Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3824/2023 01.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Cavabdeh İddiaçı qarşı, habelə sonuncunun Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: nikahın etibarsız sayılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), X2 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-645/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh ilə İddiaçı xx.xx.2021-ci il tarixd ə nikah bağlamışlar.
2. Hər iki tərəf həmin nikahın etibarsız olmasına dair aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. Kərimov X4 Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 aprel 2021-ci il tarixdə Oğuz rayonunda Cavabdeh qız toyu etmişdir. Cavabdeh ilə aralarında yaxınlıq olmamışdır. Toyun səhəri günü cavabdeh Kərimova (Rəsullu) Turanə Kamran qızı ilə onun təkidi ilə onların Kərimli kənd nümayəndəliyində nikahları rəsmiləşdirilmişdir. Həmin günün axşamı Cavabdeh ilə yaxınlıq etmək istədikdə sonuncu onunla yaxınlıq etməmişdir. Onda Cavabdeh bakirəliyi ilə əlaqədar şübhələr yarandığı üçün səhəri günü ginekoloqa getməyi təklif etmişdir. Cavabdeh ilə birlikdə Zərdabi küçəsində yerləşən “Florence” tibb mərkəzinin ginekoloji şöbəsinə gəlsələr də, Cavabdeh müayinə olunmaqdan imtina etmişdir. Sonra Cavabdeh anası gəlib qızına aparmışdır. Cavabdeh məqsədi nikaha daxil olub ailə kimi yaşamaq yox, sadəcə adı nikahda olan qadın kimi çıxması məqsədi olmuşdur. Cavabdeh ailə qurmaq niyyəti ilə nikaha daxil olmamışdır. İlkin olaraq onların qızlarına öz rayonlarında toy etmələri və bununla da qızının rəsmi ərə getməsini xalq arasında göstərmək niyyətləri vardır. Nikahlarını belə onların kəndində rəsmiləşdirilməsi də bunu sübut edir. Bun dan əlavə, Cavabdeh təkidlə nikahın pozulmasını tələb etmişdir. Çünki o, evdən anası ilə gedərkən ona verilmiş zinət əşyaların belə özü ilə aparmış və nikahın pozulduğu təqdirdə hədiyyələrin onda qaldığını əvvəlcədən bilirdi. Buna görə də nikahın pozulmasını təkid edirdi. Hətta ona ASAN xidmətə ərizə ilə müraciət etdirmişdir. Sonradan başa düşmüşdür ki, onun niyyəti ailə qurmaq olmamışdır.
5. Cavabdeh iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə arasında xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh iddia tələbini belə əsaslandırmışdır ki, o valideynlərini n təkidi ilə İddiaçı ilə nikaha daxil olmuşdur. İddiaçı ilə onun nikahı xx.xx.2021-ci il tarixdə qeydə alınsa da, sonuncunun ailə qurmaq niyyəti olmamışdır. Belə ki, nikaha daxil olduğu gündən İddiaçı ona qarşı soyuq olmuş, heç bir münasibətdə olmamış və birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. İddiaçı ailə qurmaq niyyətinin olmaması nikah bağlandıqdan sonra ona məlum olmuşdur. Belə ki, İddiaçı əvvəl iddiaçıya münasibəti normal olmuş, lakin nikaha daxil olduqdan sonra soyuq davranmağa başlamışdır. Tərəflər arasında ər-arvad münasibəti olmamışdır, onlar ayrı yaşayırlar. Sonradan ona İddiaçı öz qürurunu cəmiyyətdə qorumaq üçün onunla nikaha girmək istəməsi məlum olmuşdur. Belə ki, İddiaçı onun qüruru ilə oynamış, özünü ondan kənar saxlamış, bununla da həyatını məhv etmişdir. Bütün bunların nəticəsidir ki, İddiaçı onunla saxta nikaha daxil olmuşdur. İddiaçı, cavabdeh İddiaçı niyyətini bilmiş olsa idi qətiyyən nikaha girməyə razı olmazdı. Nikahdan əvvəl İddiaçı özünü normal aparmış, bununla da onu aldatmış, bir sözlə, özünü cəmiyyətə sübut etmək xatirinə onun həyatını məhv etmişdir. Tərəflər arasında toy olmamışdır. Bu səbəbdən də iddiaçı nikahının bağlandığı andan etibarsız hesab edilməsini zəruri sayır.
7. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(012)-637/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən Abşeron rayon Məhkəməsinə daxil olmuş, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair e- 2(012)-5416/2021 nömrəli mülki iş Abşeron Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair 2(012)-4499/2021 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir.
8. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) X1 iddiası təmin edilərək, onunla İddiaçı arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində xx.xx.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi qət edilmişdir.
9. Qətnamə belə əsaslandırılmışdır ki, məhkəmə tədqiq olunmuş sübutlar və tərəflərin izahatları əsasında müəyyən etmişdir ki, tərəflər nikaha daxil olsalar da, bir-biriləri barəsində yaranmış “özlərini sübut etmə bəhsi” onların ailə qurmaq niyyətinin olmamasını açıq şəkildə gö stərir və bu hal cavabdehin iddiaçıdan öncə, Mediasiyaya müraciət etmədən nikahın etibarsızlığına dair birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, bununla da onun həmin niyyətinin olmadığını bir daha təsdiq edir. Bu səbəbdən də, məhkəmə iddiaçının da öz növbəsində, nikahın etibarsız hesab edilməsinə əsas olacaq ailə qurmaq niyyətinin olmaması qənaətindədir ki, bu hal da nikahın saxta olduğunu hesab etməyə zəmin yaradır.
10. Ailə Məcəlləsinin 27.1. maddəsinə əsasən nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.
11. Göründüyü kimi, tərəflər arasında saxta nikah bağlanmış, onlar ailə qurmaq niyyətində olmadıqlarını, həmçinin valideynl ərinin təkidi ilə nikaha daxil olmaları, məhkəmə araşdırması zamanı “özlərini (şəxsiyyət) sübuta yetirmə” ilə bağlı davranışlarında da təsdiq etmişlər. Bununla da, məhkəmə nikahın etibarlı hesab edilməsinə əsaslar görmür, əksinə tərəflərin ailə qurmaq niyyətinin olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Bu səbəbdən də məhkəmə iddia ərizəsinin təmin edilməsi, Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində İddiaçı ilə X3 arasında xx.xx.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi qənaətinə gəlir.
12. Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli əlavə qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbi nə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi əlavə qətnaməni belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsinin dəlilləri işin məhkəmə baxışında sübut olunmadığından onun iddia tələbi əsassızdır və təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin və əlavə qətnamənin ləğv olunmasını, Cavabdeh iddia tələbinin rədd edilməsini, özünün iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin nikah bağlanarkən İddiaçı ailə qurmaq niyyəti olmadan nikaha daxil olduğu ilə bağlı gəldiyi nəticə yanlışdır. Bununla Məhkəmənin işi təfsilatlı araşdırmadı ğı və nəticədə Ailə Məcəlləsinin 25.1-ci maddəsinin tələbini pozduğu sübut olunur. Cavabdeh nikahın etibarsız hesab edilməsini tələb etməyə subyektiv hüququ olmayıb. Lakin məhkəmə, onun tələbi ilə nikahı etibarsız sayıb. Bununla Məhkəmə, Ailə Məcəlləsinin 26.1.7-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmənin Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən, Cavabdeh nikahın etibarsız hesab edilməsini tələb etməyə subyektiv hüququ olduğunu qəbul etməsi də həmin normanın kobud pozulmasıdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-3536/2022 saylı əlavə qətnaməsi də qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əh əmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Məhkəmə əlavə qətnamədən iddia tələbini nə üçün təmin etmədiyini əsaslandırmayıb. Məhkəmə İddiaçı əsaslı iddia tələbini və gətirdiyi sübutlara qarşı heç bir müdafiə hərəkəti etməyən, etiraz irəli sürməyən Cavabdeh qarşı olan tələbini təmin etməyərək Ailə Məcəlləsinin 26.1.3-cü və digər normalarını pozmuşdur. Məhkəmə iddiaçının ekspertizanın keçirilməsi barədə olan vəsatətini təmin etməyərək MPM-nin 47.2ci və digər normalarını pozmuşdur. Məhkəmə cavabdehin, ekspertizadan yayınması ilə bağlı hərəkətlərin düzgün qiymət verə bilmədiyi üçün, yanlış qətnamə qəbul edərək MPMin 97.5-ci və digər maddələrini pozmuşdur.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-645/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması barədə iddia tələbi rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mövcud tələblər üzrə hər iki tərəf nikahın aldadılması ilə bağlanılmasına istinad edərək nikahın etibarsızlığını tələb etsələr də, lakin nikahın etibarsızlığına səbəb olacaq halları təsdiq edəcək hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişlər. Qeyd olunmalıdır ki, alda tma nikaha daxil olan ərin (arvadın) qarşı tərəfi qəsdən yanıltmaqla onu nikaha girməyə təhrik etməsidir. Aldatma aktiv hərəkət və ya hərəkətsizlik yolu ilə (qarşı tərəfi nikaha daxil olmaqdan çəkindirəcək hallar barədə susma, yalan məlumat vermə) edilə bilər. Bütün bu hallarda nikaha daxil olan şəxslərin adətən onlardan birinin gerçək iradəsi ifadəsi üst-üstə düşmədiyindən nikahın könüllüyü prinsipi pozulur. Lakin hazırkı işdə belə bir hallar mövcud deyil. Bu baxımdan məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması barədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir.
18. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki h alları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. Belə ki, məhkəmə İddiaçı əsaslı iddia tələbini və gətirdiyi sübutlara qarşı heç bir müdafiə hərəkəti etməyən, etiraz irəli sürməyən Cavabdeh qarşı olan tələbini təmin etməyərək Ailə Məcəlləsinin 26.1.3-cü və digər normalarını zidd qətnamə qəbul etmişdir. Məhz Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsində deyilir ki, “nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulm uş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir”. Bu qaydadan məlum olduğu kimi, əgər tərəflərdən biri digərini aldadaraq, yanıldaraq hiylə işlədərək nikahın bağlanmasına nail olubsa belə nikah iradəsi zədələnmiş tərəfin iddiası əsasında məhkəmə qaydasında etibarsız sayıla bilər. Çünki burada iradəsi zədələnmiş tərəfin nikaha daxil olma iradəsinin sərbəst (könüllü) qaydada ifadə olunmadığı, həmin iradənin ifadə olunmasına digər tərəfin hiyləsinin, aldadıcı hərəkətini təsir göstərdiyi Qanunverici orqan tərəfindən qəbul olunur. İddiaçı öz izahatında bildirir ki, “Kərimova (Rəsullu) Turanə Kamran qızının nikahdan əvvəl “bakirə” olmadığını bilsəydim onunla qətiyyən nikaha daxil olmazdım. O məndən bunu gizlədib və bu yolla mənə qarşı hiylə işlədərək, məni aldadaraq m ənimlə nikaha daxil olmağa nail olub. Belə bir durumda mənim nikaha daxil olmaq iradəmin könüllü (azad) olmadığı, cavabdehin hiyləsi (aldatması) ilə ifadə edildiyi öz təsdiqini tapır.
21. Bundan başqa həmin faktı Kərimova (Rəsullu) Turanə Kamran qızının 8 aprel 2021ci il tarixində X5 (həmin Mərkəzə qədər gələndən sonra anidən oradan qaçaraq) ginekoloji müayinədən imtina etməsi də sübut etdiyi kimi (sənəd işə əlavə olunub), həm də davam edən məhkəmə icraatı zamanı məhkəmə tibbi ekspertizasının keçirilməsi ilə bağlı verilmiş Vəsatətə cavabdeh tərəf kəskin etirazını bildirərək də sübut etmişdir. Bir daha həmin vəsatətin təmin olunmasını da Məhkəmədən xahiş etmişdir. (sənəd işə əlavə olunub). Qeyd edilən bütün faktlardan və sübutlardan məlum olur ki, Kərimova (Rəsullu) Turanə Kamran qızı cavab dehi aldadaraq (yanıldaraq), ona qarşı hiylə işlədərək bu nikahın bağlanmasına nail olmuşdur. Ona görə də xahiş edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə və digər maddələrə əsasən İddiaçı ilə Kərimova (Rəsullu) Turanə Kamran qızı arasında xx.xx.2021-ci il tarixində bağlanmış nikah etibarsız sayılmalıdır.
22. Məhkəmə qətnaməsində deyilir ki, “həmçinin işin materiallarından görünür ki, iddiaçı-cavabdeh İddiaçı digər iddiaçıya münasibətdə məhkəmə ekspertizası təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir”. Məhkəmənin heç bir əsas olmadan İddiaçı məhkəmə tibbi ekspertizanın keçirilməsi ilə bağlı Vəsatətini rədd etməsi MPM-nin 47.2-ci maddəsinin və digər tələblərinin kobud pozulmasıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
24. Maddə 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
25. Maddə 26.1.3. Nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhk əmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhk əmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəməl əri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İddiaçı nikahın etibarsız sayılması barədə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onunla nikah bağlamaq niyyəti olmamışdır. Cavabdeh isə bu iddianı qəbul etməyərək İddiaçı ailə qurmaq niyyəti olmadan onu aldatmaqla nikah bağladığını bildirmişdir.
36. Qanuna əsasən, tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah aldatma nəticəsində bağlanarsa, hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər (§ 24-25).
37. Belə olan halda, İddiaçı iddiasının təmin edilməsi üçün istinad etdiyi etibarsızlıq hallarının sübuta yetirilməsi həmin tələbin düzgün həlli üçün əhəmiyyətli ol muşdur.
38. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (§ 27).
39. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Sübutetmə yükü bir qayda olaraq iddiaçının üzərinə düşür.
40. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur (§ 28).
41. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya p rosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
42. Apellyasiya instansiyası məhkəməsi iş materialları əsasında belə nəticəyə gəlmişdir ki, İddiaçı tələbinin əsasında duran halları mötəbər sübutlarla sübuta yetirə bilməmişdir.
43. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmən in gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və pros essual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-645/2023 nömrəli, 16 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.