Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3824/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, maraqlarına toxunan şəxs AR ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)xxx/2020 nömrəli qərardadından maraqlarına toxunan şəxs AR ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəf indən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) xx.xx.2019-cu il tarixli 2(001)-xxx/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, ünvan 1-də yerləşən, paylı mülkiyyətdə olan əmlakın 0.055 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 245.7 kv.m olan 19 saylı fərdi yaşayış evinin sxeminə əsasən “V” və “B” tikililəri, “B” tikilisinin sağda tualet və yol çıxışının üstündə 2-ci mərtəbədəki mətbəx, həmin tikililərlə “A” tikilisinin arasında olan və “V” tikilisindən solda ictimai yola qədər olan sahənin paylı mülkiyyətdən ayrılaraq İddiaçı1, “A” tikilisindən solda boş torpaq sahəsi və 2 mərt əbəli yaşayış evi, onun qarşısındakı sahənin naturada ayrılaraq İddiaçı2 verilməsi, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Məhkəməsi Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, İ.Şirinov, F.Babayev) xx.xx.2020-ci il tarixli 2(103)-xxx/2020 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-xxx/2019 nömrəli qətnaməsindən AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, mülki işin həmin təşkilatın apelyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması və bununla bağlı əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Maraqlarına toxunan şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadından kasasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Maraqlarına toxunan şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Bağırov Ziya Bayram oğlu kasasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət növü - xüsusi, hüququn növü - -mülkiyyət) paylı mülkiyyətdə olmaqla 2/12 hissəsi İddiaçı2, 5/12 İddiaçı1, 2/12 hissədən bir hissəsi X2, 2/12 hissədən bir hissəsi isə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda da onların paylı mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin müvafiq qətnaməsində müvafiq fərdi yaşayış evinin naturada bölünməsi qeyd olunmuşdur. Lakin müvafiq fərdi yaşayış evi bir dam altında yerləşdiyindən və evin otaqları bir-birindən ortaq divarla ayrıldığından müvafiq ünvanda əlavə tikinti və yenidənqurma işləri aparılmadan evin naturada ayrılması mümkün deyil və bununla bağlı qəbul edilmiş məhkəmə qərarının icrası qeyri-mümkündür. Bu səbəbdən də, mövcud qanunvericiliyin tələblərinə əsasən bağ evlərində əlavə tikinti inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Lakin müvafiq fərdi yaşayış evinin naturada ayrılmasına razılıq verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Həmçinin, müvafiq fərdi yaşayış evinin naturada ayrılması ilə bağlı mülkiyyətçilər tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunanlardan görünür ki, iş üzrə keçirilmiş ekspertiza düzgün keçirilməmişdir. Belə ki, ekspert rəyi qeydiyyatdan keçmiş sahələr üzrə deyil, faktiki tikililər nəzərə alınmaqla verilmişdir. Bu səbəbdən də, hesab edirik, İdarənin mütəxəssislərinin iştirakı ilə təkrar ekspertiza keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan respublikası Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq mülki iş üzrə tərəf kimi cəlb edilməmişdir. Yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığından, İdarə müvafiq mülki iş üzrə tərəf qismində cəlb edilmədiyindən, İdarənin daşınmaz əmlakın naturada bölünməsinin mümkünlüyü ilə bağlı mövqeyi (mütəxəssis rəyi) nəzərə alınmadığından, ekspert rəyi evin qeydiyyatdan keçən sahələrinə uyğun verilmədiyindən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxx 2014-cü il tarixli qərarında qeyd olunanlar nəzərə a lınmadığından və İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olduğundan İdarənin müvafiq qətnamədən işdə iştiraketməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayət vermək hüququ vardır. Qeyd olunanlardan əlavə, apelyasiya instansiya məhkəməsində müvafiq işə dair qərardad qəbul edilərkən İdarəyə rəsmi məlumat verilməmiş, bu barədə hər hansı bildiriş göndərilməmiş və qanunsuz olaraq İdarənin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, apelyasiya instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, prosessual qanunvericiliyə düzgün istinad etməmiş, mülki prosessual qanunvericiliyin istinad edilən normalarını kobud şəkildə pozmuş və müvafiq qərardadı qanunver iciliyə uyğun qaydada düzgün əsaslandırmamışdır. Göstərilənlərə əsasən o,iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)xxx/2020 saylı qərardadının ləğv edilməsini və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-xxx/2019 nömrəli qətnaməsindən İdarə tərəfindən verilmiş apelyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə göndərilməsibarədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Bağırov Ziya Bayram oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmla kın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, habelə, işdə iştirak etməyə cəlb edilməmişdir. Belə olan halda, onun apellyasiya şikayəti vermək hüququna malik olan subyekt kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Lakin birinci instansiya məhkəməsi bununla bağlı hər hansı sübut təqdim edilmədiyi və qətnamənin hansı səbəblə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunduğunu müəyyən etmədiyi halda onun apellyasiya şikayətini apellyasiya instansiyasına göndərmiş, bu barədə qəbul etdiyi qərardadı isə ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublika sı MPM-nin 363.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya kollegiyasının apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardadında göstərdiyi xüsusatlar iş materialları ilə öz təsdiqini tapmaqdadır. Bu səbəbdən də apelyasiya kollegiyası mülki işin İdarənin apelyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması və bununla bağlı əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasını qərara almışdır. Hazırki halda da İdarə tərəfindən verilmiş kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğvi üçün əsas deyildir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kasasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlarına toxunan şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-xxx/2020 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3824/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3824/2020
28.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver