Məhkəmə qərarları › İş №2(102)-3823/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3823/2024

17.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3823/2024 17.10.2024 ALİ MƏHKƏMƏ QƏRARDAD (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 2(074)-23/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb olunmaqla) “tikintiyə çəkilmiş xərclərin 2/3 hissəsinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəm əsi Mülki kollegiyasının 2(105)-1160/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamədən cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs kassasiya şikayəti vermişlər. Kollegiya hesab edir ki, cavabdehin kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə əsasən, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Göründüyü kimi qanunve rici o şəxslərin kassasiya şikayəti vermək hüququnu nəzərdə tutmuşdur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə həmin şəxslərin tələbləri təmin edilməmiş olsun. Hazırkı işdə isə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir, bu səbəbdən Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1160/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş tələbləri mövcud deyil. Belə olan halda, onun kassasiya şikayəti vermək hüququ qanunla istisna olunur. Göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, cavabdehin kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-cü və 408-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1160/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar