Məhkəmə qərarları › İş №2(102)-3827/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3827/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3827/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialı maraqlı şəxs qismində cəlb edilməklə) xüsusi icraat qaydasında ərizəsinə dair iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, iş stajı faktı, şahidin məhkəmədə dindirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X3 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Ərizəçi “iş stajı faktının müəyyən olunması” barədə xüsusi icraat qaydasında ərizəsinə d air mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3638/2023 nömrəli, 2023-cü il 12 iyun tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişləri üzrə Mərkəzi Filialının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi (bundan sonra - ərizəçi) Ağdam rayonu, Muğanlı kəndindən olan, Qaradağ rayonunda məskunlaşmış məcburi köçkündür, 1972-1976-cı illərdə M.F.Axundov adına X2 fransız dili üzrə ali təhsil almışdır.

2. Ərizəçi iş stajını özündə əks etdirən müvafiq arayışın əldə edilməsi üçün X9 filialına müraciət etmiş, Arxiv xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Ağdam r ayonu, Qalayçılar kənd orta məktəbinin xx.xx.1976-xx.xx.1993-cü il tarixə qədər olan arxiv sənədləri işğalda qaldıqları üçün filialda mühafizə olunmur.

3. Ərizəçi ona əmək pensiyası təyin edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli məktubla müraciətinə imtina edilmiş və ərizəçiyə bildirilmişdir ki, xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu, Qalayçılar kənd orta məktəbində əmək fəaliyyəti dövrü məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiqlənmədiyindən, onun müraciətinin təmin edilməsi mümkün deyildir.

4. Ağdam Rayon Təhsil Şöbəsinin 59 saylı, xx.xx.2021-ci il tarixli əmri ilə ərizəçi Qalayçılar kənd tam orta məktəbin müəllimliyindən azad edilmiş və bununla bağlı müvafiq bildiriş tərtib edilmişdir.

5. Təhsil Nazirliyinin Ağdam Rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən ərizəçinin Ağdam rayonunun Qalayçılar kənd orta məktəbində 19761993-cü illər üçün işləməsi haqqında heç bir sənəd tapılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Ərizəçi məhkəməyə müraciət edərək, 1976-1993-cü illər ərzində Ağdam rayonu Qalayçılar kənd orta məktəbində işləməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyina tı üzrə Mərkəzi Filialı ərizə üzrə maraqlı şəxsdir.

8. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin fasiləsiz iş stajı olmuşdur. Ağdam rayonu erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra, ərizəçi 1993-cü il tarixdən Bakı şəhərində məskunlaşmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazımi orqana müraciət etmiş, lakin əmək stajını təsdiq edən sənəd olmadığından müraciətindən imtina edilmişdir.

9. Məlum olduğu kimi vətəndaşlara müəyyən halların təsdiq edilməsi üçün arxiv sənədləri lazım olur. Lakin ərizəçnin düşdüyü vəziyyətdə Azərbaycan Respublikasında baş vermiş hadisələrlə əlaqədar arxiv sənədlərini əldə etmək mümkün deyil. Ərizəçinin həmin dövrdə qeyd etdiyi məktəbdə işləməsi ilə bağlı müəyyən sayda şahidləri vard ır.

10. Maraqlı şəxsin nümayəndəsi ərizəyə yazılı etiraz vermiş etmiş və birinci instansiya məhkəməsində etirazını müdafiə edərək bildirmişdir ki, ərizəçi ərizəsində, işlədiyini iddia etdiyi dövrləri onunla birgə işləmiş şahidlərin təsdiq edə biləçəyini qeyd etmişdir. xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu, Qalayçılar kənd orta məktəbində ərizəçinin işləməsi faktının təsdiq edilməsi yalnız onunla eyni illərdə işləmiş və əmək kitabçası olan iki və daha çox şahidin iştirakı ilə mümkündür. “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı qərar ında qeyd olunmuşdur ki, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə ən azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Ərizəçinin işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrü xx.xx.1976-cı il tarixdən xx.xx.1993 -cü il tarixədək olan dövrü əhatə edərək, ümumilikdə 17 il 3 ay 30 gün təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, mübahisələndirilən dövrün qanunvericiliyin tələblərinə uyğun gəlməyərək, 25 illik sığorta stajının yarısından çox olduğu aşkardır. Bu səbəbdən, ərizə rədd edilməlidir.

11. Notarial qaydada təsdiq edilmiş əmək kitabçasına görə xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü ilədək Ağdam rayonu, Qalayçılar orta məktəbində sinif müəllimi işləmiş X4 məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, ərizəçi həqiqətən 19761993-cü illər ərzində onunla birgə Qalayçılar kənd orta məktəbində fransız dili müəllimi işləmişdir.

12. Notarial qaydada təsdiq edilmiş əmək kitabçasına görə xx.xx.1958-ci ildən xx.xx.1993-cü ilədək Ağdam rayonu, Qalayçılar orta məktəbində sinif müəllimi iş ləmiş X7 məhkəməyə notarial qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, ünvan 13-cü illər ərzində onunla birgə Qalayçılar kənd orta məktəbində Fransız dili müəllimi işləmişdir.

13. Hər iki şəxs məhkəməyə ərizə ünvanlayaraq xəstə olduqları üçün məhkəmə iclasına gələ bilməməsinin nəzərə alınmasını xahiş etmişlər.

14. Qaradağ Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 2023-cü il 28 fevral tarixli, 2(002)-468/2023 nömrəli qətnaməsi ilə ərizə təmin olunmuş, Ərizəçi xx.xx.1976-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Ağdam rayonu Qalayçılar kənd orta məktəbində Fransız dili müəllimi vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir.

15. Birinci instansiya məhkəməsi işdə olan sənədlərə (arayış, məcburi köçkün vəsiqəsi, ali təhsil haqqında diplom, əmr, arxiv arayışı) əsasən müəyyən etmişdir ki, 1955ci il təvəllüdlü ərizəçi Ağdam rayonundan məcburi köçkündür, fransız dili müəllimi ixtisası üzrə ali təhsil almışdır. Ağdam rayon Təhsil Şöbəsinin 23 avqust 2021-ci il tarixli 59 saylı əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən Qalayçılar kənd orta məktəbinin müəllimi vəzifəsindən azad edilmişdir. Öncəki dövrlərdə işləməsinə dair sənədlər arxivdə tapılmamışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ağdam rayonu, Qalayçılar kənd orta məktəbində işləməsinə dair sənədlərin məlum hadisələrlə əlaqədar olaraq ərizəçi tərəfindən əldə edilməsi, həmçinin arxiv materiallarının olmaması səbəbindən də sənədlərin bərpası mümkün deyildir. Bundan başqa maraqlı şəxsin etirazı hüquq haqqında mübahisənin olmağına əsas vermir. Buna görə də, ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılması mümkündür.

17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt Mülki Prosessual Məcəllənin 307-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyəti olan faktların siyahısında göstərilməsə də, qanunvericilik digər hüquqi əhəmiyyəti olan faktların da məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutmuşdur və hazırki ərizənin əsaslılığı sübutetmə ilə bağlıdır.

18. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 305.1.1, 306.4, 308; “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddələri, qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlə r Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 16, 17, 37.1-ci bəndləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2, 3.2.2-ci bəndləri; “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4-cü bəndilə əsaslandırmışdır. b) Apellya siya instansiyası məhkəməsində icraat

20. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv, ərizənin rədd edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətinin dəlilləri: - şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Hazırki iş üzrə ərizəçinin işlədiyini iddia etdiyi əmək fəaliyyəti dövrü xx.xx.1976ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrü əhatə edərək, ümumillikdə 17 il 3 ay 30 gün təşkil edir. Mübahisələndirilən dövrün qanunvericiliyin tələblərinə uyğun gəlməyərək, 25 illik sığorta stajının yarısından çox olduğu aşkardır. Lakin məhkəmə iclası zamanı bu nüansı vurğulamaqlarına, habelə təqdim olunmuş etirazda qeyd edilməsinə baxmayaraq, buna münasibət bildirilməmişdir; - ərizəçinin şahidlərinin Qarabağ hadisələri ilə bağlı olan dövrdə işləməklərinə baxmayaraq, əmək kitabçalarının mövcud olub, ərizəçinin əmək kitabçasının olmaması arasında ziddiyyətli məqamlar vardır. Bu barədə maraqlı şəxsin sualları cavabsız qalmışdır; - notarial qaydada təsdiq olunan şahid ifadələri ilə iş üzrə olan digər sübutlar arasındakı ziddiyyətli məqamların aydınlaşdırılması mümkün olmur. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclasının protokoluna əlavə ed ilir. Hazırki iş üzrə şifahi şahid ifadələrinin olmaması isə bu hüquqları məhdudlaşdırır;

22. Apellyasiya baxışında maraqlı şəxsin nümayəndəsi birinci instansiya icraatı zamanı məhkəmə iclaslarına şahidlərinin iştirakının təmin edilmədiyini və iddaçının 1993cü ilin dekabr ayına qədər Ağdam rayonunda işlədiyinin müəyyən edildiyini, Ağdam rayonunun isə 1993-cü ilin iyul ayında işğal edildiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.

23. Apellyasiya baxışında ərizəçi apellyasiya şikayətinə etiraz edərək, əmək kitabçasının işğal zonasında qaldığını, 1976-1993-cü ilin dekabr ayına kimi Ağdam rayonunda müəllim kimi çalışdığını, 1993-cü ilin iyul ayında Ağdam rayonu işğal edilsə də, 1993-cü ilin dekabr ayına kimi məvacib verildiyini, daha sonra müharibə nəticəsində öz iş yerini it irmiş dövlət büdcəsindən maliyyələşən səhiyyə, təhsil, mədəniyyət işçilərinə orta əmək haqqının verilməsi ilə bağlı Nazirlər Kabinetinin 81 nömrəli qərarına əsasən 1994-cü ildən 2016-cı ilədək maaş aldığını, 2021-ci ildə pensiya yaşı ilə əlaqədar işdən azad edildiyini, lakin 1976-1993-cü illər ərzindəki fəaliyyətin pensiya hesablanan zaman nəzərə alınmadığından hazırkı iddia ilə məhkəməyə müraciət ediyini qeyd etmiş, şahidlərin ərizələrinin notarial qaydada təsdiqləndiyini, X5 Mingəçevir şəhərində yaşadığını və səhhəti ilə əlaqədar məhkəmə iclasına gəlməsinin mümkün olmadığını, X1 isə Ağdam rayonunda yaşadığını bildirmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3638/2023 saylı, 2023-cü il 12 iyun tarixli qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdiri lmədən saxlanılmışdır. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov)

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlmişdir ki, tədqiq edilmiş sübutların məcmusu və bu sübutların mötəbəliyinə şübhə doğuran əsasların təqdim edilməməsi, ərz edilən tələbin təmin edilməsi üzrə birinci instansiya məhkəməsinin qənaətinin formal əsaslarla dəyişməsi üçün əsaslar yaratmır. Ərizəçinin yaşadığı ərazidən məcburi köçkün düşməsi onun təcrid edilmiş hazırki halda hüquqi əhəmiyyətli faktın digər vasitələrlə təsdiq edilməsi mümkünsüzlüyü nəzərə alınmalıdır. Ərizəçi ilə bir yerdə işləyən şəxslərin notarial təsdiq edilmiş müraciətləri və onların əmək kitabçalarında müvafiq qeydlərinin olması ərizəçinin izahatı ilə birgə sübut növü qismində qəbul edilməsini istisna etmir və təqdim edilən sübutların, habelə tələblə bağlı təfərrüatların şübhə altına alan hallar müəyyən edilmir və etirazın əsasını təşkil edən (ərizədəki halların əksini müəyyən edən) sübutlar təqdim edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Maraqlı şəxs (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında şahidlərin faktiki iştirakı olmamışdır. Bununla da MPM-in 194 və 195-ci maddələrinin tələbləri pozulmuşdur. Habelə, sözügedən qətnaməyə əsasən müəyyən o lunmuş əmək stajı pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından çoxdur. Bu xüsusatlar nəzərə alınarsa, ərizənin əsassız olaraq təmin edilməsi qənaətinə gəlmək olar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Ərizəçi kassasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Əmək pensiyası haqqında” Qanun: Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 2019-cu il 12 aprel tarixli Plenum Q ərarı: Bənd

1. Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilsin. Bənd 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tə ləbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bənd 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzr ə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir.

33. İşdən görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən, işdəki digər sənədlərlə yanaşı, düzünə sübut kimi ərizəçinin dediyi faktı təsdiq edən iki nəfər şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsinə istinad etmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iki nəfər şəxsin notarial qaydada təsdiq edilmiş ərizəsinə şahid ifadəsi kimi qiymət verməsi düzgün olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 62.1 və 104.1-ci maddələrinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Həmin Məcəllənin 194.1-ci maddəsinə görə sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətin müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələ rinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alnır.

35. Göründüyü kimi, mülki-prosessual qanunvericilik şahidin dindirilmə qaydasını nəzərdə tutmuş və qanunvericiliyin tələbinə görə şahid mülki-mühakimə icraatının bilavasitəlik prinsipinə uyğun olaraq şifahi olaraq dindirilməlidr. Lakin hazırki işdə notarial qaydada ərizələri təsdiq edilmiş şəxslər məhkəmə iclasında dindirilməmiş, onlara şahid kimi məsuliyyəti və vəzifələri izah olunmamış, onlardan müvafiq iltizam alınmamışdır. Buna görə də həmin şəxslərin ərizəsi şahid ifadəsi kimi qəbul edilə bilməz.

36. Maraqlı şəxs apellyasiya şikayətində şahidlərin dindirilmə qaydası ilə bağlı dəlil irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi də həmin dəlilə lazımi qiymət verməmiş, üstəlik, ərizəçi ilə bir yerdə işləyən ş əxslərin notarial təsdiq edilmiş müraciətlərinin sübut növü qismində qəbul edilməsinin istisna edilməməsinə istinad etmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ərizəçi ilə bir yerdə işləyən şəxslərin notarial təsdiq edilmiş müraciətlərinin sübut növü qismində qəbul edilməsinin mümkünlüyü barədə mövqeyini də əsaslı saymır.

38. Belə ki, mülki-prosessual qanunvericiliyə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən etmək üçün istinad edilən məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin iza hatları ilə müəyyən edilir. (MPM, 76.1, 76.2)

39. Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (MPM, 89.1)

40. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. (MPM, 104.1)

41. Mülki-prosessual qanunvericilik sübutların dairəsini müəyyən etməklə, yazılı sübutu şahid ifadələrindən fərqlənmişdir. Kimlərin şahid olması və şahidin dindirilmə qaydası, eləcə də yazılı sübutların nədən ibarət olması qanunvercilikdə dəqiq göstərilmişdir. Buna görə də, şahid qismində dindirilməli olan şəxsin notarial qaydada verdiyi ərizə onun məhkəmədə şifahi qaydada dindirilməsi ilə eyni tutula bilməz.

42. Ümumiyyətlə, şahid qismində dindirilm əli olan şəxsin notarial qaydada verdiyi ərizənin MPM-in 89.1-ci maddəsində nəzərdə tutulmuş yazılı sübut qismində qəbul edilməsi qanunvericiliyin qeyd edilən normalarına ziddir. Əks yanaşma, hər iki sübut növünün hüquqi təbiətinə zidd olmaqla yanaşı, MPM-in sübutların mümkünlüyü ilə bağlı 81-ci maddəsinin də əhəmiyyətini heçə endirir.

43. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şahidin notarial qaydada təsdiq edilmiş ərizəsi MPM-in 89.1-ci maddəsində nəzərdə tutulmuş yazılı sübutlar kimi notariat qaydasında təsdiq olunmuş “sair sənəd və materiallar” anlayışı ilə də əhatə olumur.

44. Notariat qaydasında təsdiq olunmuş “sair sənəd və materiallar” dedikdə, hər bir halda faktı təsdiq edən sxemlər, plan-cizgilər, layihə sənədləri və s. başa düşülməli, lakin heç bir halda şəxsin notarial qayda da verdiyi ərizə başa düşülməməlidir.

45. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3638/2023 nömrəli, 12 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar