Məhkəmə qərarları › İş №2(102)-3826/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3826/2021

14.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3826/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh "xxxx" MMC-yə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3826/21 (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, vəkili X4, Üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)192/2021 saylı qətnaməs indən İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə "xxxx" MMC-yə və digərlərinə qarşı iddia qaldıraraq, mərhum babası İsrafil Aslanova 1939-cu il tarixədək məxsus olmuş və ona miras qalmış 40 ilə yaxın sahiblik və istifadəsində olan Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 24 avqust 2006-cı il tarixli, 1280 saylı sərəncamla ona verilmiş Binəqədi-Novxanı yolunda, hazırda Gənclər şəhərciyi adlanan ərazidə yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh2, "xxxx" MMC və digər üçüncü şəxslərin çıxarılmaları, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin onun istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim A.Ə.Rzayev) iddia təmin edilərək, Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 24 avqust 2006-cı il tarixli, 1280 saylı sərəncamla İddiaçı verilmiş Bakı şəhəri, Binəqədi Rayonu, Binəqədi-Novxanı yolunda, hazırda Gənclər şəhərciyi adlanan ərazidə yerləşən 0,12 ha torpaq sahəsindən Cavabdeh2, "xxxx" MMC və digər üçüncü şəxslərin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin sökülməsi və həmin torpaq sahəsi nin İddiaçı sahibliyinə və istifadəsinə verilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Binəqədi qəsəbə bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli, 1280 saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisi hüdudları daxilində yerləşən istifadədə olan 0,12 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilib. Ekspert, mütəxəssis rəylərinə əsasən həmin torpaq sahəsi Binəqədi rayonu ərazisində yerləşir. Buna görə də "xxxx" MMC ayrılmış torpaq sahəsi ilə İddiaçı ayrılmış torpaq sahələri müxtəlif rayonlarda yerləşdiyindən həmin torpaq sahələrinin üst-üstə düşməsi istisna olunur. Ona görə də iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152. 1, 158, 164.1165.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. "xxxx" MTK apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Ş.Vəliyev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apellaysiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri B inəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. "xxxx" MTK kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarı ilə (hakimlər S.F.Hacıyev sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və E.R.Vəliyeva) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instans iyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, V.N.Sadıqov və A.N.İmanov) apellyasiya şikayətləri təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri rədd edilib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməklə, işə baxan hakim Abiddin Hüseynov barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər G.A.Quli yev sədrlik edən, məruzəçi, Ə.A.Mirzəliyev və Ə.M.Rüstəmov) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova sədrlik edən, məruzəçi, E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) cavabdeh "xxxx" MMC apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC münasibətdə mübahisələndirilən hissədə ləğv edilib və iddia tələbləri ona münasibətdə mübahisələndirilən hissədə rədd edilib. Apellyasiya instansiyası məhkəməsi, ilk öncə apellyasiyanın hədləri ilə bağlı qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb və həmin qətnamədən yalnız "xxxx" MMC kassasiya şikayəti verib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə kassasiya şikayəti verməyib. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərarının 3-cü səhifəsində, aşağıdan yuxarıya doğru 2-ci abzasda, habelə həmin tarixli məhkəmə iclas protokolunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Əliba ba Rzayev "xxxx" MMC-nin kassasiya şikayətinə etiraz edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edib. Beləliklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Əlibaba Rzayev, "xxxx" MMC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətlərinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə razılaşıb. Ona görə də iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi yalnız "xxxx" MMC apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda müəyyən edib ki, "xxxx" MMC tərəfindən tikilməsi iddia ol unan və İddiaçı sökülməsini tələb etdiyi “kafe tikilisi” Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə 24 avqust 2006-cı il tarixli, 1280 saylı sərəncamla İddiaçı ayrılıb və həmin kafe tikilisi 21 dekabr 2010-cu il tarixli Çıxarışa əsasən "xxxx" MMC məxsus olub və hazırda isə 23 avqust 2019-cu il tarixli X1 məxsus olan torpaq sahəsində inşa edilib. Həmçinin, müəyyən edilib ki, İddiaçı ayrılmış torpaq sahəsinə Binəqədi qəsəbə bələdiyyəsinin mütəxəssisi tərəfindən əlavə edilmiş sxemdə ayrılmış torpaq sahəsinin dəqiq sərhədlərini müəyyən etmək mümkün olmasa da, əlavə edilmiş sxemdə situasiya və məsafələr göstərildiyi üçün 21 dekabr 2010-cu il tarixli Çıxarışa əsasən "xxxx" MMC məxsus 5.65 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi ilə hazırda 23 avqust 2019-cu il tarixli Çıxa rışa əsasən Rauf Cəbrayılova məxsus olan torpaq sahəsi üst-üstə düşür, yəni mübahisələndirilən hissədə hər üç sənəd üst-üstə düşür. Lakin, İddiaçı mübahisəli torpaq sahəsinin "xxxx" MMC mülkiyyətə verilməsinə dair ilkin hüquqmüəyyənedici sənədləri mübahisələndirməyib və hazırda həmin torpaq sahəsinin mülkiyyətçisi Rauf Cəbrayılovdur. Belə ki, "xxxx" MMC mülkiyyətində olan 0,23 ha torpaq sahəsini 01 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Rauf Cəbrayılova satıb və 23 avqust 2019-cu il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. İddiaçı tərəfindən isə ümumiyyətlə Rauf Cəbrayılova qarşı cavabdeh qismində heç bir tələb irəli sürülməyib. Ona görə də "xxxx" MMC apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli qətnaməsi yalnız ona münasibətdə ləğv edilməli və iddia ona münasibətdə mübahisələndirilən hissədə rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140-ci maddəsinin, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2, 16.6-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində üçüncü icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya in stansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar və işə baxan məhkəmə tərkibi barədə xüsusi qərardad çıxarılmasını xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Ramiz Mirzəyev öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Hafiz Məmmədov məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdehlər Cavabdeh2, "xxxx" MMC, üçüncü şəxslər “X8” Şirkəti, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərba ycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 149.2-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bi lər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və məhkəmə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla a pelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayətləri ndə iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, əvvəla işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən "xxxx" MMC ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də apellyasiya şikayəti verib, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız "xxxx" MMC apellyasiya şikayətinə əsasən ona münasibətdə yoxl ayıb, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinə isə ümumiyyətlə münasibət bildirməyib və qətnaməni ona münasibətdə yoxlamayıb. Halbuki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi mülki prosessual qanunvericilikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həm tam, həm də qismən yoxlamaq vəzifəsi müəyyən edilib. Qətnamənin əsaslılığının tam və ya qismən yoxlanılması onun hansı hissədə mübahisələndirilməsindən, apellyasiya şikayətinin qətnamənin ləğv edilməsinə yönəlib-yönəlməməsindən və mübahisənin predmetinin bölünən olub-olmamasından asılıdır. Qətnamənin əsaslılığının qismən yoxlanılması üçün qanunla müəyyən edilmiş iki şərtin olması zəruridir: birincisi, apellyasiya şikayətinin qətnaməsinin qismən ləğvinə yönəlməsi; ikincisi, mübahisənin predmetinin bölünən olması. Bu şərtlərdən hər hansı birinin istisna olunması qətnamənin əsaslılığının tam yoxlanılması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinə baxmamasını və birinci instansiyası məhkəməsinin qətnaməsini ona münasibətdə yoxlamamasını, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2 018-ci il tarixli qətnaməsindən yalnız "xxxx" MMC kassasiya şikayəti verməsi, 21 yanvar 2019-cu il tarixdə kassasiya icraatı mərhələsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Əlibaba Rzayevin öz izahatında "xxxx" MMC kassasiya şikayətinə etiraz etməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etməsi ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinin ona verdiyi hüquqdan istifadə edərək birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib, lakin apellyasiya instansiyası məhkəməsi onun apellyasiya şikayətinə baxmayıb və nəticədə həmin Şirkətin qanunla qorunan ədalətli məhkəmə araşdırm ası hüququ pozulub. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının inzibat qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamədə əsaslandığı qeyd olunan hallar, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılmaması üçün əsas ola bilməz. Digər tərəfdən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayəti, sonuncu apellyasiya icraatı mərhələsindən əvvəl iki dəfə apellyasiya baxışının predmeti olub və ötən müddət ərzində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Mülki Prosessual Məcəllənin 369.2-ci maddəsinin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina etməyib. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı Şirkətə münasibətdə onun apellyasiya şikayəti üzrə də yoxlanılmalıdır. Bundan başqa, birinci instansiya məh kəməsinin qətnaməsinin nəticə hissəsində İddiaçı məxsus olan 0,12 ha torpaq sahəsindən Cavabdeh2 və "xxxx" MMC ilə yanaşı digər üçüncü şəxslərin də çıxarılmaları və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi qət edilsə də, kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olması qətnamənin nəticə hissəsində göstərilməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 220.5, 223.1, 329.1.6-cı maddələrinin mənasına görə, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi və sair əks olunmalıdır. Məhkəmə əmlakın və ya pul məbləğinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində k imin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərməlidir. Eyni zamanda Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi, "xxxx" MMC apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından tam yoxlamamaqla, sadalanan prosessual normaların tələblərini pozub. Bu isə Mülki Prosessual Məcəllənin 418.1, 418.3-cü maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayəti tam təmin edilməlidir. İddiaçı kassasiya şikayətinin dəlillərinə gəlincə isə, işdən görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin 24 avqust 2006-cı il tarixli, 1280 saylı sərəncamı ilə Binəqədi qəsəbəsinin ərazisində yerləşən 0,12 ha torpaq sahəsi alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilib və torpaq sahəsinin cizgisi sərəncama əlavə edilib. Eyni zamanda işdən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ehtiyat fondu torpaqlarına aid olan 5,65 ha torpaq sahəsi Mehdiabad bələdiyyəsinə məxsus olub və sonuncu 09 dekabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini sahibkarlıq məqsədilə "xxxx" MMC satıb və 21 dekabr 2010-cu il tarixli Çıxarışa əsasə n sözügedən torpaq sahəsi mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Daha sonra "xxxx" MMC Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən Rauf Cəbrayılova satıb və 23 avqust 2019-cu il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınıb. Hazırda İddiaçı, mübahisəli torpaq sahəsinin mərhum babası İsrafil Aslanovdan miras qaldığını, 40 ilə yaxın müddətdə həmin torpaq sahəsindən istifadə etdiyini, bələdiyyənin sərəncamı ilə ona verilən torpaq sahəsinin Binəqədi-Novxanı yolunda, Gənclər şəhərciyi adlanan ərazidə yerləşdiyini göstərib, Cavabdeh2, "xxxx" MMC və digər üçüncü şəxslərin həmin torpaq sahəsindən çıxarılmalarını və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin hesabına sökülməsini və torpaq sahəsinin onun istifadəsinə, sahibliyinə qaytarılmasını iddia edir. Göründüyü kimi İddiaçı 0,12 ha torpaq sahəsi Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən, "xxxx" MMC isə 5,65 ha torpaq sahəsi Mehdiabad bələdiyyəsi tərəfindən satılıb və torpaq sahələri fərqli ünvanlarda, yəni İddiaçı satılan torpaq sahəsi Binəqədi qəsəbəsinin ərazisində, "xxxx" MMC satılan torpaq sahəsi isə Mehdiabad qəsəbəsinin ərazisində yerləşir. Apellyasiya instansiyası məhkəməsi, bu hala diqqət yetirmədən, torpaq sahələrinin üst-üstə düşməsinə dair ekspert rəylərini işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq etmədən, onlara qarşılıqlı şəkildə hüquqi qiymət vermədən, iddia tələbini "xxxx" MMC münasibətdə rədd edib. Mülki Prosessual Məcəl lənin 97.1-ci maddəsində göstərilir ki, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Maddənin mənasına görə ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq olunmalı və digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Bundan başqa işə əlavə edilmiş çoxsaylı mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunur ki, İddiaçı satılmış torpaq sah əsinin yerdə və elektron bazada dəqiq sərhədləri yoxdur, nişanları təxminidir, hazırlanmış sxem şərtidir və ona ayrılmış torpaq sahəsinin şərti sxeminə əsasən təxmini sərhədlərinin bir hissəsi "xxxx" MMC məxsus 5.65 ha torpaq sahəsinin hüdudları daxilinə nüfuz edir. Həmçinin mübahisələndirilən ərazidə yerləşən biri-birinə bitişik inşa olunmuş ictimai iaşə obyektlərinin (kafenin) bir hissəsi İddiaçı ayrılmış torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi Binəqədi rayonunun hüdudları daxilindədir. Apellyasiya instansiyası məhkəməsi, sözügedən ekspert, mütəxəssis rəylərinə istinad edib 21 dekabr 2010-cu il tarixli Çıxarışa əsasən "xxxx" MMC məxsus 5.65 ha torpaq sahəsinin mübahisələndirilən hissəsi ilə, hazırda 23 avqust 2019-cu il tarixli Çıxarışa əsasən Rauf Cəbrayılovun mülkiyyətində ola n 0,23 ha torpaq sahəsinin İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi ilə üst-üstə düşməsi, yəni mübahisələndirilən hissədə hər üç sənədin üst-üstə düşməsi və həmin sənədlərin qüvvədə olmaqla məhkəmə qaydasında mübahisələndirilməməsini əsas tutub, iddia tələbini "xxxx" MMC münasibətdə rədd edərkən, sonuncuya məxsus 5,65 ha torpaq sahəsinin və həmin torpaq sahəsindən Rauf Cəbrayılova satılmış 0,23 ha torpaq sahəsinin Binəqədi qəsəbəsinin ərazisində deyil, Mehdiabad qəsəbəsinin ərazisində yerləşməsini nəzərə almayıb və ən əsası "xxxx" MMC məxsus 5,65 ha, Rauf Cəbrayılova məxsus 0,23 ha torpaq sahələrinin sənəd üzrə yerində sərhədlərini (kordinatlarını) və onların faktiki istifadələrində olan torpaq sahələrinin ölçüsünü müəyyən etmədən, habelə onlar tərəfindən inşa edilmiş tikililərin Binəqədi qə səbəsinin ərazisinə düşüb-düşməməsini aydınlaşdırmadan "xxxx" MMC apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edib. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, İddiaçı kassasiya şikayəti qismən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayəti tam təmin edilərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayəti isə tam təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 mart 2021-ci il tarixli, 2(103)-192/2021 saylı qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar