Məhkəmə qərarları › İş №2(102)-3826/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3826/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3826/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-690/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-690/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti verərək, qətnamənin ləğ v, iddianın rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3826/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi G.Cabbarova məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-690/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən digər Cavabdeh3 tərəfindən də kassasiya şikayətinin verilməsini bildirmiş və bu səbəbdən həmin şikayətin mümkünlüyü məsələsinə baxılması üçün mülki işin Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə digər cavabdehin kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənləri və Mülki Prosessual Məcəllənin 417.1.7-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 2(105)-690/2023 nömrəli, 22 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3826/2023 saylı, 04 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş kassasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar