Məhkəmə qərarları › İş №2(102)-3829/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3829/2020

24.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3829/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçının vəkili X3, cavabdeh Dövlət Neft Şirkətinin vəkili X4 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)13127/2019 nömrəli qərardadından İddiaçı və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbyacan Respublikası Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət X8 Resusları Departa menti tərəfindən elan olunan Sumqayıt QİS-də yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinin rəsimi vakansiyası üzrə, «Azəriqaz» İB-nin «Asan Xidmət»də mühəndis vakansiyası üzrə və Zaqatala RQİİ-də Balakən Xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyası üzrə müsabiqələrdən keçdiyi üçün həmin vakansiyalar üzrə müsabiqənin son tarixindən nəzərə alınmaqla (vakansiya seçimi razılığına əsasən) işə qəbul olunmağı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) xx xxxxxx 2019-cu il tarixli 2(005)-3444/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Ş.Məhərrəmova - sədrlik edən və məruzəçi, Məməmd Məmmədov, Elşad Şamayev) xx xxxxxxx 2019-cu il tarixli 2(103)13127/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin qeyd edilən qətnaməsindən kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil təyin edilməsi barədə ərizə vermiş və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilərək iddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmuşdur. İddiaçı müvafiq olaraq vəkillə təmin olunduqdan sonra kassasiya şikayəti və məhkəmə aktından kassasiya şikayəti verilməsi üçün müddətinin üzürlü səbəbdən baxılmasına istinad edərək müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-cu il tari xli qərardadı ilə müddətin bərpa olunmasına dair ərizə təmin olunmamış və kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı və vəkili X5 tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-13127/2019 nömrəli qərardadının ləğv edilərək tərəflərindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-13127/2019 nömrəli qətnaməsindən prossesual müddət ötürülmədən kassasiya şikayəti verilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 şikayətinin t əmin olunması və apelyasiya məhkəməsinin qərardadın ləğv olunaraq şikayətin icraata qəbul olunmasına dair qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 şikayətinə etiraz edərək apelyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdə iddiaçıya çatdırılmış, o, qətnamədən kassasiya şikayəti vermək ü çün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması üçün ərizə ilə məhkəməyə müraciət etmiş, xx.xx.2019-cu ildə ərizə təmin olunmuşdur. İddiaçı və onun vəkili xx.xx.2020-ci il tarixdə müqavilə bağlamış, bununla belə kassasiya şikayəti və buraxılmış müddətin bərpasına dair ərizə xx.xx.2020-ci il tarixdə məhkəməyə ünvanlanmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunduqdan təxmini 1 ay 10 gün sonra qətnamədən kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə ərizəsində əsaslandırdığı halları məhkəmə aktından şikayət verilməsi üçün üzrlü olan hal kimi qiymətləndirməmiş və müddətinin üzrlü səbəbdən buraxılmaması nəticəsinə gəlmişdir. Kollegiya hesab edir ki, apelyasiya məhkəməsi kassasiya şikayəti verilməsi üçün müddətin bərpasından imtina edərkən və kassasiya şikayətini geri qaytararkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi nin xx.xx.2019-cu il tarixli 2(103)-13127/2019 nömrəli qətnaməsi xx.xx.2019-cu il tarixdə iddiaçıya çatdırılmışdır. Bundan sonra müəyyən olunmuş müddət daxilində, yəni xx.xx.2019-cu il tarixdə iddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizəsi təmin olunmuşdur. Həmin qətnamədən iddiaçı və vəkili tərəfindən verilmiş kassasiya şikayəti xx.xx.2020-ci ildə poçta təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi öz qərardadı ilə iddiaçıya kassasiya şikayətinin tərtib edilməsi üçün dövlət hesabına vəkil təyin etsə də, həmin vəkil tərəfindən tərtib edilməklə təqdim edilmiş kassasiya şikayətini müddət buraxılmaqla verilmiş hesab etməklə, buraxılmış müddətini səbəblərini üzrlü hesab etməməklə şəxsin keyfiyyətli hüquqi yardım almaq barədə konstitusion hüququnu və məhkəməyə müraciət hüququnu pozmuşdur. Halbuki məhkəməyə müraciət hüququ məhkəmə müdafiə hüququnun tərkib hissəsi olmaqla yanaşı, bu və ya digər məhkəmə instansiyasına münasibətdə nəinki formal, həm də real olmalıdır. Ədalət mühakiməsinin maraqları tələb etdikdə, aztəminatlı şəxslərin ödənişsiz hüquqi yardım almaq hüququ öz mövqeyini müdafiə etmək hüququna alternativ olmayan müstəqil hüquqdur. Hər hansı bir iş üzrə müəyyən peşə bilikləri tələb edən hüquqi problemlər qaldırıldıqda, dövlət nəinki keyfiyyətli hüquqi yardım almaq barədə konstitusion hüququnu, həmçinin belə hüququ real şəraitdə aztəminatlı şəxslərə də təmin etməlidir. Aydındır ki, qanunla müəyyən edilmiş müddət bu raxılmadan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil təyin edilməsi üçün müraciət etmiş şəxsin ərizəsi təmin edildikdən sonra həmin hüquqi yardımın real olaraq göstərilməsi və müvafiq qaydada vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayətinin məhkəməyə təqdim edilməsi üçün müəyyən vaxt tələb olunur. Həmin vaxtın ağlabatan olub-olmaması, müddətin uzanmasının iddiaçının iradəsindən asılı olub-olmaması araşdırılmadan və gəlinən nəticə əsaslandırılmadan müddətin ötürülməsinə istinad edilməsi və tərəfin buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməyə məcbur edilməsi düzgün deyildir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və qətnamədən kassasiya şik ayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-13127/2019 nömrəli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar