Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3828/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər Təcili və X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi, iddia müddətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(103)920/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bakı Şəhər Təcili və X4 Stansiyasında həkim vəzifəsində çalışır. O, işlədiyi müddət ərzində 2018-2019-cu və 2019-2020-ci təqvim illərin əmək məzuniyyətindən istifadə etməmişdir. İstifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müsbət nəticə əldə etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Bakı Şəhər Təcili və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018, 2019 və 2020-ci təqvim illərinin əmək məzuniyyətlərinin kompensasiyasının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989- 1990-cı ilin aprel ayından etibarən gənc mütəxəssis olaraq həkim vəzifəsinə işə qəbul edilmişdir. 2018-ci təqvim ilin əmək məzuniyyətinə çıxmaqla bağlı çalışdığı iş yerinin rəhbərliyinə müraciət etsə belə, ona Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunan və qanuni hüququ olan hər il əmək məzuniyyətinə çıxmağa icazə verilməmiş və bununla bağlı heç bir kompensasiya almamışdır. 2020-ci ilin fevral ayında 2019-2020-ci təqvim ilin məzuniyyətə çıxmağı ilə bağlı rəhbərliyə yazılı şəkildə müraciət etsə belə, rəhbərlik ölkədə baş verən Covid-19 (koronovirus) pandemiyası ilə əlaqədar həkimlərə ehtiyac olduğuna görə onu məzuniyyətə buraxmamışdır. Bu faktı nəzərə alaraq, rəhbərlikdən 2018-2019-cu və 2019-2020-ci təqvim illərin əmək məzuniyyətlərinin kompensasiyasının ödənilməsini yazılı şə kildə xahiş etmiş, lakin rəhbərlik onun müraciətinə məhəl qoymamışdır. Əmək məzuniyyəti 47 təqvim günüdür.
4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı 2019-cu iş ili ərzində müxtəlif vaxtlarda xəstələnmiş və əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən işə çıxmamışdır. Buna görə də öz təqsiri üzündən 2019-cu ilin əmək məzuniyyətindən istifadə etməmişdir. 2020-ci iş ili isə hələ qurtarmamışdır və iddiaçı ilin sonuna kimi məzuniyyət hüququndan istifadə edə bilər.
5. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirmişdir ki, əmək mübahisələrində maliyyə (pul) tələbi üzrə iddia müddəti bir ildir. Odur ki, tələbin 2018-ci il hissəsində iddia müddətinin tətbiq edilməsini xahiş edir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(006)4102/2020 qətnaməsi ilə (hakim R.Səmədov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018-ci və 2019-cu iş illəri üçün istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 2018 və 2019-cu illər üçün istifadə etmədiyi əmək məzuniyyətlərinə görə müvafiq pul kompensasiyası tələb etməkdə haqlıdır. Cavabdehin nümayəndəsinin iddianın 2018-ci iş ili hissəsində bir illik iddia müddətinin tətbiq olunması barədə ərizəsinə hüquqi qiymət verməklə məhkəmə qeyd etmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nə (presedentlərinə) əsasən əmək haqqı (məzuniyyətə görə verilən ödənclərin məcmusu daxil olmaqla) şəxsin mülkiyyəti (gözlənilən mülkiyyət) hesab olunduğuna görə onun tələb olunmasına hər-hansı iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının 2018, 2019-cu illər ərzində müxtəlif vaxtlarda xəstələnməsi ilə əlaqədar əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən işdə olmaması faktı onu həmin illər ərzində istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın ödənilməsindən məhrum edə bilməz.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110, 113 və 135-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin bütö vlükdə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021-ci il tarixli, 2(103)-920/2021 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və F.F.Babayev) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4102/2020 saylı qətnaməsinin “İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018-ci iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi” hissəsində ləğv olunması, iddia tələbi həmin hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə, yəni “İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2019-cu iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının istifadə etmədiyi məzuniyyətə görə ona kompensasiya ödənilməli olması barədə düzgün nəticəyə gəlsə də, 2018-ci iş ili üçün müvafiq tələbi irəli sürdüyü zaman qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürmüş olduğunu nəzərə almamış, nəticədə, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. Çünkü müvafiq tələbə iddia müddətinin tətbiqi qanunda açıq şəkildə müəyyənləşdirilmiş, qanunverici yalnız işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddətinin şamil edilmədiyini xüsusi vurğulamışdır.
12. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı ko llegiya qeyd etmişdir ki, iddiaçının iş ili ərzində müxtəlif vaxtlarda xəstəliyi səbəbilə işdə olmaması, həmin iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə onu kompensasiya almaq hüququndan məhrum edə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 04.02.2021-ci il tarixli 2(103)-920/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarlnın pozulması ilə çıxarılmışdır. İddiaçı iddia müddətini ötürməmişd ir. Belə ki, məhkəmə kollegiyasının qətnaməsində göstərildiyi kimi iddiaçı 2018-1029 və 2020-ci illər üçün məzuniyyət verilməsi barədə ərizə ilə 13.03.2020-ci ildə müraciət etmiş və işəgötürən 24.03.2020-ci ildə məzuniyyət verməkdən imtina etmişdir. İddiaçının həmin tarixdən bir il müddətində hazırki iddianı vermək hüququ vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Bakı Şəhər Təcili və X4 Stansiyasının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədi yi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə
37. İstirahət hüququ 37.1. Hər kəsin istirahət hüququ vardır. 37.2. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
18. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar
16. Fərdi əmək mübahisəsi - əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tət biqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. Maddə
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə
110. İşçilərin məzuniyyət hüququ 110.1. İşçilər vəzifəsindən (peşəsindən), ə mək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 110.3. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Maddə
113. Əmək məzuniyyəti və onun verildiyi iş ili 113.1. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. 113.3. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. Maddə
135. Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi 135.1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə
144. İstifadə e dilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsi
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə
296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
19. Azərbaycan Respublikasi Mülki Məcəlləsi Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə
375. İddia müddətinin tətbiqi 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılan adək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə
377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli Qərarı
1. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqları nın bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbu l edə bilər. Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının ləğvi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, kassator qətnamənin “İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018-ci iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi” hissəsində ləğv olunması və iddia tələbinin həmin hissədə təmin edilməməsi hissəsindən narazıdır. Digər tərəfdən qətnamənin qalan hissəsi iddiaçının mənafeyinə toxunmur. Odur ki, məhkəmə aktı yalnız həmin hissə üzrə yoxlanılır. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi
26. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçı tərəfin izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən iddiaçının kassasiya şikayəti təmin olunmalı, qətnamə iddianın təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə qərar çıxarılmaqla iddia tələbi göstərilən hissədə təmin edilməlidir.
27. Apellyasiya instansiyası məhkəməsinin iddianın rədd olunmuş hissəsi ilə bağlı mövqeyindən görünür ki, məhkəmə iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir.
28. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu əsaslandırmasını qanuna zidd, iş üzrə gəldiyi nəticəni əsassız hesab edir.
29. Əmək Məcəlləsinin 296.4-cü maddəsində pul və digər ə mlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin iddia vermə müddəti hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il müəyyən edilmişdir. Qeyd olunamalıdır ki, iddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlər in və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
30. Əmək Məcəlləsinin 296.4-cü maddəsinin məzmunundan görünür ki, qanunverici 1 illik iddia müddətinin tətbiqinin başlanğıcını işçinin hüququnun pozulduğunu aşkar etdiyi gün kimi müəyyən etmişdir.
31. İşçinin “hüququnun pozulmasının aşkar edildiyi gün”ün anlayışı Əmək Məcəlləsinin 296.3-cü maddəsində açıqlanaraq, «işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin ə mək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün» kimi müəyyən edilmişdir.
32. İddiaçı iddia müddətinin axımının 2020-ci ilin mart ayında başlandığını bildirərək göstərmişdir ki, Bakı Şəhər Təcili və X4 Stansiyasın baş direktoruna ünvanladığı 13.03.2020-ci il tarixli ərizəsində ona 01.04.2020-ci il tarixindən növbəti məzuniyyət verilməsini xahiş etmiş, lakin Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tibb müəssisələrinin rəhbərlərinə göndərdiyi 24.03.2020-ci il tarixli məktubda koronavirus (COVİD -19) epidemiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi nəzərə alınaraq tibb işçilərinin (istisna hallar nəzərə alınmaqla) növbəti məzuniyyətə çıxmasına müvəqqəti olaraq müvafiq məhdudiyyətlərin qoyul ması tövsiyyəsi əsas götürülməklə onun ərizəsi təmin olunmamışdır. Məhz bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
33. Məhkəmə kollegiyası göstərir ki, iddiaçının bəhs etdiyi 13.03.2020-ci il tarixli şrizəsinin işəgötürənə təqdim olunmasını təsdiq edən sübut (məktubunda müdiriyyət tərəfindən alındığını təsdiq edən qeyd) yoxdur. Cavabdeh tərəfindən iddiaçıya məzuniyyət verilməsindən imtina barədə yazılı sübut da təqdim olunmamışdır.
34. Lakin məhkəmə kollegiyasının qənaətinə görə hazırki iddia tələbi mahiyyəti üzrə əmək mübahisəsi olmasına baxmayaraq, Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən olunmuş iddia müddətlərinin təsir dairəsindən kanarda qalır.
35. Belə ki, Əmək Məcəlləsinin istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsini tənzimləyən 144-cü ma ddəsinə görə, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
36. Göründüyü kimi qanunverici istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin verilməsini «hər hansı şərt» və digər «məhdudiyyət»dən azad edir.
37. Əmək Məcəlləsinin müəyyən etdiyi bu qayda, Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından irəli gəlir. Belə ki, Konstitusiyanın 37-ci maddəsinə əsasən istirahət hüququ konstitusion hüquqdur və ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət, istirahət hüququnun tərkib hissəsi kimi müəyyən edilmişdir.
38. «Ödənişli illik məzuniyyətlər haqqında» X2 1936-cı ildə qəbul edilmiş 52 saylı Konvensiyanın 3-cü maddəsinə görə, məzuniyyətə gedən hər bir şəxs məzuniyyətin bütün dövründə milli qanunlarla və qaydalarla təsbit olunmuş üsullarla hesablanmış, əgər onun natura ilə haqqının pul ekvivalenti varsa, onu da əlavə etməklə ya özünün adi haqqını və ya kollektiv müqavilə ilə müəyyən edilmiş haqqını almalıdır.
39. «Ödənişli məzuniyyətlər haqqında» X2 1970-ci ildə qəbul etdiyi 30 iyun 1973-cü ildən qüvvədə olan 132 saylı Konvensiyanın 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir.
40. Konstitusiyada bəyan edilərək təminat verilmiş istirahət hüququnun tərkib elementi kimi məzuniyyət hüququnun reallaşdırılması qaydaları Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Həmin Məcəllədə əmək məzuniyy ətinin hər il müvafiq iş ili üçün verilməsi nəzərdə tutulmuşdur. Əmək məzuniyyətinin verilməməsi yolverilməzdir. İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Əgər işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə edə bilməzsə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməlidir (Əmək Məcəlləsinin 135-ci maddəsi).
41. Əmək Məcəlləsinin 135-ci maddəsində kompensasiyanın verilmə müddətinin “iş ili (iş illəri)” kimi ifadə olunması, 144-cü maddəsində isə istifadə etmədiyi məzuniyyətlər üçün pul əvəzinin “bütün iş illəri” üçün nəzərdə tutulması, həmçinin «hər hansı şərt» və digər «məhdudiyyət»dən azad edilməsi, məhz bu hüququn konstitusion hüquqi mənasında təh lil olunmalıdır. Qeyd olunan normaların müddəaları tətbiq edilərkən, işçinin hüquqlarını müəyyən edən normanın mahiyyəti və qanunvericilik tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Əgər verilmiş tələbə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin dəlilləri qəbul olunarsa, məntiqi cəhətdən qüsurlu belə bir müddəanı qəbul etmiş oluruq: işçiyə bir ildən əvvəlki illərdə istifadə etmədiyi məzuniyyətlər üçün pul əvəzinin verilməsi barədə məhkəməyə verilmiş iddia rədd olunmalıdır, həmin pul əvəzi bundan sonra, yəni əmək müqaviləsinə xitam verilərkən isə qeyd olunan pul əvəzi ödənilməlidir.
42. Lakin iddia müddəti ilə bağlı bu cür yanaşma istirahət hüququ təminatları ilə bağlı qanunçuluğun tələbinə cavab vermir, konstitusion hüququn mahiyyətinə uyğun gəlmir.
43. Əmək Məcəlləsinin 144-cü maddəsində istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzinin “bütün iş illəri” üçün, həmçinin «hər hansı şərt» və digər «məhdudiyyət» qoyulmadan ödənilməli olması barədə müəyyən edilən qayda, həmin pul tələblərinin iddia müddətlərinə tabe tutulmadığını ehtiva edir. Əmək Məcəlləsinin 144-cü maddəsi “Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun tənzimlənməsi qaydası” fəslinə aid olsa da, pul əvəzinin müddətdən asılı olmayaraq ödənilməsi barədə müəyyən edilmiş bu qaydanın hüquqi mənası geniş təsirə malikdir.
44. Məhkəmə kollegiyası iddia tələbini iş materialları üzrə araşdırıb və Əmək Məcəlləsinin 110, 113 və 135-ci maddələrinə əsasən işin halla rı sistemli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018ci iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiya hesablanaraq ödənilməlidir.
45. Apellyasiya instansiyası məhkəməsi baxılan iddiaya Əmək Məcəlləsinin 144-cü maddəsini tətbiq etməli olduğu halda, 296-cı maddəsini tətbiq etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Bu hal apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir.
46. MPM-nin 417.1.4-cü maddəsinə görə, kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
47. Qətnamənin mübahisələndiril ən hissəsi üzrə işin halları apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur, faktik halların əlavə araşdırılmasına ehtiyac yoxdur, həmin hissə üzrə həll edilməli olan məsələ maddi hüquq normasının tətbiqi olduğuna görə kassasiya məhkəməsi tərəfindən qərar çıxarılması mümkündür. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmalı, qətnamə iddianın təmin edilməmiş hissəsində ləğv edilməli, həmin hissə üzrə qərar çıxarılmaqla iddia tələbi göstərilən hissədə təmin edilməlidir.
48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2021 -ci il tarixli, 2(103)920/2021 saylı qətnaməsi «Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(006)-4102/2020 saylı qətnaməsinin “İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018-ci iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi” hissəsində ləğv olunması və iddia tələbinin həmin hissədə təmin edilməməsi» hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qərar çıxarılmaqla İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018-ci iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiya cavabdeh Bakı Şəhər Təcili və X4 Stansiyası tərəfindən hesablanaraq ödənilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.