Jurnal üzrə 26 şagird, yerində olan 14 şagird, XH Jurnal üzrə 29 şagird, yerində olan 13 şagird, XİT Jurnal üzrə 17 şagird, yerində olan 10 şagird, XİH Jurnal üzrə 21 şagird, yerində olan 10 şagird, XİA Jurnal üzrə 17 şagird, yerində olan 3 şagird olmadığı qeyd edilmişdir. Habelə məktəbin texniki işçilərinin davamiyyəti yoxlanılarkən aşağıdakı nöqsanlar aşkar edilmişdir ki, məktəbin f əhləsi Şahid3 2014-cü ildən işə gəlmədiyi təsdiqlənmişdir. X1, X8, X9, X12, X2 xx.xx.2022-ci il tarixindən texniki işçilərin davamiyyət tabelində imzalarının olmadığı təsdiq edilmiş, Biologiya, Fizika, Kimya laboratoriya otaqları sinif otaqları ilə əvəz olunmuşdur. 16 oktyabr 2019-cu ildə 7 saylı ƏMHM tərəfindən verilmiş aktda saxtakarlıq aşkar edilmişdir. Məktəbdə yoxlama keçirildiyi gün 3 sinifdə cədvələ uyğun dərnək məşğələsinin keçirilməsi vəziyyəti aşağıdakı kimidir; VlB sinfi-müəllim Əhmədova Məlahət sinifdə 8 nəfər iştirak edirdi, onlardan 2 nəfər jurnalda adı olmayan şagird idi. VB sinfi - müəllim Sadıqova Gülşən məktəbdə olmuş, şagirdlər olmamış, dərnək keçirilməmişdir. VİA sinfi - müəllim Heydərova Hüsniyyə və şagirdlər olmamış, dərnək keçirilməməsi müəyyən edilmiş və müvafiq akt lar tərtib edilərək, onların doğruluğu təsdiq edilmişdir.
5. Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyevə ünvanlanmış xx.xx.2022-ci il tarixli Şəmkir rayonu Sabirkənd tam orta məktəbinin direktorunun fəaliyyətinin yoxlanılması haqqında arayışa əsasən məktəbdə aparılmış yoxlama zamanı aşkar olunmuş hallar barədə məlumat verilmişdir.
6. Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayonu üzrə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Şahid1 ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdimata əsasən Qazax-Tovuz Regional Təhsil idarəsinə daxil olan yazılı müraciət əsasında ünvan 8təmov adına tam orta məktəbində təlim-tərbiyə prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sən ədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə xidməti araşdırma aparılan zaman qeydə alınmış nöqsanları nəzərə alaraq, Əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, habelə vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə ünvan 8təmov adına tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehi verilməsi - əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsi xahiş olunmuşdur.
7. Şəmkir rayonu üz rə Təhsil sektorunun Həmkarlar Təşkilatının sədri Şahid1 tərəfindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlıya ünvanlanmış xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2022-ci il tarixli Şəmkir rayon S.Rüstəmov adına Sabirkənd kənd tam orta məktəbində aparılmış xidməti araşdırmanın nəticəsinə əsasən Şəmkir rayonu üzrə Təhsil Sektorunun Həmkarlar Təşkilatına ünvanlanmış təqdimatına baxaraq, təqdimatın təmin edilməsi və ünvan 8təmov adına tam orta məktəbinin direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq intizam tənbehi verilməsi, əmək müqaviləsinin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün məsələyə baxılaraq müvafiq qərarın verilməsinə etiraz edilmədiyi qərara alınm ışdır.
8. Qazax-Tovuz Regional Təhsil İdarəsinin Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə Arslan Hacıyevin əsaslandırmasına əsasən Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbdə aparılmış yoxlama nəticəsində Əmək qanunvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmamazlıqlara yol verildiyi aşkar edilmiş, texniki işçilərin tabeli jurnalı qeydiyyatının aparılması vəziyyəti araşdırılarkən məktəbin fəhləsi kimi tarifləşən Şahid3 2014-cü ildən hal-hazıra kimi işə gəlmədiyi təsdi qini tapmışdır. Müəllimlərin dərs saatlarının DQ-nin nəticəsindən artıq verilməsi, dərnək dərslərinin keçirilmədiyi aşkarlanmışdır. Habelə məktəbin direktoru İddiaçı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
9. Azərbaycan Respublikası Elm və Təhsil Naziri tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli K-947 nömrəli əmrə əsasən Qazax-Tovuz Regional Təhsil idarəsi tərəfindən Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbdə aparılmış yoxlama nəticəsində Əmək qanu nvericiliyinin tələblərinin pozulduğu, sənədləşmə işlərinin düzgün aparılmadığı, müəssisəyə rəhbərlik və nəzarətin yarıtmaz təşkil olunduğu, mövcud qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu, digər nöqsan və çatışmazlıqlara yol verildiyi aşkar edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməmin 13.4-cü və 13.5-ci bəndlərinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən Şəmkir rayonu Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbin direktoru vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərin dən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən 5 sentyabr 2022-ci il tarixdən ləğv edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (bundan sonra – Nazirlik və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli K-947 saylı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının verilməsi vəzifəsinin və 50 manat mediasiya xərcinin ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətna mə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri cənab Arslan Hacıyevin müavini Nizaməddin adlı şəxs onu öz kabinetinə çağırtdıraraq işdən çıxmağı barədə ərizə verməyini tələb etmişdir. İddiaçı səbəb göstərməyini bildirdikdə o heç bir səbəb göstərmədən “cinayətkar" olduğunu bildirmişdir. Sonradan isə yoxlama göndərərək məktəbdə heç bir ciddi nöqsan aşkar edilməmişdir. Yalnız bir nəfər şəxs Şahid3 adının məktəbdə texniki işçisi adı məktəbdə olsa da özü məktəbdə olmamışdır. Bu hal Şəmkir rayon Təhsil Şöbəsinin müdirinin göstərişi ilə həmin şəxsin Şəmkir rayon Təhsil Şöbəsinin binasında fəhlə kimi çalışdığı məlum edilmişdir. Şahid3 adlı şəxs 2014- cü il tarixdən texniki işçi kimi məktəbdə işə götürülmüşdür. Həmin şəxs məktəbdə adı getsə də Şəmkir rayon Təhsil Şöbəsini binasında fəhlə kimi işləyib və məktəbə aid yüklərin boşaldılması məktəbə çatdırılmasına köməklik göstərmişdir. Şahid3la yanaşı məktəbin 8 nəfər fəhləsi olmuş və Şahid3 məktəbə işə gəlməməyi məktəbdə olan işlərə heç bir mənfi təsir göstərməmişdir. O, 2019-cu il tarixdə məktəbə direktor təyin edildikdən sonra həmin şəxsin işdən azad edilmə barədə Təhsil Şöbəsinə müraciət etmişdir. Lakin onun işdən azad edilməsinə yuxarıda olan şəxslər imkan verməmişlər. Həmin vaxt Təhsil şöbəsinin müdiri Məcid Şıxlinski idi. 2021-ci il tarixdə həmin şəxsin işdən azad edilməsi barədə əmr imzalayıb onun yerinə kənddən olan şəhid ailəsi X3 işə götürmüşdür. O, şəhidin anası ilə birlikdə Şəm kir Təhsil Şöbəsinin müdiri Şahid2 qəbulunda olmuşdur. Şahid2 ona kobud sürətdə irad bildirərək Şahid3 işdən çıxarılmayacağını bildirmişdir. Şahid3 işdən çıxarılmasına imkan verilməməsi aparılan araşdırma zamanı müəyyən edilmişdir. Belə ki, araşdırma zamanı məktəbin texniki işçisi (fəhlə) Şahid3 2014-cü ildən həmin məktəbdə işlədiyi məlum olmuşdur. Şahid3 sektora dəvət olunaraq onunla söhbət aparılmış və izahatı alınmışdır. Şahid3 yazdığı izahatda daimi olaraq Təhsil Şöbəsinin binasında müxtəlif işlər gördüyünü bildirmişdir. Həqiqətən də Şahid3 gecələr şöbə binasının gecə gözətçiliyini etmiş, bina ətrafındakı bağ sahəsinə xidmət etmiş, bundan əlavə olaraq binanın sanitar qovşağının texniki işlərini həll etmişdir. Qış mövsümü zamanı isə binanın kombi sisteminə nəzarət edərək ocaqçı kimi də fəaliyyət göstərmişdir. Eyni zamanda məktəbə anbardan şagird stol və stulu, yazı lövhəsi və digər böyük əşyalar verildiyi zaman həmin əşyaların yığılaraq məktəbdə boşaldılmasına köməklik etdiyini bildirmişdir. Odur ki, təhsil şöbəsinin həm əvvəlki, həm də indiki rəhbərliyi onun bu xidmətlərini nəzərə alaraq işçi kimi onun adının məktəbdə qalmasına etiraz etməmişlər. Şahid3la söhbət zamanı əməkhaqqı kartının özündə olduğunu və maaşının daim özü tərəfindən aldığını bildirmişdir. O, əlavə olaraq heç kimin ondan bu məqsədlə müəyyən pul vəsaiti tələb etmədiyini və heç kimə də pul vermədiyini bildirmişdir. O, Təhsil İdarəsini binasında yuxarıda qeyd edilən işlərlə yanaşı həm də vəzifəli şəxslərə çay aparmaq ilə məşğul olmuşdur. Belə olan halda iddiaçı hansı səbəbdən işdən çıxarılmalı idi. İndi h əmin şəxs işdən azad edilmişdir. Həmin şəxsin məktəbdə işə gəlməməsində iddiaçının heç bir marağı olmamışdır. Belə olan halda nədən həmin şəxsin işə gəlməməsinə göz yummalı idi. İddiaçı qeyd etdiyi kimi həmin şəxsi işdən azad etmişdir. Sadəcə Şəmkir Təhsil Şöbəsinin vəzifəli şəxsləri özlərinə xidmət etdirmək üçün həmin şəxsləri yanında saxlayıb özlərinə qulluq etdirib indi də iddiaçını öz səhvlərinə görə işdən çıxartmışlar. İddiaçının işdən çıxarılmağı əslində Şahid3 məktəbdə işə gəlməməsi olmamışdır. Əsl səbəb ona ərizə yazmağı ilə bağlı verilən təklifi qəbul etməməyi olmuşdur. Şahid3 həmin vaxt X19 Təhsil İdarəsində işlədiyi hər kəs tərəfindən bilinirdi və onu işdən çıxartmaqla bağlı heç bir göstəriş verilməyib. Odur ki, iddiaçı barəsində işdən çıxarılma ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli əmrin verilməsinə səbəb olmuş əsaslar özlüyündə tam olaraq əsassız olmuşdur. Əmrdən görünmüşdür ki, iddiaçının işdən azad edilməyinin əsasında dayanan faktlardan biri Arslan Hacıyevin əsaslandırması olmuşdur. Həmin əsaslandırmada iddiaçının guya əlavə olaraq 5 nəfər şəxs işə gəlməmiş və onların işə gəlməməsi müəyyən korrupsiya hallarına yol açmışdır. Həmin şəxslərin kimliyi qeyd edilməmiş və ümumiyyətlə belə bir hal olmamışdır. Adları məlum olmayan şəxslər necə işdən yayına bilərdi. Arslan Hacıyevin göstərdiyi bu xüsusat özlüyündə əsassız bir iddia olduğu halda cavabdeh həmin iddianı işdən çıxarılma əsası kimi göstərmişdir. Şahid3 adlı şəxs Təhsil İdarəsində müxtəlif vəzifələri icra etdiyi halda və Təhsil İdarəsinin müdiri bunları gördüyü halda Şahid3 adının məktəbdə işdə getm əsinə görə kiminsə nöqsana yol verməsi barədə dəlilləri necə əsaslı ola bilərdi. İşdən çıxarılmağı əsaslarından biri kimi Şəmkir rayon Təhsil Sektorunun Həmkarlar Təşkilatının 16 iyul 2022-ci il tarixli qərarı göstərilmişdir. Ümumiyyətlə, Həmkarlar Təşkilatının iclası olmamışdır. Halbuki, həmin təşkilat kollegial təşkilatdır və onun üzvlərinin iştirakı ilə qərar qəbul edilir. Həmkarlar Təşkilati həmin qərarı 16 iyul tarixində deyil 3 sentyabr 2022-ci il tarixdə vermişdir. Bununla bağlı iclas keçirilərək, iclasın sonunda müvafiq qərar qəbul edilir. Növbəti əsas kimi Həmkarlar Təşkilatının qərarı qanunsuz olmuşdur. Belə ki, işdən çıxarılmağına dair izahat və aktlar göstərilmişdir. Həmin vaxt izahatı alınmış Şahid3 öz izahatında harada işlədiyini və hansı işlər gördüyünü bildirmişdir. Bundan başqa Şahid3 işdən çıxartmağına dair xx.xx.2021-ci il tarixli 17 saylı əmri barədə heç bir fikir səsləndirilməmişdir. Bundan başqa onun 2018-ci il tarixdə Şahid3 işdən azad edilməsi barədə müraciəti eyni zamanda 2021-ci ilin 17 mayında Şəmkir rayon Təhsil Şöbəsinə ünvanladığı məktub əsaslar sırasında göstərilməmişdir. Halbuki, həmin sənədlər Arslan Hacıyevin əsaslandırmasını əsassız edirdi. Şəmkir rayon Təhsil Şöbəsində adları başqa yerdə olan işçiləri gətirib özlərinə xidmət etdirmişlər. X15 kənd orta məktəbində psixoloq vəzifəsində çalışdığı halda öz işini icra etməmiş və Təhsil Şöbəsində Xəqani Babayevin adlı kadrlar üzrə məsləhətçinin yanında köməkçi işləmişdir. Bundan başqa X21 Çay kənd kəndində laborant vəzifəsində adı gedir lakin hazırda Şahid2 köməkçisi kimi fəaliyyət göstərmişdir. Murad Daşdəmirov adlı şəxs metodik kabinetdə katib ancaq faktiki müdir köməkçisi kimi fəaliyyət göstərmişdir. X20 Cırdaxan kənd orta məktəbində xadimə işlədiyi halda faktiki olaraq Təhsil Şöbəsinin binasında xadimə işləmişdir. Bütün qeyd edilənlərlə yanaşı, Arslan Hacıyevin əsaslandırılmasında və cavabdehin vermiş olduğu əmrdə onun Şahid3 məktəbdə olmayan fəaliyyətinə görə yummağının motivləri əsaslandırılmamışdır. Bu isə göstərilən əsaslandırmaların bir daha əsassız olduğunu təsdiq etmişdir. Əmrin sonunda göstərilən məsələlər yəni əmrin sürəti ona verilməsi məsələsi də yerinə yetirilməmişdir. Yəni verilmiş əmr ona rəsmi olaraq təqdim edilməmişdir. Halbuki, əmr və əmək kitabçasının işdən çıxarıldıqdan sonra işçiyə verilməsi əmək qanunvericiliyinin tələbidir.
12. Məhkəmə iclasında cavabdeh in nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, yoxlama zamanı dərsə davamiyyətlə bağlı, məktəbdə tədris prosesinin təşkili ilə bağlı akt tərtib olunmuş və həmin aktları iddiaçı direktor vəzifəsində işlədiyi zaman imzalamışdır. Bundan başqa iddiaçı iddia etmişdir ki, Həmkarlar İttifaqının iclası keçirilməmişdir. Bu məsələni müstəqil şəkildə mübahisələndirmək olardı. Əmək Məcəlləsində göstərilir ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Həmkarlar İttifaqının razılığı alınması üçün təqdimat göndərilməlidir, yəni əmrin verilməsinə dair qərar mövcud olmalıdır. Həmkarlar İttifaqının iclası 16 iyun 2022-ci ildə keçirilmişdir və qəbul olunmuş qərarı qeyri-qanuni ola bilməz, həmin vəsatət müzakirə predmeti də ola bilməz. Bundan əlavə adı çəki lən Şahid3 adlı şəxsin hər ay əmək haqqının verilməsi üçün imzanın olub-olmamasının araşdırılması zəruri olmuşdur. Həmkarların qərarında saxtakarlıq olmuşdur. Nazirlik xx.xx.2022-ci il tarixli yoxlamanı əsas götürüb və əmr vermişdir. Həmin qərar əsasında iddiaçı Əmək Məcəlləsinin 70 “ç” bəndi ilə azad olunub. Vəkil qeyd etmişdir ki, başqa pozuntu qeyd olunmayıb. İddiaçı tərəfindən müxtəlif pozuntular aşkar edilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə keçirilib, iddiaçı orada özü də iştirak etmişdir. Həmin yoxlama zamanı akt da tərtib olunub və iddiaçı aktı özü şəxsən imzalamışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, iyun ayında Qazax-Tovuz Regional İdarəsinin əməkdaşları həmin məktəbdə yoxlama aparmışdır. xx.xx.2021-ci il tarixdə arayış təqdim etdilər, çünki direktorlar təhsil sektoruna tabe olduqlarına görə Həmkarlar İttifaqının rəyi bildirilməli idi. Arayışla tanış olduqdan sonra o da rəyini bildirmiş və müvafiq tədbir görülməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə inzibati şöbənin müdiri Vüsal Həsənov rəy ilə razılaşmamış və elektron ünvanına təqdimat göndərmişlər ki, eyni təqdimatda nə yazılıbsa ona uyğun rəy verilsin. Həmin sənədin nüsxəsini də özündə saxlamışdır. Regional Təhsil İdarəsinə dəvət olunmuş və Vüsal Həsənovun yanında da yazmışdır. Orada bildirmişdir ki, əslində iclas keçirməli idi və protokol tərtib etməli idi çünki təhsil sektorunun 78 direktor üzvü olmuşdur. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixli yazılan rəyə 3 ay qabaq iclas keçirməli idi və heç kim bunu imzalamaz, lakin bildirmişlər ki, təqdimata uyğun rəy verməli idi və buna görə də rəyi yazmışdır. Onların da hüquqşünası var, Aysel xanım göndərmişdir. Hətta onunda onlara göndərdiyi maili olmuşdur. Təsir edən inzibati şöbəsinin müdiri Vüsal Həsənov idi. İlk dəfədən yazmaq istəmədiyini bildirmişdir. Həmin yoxlamada o iştirak etməmiş, sadəcə arayışla tanış olmuşdur. Rəyi xx.xx.2021-ci il tarixdə yazmış və elektron poçt ünvanında da olmuş, onlara da göndərmişdir. xx.xx.2021-ci il tarixdə də oraya dəvət olunmuş və izahat vermişdir. O, həmkarların sədri olaraq rəy bildirmişdirsə, onun ilk rəyi qəbul edilməli idi. Ona yay ayından təzyiqlər olunmuşdur. Məcbur etmiş və həmin təqdimat on da da olmuşdur. Bütün sübutlarda mövcud olmuşdur. Bildirmişlər ki, rəyi verməsəydi işdən çıxaracaqlar. Lakin bu işlərdən sonra öz ərizəsi ilə işdən çıxmışdır.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-394/2023 nömrəli iş üzrə 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirdiyini iddia etsə də, məhkəməyə təqdim edilmiş iddiaçının özü tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixində tərtib edilmiş aktlardan göründüyü kimi o, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı tərəfindən göstərilən sübutların m ötəbər olmaması barədə əsaslara dair sübutlar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı və digər vəzifəli şəxslər tərəfindən təsdiq olunmuş aktlarda qeyd olunan əməllərin törədilməsi təsdiq olunmuşdur ki, bu da onun həqiqətən də iddiaçının vəzifə funksiyalarının icrasında nöqsanlara yol verməsini təsdiq etmişdir. Buna görə də, onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir.
17. Məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü arqumentlər onun subyektiv mülahizəsi olmaqla, əsassız olmuş və bununla bağlı cavabdehin nümayəndəsinin izahatını və təqdim edilmiş sübutlarını inandırıcı saymışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək M əcəlləsinin 10, 68, 70, 71, 72, 311, 186, 187-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun işdən çıxarılması zamanı qanunvericiliyin tələbləri gözlənilməmişdir. Həmkarlar təşkilatının iclası keçirilmədən həmin təşkilat tərəfindən tərtib edilmiş ilkin rəy dəyişdirilmiş, həmin rəyi tərtib edən Şahid1 adlı şəxsə Qazax-Tovuz-Şəmkir Təhsil İdarəsinin əməkdaşları tərəfindən təzyiq edilərək 3 sentyabr 2022-ci il tarixdə 31 avqust 2022-ci il tarixli rəyini dəyişərək iddiaçının işdən çıxarılması barədə mənfi rəy vermişdir. Halbuki, guya Həmk arlar təşkilatı tərəfindən həmin rəy 16 iyun 2022-ci il tarixdə tərtib edilmişdir. Bu fakt işdə olan X7 Şəmkir rayon Komitəsi tərəfindən göndərilmiş məktuba da və ona əlavə edilmiş Şahid1 izahatında eyni zamanda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 16 yanvar 2023-cü il tarixli məktub və ona əlavə edilmiş izahatlarda öz əksini tapmışdır. Həmin faktlar onu göstərir ki, həmkarlar təşkilatının iclası keçirilmədən həmin təşkilatın əməkdaşına edilən təzyiq əsasında 3 sentyabr 2022-ci il tarixdə saxta rəy yazılmışdır. Bundan başqa məhkəmə prosesində dindirilən Şahid1 vermiş olduğu izahatı qeyd edilənləri təsdiq etmişdir. Lakin məhkəmə iclas protokolunda olan Şahid1 izahatını və onunla bağlı olan sənədləri məhkəmə qətnaməsinə salmayaraq ona hüquqi qiymət verməmişdir. İddiaçının işdən azad edilməsi əsaslarından biri Şahid3 işə gəlmədiyi halda ona maaşın yazılması faktı olmuşdur ki, bu fakt üzrə bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əsasən iddiaçı Şahid3 işdən azad edib şəhid ailəsini işə götürmüş, lakin Təhsil Sektorunun müdiri tərəfindən həmin əmr nəzərə alınmamışdır. Bu faktlar işdə olan əmrlə eyni zamanda Şahid3 vermiş olduğu izahatında və sektor müdiri Şahid2 Prokurorluqda vermiş olduğu izahatlarında öz əksini tapmışdır. Ən əsası isə məhkəmə prosesində cavabdehin nümayəndəsini iddiaçının həmin məsələdə heç bir günahının olmadığını deməsi bir daha təsdiq etmişdir ki, aparılmış araşdırma əsassız olmuşdur. İddiaçının digər arqumenti ondan ibarət olmuşdur ki, onun 1 iyun 2022-ci il tarixdə aparılan yoxlama zamanı dərsdə davamiyyə tlə bağlı olan problem həmin gün Şəmkir rayon İcra Hakimiyyəti və Təhsil İdarəsi ilə birlikdə Beynəlxalq Uşaq günü ilə bağlı olan tədbirdə uşaqların iştirak etməsi olmuşdur. Göründüyü kimi həmin günü yoxlamanın keçirilməsi məqsədli xarakter daşımışdır. Yəni Uşaq günü ilə bağlı tədbir olacağı bəlli olmuş və həmin vaxt davamiyyətdə problem olması qaçılmaz olmuşdur. Uşaqların tədbirdə olması ilə bağlı sənədlər şəkillər məhkəməyə təqdim edilmişdir. Deməli davamiyyətlə bağlı olan problem uşaqların tədbirdə olması ilə bağlı olmuşdur. Bu isə davamiyyətin olmaması kimi qiymətləndirilə bilməz. Həmin tədbirdə iştirak edilməsi hər bir direktora tapşırılmış və buna uyğun tədbirdə iştirak edilmişdir. Dərnəklərin keçirilməməsi ilə bağlı qeyd edilən məsələlərdə yanlış məsələlər olmuşdur. Təqdim edilən şə kildə dərnək rəhbərinin tədbirdə olduğu aydın sürətdə görünmüşdür. Bundan başqa dərnəklər günorta saatlarında təşkil edildiyi halda aparılan yoxlama gündüz saatlarında aparılmasını nəzərə alınsa onda dərnəklərin olmaması ilə bağlı iddialar əsaslı olmamışdır. Laboratoriyada sinif otağı kimi istifadə edilməsi ilə bağlı iddialar da əsaslı olmamışdır. Belə ki, həmin vaxt bölünən siniflər laboratoriya ilə bağlı olmayan dərslər olmayanda orada sinif çatışmazlığı səbəbindən dərslər orada keçirilmişdir. Dərs bölgüsünün əmrləşdirilməsi ilə bağlı məsələ barədə onu qeyd etmişdir ki, 2022-ci il tarixdə dərslər 15 sentyabr tarixində deyil 29 sentyabr tarixində başlamışdır. Əmrləşdirilmənin 15 sentyabr tarixdə aparılmamasının əsl səbəbi dərs ilinin 15 sentyabr 2022-ci il tarixdə deyil 29 sentyabr 2022-c i il tarixdə başlaması olmuşdur. Bundan başqa əmr kitabının təsdiq edilməməsi səbəbi isə Təhsil İdarələrinin strukturunda olan dəyişikliklə bağlı olan məsələ olmuşdur. Belə ki, regionlarda Təhsil İdarələri yarandığından möhürlər yığılmış və həmin vaxt Təhsil Sektorunun möhürü də götürülmüşdür. Möhür olmadığı halda əmr kitabı təsdiq edilə bilməzdi. Dərs bölgüsünün aparılması ilə bağlı qeyd edilən pozuntular da əsaslı olmamışdır. Belə ki, dərslərin başqa müəllimlərə verilmədən hansısa müəllimə əlavə olaraq verilməsi həmin şəxslər şəhid ailəsi olması və eyni zamanda dərs saatının 6 saatdan az olması ilə bağlı olmuşdur. Qarşı tərəf qeyd edilənləri təkzib edəcək hər hansı bir fakt təqdim etməmişdir. Birinci sinif üzrə ərizələrin olmaması ilə bağlı qeyd edilənlər də doğru olmamışdır. Ərizələr mö vcud olmuş sadəcə şəxsi işin içərisində olmamışdır. Uşaqların ərizələrinin bir qismi məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində yalnız qarşı tərəfin təqdim etdiyi yoxlama məlumatlarına istinad etmişdir. Məhkəmə qətnaməsinin təsviri əsaslandırıcı hissəsində iddiaçının hansı hərəkətləri nəticəsində məktəbin fəaliyyətinin pozulması əmək kollektivinin mənafelərinə zərərin dəyməsi ilə bağlı heç bir fikir tapmaq mümkün olmamışdır. Hətta məhkəmə qətnaməsində qarşı tərəfin vermiş olduğu sənədlərdə göstərilən hallar belə Əmək Məcəlləsinin 71-ci maddəsində göstərilən əsaslara səbəb olacaq dərəcədə ciddi məsələlər deyildir. Məhkəmə qətnaməsində istinad edilən maddələrdən biri Əmək Məcəlləsinin 186-cı maddəsi olmuşdur. İddiaçı həmin maddələrin tələblərinin pozulmasını qe yd etmişdir. Belə ki, o işdən çıxarılan zaman həmin maddə də göstərilən tədbirlərdən birinin deyil məhz 70-ci maddənin ç bəndi ilə çıxarılmasını qəbul etməmişdir. Məhkəmə qətnaməsində göstərilən maddələr iddiaçının xeyrinə olduğu halda həmin maddənin şəxsin ziyanına yozulması anlaşılan olmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinə nəzər yetirdikdə həmin qətnamədə iddiaçı tərəfindən təqdim edilən heç bir sübutun adı belə çəkilməmişdir. Məhkəmə iddiaçı tərəfin sübutlarından istifadə etməmiş, etməməsinin səbəblərini qətnamədə göstərməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2568/2023 nömrəli mülki iş üzrə 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə çıxarılmaqla iddia təmin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 5 sentyabr 2022-ci il tarixli, K947 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Şəmkir rayonu, Sabirkənd kənd S.Rüstəmov adına tam orta məktəbin direktoru vəzifəsinə işə bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir.
22. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsi nin zəruriliyini əsaslandırmalı olduğu halda əmrdə ümumi olaraq “əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyi” göstərilsə də, konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi qeyd olunmamış, yəni, əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 71.2-ci maddəsində imperativ olaraq 70-ci maddənin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hü quqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun şərtlə yol verilməsi qeyd olunsa da, əmr həmin maddənin tələbləri baxımından da (iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və s.) əsaslandırılmamışdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından müəyyən olunduğu kimi iddiaçı barəsində toplanmış materiallar işəgötürən tərəfindən prokurorluq orqanına göndərilsə də, iş materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubunda daxil olmuş materiallar üzrə araşdırma aparıldığı və cinayət tərkibli əməllərin törədilməsi faktları təsdiq olunmadığı qeyd edilmişdir. H əmçinin orta məktəbin fəaliyyətində aşkar edilmiş pozuntuların törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədilə Nazirliyə təqdimat göndərilmişdir. Belə olan halda, aşkar edilən digər pozuntuların iddiaçı barəsində ən ağır inzibati tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsaslandırılmamış və məhkəmə araşdırması zamanı bu xüsusatla bağlı cavabdeh tərəfindən hər hansı bir mövqe irəli sürülməmiş, sübut təqdim olunmamışdır.
25. Həmkarlar ittifaqının razılığının alınması ilə bağlı məhkəmə kollegiyası onu qeyd etmişdir ki, razılığın alınması barədə sənəd mötəbər sübut hesab edilə bilməz. Belə ki, həmkarlar ittifaqı təşkilatının iclasının keçirilməməsi, bu razılığın alınması barədə sənədin məcburiyyət qarşısında qalınaraq verilməsi işin halları ilə tam təsdiq ini tapmışdır. Belə ki, iş materiallarının 173-cü vərəqəsində olan birinci instansiya məhkəməsinin 17 yanvar 2023-cü il tarixli məhkəmə iclas protokolundan görünmüşdür ki, şahid qismində dindirilmiş həmkarlar ittifaqı təşkilatının sədri Şahid1 öz izahatında göstərmişdir ki, iddiaçının işdən çıxarılması ilə bağlı iclas keçirilməmiş, 16 iyun 2022-ci il tarixli rəy əslində Regional Təhsil idarəsinin əməkdaşı Vüsal Həsənovun təkidi ilə 31 avqust 2022-ci il tarixdə yazmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işdən azad edilməsi əsaslarından biri Şahid3 işə gəlmədiyi halda ona maaşın yazılması faktı olmuşdur. Lakin iş materiallarında Şahid3 izahatlarından görünmüşdür ki, maaş onun özü tərəfindən alınmış və bu fakt təsdiqini tapmamışdır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməsi nəzərdə tutulsa da, əmr verilərkən bu tələbə də riayət olunmamışdır. Belə ki, cavabdeh tərəfindən bu halın əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır
28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 10, 43, 57, 68, 70, 71, 72, 80, 186, 187, 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir.
30. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmununda qeyd edilmişdir ki, müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarına əlavə olunmuş aktlardan görünmüşdür ki, iddiaçı fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öhdəliklərini və vəzifə funksiyalarını qanunvericiliyin tələbinə uyğun olaraq yerinə yetirməmiş və bu əsasla da işdən azad olunmuşdur. Lakin, məhkəmənin mövqeyinə görə, işçi tərəfindən qeyd edilən pozuntuların törədilməsi onunla bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfi ndən ləğv edilməsinin hüquqi əsası olmamışdır.
31. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə və ona əlavə edilmiş sənədlərdən görünmüşdür ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmiş, müvafiq iş yerində əmək və icra intizamının normal ahəngini pozmuş, işəgötürənin qanunla qorunan mənafelərinə ciddi formada ziyan vurmuşdur. Lakin, işə baxan məhkəmə işin bu hallarına heç bir əhəmiyyət verməmişdir.
32. Kassator qeyd etmişdir ki, direktor-məktəbin fəaliyyətini idarə edir. İşçilərlə bağlanmış əmək müqaviləsinin şərtlərinin yerinə yetirilməsini, müəssisənin təsərrüffat fəaliyyətini, avadanlığın uçotunu və mühafizəsini, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadə olunmasını təmin edir. İşçilərə verilən tapşırıqları əmək qanunvericiliyinə uyğun nəzarətdə saxlayır və onların icrasına nail olur. Müavinlərin hesabatlarını dinləyir, onların işinin təkmilləşdirilməsinə dair təkliflər verir. Kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılmasını, hesabatların hazırlanmasını, məlumat bazalarının düzgün doldurulmasını təmin edir. Məhkəmə qətnaməsinə əsasən işçilər tərəfindən davamiyyətin pozulmasına görə direktor məsuliyyət daşımamalıdır. Qeyd edilənlər bilavasitə məktəb direktorunun əmək funksiyalarına daxildir.
33. İş materiallarından göründüyü kimi, işəgötürən qeyd edilən normaya əsasən, iddiaçı ilə bağlı əmək müqaviləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə Həmkarlar Təşkilatına təqdimat vermiş və təşkilat təqdimatda qeyd edilənlərlə razılaşaraq müs bət qərar vermişdir. Həmkarlar Təşkilatının razılığı nəzərə alınaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilmişdir, işəgötürənin Həmkarlar ittifaqlarının fəaliyyətinə müdaxiləsi və ya təsir edə bilməsi mümkünsüzdür. Məhkəmələr bu halı nəzərə almamışdır.
34. Məhkəməyə yoxlamanın keçirilməsinin hüquqi əsası barədə sənədlər və yoxlama aktı, əmr və direktorun izahatı və digər sənədlər təqdim olunmuşdur. İş materiallarına əlavə olunmuş sübutlara hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi yalnız HT-nın qərarlarının qanunsuz olmasına əsaslanaraq kifayətlənmiş və təqdim olunan sübutlara əhəmiyyət verməmişdir.
35. Kassator qeyd etmişdir ki, işə baxan məhkəmə qətnamədə ƏM-nin 80-ci maddəsinə istinad etməklə kifayətlənmiş və hesab etmişdir ki, bu ma ddənin tələbi pozulmuşdur. Lakin iş materiallarından göründüyü kimi, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, ƏM-nin 80-ci maddəsinə əssən Hİ-na rəsmi təqdimatla müraciət etmişdir. Bu maddənin əsas şərti ondan ibarət olmuşdur ki, işçi ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsi ilə xitam verilərkən, əvvəlcədən Hİ-nın razılığının alınması üçün Hİ-na təqdimatla müraciət etsin. İşəgötürən tərəfindən bu normaya əməl edilməsinə baxmayaraq, məhkəmələr bu halı pozuntu kimi qəbul etmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş yoxlama aktında sadalanan nöqsanların əsaslı olub-olmaması, aşkar olunan faktlarda iddiaçının hansı dərəcədə təqsirli olub-olmaması, yoxlayıcılar tərəfindən akt yazılarkən hüquq normalarına riayət olunub-olunmaması, mübahisələdirilən faktların qanunvericili yin tələblərinə uyğun olub-olmaması və s. kimi hallar araşdırılmamış, qətnamədə bu məsələlərə hüquqi münasibət bildirilməmişdir.
36. Həmkarlar Təşkilatının iclaslarının hansı qaydada keçirilməsi barədə iddiaçının məlumatının olmasına baxmayaraq, ilkin Həmkarlar Təşkilatının hərəkətlərinin və qərarlarının qanunsuzluğu barədə onların yuxarı təşkilatına müraciət etməmiş və bu barədə işəgötürənə hər hansı bir məlumat verməmişdir. Eyni zamanda iddiaçı əmr verilənədək HT-nın hərəkətlərinin və qərarlarının mübahisələndirilməsinə hər hansı bir cəhd etməmişdir. Bu barədə məlumatsız olan işəgötürən ƏM-nin 80-ci maddəsinə uyğun olaraq, Hİ tərəfindən təqdim olunan razılıq məktubuna əsasən müvafiq əmr vermişdir. Belə olan halda əmrin məhkəmə tərəfindən qanunsuz hesab edilməsi obyektiv və qanuni hesab e dilə bilməz. İşə baxan məhkəmələr bu halları nəzərə almamışdır. İşçinin hüquqlarının pozulması ilə nəticələnən Hİ qərarları və hərəkətləri mübahisə predmeti kimi ayrıca mübahisələndirilməlidir. Hİ-da baş verən pozuntulara (hərəkətlərinə və ya qərarlarına) görə işəgötürən məsuliyyət daşımamalıdır.
37. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 70 “ç”, 71, 80cı, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
39. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin mü vafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.
40. Maddə 3.9. Əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu.
41. Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək.
42. Maddə 43.2
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin əmək funksiyası; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri.
43. Maddə 57.1. İşəgötürən işçin in əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
44. Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
45. Maddə
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
46. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səh lənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
47. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
48. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
49. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
50. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatın a əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
51. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
52. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
53. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
54. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyət də olduğu vaxt həmin müddətə daxil edilmir.
55. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ö dənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki hallar ı araşdırması kimi qiymətləndirilməməlidir.
62. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
65. Belə ki, cavabdeh təşkilat iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir (§ 9, 45).
66. Qanunun tələbinə görə, həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, h abelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (§ 46).
67. Apellyasiya məhkəməsi bu xüsusatı araşdıraraq belə qənaətə gəlmişdir ki, sözügedən əmr həmin maddənin tələbləri baxımından (iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması, işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi və s.) əsaslandırılmamışdır. Bundan əlavə, iddiaçı barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmış, cinayət tərkibli əməllərin törədilməsi faktları təsdiq olunmamışdır. Aşkar edilən digər pozuntuların iddiaçı barəsində ən ağır inzibati tənbehin seçilməsinə əsas verməsi baxımından da əmr əsas landırılmamışdır (§ 23-24).
68. Kassasiya kollegiyası onu da nəzərə alır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim e tməlidir (§ 49-50).
69. Bundan əlavə, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər (§ 54).
70. İşəgötürən tərəfindən qeyd edilən normaların tələblərinə riayət edilib-edilməməsi hazırkı mübahisənin düzgün həlli baxımından əhəmiyyətli olmuşdur.
71. Apellyasiya məhkəməsi bu xüsusatla bağlı qeyd etmişdir ki, hazırkı işdə həmkarlar ittifaqı təşkilatının razılığın alınması barədə sənəd mötəbər sübut hesab edilə bilməz. Çünki, həmkarlar ittifaqı təşkilatının iclasının keçirilməməsi, bu razılığın alınması barədə sənədin məcburiyyət qarşısında qalınaraq verilməsi işin halları ilə tam təsdiqini tapmışdır. Belə ki, iş materiallarının 173-cü vərəqəsində olan birinci instansiya məhkəməsinin 17 yanvar 2023-cü il tarixli məhkəm ə iclas protokolundan görünmüşdür ki, şahid qismində dindirilmiş həmkarlar ittifaqı təşkilatının sədri Şahid1 öz izahatında göstərmişdir ki, iddiaçının işdən çıxarılması ilə bağlı iclas keçirilməmiş, 16 iyun 2022-ci il tarixli rəy əslində Regional Təhsil idarəsinin əməkdaşı Vüsal Həsənovun təkidi ilə 31 avqust 2022-ci il tarixdə yazmışdır.
72. Digər tərəfdən, iş materialları ilə o da müəyyən edilmişdir ki, iddia olunan əmək pozuntuları haqqında Qazax-Tovuz Regional Təhsil İdarəsinin müvafiq aktları və arayışı 2022-ci ilin iyun ayında tərtib edildiyi halda, iddiaçının işdən çıxarılması haqqında əmr xx.xx.2022-ci ildə qəbul olunmuşdur.
73. Beləliklə, yuxarıda göstərilən hallar nəzərə alındıqda, cavabdehin iddiaçı barəsində qəbul etdiyi işdən çıxarma əmrinin əmək qanunvericiliyinə uyğun olmad ığı barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır.
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
75. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2568/2023 nömrəli, 16 may 2023 -cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.